"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 6

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 6 MƏDƏD ÇOBANOV

Azərbaycan dövri mətbuatının inkişafında misilsiz əhə­miy­yəti olan “Əkinçi” (1875-1877) qəzeti Azərbaycan xal­qı­­nın mənəvi mədəniyyəti - publisistikası, elmi, ədəbiyyatı və incəsənəti tarixinə bir çox şərəfli səhifələr yazmış və gələcək xələfləri üçün mədəni məramnamə və zəngin irs qoymuşdur. Qəzetin 1877-ci il bir sentyabr tarixli 18-ci nöm­­­rəsində deyildiyi kimi “Əkinçi” qəzeti sizin üçün (azər­­­baycanlılar üçün -M.Ç.) bu axırda (bu tərəfdə, bu böl­­gədə -M.Ç.) çıxan şəfəqdir”. Həqiqətən də, “Əkinçi” xal­­qı­­mızın mədəniyyəti tarixində “şəfəq” rolunu oynamışdır. Bunu qəzetin səhifələrində nəşr olunmuş yazılar ay­dın şə­kildə təsdiq edir. Qəzetin səhifələrində dərc edilmiş ma­te­­riallar dilimizin tarixi leksikasını öyrənmək ba­xımın­dan əhə­miyyətli olduğu kimi, onun tarixi ono­mas­ti­kasını, o cümlədən antroponimikasını araşdırmaq nöq­te­yi-nəzərdən də zəngin və rəngarəng material verir. İstər qə­zetin səhi­fələrində çap olunmuş mətnlərdə, istərsə də əmək­daş­ları­nın imzalarında əsl şəxs adı, ata adı, fa­miliya və ləqəblə yanaşı bir çox təxəllüsə də rast gəlirik.
“Əkin­çi”nin əmək­­daşları və müxbirləri zəmanəsindəki ic­ti­mai haqsız­lığı tənqid atəşinə tutduqları üçün çar senzu­rasından, o döv­rün polis və din xadimlərindən qorxaraq, öz avtonim­lərinin yanında müxtəlif təxəllüslər və yaxud da imzalar yazır, bəzən də polis idarəsinin diqqətini yayın­dırmaq məq­­­­sədilə öz yazılarını ya təxəllüs, ya da imzasız çap et­di­rir­dilər.
“Əkinçi”nin əməkdaşlarının istifadə etdiyi təxəllüs və ya imzaların tezliyi bir-altı arasındadır. Onların bir qrupu hə­mişə eyni, digər qrupu isə müxtəlif təxəllüs və ya im­za­lar­dan istifadə etmişdir. Onlardan Məmmədəli bəy Vəli­yev, Şeyxülislam - Zaqafqaziya axundu Əhməd Hü­seyn­za­də, Məm­­­mədəli İsna əşəriyi-Səlyani bir; Ələkbər Hey­dəri (Heydəri və Ələkbər Elçizadə) iki; Mirzə Həsən əfəndi ibn Əlhac Abdulla əfəndi (Mirzə Həsən Əlqədari, Məmnun Əl­qədari, Mirzə Həsən Dağıstani), Məmmədtağı Əlizadə (Məmmədtağı Əlizadə Şirvani, Əlizadə Şirvani, Harayçı qardaş), XIX əsr Azərbaycan maarif xadimi və jurnalisti gəncəli Hacı Məhəmməd Sadıq (Əhsənül-Qə­vaid, Hadi­mül Qəvaid, Sultanov) üç; Nəcəf bəy Vəzirov (Nəcəf Və­zir­zadə, Nəcəf, Harayçı qardaş, “N.V...”) dörd; Mirzə Əs­gərağa Adıgözəlov (Əsgərğa Adıgözəlzadə, Əsgər Adı­gö­zəl­­zadə Gorani, Əsgər Gorani, Əsgər, Görani (beş tə­xəllüs və ya imza ilə yazıb-yaradıblar.”Əkinçi”nin bü­növ­rəsini qoyan Həsənbəy Səlimbəy oğlu Məlikov - Zər­dabi, Ha­ray­çı qardaş, Badkubəli molla, Xeyirxahi-İran, “7200 4 1 210” (bu rəqəmləri əbcəd hesabı ilə oxuduqda Zərdabi alı­nır) kimi təxəllüs və imzalardan istifadə etmiş­dir. Qə­zetin fəal əməkdaşlarından Əlimədəd Abdullazadə isə Əli­mədəd Abdulla oğlu, Əlimədəd Abdullazadə, Məh­bus Dər­bəndi və Dərbəndi təxəllüs və ya imzalardan isti­fadə edər­di (Q.Məmmədli “İmzalar” kitabında səhvən Əli­mədəd Ab­dullazadənin adını “Əli-məmməd” və “Məm­məd” kimi vermişdir. Bax: səh. 36, 67). “Eyni sözləri “Mol­­la Nəs­rəd­din” və digər qəzetlərdə, jurnallarda müxtə­lif təxəllüs­lərlə çı­xış edən sənətkarlar haqqında da demək olar. Mə­sələn, C.Məmmədquluzadə və M.Ə.Sabir 100-ə qədər, Ə.Qəm­kü­sar 15, Ə.Nəzmi 20, Ə.Haqverdiyev 10, Ə.Vahid 15, C.Cab­barlı 12-dən çox və s. təxəllüsdən is­tifadə etmiş­lər”.
Həmtəxəllüslər. Bu qrup təxəllüslərdən və ya gizli im­za­lardan eyni dövrdə bir neçə müəllif istifadə edir. Əl­bəttə, dil və antroponimiya üçün belə halı qənaətbəxş he­sab et­mək olmaz. Çünki həmadlılıq və həmtəxəllüslük ay­rı-ay­rı müəllifin əsərini dolaşığa salır və yazılı ünsiyyəti ağır­laş­dı­­­rır.
Təxəllüslər tarixinə nəzər saldıqda aydın olur ki, hər han­­sı bir müəllif bir neçə müxtəlif imzalardan istifadə et­di­yi ki­­mi, bəzən bunun əksi də özünü göstərir, yəni eyni dövr­də yaşayan bir neçə müəllif eyni təxəllüsdən, yəni hə­mad­dan istifadə edir. Antroponimiyada belə vahidlərə həm­­­­­təxəl­lüs (eyniadlı) deyilir. Məsələn, “Lağlağı” imzasın­­­dan (tə­xəl­­lüsdən -M.Ç) C.Məmmədquluzadə ilə yanaşı Ömər Faiq, Ə.Haqverdiyev, Rzaqulu Nəcəfov da istifadə et­miş­dir. Ya­xud “Mozalan” imzası ilə C.Məmmədquluzadə, Qur­­banəli Şərifzadə, Ə.Haqverdiyev, Salman Mümtaz; “Hər­dəmxə­yal” imzası ilə isə Cəlil Məmmədquluzadə, M.S.Or­dubadi və başqa mollanəsrəddinçilər çıxış etmiş­lər”.
Təxəllüslərin mənşəyi. Azərbaycan dilinin lüğət tərkibi mənşə etibarilə müxtəlif olduğu kimi, onun onomastik va­hidləri də mənşəcə müxtəlif dil vahidləri əsasında təşək­kül tapmışdır. Bu baxımdan, Azərbaycan antro­ponimiya­sın­­da qədim zamanlardan geniş şəkildə yayılmış olan tə­xəllüslər də mənşə etibarilə müxtəlifdir. Azərbaycan tə­xəllüsləri mən­şəcə iki qrupa bölünür:
1. Dilimizin öz daxili imkanları əsasında yaranan tə­xəllüslər. Bu qrup təxəllüslər antroponimiyamızda aparı­cı rola malikdir. “Azərbaycan təxəllüs lüğət”inə daxil olan 580-ə yaxın təxəllüsdən 330-a qədəri Azərbaycan mən­şə­li­dir. Məsələn, Alp Ərən, Mirzağa Aranlı, Haqq Aşığı, Mir Möhsün Nəvvab Qarabaği, Qaçaq Nəbi, Səməd Vurğun və s.
2. Alınma təxəllüslər. Azərbaycan antroponimiyasında alın­ma şəxs adları olduğu kimi, alınma təxəllüslər də var­dır. “Azərbaycan təxəllüs lüğəti”nə daxil olan 580-nə ya­xın təxəllüsdən 220-yə qədəri alınma sözlər əsasında dü­zəl­mişdir. Təxəllüslər üzərində apardığımız müşahidələr gös­tərir ki, dilimizdə təxəllüslərin yaranmasında ərəb və fars dillərindən keçmiş sözlərin də müəyyən dərəcədə rolu ol­muşdur. O cümlədən, antroponimiyamızda ərəb dilindən keçmiş sözlər əsasında 159, fars dilindən keçmiş sözlər əsasında isə 58 təxəllüs düzəlmişdir.
a) Ərəb dilindən keçmiş sözlər əsasında düzələn tə­xəl­lüslər: Arif, Asi, Bəsiri, Vaqif, Vazeh, Vahid, Vəfa, Vida­di, Qasir, Qüdsi, Zakir, Zülali, Ziyayi və s.
b) Fars dillindən keçmiş sözlər əsasında düzələn təxəl-lüs­lər: Bahar, Bikəs, Binəva, Didə, Dilbazi, Dilxun, Əxtər, Kəşan, Kişvəri, Gülçin, Mirzə, Nakam, Nəva, Nov­ruz və s.
Təxəllüslərin işlənmə məqamları. Tarixən təşəkkül tap­­­mış təxəllüslərin müəyyən hissəsi nəsildən-nəslə, əsr-dən-əsrə keçdikcə yeni vəzifə, yeni funksiya daşıyır və ant­ro­ponimin başqa bir növünə çevrilərək işlənmə mə­qam­larını daha da genişləndirir.
Təxəllüslərdən elmi-kütləvi şəkildə bəhs edərək, onları iş­lədilmə baxımından iki qrupa bölmüşlər:
a) Familiyaya çevrilən təxəllüslər.
b) Gizli imza səciyyəli təxəllüslər.
1. Familiyaya çevrilən təxəllüslər. Bu qrup təxəllüslər onu daşıyan müəllifin əsl adı, atasının adı və familiyası ilə yanaşı işlənir, onlarla qaynayıb-qarışır. Hətta, öz mənalı­lığı, mahiyyəti, ahəngdarlığı və poetikliyi ilə bəzən rəsmi familiyanı, bəzən atanın adını, bəzən də müəllifin şəxsi adı­­nı sıxışdırıb aradan çıxarır və sonrakı dövrlərdə yeni bir antroponimik kateqoriyaya - familiyaya çevrilir. Əlbəttə, tə­­xəllüsün belə geniş şəkildə yayılmasında, sabitləşməsin­də və məşhurlaşmasında onu daşıyan müəllifin təbii is­te­dadı, qabiliyyəti və yaradıcılıq fəaliyyəti də ön planda du­rur. Məsələn, Nizami Gəncəvi antroponiminə nəzər sa­laq. İlk baxışda adama elə gəlir ki, Nizami şairin adı, Gən­cəvi isə familiyasıdır. Əslində isə, belə deyildir. Şairin əsl adı İl­yas, atasının adı isə Yusifdir. Yəni, İlyas Yusif oğlu şairin avtonimi (XII əsrdə azərbaycanlılar arasında fami­liya for­malaşmamışdır), Nizami təxəllüsü, Gəncəvi isə nis­bə­si­dir. İlyas Yusif oğlunun poetik inciləri dünya mədə­niy­yəti xə­zi­nəsini zənginləşdirdikdən sonra, onun təxəl-lüsü və nis­bəsi şairin əsl avtonimini, yəni rəsmi şəxsi adını və ata­sı­nın adını sıxışdırıb aradan çıxarmışdır. Dünya şöhrəti qa­zan­mış şair İlyas Yusif oğlunu indi hamı Nizami Gən­cəvi kimi tanıyır. Beləliklə də, təxəllüs familiyaya çevrilə bi­lir. Bu sözləri Füzuli, Vaqif, Zakir (Qasım bəy) və baş­qaları haqqında da demək olar.
Azərbaycan antroponimiyasında təxəllüs bəzən adla bə­ra­­bər işlənir və hətta, atanın adını əvəz edir. Məsələn, Ab­bas Səhhət Mehdizadə, Abdulla Şaiq Talıbzadə, Cəfər Xən­dan Hacıyev və s. İlk baxışda adama elə gəlir ki, bu nü­mu­nələrdəki Səhhət, Şaiq və Xəndan antroponimik va-hid­ləri - ata adı funksiyasını yerinə yetirir. Əslində isə yox, onlar - şairlərin öz zövqünə uyğun qəbul etdikləri təxəl-lüs­lərdir.
2. Gizli imza səciyyəli təxəllüslər. Azərbaycan antro­po­­ni­miyasında bir qrup təxəllüslərə rast gəlirik ki, onlar tə­xəl­lüsdən daha çox gizli imzaları xatırladır. Ayrı-ayrı müəl­lif­lərin və ya ziyalıların gizlin imza qəbul etməsinin də sə­bəbi aydındır. Dövrün ictimai-siyasi həyatını, “acına­caq­lı vəziyyətini görən mütərəqqi fikirli ziyalılar - şairlər və yazı­çılar, heç şübhəsiz ki, susa bilmirlər, öz səslərini ucal­dırdılar. Onlar xalqın gələcəyi və azadlığı naminə öl­kə­dəki əda­lətsizliyi və haqsızlığı kəskin şəkildə tənqid edir­­­­lər. Bu­­­na görə də, onlar dövlət idarə orqanlarının və senzura-nın nə­zərindən yayınmaq üçün gizli imzalardan istifadə edir­lər.
Z.Sadıqovun təxəllüsləri “siyasi” və “ədəbi-bədii” ol­maqla iki qrupa bölməsi, bizim mülahizəmizə görə, özü-nü doğrultmur. Q.Plexanovun “Volgin”, S.M. Qənizadə-nin “Yol­daş”, M.Pənahın “Vaqif”, M.Ə.Əlizadənin “Mü-ba­riz”, Q.İ.Musayevin “İlkin”, S.Ə.Abbasovun “Dağlı” tə-xəl­lüs­lə­rində nə “siyasi”, nə də “ədəbi-bədii” məzmun var-dır. Bi­rin­cisi, ona görə ki, hər bir təxəllüs adi ümumişlək sözlər əsasında düzəlir. Həmin sözlər əsasında düzələn tə­xəl­lüsü də hər bir adam öz ictimai-siyasi, ədəbi-bədii, el-mi və s. fəaliyyətindən asılı olmadan qəbul edə bilər. İkin-ci­­si, ayrılıqda götürülmüş heç bir təxəllüslə onu daşı-yan av­tonimin fəaliyyətini müəyyənləşdirmək olmaz. Məsələn, Volgin, Yoldaş, Vaqif, Mübariz, İlkin, Dağlı, Baxış, Vahid, Elsevər, Kürçaylı, Arpaçaylı, Cavan və s. İlk baxışda, bu təxəllüsləri daşıyan avtonimlərin kimliyini və fəaliyyətini bir anlığa unutsaq, onda həmin təxəllüslər onları “siyasi” və “ədəbi-bədii” olmaqla iki qrupa ayırmaq üçün bizə heç bir məlumat verə bilməz. Bu, mümkün də deyil. Başqa sözlə desək, təxəllüsləri “siyasi” və “ədəbi-bədii” prinsipə görə, təsnif etmək antroponimik qanunlara uyğun deyil.
Azərbaycan antroponimiyasında gizli imzalardan XIX əsrin ikinci yarısından istifadə olunmağa başlansa da, bu, əsas etibarilə, XX əsrin əvvəllərində inqilabi hərəkatla bağ­­lı olaraq, daha geniş vüsət almışdır. Məsələn, “Əli Nəz­mi” 1898-ci ildən yazmağa başlamış, sonralar “Şərqi-rus”qəze-tində, “Molla Nəsrəddin”də, “Zənbur”da və onlarla başqa mət­­buat orqanlarında öz əsərlərini Bikəs (təxəllüsdür -M.Ç.), Əlidəyənəkli, Həcəmətverdi, Ə.S., Əli Məhəm­məd­zadə Sərdabi, Məşədi Sijimqulu, Kefsiz, Sərsəri, Qana­caqsız, Şəmşir, Şəmşirək, Peşiman qoca, Gəncə ca­vanları, Mütəşair, Şallax, Kav-Mahi, Qoca Zığ-zığ, Pa­pi­rosçəkən, Hekayəçi və s. otuzdan artıq müxtəlif gizli və açıq imza­larla çap etdirmişdir”.
İnqilabi satiranın nadir ustadı M.Ə.Sabirin də otuza ya­xın gizli imzası və təxəllüsü olmuşdur: “Hop-hop”, “Boy­nu­bu­ruq”, “Qardaşoğlu”, “Qoca Əmu”, “Qoca İranlı”, “İran qurdu”, “Ye­tim Qızcıq”,”Tükəzban cici”, “Molla Ci-biş­danqulu”, “Bir alim”, “Qa­rınqulu”, “Dindar”, “Məslə-hət­çi”, “Əlhəc”, “Obaşdançı”, “Gülə­yən”, “Ağlar Gülə-yən” “Yarı könül”,“Qoca bəy”, “Çingöz bəy”, “İm­­za (...)”, “İlan”, “Patılan”, “Palanduz”, “Nizədar”, “Gözüyuxulu” və s.
XX əsrin əvvəllərində folklorşünas, tərcüməçi və dra­ma­­turq kimi fəaliyyət göstərmiş Mehdi bəy Hacınski “Həyat”, “İrşad”, “Tərəqqi”, “Molla Nəsrəddin”, “Nicat”, “Yeni İr­şad”, “Məlumat”, “İqbal”, “Kaspi”, “Baku”, “Ба­ки­нец” və di­gər qəzet və jurnallarda əməkdaşlıq etmiş və yüzlərlə nağıl, əfsanə, lətifə və hekayə nümunələrini “Ava­ra”, “Ab­dal”, “İbnisəbil”, “Urfi”, “Urfizadə S.”, “Səd­rəd­din U”, “Sədrəddin Urfizadə”, “Sabah”, “Estet”, “Fir­dov­si”, “Bitərəf”, Kənççi” imzaları və ya təxəllüsləri ilə nəşr etdirmişdir.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, təxəllüs və gizli imzaların yaranması ictimai-siyasi quruluşu kəskin sa­tira atəşinə tutan müəlliflərin çar üsuli-idarəsindən giz­lən­mək, polisiyanın gözündən yayın­maq məqsədindən irəli gəlirdi. T.Haçıyevin təbirincə de­sək, “Müəllif təkcə öz xo­şuna gülünc ad götürməmişdir. Hər addımbaşı onu izləyən, ölümlə təhdid edən düşmənlərdən qorunmaq, yaxa qur­tar­maq üçün bu adlardan qalxan (keçmişdə silah növü -M.Ç.) kimi istifadə etmişdir”. Bu üsul bütün inqilabçı-ya­zı­çı­la­rı­mızın fəaliyyəti üçün ən səciyyəvi və münasib yol ol­muş­­dur.
Təxəllüs və onun avtonimlə üzvlənmə sistemi. Təxəl­lüslər üzərində müşahidə apararkən məlum oldu ki, onlar avtonimlə işlənmə yerinə görə müasir onomaloji proseslər nəticəsində müxtəlif antroponimik vahidlərlə üzvlənir. Bu nöqteyi-nəzərdən onları aşağıdakı qruplara bölmək olar:
1.Adı, atasının adı, familiyası və təxəllüsü ilə yazıb-yaradanlar. Bu qrupa daxil olan müəlliflər müxtəlif ant­roponimik sistem üzrə təxəllüs qəbul etmişlər:
a) şəxs adı və təxəllüslə yazıb yaradanlar: Əlican Qövsi (XVII əsr), Zehin Bağdatlı (XVII əsr), Əliağa Alim (XVIII əsr), Yusif Vəndamlı (XIX əsr), Yəhya bəy Dilqəm (XVIII-XIX əsrlər) və s.
b) şəxs adı, ata adı və təxəllüslə yazıb yaradanlar: Mirzə Şə­­fi Sadıq oğlu Vazeh (XVIII-XIX əsrlər), Mə­həm­məd Əmin Dilsuz (XIX əsr), Mirzə Əliqulu xan Əxtər (XIX əsr) və s.
v) şəxs adı, ata adı, familiya və təxəllüslə yazıb ya­ra­dan­lar: Bahar Anacan Əmirəli qızı Ağalarova (XIX-XX əsr­­lər), Əbdülbağı Bülbülcan Kərbəlayi Əli oğlu Zülalov (XIX-XX əsrlər), Mirzə İsmayıl Qasir Səlim oğlu Axun­dov (XIX əsr), Seyfəddin Dağlı Əliağa oğlu Abbasov (XX əsr), Mədinə Gülgün Nurulla qızı Ələkbərzadə (XX əsr) və s.
2. Yalnız təxəllüsü ilə yazıb-yaradanlar: Bu qrupa ha­zırda əsl adı məlum olmayan, yalnız təxəllüsü ilə yazıb-ya­radan və şöhrət tapan müəlliflər aiddir. Əsl adı, hələlik, müəy­­yən­ləşdirilməmiş və elm aləmində yalnız təxəllüsləri ilə məş­hurlaşmış ədəbiyyat və elm xadimlərinin adlarına ya­zılı mən­bələrdə XIV əsrdən təsadüf olunur. Zəlili (XIV əsr), Allahi və Ziyadi (XV əsr), Süsəni və Fədai (XVI əsr), Bür­han, Vahid, Əzizi və Məlum (XVII əsr), Bikəs, Zəmiri, Mə­dədi, Məzlum, Məlali və Müştaq (XVII əsr), Ləli, Na­lan və Pürğəmi (XX əsr) və s.
Təxəllüs lüğətinə nəzər saldıqda aydın olur ki, XV-XVI əsrlərdən sonra yazıçıların yalnız təxəllüslə yazması halları daha da güclənir. Bu da, çox güman ki, hər şeydən əvvəl, xal­qın mənəvi qüvvəsi olan şairlərin dövrün ictimai-siyasi hadisələrinə, ədalətsizliyə qarşı mübarizə aparması və onu tənqid etməsi ilə bağlı idi. Təqib olunan şairlər hakim sin­fin diqqətini yayındırmaq üçün yalnız öz təxəllüsləri ilə yazıb-yaradır və əsərlərini xalq arasında yayırdılar.
Təxəllüslərin məna növləri. Dilimizdəki bütün antro-poni­mik vahidlər ümumişlək sözlər əsasında formalaşdığı kimi təxəllüslər də, əsasən, ümumişlək sözlər əsasında tə­şək­kül tapmış və başlıca olaraq yazılı nitqdə ün­siyyəti da­ha yaxşı sahmana salmağa xidmət edir. “Azər­baycan təxəl­lüs lüğəti”ndən aydın olur ki, istər tarixən, istərsə də müa­sir dövr üçün səciyyəvi olan təxəl­lüslər əsas etibarilə ümu­mişlək sözlər, toponimlər, etnonimlər, kosmo­nimlər, hid­ro­­nimlər, zoonimlər və başqa onomastik vahid­lər əsasında təşəkkül tapmış və əsrlərdən-əsrlərə keçdikcə daha da sə­lis­­­ləşmiş və təkmilləşmişdir. Antropo­nimiya­mız­da zən­gin və rəngarəng onomastik xüsusiyyətlərə ma­lik olan tə­xəl­lüs­­lər ifadə etdiyi məna əsasına görə müxtəlif qruplara bö­lünür:
a) Onomastik vahidlər əsasında düzələn təxəllüslər.
b) Ümumişlək sözlər əsasında düzələn təxəllüslər.
9-cu sxem

Onomastik vahidlər əsasında düzələn təxəllüslər. Bu qru­pa, başlıca olaraq, toponim, etnonim, kosmonim, hidro­nim, zoonim və başqa onomastik va­hid­lər əsa­sında düzə­lən təxəllüslər aiddir.
1. Toponim əsasında düzələn təxəllüslər. Bu qrup tə­xəl­­lüslər Azərbaycan antroponimiyasında qədim zaman­lar­dan bu günə kimi geniş yayılmışdır. Lüğətə daxil olan tə­xəl­lüsün 151-i toponimlər əsasında düzəlmişdir. Belə tə­xəl­­lüslər antroponi­mi­yada XIX əsrin ortalarında (familiya tə­şəkkül tapana qədər) ge­niş yayılmış, sonralar isə tədricən azalmağa başlamışdır. Lü­ğətə daxil olan 91 təxəllüsdən 60-a qədəri XIX əsrin ortalarına qə­dər, qalanı isə XIX əs­rin ortalarından sonra yaranmışdır. Bu tə­xəl­lüslər cəmi 32 toponimdən düzəlmişdir. O cümlədən, 29 Şirvan, 28 Təb­riz, 7 Qarabağ, 4 Ordubad, 5 Gəncə, 3 Ərdəbil, 2 Göy­çə, 4 Marağa, 2 Şəbüstər, 3 Şəki, 2 Şıxlı və s. topo­nim­lərdən, qa­lan təxəllüslərin hərəsi isə bir toponimdən yaran­mış­dır. Məsələn, Pir Hüseyn Şirvani (XI əsr), Əbunəzzam Fələki Şirvani (XII əsr), Nişat Şirvani (XVIII əsr), Seyid Əzim Şir­vani (XIX əsr); Xətib Təbrizi (XI əsr), Əssar Təbrizi (XIV əsr) Qöv­si Təbrizi (XVII əsr), Yusif Qarabağlı (XVII əsr), Məmməd Səid Ordubadi (XX əsr) və s.
2. Etnonimlər əsasında düzələn təxəllüslər. Antropo­ni­­mi­ya­mızda bir qrup təxəllüslərə rast gəlirik ki, onlar et­no­nim bil­dirən ümumi sözlər əsasında düzəlmişdir. Məsə­lən, Bədurə Əf­qanlı Məlik qızı Ağamalova (məşhur teatr rəs­samı, XX əsr), Rza Əfqanlı Rüstəm oğlu Cəfərzadə (akt­yor, xalq artisti, XX əsr), Sadıq bəy Əfşar (şair, XVI əsr), Mir­zə Mustafa Əfşar (alim, XIX əsr), Şah İsmayıl Xətai (XVI əsr) və s. Bu nümunələrdəki Əfqanlı, Əfşar və Xətai tə­xəl­lüsləri əfqan, əfşar və xətai etnonimlərindən düzəl­miş­dir.
3. Zoonimlər əsasında düzələn təxəllüslər. Azərbaycan ant­­ro­ponimiyasında zoonimlər, daha doğrusu, müəyyən quş­­­­ların adı­­nı bildirən sözlər də ayrı-ayrı şəxslər tərəfin­dən təxəllüs ki­mi qəbul edilmişdir. Məsələn, Murtuz Mə­şədi Rza oğlu Məmmədov Bülbül (xalq atisti, XX əsr), Mirzə Məhəmməd Tağı Qumri (şair, XIX əsr), Tağı Şah­bazi Simürğ (yazıçı, XX əsr), Mirzə Ab­bas Şahin (şair, XIX əsr), Əbdülbağı Bülbülcan Kər­bəlayi Əli oğlu Zü­lalov (xanəndə, XIX-XX əsrlər).
Bəzən isə, ərəb dilindən alınmış zoonimlər təxəllüs kimi qə­bul edilmişdir. Məsələn, ərəb dilində bülbül mənasında iş­lənən “həzarə” sözü XIX əsrdə şair Mirzə Rzaqulu tə­rə­findən təxəllüs (Həzarə) kimi qəbul edilmişdir; həmçinin ərəb dilində “cənnət qu­şu” mənasında işlənən “Hümai” sö­zü XVII əsrdə yaşamış bir şair tərəfindən təxəllüs (Humai) qəbul edilmişdir. Humai təxəl­lüsü ilə məşhur olan şairin adı, hələlik, ədəbiyyat tarixində müəy­yən edilməmişdir.
4. Hidronimlər əsasında düzələn təxəllüslər. Bu qrup tə­xəllüslər Azərbaycan antroponimiyasında az işlənir. Hid­ro­­nim­lər­­dən düzələn təxəllüslər, əsasən, Araz və Kür çay­larının adı ilə bağlıdır. Məsələn, Həmid Araslı (aka­de­mik, XX əsr), Məm­məd Araz (şair, XX əsr), Əliağa Kür­çaylı (şair, XX əsr), Aran Ala­zanlı (şair, XX əsr).
5. Kosmonimlər əsasında düzələn təxəllüslər. Azər­bay­can xalqı tarixən farslarla siyasi, iqtisadi, mədəni və başqa əlaqələr­də olmuşlar. Bu əlaqələr zamanı fars dilin­dən Azər­­baycan dili­nə həyat və məişətin bu və ya digər sa­hə­sində aid olan sözlərlə ya­naşı, bir qrup terminlər də keç­mişdir. Dilimizə keçən termin­lərin müəyyən hissəsi kos­­monimlərdən ibarətdir. Həmin kos­mo­­nimlərin bəzisi di­li­­mizdə təxəllüslərin yaranması üçün əsas olmuşdur. Bu qrup təxəllüslər dilimizdə az işlənir. Məsələn, Mir­zə Əli-qulu xan Əxtər (XIX əsr), Əsəd Pərvin (XIX əsr), şair Xurşud (XVIII əsr) və s. Burada təxəllüs kimi qəbul olun­muş “əxtər” sözü fars dilində “ulduz”, “Pərvin” sözü “Ül­kər, Sürəyya” ul­duz­larının adını, “Xurşud” sözü isə, “Gü­nəş” mənasında işlən­miş­dir.
Ümumişlək sözlər əsasında düzələn təxəllüslər. Bu qru­pa daxil olan təxəllüslər antroponimiyamızda aparıcı ro­­la malikdir. Təsadüfi deyil ki, kitabın sonunda verilən onomastik lüğətdəki 550 təxəllüsdən 380-ə qədəri ümu­miş­lək sözlər əsasında düzəl­mişdir.
1. Aşıq, şair və nasir sözləri əsasında düzələn tə­xəl­lüs­lər. Azərbaycan antroponimiyasına nəzər salsaq görərik ki, söz sə­nətinin mahir ustadı olan aşıq və şairlərin bəzisi “Aşıq”, “Şair” sözlərini öz mənəvi zövqlərinə uyğun ola­raq təxəllüs qəbul et­mişlər. Məsələn, XVII əsrdə yaşamış Sarı adlı aşıq özünə “Aşıq”, “Haqq aşığı”, “Qərib Aşıq” ki­mi təxəllüslər qəbul et­mişdir. Lakin həmin aşıq xalq ara­sında Sarı Aşıq adı ilə məş­hurlaşmışdır. XIX əsrdə ya­şa­mış şairlərdən Əbdürrəhman ağa Dil­bazi “Şair”, Abba­sağa isə “Nasir” təxəllüsünü qəbul et­mişdir.
2. Bilik, bacarıq və məlumat bildirən sözlər əsasında dü­zələn təxəllüslər. Qədim zamanlardan üzü bəri xalq ara­sında öz nü­mu­nəvi biliyi, bacarığı və məlumatı ilə fərq­lə­nən adamlar tari­xən özlərinə hər şeydən xəbərdar olan mə­nasını ifadə edən tə­xəl­­lüslər qəbul etmişlər. Bu qrup tə­xəllüslər Azərbaycan antro­po­­nimiyasında geniş yayıl­mış­­dır. Məsələn, Arifi (Arif, ərəbcə bilən, bilici, bilik sa­hibi, hər şeydən xəbərdar; hər şeyi incə­li­yi­nə qədər başa dü­şən, tez dərk edən), Agah (farsca xəbərdar, bi­lən, ayıq, gö­zü­açıq), Bəsiri (Bəsir, ərəbcə uzaqgörən, anlayan, bilici, fə­ra­sətli), Vaqif (ərəbcə xəbərdar, məlumatlı), Müttələ (ərəb­cə, xəbər­dar, məlumatlı), Urfani (ərəb­­cə bilik, mərifət, ariflik), Hali (ərəbcə xəbərdar, bi­lən, mə­­lumatlı) və s. kimi təxəllüslər bu qəbildəndir. Şair Arifi - adı məlum deyil (XV-XVI əsrlər), şair Arif - adı mə­lum deyil (XVII əsr), şair Hacı Abbas Agah (XIX əsr), şair Bəsiri - adı məlum de­yil (XV-XVI əsrlər), publisist Ne­mət Bəsir (XX əsr), şair Mol­la Pənah Vaqif (XVIII əsr), müəl­lim Mirzə Kazım Əs­gər­zadə Müttələ (XIX əsr), şair Ur­fani - adı məlum de­yil (XVIII əsr), şair Hali - adı mə­lum deyil (XVI əsr) və s.
3. Qəm, qüssə, dərd, kədər və s. bildirən sözlər əsasında düzələn təxəllüslər. İnsanın insan tərəfindən is­tismarına əsas­lanan sinifli cəmiyyətdə xalqın hüquqsuz və yoxsulluq, həddən artıq zülm, əzab və işgəncə şəraitində ya­­şaması ilə əlaqədar ola­raq, o dövrün ədəbiyyat və in­cə­sənət xadimləri, qabaqcıl adam­ları özlərinə qəm-qüssə, dərd-kədər, kömək­siz və ümidsizlik ifadə edən ümumi söz­lərdən təxəllüs qə­bul etmişlər. Belə təxəl­lüslər tarixən Azər­baycan antro­po­nimiyasında geniş yayılmışdır. Məsə­lən, Bikəs (farsca, kö­məksiz, kimsəsiz), Binəva (farsca, səs­siz, kimsəsiz, kö­məksiz), Bixud (farsca, özünü itirmiş, huş­suz), Dilxun (fars­ca, könlü, ürəyi qan, şiddətli qəm-qüs­səyə müb­­­təla ol­muş), Əsiri (ərəbcə yoxsulluq), Əza (ərəbcə, yas, (ma­­­təm, cəfa), Məhzun (ərəbcə, hüznlü, kədərli, qəmli), Ma­tə­mi (ərəb­cə, yas saxlayan), Məlali (ərəb­cə, düşkünlük, qəm, qüs­­sə, kədərlənmə), Nadim (ərəb­cə, peşman olmuş, peş­man), Na­kam (farsca, arzusuna çatmayan), Nalan (fars-ca, nalə edən, ağ­layan), Pürğəmi (farsca, çox qəmli) və s. kimi təxəllüslər bu qə­bildəndir. O cümlədən, şair Hacı Molla Hüseyn Bikəs (XIX əsr), şair Mirzə Məhəmmədəli Binəva (XIX əsr), şair Mollağa Bi­xud (XIX əsr), şair Mirzə ağa Dilxun (XIX əsr), şair Əsiri - adı məlum deyil (XV-XVI əsrlər), şair Molla Baba Əza (XIX əsr), şair Məhzun - adı məlum deyil (XVIII əsr), şair Matəmi - adı məlum deyil (XV-XVI əsrlər), şair Məlali - adı məlum deyil (XVIII əsr), şair Mirzə Nadim (XIX əsr), şair İsmayıl bəy Nakam (XIX əsr), şair Na­lan - adı məlum deyil (XIX əsr), şair Pür­ğəmi - adı məlum de­yil (XX əsr) və s.
Dərdimənd - Mirzə Həsən Tahirovun (XIX-XX əsrlər) təxəl­lüsüdür. O, maarifpərvər, Şəki teatrının və qızlar mək­­­tə­bi­nin təş­kilatçısı, “Molla Nəsrəddin” jurnalında və Azər­baycan dilində nəşr olunan qəzetlərdə çıxış edən publisist və ədəbiy­yat­şünasdır.

4. Sevgi, məhəbbət, arzu, dostluq, mehribanlıq və s. bil­dirən sözlər əsasında düzələn təxəllüslər. Bu qrup təxəl-lüs­lər də Azərbaycan antroponimiyasında geniş yayıl­mış-dır. Məsələn, Eşqi (ərəbcə, sevginin ən yüksək dərəcəsi, ehtiramla sevmə; yüksək həvəs), Müştaq (ərəbcə, arzu­layan, istəyən, şövqlü, həvəsli), Həbibi (ərəbcə, dost, sev­gili, sevilən), Vəfa (ərəbcə, əhdə, dostluğa möhkəm olma, sadiq olma), Əzizi (əziz, mehriban, istəkli), Müşviq (ərəb­cə, mehriban, mərhəmətli, məhəbbətli, sevən) və s. kimi təxəl-lüslər tarixən antroponimiyamıza daxil olmuşdur. O cüm-lədən: şair Mirzadə Eşqi (XIX əsr), şair Müştaq - adı mə­lum deyil (XVIII əsr), şair Abbas Müştaq (XIX əsr), şair Həbibi - adı məlum deyil (XV-XVI əsrlər), şair Meh­di­qu­luxan Vəfa (XIX əsr), şair Əzizi - adı məlum deyil (XVII əsr), şair Mikayıl Müşfiq (XX əsr), Ramiz Duyğun (şair, XX əsr), Əkbər Çəmənli (şair), Zakir Fəxri (şair, XX əsr).
5. Riyazi anlayış ifadə edən sözlər əsasında düzələn tə­xəllüslər. Məsələn, Azərbaycan şairi, məşhur qəzəlxan Əli­­a­­ğa Məmmədqulu oğlu İsgəndərov sənət aləmində və eləcə də xalq arasında “Vahid” təxəllüsü ilə məşhurlaş­mışdır.
Bəzən, bu və ya digər şəxs təxəllüs götürərkən atasının adının ya birinci, ya da ikinci komponentini öz adı ilə bir­ləşdirir və yeni mürəkkəb quruluşlu ad - təxəllüs düzəldir. Mə­sələn, “Nurcabbarın əsl adı Cabbar idi. O gün ki, əlinə qələm alıb ilk nağılını yazmağa başladı, bax onda atası Nu­­­­rəlinin adının yarısını öz adının qabağına qoyub, oldu Nur­cabbar - hamı başladı Cabbara “Nurcabbar” deməyə” .
Bu qrup antroponimlər həm şəxs adı, həm də təxəllüs mə­qamında işlənir. Belə antroponimə tərkibi hibrid - ant­ro­po­nim deyilir. Çünki həm ad, həm də təxəllüs eyni fo­ne­tik tər­kibdə özünü biruzə verir.
Azərbaycan antroponimiyasında təxəllüslərin əmələ gəl­­­­məsi və hansı məqsədlərlə qəbul edilməsi yolları çox müx­təlif və rəngarəng, maraqlı xüsusiyyətlərə malikdir. La­kin bu xüsusiyyətlərin hamısından ayrıca bəhs etməyi lazım bilmədik. Çünki Azərbaycan dilçiliyində təxəllüs­lərin mo­noq­rafik yolla ayrıca tədqiqata ehtiyacı vardır.
Təxəllüslərdən bəhs edərkən bir cəhəti də xüsusilə nə­zə­rə almaq lazımdır ki, onlar ilk yaranma dövründə müəy­yən bir şəxsi başqalarından fərqləndirmək üçün yardımçı va­sitə - antroponim olduğu halda, sonradan həmin təxəl­lüs­­lər yeni doğulmuş oğlan və qızlara qoyulur. Be­lə­liklə də, təxəllüslər xüsusi adların yaranması üçün bir mən­bə təşkil edir. Məsələn, əvvəllər xalq arasında geniş ya­yılmış Xa­qani, Füzuli, Vaqif, Arif, Səhhət və s. kimi tə­xəllüslər indi tamamilə xüsusi adlara çevrilmişdir. Hətta, onları əsl adlar­dan fərqləndirmək olmur.

Azərbaycan onomastikasına nəzər saldıqda daha maraq­lı bir xüsusiyyətə rast gəlirik. Bu da ondan ibarətdir ki, hə­lə Orta əsrlərdən Şərq ölkələrində, həmçinin, Azərbay­canda da ayrı-ayrı şəhərlərə onun xüsusiyyətlərinə görə, dəb­dəbəli təxəllüs verilməsi adi hal olmuşdur. Məsələn, Şi­raz şəhərinə Darül-elm, Bağdad şəhərinə Darüssəlam (Sülh evi), İstanbul şəhərinə Dərsəadət, Ərdəbil şəhərinə Darül-irşad, Təbriz şəhərinə Darüssəltənə (hökumət evi), Şa­­maxı şəhərinə Darülədəb (ədəb evi) və s.
Buraya kimi deyilənlərdən belə nəticəyə gəlmək olur ki, vaxtı ilə hələ azərbaycanlılar arasında familiya kütləvi şə­kildə yaranmamışdan əvvəl (XIX əsrin ikinci yarısına qədər) təxəllüslər bir növ familiyanın funksiyasını yerinə yetir­miş­dir. Buna görə də Azərbaycan antroponimiyasında famili­ya­nın orta əsrlərdə yaradılmasına bəlkə də heç ehtiyac da ol­ma­mışdır. Xalqımız arasında familiya kütləvi şəkildə qəbul edil­dikdən sonra (XX əsrin birinci rübündən sonra) təxəl­lüs­lərin işlənmə miqyası əvvəlki dövrlərə nisbətən müqayisə edil­məz dərəcədə azalmışdır.

LƏQƏBLƏR

Antroponimikanın tədqiqat mənbələrindən birini də lə­qəb təşkil edir. Ləqəb cəmiyyət üzvlərinin birini digə­rin­­­dən fərqləndirmək üçün xalq tərəfindən verilən qeyri-rəs­mi və yaxud vasitəçi (və ya köməkçi) bir addır. Tə­xəl­lüs­dən fərqli olaraq, ləqəb ayrı-ayrı adamlara, onların za­­hiri görünüşü, xarakteri, peşəsi, fiziki kamilliyi və mən­şəyi ilə əlaqədar olaraq xalq tərəfindən verilir. Lüğətlərdə ləqəb belə izah edilir: “Müəyyən bir səciyyəvi xasiyyətinə və ya başqalarından ayrılan əlamətlərinə görə adama ve­ri-lən qeyri-rəsmi ad”dır. Məlumdur ki, hər adamın fərdi - şəxsi adı vardır. Lakin həmin ad bəzən bir adamı baş­qa­sından fərq­­ləndirmək iqtidarında olmadıqda (bir məhəllədə, kü­çə­də, təhsil müəssisəsində və ya iş yerində addaşlar ara­sın­da -M.Ç.) onun köməyinə fər­diləş­diril­miş işarə - ləqəb gə­lir.
Ləqəblər insan kollektivində və ya adamlar arasında ün­siyyəti asanlaşdırdığı kimi, qədim zamanlardan bədii əsər­lə­rin personajlarını da bir-birindən fərqləndirməyə xidmət edən mühüm vasitədir. “Bədii əsərlərdə ad, familiya, ləqəb seçilməsi, onların müxtəlif janr və üslublarda struktur özü­nəməxsusluğu və obrazlılıq funksiyası məsələləri bir ne­­­çə nümunə ilə şərh oluna bilməz. Bu (ləqəb -M.Ç.) bədii ədə­biy­yat üslubiyyatının çox böyük və mürəkkəb möv­zu­la­rından olduğu kimi antroponimiyanın da əsas sahə­lə­rin­dən birini təşkil edir. Deməli, bədii əsərlərdə bu və ya di­gər personajın daxili və yaxud səciyyəvi cəhətlərini özün­də birləşdirən ləqəbləri üslubiyyət; cəmiyyətdə özünü bü­ruzə verən ləqəbləri isə antroponimika tədqiq etməlidir. Bu mənada xüsusi adlar və ləqəblər dilin leksik tərkibini təşkil edən vahidlər içərisində mühüm yer tutur”. Bu va­hidlərin dilçilik baxımından öyrənilməsi vacibdir.
Eramızdan əvvəl V-IV əsrlərdə yaşamış qədim yunan komediyasını dünyada tanıdan Aristofanın “Atlılar” əsə­rində Afina demokratiyasının lideri Kleon kəskin satira atə­­şinə tutulur. Əsərdə bu obraz dabbaq Kleon adı ilə iş­tirak edir. Kleon tamaşada geydiyi maskaya görə Pafla­qon­­lu Kleon adlanırdı. Paflaqonlu onun ləqəbidir. Lə­qəb hə­lə qədim zamanlardan dünyanın başqa xalqla­rın­da oldu­ğu kimi, xalqımız arasında da yaranmağa baş­lanmışdır.
Qədim türkdilli xalqlarda da ləqəb olmuşdur. Məsələn, Talas çayı vadisində tapılan qədim türk runik yazısında Qara Bars və Oğul Bars qardaşlarının adı çəkilir. Tür­küs­ta­nın əfsanəvi hökmdarı sayılan Əfrasıyabın epik ləqəbi Alp Ərtonqa olmuşdur.
Azərbaycan antroponimiyası tarixinə nəzər saldıqda mə­­­lum olur ki, xalq arasında ləqəblər qədim dövrdən for­ma­laşmışdır. Antroponim kimi ləqəblərin də yayılma tarixi qədimdir. “Dədə Qorqud” dastanında da bəzi personajların ləqəbi olduğu özünü göstərir. Məsələn, dastanın üçüncü boyunda oxuyuruq: “Bu mə­həllə ərənlərin meydanı arslanı, pəhləvanların qaplanı, Boz oğlan yetdi, bir-iki demədi, ka­firlərə qılınc urdu... bəzir­gan­ların malını qurtardı (geri dön­dü). Bəzirganlar aydır: Bəy yigit! Bizə sən ərlik iş­lədin...”.
Yuxarıdakı sətirlərdə olduğu kimi, bundan sonra da Beyrək “Boz oğlan” ləqəbi ilə tanınmışdır.
XIV əsrdə Ağqoyunlu hakimlərindən biri Türkalı bəy də “Bozdoğan” ləqəbi daşımışdır.
XII əsrin görkəmli azərbaycanlı alimlərindən biri Ka­mal-əd-Din Əbu-l-Fəzl Hübeyş ibn İbrahim ibn Mə­həm­məd Kamal Tiflisi idi. Bu məşhur alimin Kamal əd-Din və ya Şərəf əd-Din kimi ləqəbləri (təxəllüsləri) və Tiflisi nis­bəsi olmuşdur.
XII əsrdə Şirvanşahlar dövründə Mənucöhrin oğlu Ax­si­­­tan (“Böyük hökmdar” və “Dənizlər padşahı” ləqəbilə, Sul­tan Mahmud və Alp Arslan (“Məlik-əl-islam” ləqəbi ilə çağrılıb, Şirvanşah I Axsitanın oğlu Fərruxzad “Sultan al-məməlik” (məmləkətlər sultanı) ləqəbi ilə məşhur ol­muş­dur.
Şirvan dövləti Fərruxzadın oğlu Kərşasbın dövründə də (1208-1225) inkişaf etməkdə idi. O dövrdə Mərdəkanda tikilmiş qala üzərindəki kitabədə Kərşasb “məlik müəz­zəm”, “alim”, “adil”, “müzəffər”, “qalib”, “dünya və dinin fəxri”, “islam və müsəlmanların köməyi” və s. bu kimi titul və ləqəblərlə qeyd edilir.
Kərşasbın oğlu Fəriburzun da “malik müəzzəm”, “dün­ya və dinin yüksəkliyi”, “islam və müsəlmanların köməyi”, “malik və sultanların tacı” və s.; II Axsitanın (1243-1260) isə “Şirvanşah”, “ən əzəmətli Şirvanşah”, “dinin gözəl­liyi”; XIV əsrdə Şirvanşah Şeyx İbrahimin (1382-1417) “sultan əzəm”, “malik riqab əl uməm” (xalqın ağası),“sul­tan bin sultan”, “dünya və dinin cəlalı” kimi titul və ləqəbi olmuşdur. Onu da qeyd etmək lazımdır ki, “Şeyx” onun xalq arasında böyük hörmət və nüfuza malik ol­duğunu gös­tərir.
Antroponimiya tarixinə nəzər saldıqda məlum olur ki, “şeyx” ləqəbi tarixən alimlərə, müdriklərə, hörmətli adam­lara, ziyalılara və nüfuzlu adamlara verilmiş ümumi ləqəb olmuşdur. Müasir dövrdə isə, həmin ləqəbi, bir növ, “müəl­­lim” sözü əvəz etməkdədir.
Şeyx İbrahim oğlu I Xəlilullahın da (1417-1462) “sul­tan əzəm”, (“Şirvanşah müəzzəm”, “Məlik müəzzəm”), “sul­tan”, “nüsrət əddin” (din köməkçisi) “qalib”, “müzəf-fər” ki­mi titul və ləqəbi olmuşdur.
Əlincə qalasının yaxınlığındakı “Xanigah” adlı abidədə qeyd olunduğu kimi, Qaraqoyunlu hakimi Cahanşah “Hə­qiqət” ləqəbi ilə tanınmışdır.
Həmçinin, XIX əsrdə yaşamış Azərbaycan şairi Axund Molla Hüseyn Qazaxinin ləqəbi Ağbaş, təxəllüsü isə Sabit ol­muşdur.

Azərbaycan maarifpərvərləri, “Qafqaz” qəzaetinin mü­hər­riri, “Molla Nəsrəddin” jurnalında tez-tez satirik yazı­ları ilə çıxış edən, İrəvan (Yeravan) şəhərində nəşr olunan satirik “Lələk” jurnalının müdiri Mirzə Cabbar Əsgərzadə Bağçaban ləqəbini daşıyırdı.
Antroponimiyamızın tarixində mövcud olan ləqəblərin hamısından ətraflı bəhs etmək imkan xaricindədir. Çünki on­ların tarixi varisləri olmur. Ləqəblər rəsmi xarakter da­şımadığı üçün müəyyən rəsmi və ya qeyri-rəsmi sənəd­lər­də qeyd olunmamış və bu günə qədər gəlib çatmamışdır.
Məlumdur ki, ləqəblər yalnız adamları və ya bir şəxsi baş­qasından fərqləndirməyə yox, eyni zamanda bədii və publisist əsərlərdə güclü komizm və yumor yaratmağa xid­mət edir. Bu mənada, xalq arasında çox sərrast və təm­kinlə, səbrlə düşünülmüş yüzlərlə - minlərlə ləqəblər var­­dır ki, bə­­dii söz ustaları qarşıya qoyduğu bu və ya digər məsə­ləni bədii yolla həll etmək üçün onlardan bacarıqla istifadə edir­lər. Bu münasibətlə N.V.Qoqol “Ölü canlar” əsərində xalq ləqəblərindən bəhs edərək yazmışdır ki, “rus camaatı yaman tutarlı sözlər deyir! Əgər o, bir adama bir ləqəb ver­sə, bu ləqəb onun cinsinə, nəslinə keçər, bu ləqəbi özü ilə qulluğa da aparar, istefaya çıxanda da, Peterburqa ge­dəndə də, hətta, lap dünyanın o başına da! Sonra bu adam nə qədər kələk qursa da, öz ləqəbini nə qədər hörmətə mindirsə də, alçaq təbiətli dəftərxana adamlarına pul ilə öz nəslinin lap qədim knyaz nəslindən olduğunu yazdırsa da heç bir şey çıxmaz: bu ləqəb hər yer­də qarğa kimi səsi yetdikcə qırıldar və aydınca göstərər ki, bu adam hansı yu­vanın quşudur. Tutarlı deyilən bir söz - yazılı söz ki­mi­dir, onu balta ilə də kəsib atmaq olmaz! Rus elinin içəri­lə­rin­dən çıxan hər şey tutarlı olur, o yerdə ki, nə alman, nə çu­xon, nə də başqa bir tayfa var. Ha­­mısı öz-özünə yetişmiş xalis rusdur, canlı, çevik rus zəka­sıdır, onlar söz üçün məət­­təl qalmaz, cücə cıxaran toyuq kimi oturub gözləməz, sö­zü ömürlük verilən pasport kimi birdən söylər. Sonra da­ha sənin ağız-burnunun necə olması haqqında heç bircə söz əlavə etmək lazım gəlməz; bir söz ilə (ləqəbinlə -M.Ç.) sən başdan-ayağa təsvir edilmiş olarsan!”.
N.V.Qoqoldan gətirdiyimiz bu sətirlər necə də yerində deyilmişdir. Qədim və zəngin mədəniyyətə, ədəbiyyata və rəngarəng antroponimiyaya malik olan xalqımızın arasında ləqəblə bağlı belə bir kəlam vardır: “Öküz öldür, atayın adını (ləqəbini) üstündən götür”. Deməli, ləqəb bədii əsər­də mənfi və komik xarakterlər yaratmaq imkanına da ma­lik­dir.
Bədii irsimizdə, xüsusilə, “Nəsrimizdə komizm yarat­maq üçün istifadə olunan xüsusi adların böyük bir qrupunu ləqəbli adlar təşkil edir. Ləqəbli adlar klassik realist nəs-rimizdə, xü­su­sən, C.Məmmədquluzadə və Ə.Haqverdi­yev nəsrində mü­hüm yer tutur. Xüsusilə“ Ə.Haqver­diyevin əsər­­lərində çox gü­lünc ləqəblər işlənmişdir: Pişik satan Ha­­şım, İlan qırxan Səf­tər, Balıq udan Cəfər (“Müt­rüb dəf-təri”), dana Bayram, cığ-cığ Fərzalı, Quzğun Səfi, durna Balaxanım (“Şikayət”) kimi ləqəbli adları misal gös­tərmək olar”.
Ləqəbin tarixi çox qədimdir. Əgər ləqəbin yaranma ta­rixi qədim olmasaydı, xalqımız arasında çoxdan bəri yayıl­mış qısa və lakonik şəkildə deyilmiş belə bir kəlam da ya­rana bilməzdi. Lakin heç bir hörmət və yalvarış xalq təfək­kürünün məhsulu olan ləqəbi geri götürməyə qadir deyildir. Buna görə də, həm va­lideynlər yeni doğulmuş uşağa ad seçərkən ehtiyatlı ol­malı, mənalı və ahəngdar səslənən ad seçməlidir, həm də bu və ya digər adı daşıyan şəxs mən­sub olduğu xalqın və ya cəmiy­yətin adət-ənənəsinə mü­na­sib hə­rəkət etməlidir ki, xalq ona ləqəb verməsin.
Hətta məşhur K.Marks və F.Engelsin də ləqəbləri ol­muşdur. Onların epistolyar (məktublarını) irsini öyrən­mək­də ləqəbləri təd­qi­qat­çının köməyinə gəlir. K.Marks 1883-cü ildə ölmüşdür. Onun ölümündən iki həftə sonra F.Engels Teodor Kunoya göndərdiyi məktubunda qeyd etmişdir ki, kim K.Marks və ailəsi ilə yaxın idisə, onu nə Marks və nə də Karl kimi yox, ancaq ləqəbilə Mavr kimi tanıyırdı. O, universitetdə oxuyar­kən Mavr ləqəbini da­şıyırdı. Əgər mən ona başqa şəkildə müraciət etsə idim, onda o, düşünərdi ki, nəsə olub qaydaya salmaq la­zım­dır”.
F.Engels həmişə K.Marksa məktublarında Lieber Marks, Lieber Mavr yazırdı, Marks isə öz həmkarına Lieber En­gels, Lear Frid, Lieber Frid adı (ləqəbi) ilə məktub yazırdı.
Adqoyma ənənələrinə riayət edilmədikcə cəmiyyət üzv­ləri ayrı-ayrı adamlara münasib ləqəblər verirlər. Bəzi təd­qiqatçı­lara görə, ləqəblər sadə adamlara aid olur...

Belə olduqda “sadə adamların, adətən, əsas adı və onu fərq­ləndirən ləqəbləri vardır” mülahizəsi ilə razılaşmaq olmaz. Çün­ki həmişə və hər yerdə əsasən əhalinin cüzi bir hissəsinin ləqəbi olur. Həm də ləqəb yalnız sadə adamlara yox, yüksək rüt­bəli adamlara da verilə bilər (ola bilər ki, yüksək rütbəli adamlara ləqəb o rütbəni tutmazdan əvvəl ve­rilər). Təxəllüs rəsmiləşib geniş yayıldığı halda, ləqəb rəs­miləşmir və məhəlli xarakter daşıyır. Başqa sözlə desək, ləqəbin yayılma dairəsi məhduddur. Hər hansı bir məhəl­lədə, küçədə və ya kiçik bir kənddə yaşayan adamları bir-birindən fərqləndirmək məq­sə­dilə xalq onların insani key­fiyyətlərini nəzərə alaraq, müxtəlif ləqəblə adlandırırlar. Bu da insanlar arasında ün­siyyətin asanlaşmasına kömək edir. Məsələn, müşahidə apardığımız şivələrin birində iki adaşın və ya eyniadlı ada­mın həm adı, həm atasının adı, həm anasını adı və həm də familiyalarının eyni olduğuna rast gəlirik: Hacı Xıdır oğlu Məmmədov (analarının adı Na­batdır). Xalq ünsiyyət zamanı həmin adaşları bir-birin­dən fərqləndirmək üçün onlara müxtəlif ləqəblər ver­mişlər. O cümlədən, 1) Adil Hacı, Dəli Xıdır, Çolaq Nabat. 2) Çoban Hacı, Xilloy Xıdır, Gəlmə Nabat.
Belə hala Dmanisi (Başkeçid) rayonunun Qızıl Kilsə kən­dində də təsadüf olunur. Bu kənddə Nübar adlı iki qa­dın vardır. Onların anaları da (Qələmzər), ataları da (Veys) və familiyaları da (Musayeva) adaşlardır. Kənd əhalisi bun-lardan birini öz adı - Nübar, digərini isə Qələmzərin qı­zı deyə çağırırlar.
Eyni bir kənddə və ya bölgədə adaşların çoxuluğu da ləqəblərin yaranmasına səbəb olur. Mə­sələn, Gürcüstanın Marneuli (keçmiş Borçalı) ra-yo­nu­nun Təzəkənd kəndində Məmməd adlı yeddi nəfər şəxs yaşayır. Onları bir-birindən fərqləndirmək məqsədilə yerli kənd sakin­ləri onların hərə­sinə bir ləqəb qoymuşdur: Qaş Məmməd, Şəkər Məmməd, Tülkü Məmməd, Xaşıl Məm­məd, Bic Məm­məd, Boçka Məmməd, Bala Məm­məd və s. Həmçinin, Qarda­ba­­­ni (keç­miş Qarayazı) rayonu­nun Qaracalar kəndində isə 26 nəfər Əhməd adlı şəxs var­dır. Yerli əhali həmin adaşları bir-birindən fərq­ləndir­mək üçün onların hərəsinə bir ləqəb ver­miş­dir: Bül­bül Əhməd, Qə­ləm Əhməd, Qırmızı Əhməd, Molla Əh­­məd, Ço­ban Əh­məd, Bağçı Əhməd, Maryak Əhməd, Müəl­lim Əh­məd, Şofer Əhməd, Baydağ Əhməd, Puşkin Əhməd, Do­daq Əh­məd, Yağyeyən Əhməd, Balaca Əhməd, Kar Əhməd, Şil Əh­məd, Dəli Əhməd, Kor Əhməd, Keçəl Əhməd, Lal Əh­məd, Arvad Əhməd, Qız Əhməd, Toma Əhməd, Jorik Əh­məd, Pajar­nik Əhməd və s.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, ünsiyyət zamanı adaşları bir-birindən fərqləndirmək üçün ləqəblərin müəyyən qədər rolu vardır.
Ləqəblər, əsasən, milli və məhəlli xaraktet daşıyır. Bun­­­­dan başqa ləqəblərdən bədii ədəbiyyatda da geniş isti­fa­də edilir. Məsələn, böyük demokrat, məşhur yazıçı və jur­na­list Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhva­latları” əsərində “ayama” və “ləqəb” sözlərini izah edər­kən yazır: “Ayama avam sözüdür, ləqəb ərəb sözüdür”. O, hə­min əsərində belə bir epizod vermişdir: “Belə ləqəblər var bizim Danabaş kəndində ki, desəm uğunub gedərsən. Mə­sələn, Girdik Həsən, Dəvə Heydər, Yalançı Səbzəli, Eş­şək Muxtar, Dovşan Qasım, Müttəsir - bu cür ayamalar bizim Danabaş kəndində hədsizdir. Əgər durum hamısını ərz et­məkliyə, bütün Rusiyyətin karxanalarında kağız qal­maz”.
Yuxarıdakı nümunədən göründüyü kimi, şifahi ünsiy­yət­də də, bədii əsərdə də ləqəblər üslubi xarakter daşıyır, gülüş vasitəsi kimi mənanın daha dərin və daha dolğun ifa­də olunmasına xidmət edir. Bu xüsusiyyətə C.Cab­bar­lının “Sevil” pyesində də rast gəlirik. Əsərdə Gülüşün Əb­düləli bəy haqqındakı sözləri mülahizəmizi bir daha təsdiq edir: “Bu əfəndinin ...adına özü olanda-Əbdüləli bəy, ol­ma­yan­da - Əbdülbəli bəy deyirlər. Tanış olun...”. Müəllif bu epi­zodla səhnənin satirik mahiyyətini, gülüşün mənalı­lığını və təsiredici gücünü daha da artırır.
Ləqəblər xalq arasında yayıldığı kimi, ayrı-ayrı bədii əsərlərin personajları arasında da özünə yer tapmışdır. Mə­sə­lən, İ.Əfəndiyevin “Üçatılan” romanında Qaradolaq Ha­cı Şirin, Üçtoqqa İman, Pıçıltı Fətiş, Tülkü Sevdimalı kimi ləqəblərə rast gəlirik.

Azərbaycan nəsrinin gözəl nümunələrini yaratmış M.Cə­la­lın əsərlərində də personajların fərdi psixologiyası, pe­şə­si, geyimi, davranışı, vəzifəsi, ictimai yerlərdəki hərəkəti və s. əlaqədar olaraq yaradılmış onlarla ləqəblərə rast gə­li­rik: Qəssab Həsən, Lüt Qədir, Taskabab Nağı, Danqır Ab­­bas, Fərə Məsmə, Tayqılça Kazım və s.
Belə ləqəblərə İ.Hüseynovun Mirzə Cəlilin əziz xatirə­sinə həsr olunmuş “Kollu Koxa” əsərində daha çox rast gəlirik: - Cında qarı, Dingə Dəmir, Həsir Haşım!... Siyahı uzun­dur. Bizim Qaracalarda uşaqları və yeniyetmələri çıx­maq şərti ilə, neçə adam varsa, bir o qədər də ləqəb var. Hamısını uydurub yaraşdıran da Koxadır. İndi onun özü­nün də ləqəbi var: “Kollu Koxa” .
“Deyirlər bu azar, yəni adamlara ləqəb qoymaq azarı Koxaya atasından keçib. Danışırlar ki, çopur kişi, hələ, mü­­ha­ribədən əvvəl Qaracalarda ona-buna ləqəb-“lağlağı” ya­raşdırıb, axırda kəndin rəhbər işçilərinə də “lağlağı” qo­yub, onlarla savaşmış, bundan sonra da arvadını da gö­tü­rüb buradan getmiş” ...
“Ləqəblər elə sərrast və tutarlı idi ki, hətta, rayondan gə­lən qonaqlar da maraqlanırdılar... Koxa isə “lağlağı” qoşmaq azarına tutulmuşdu. Ancaq, bu da qəribə idi ki, kənd­də heç kəs ondan incimirdi. Birincisinin üzünə “Ey Xain Xıdır” deyirdi, o birisini “Çənə Bağır” çağırırdı...
“-Həsir Haşım deyirsən, Zıqqı Zəbi, Çənə Bağır deyir­sən! Bunlardan da incimirlər. Tülkü Heydər, Xain Xı­dır! Bunlardan da incimirlər” .
“Mən birdəncə ayılıb gördüm ki, bizim Tələ-Kəkə nə­nə­mizin adını Cında qoyublar, indi bütün kənd ona Cında deyir”.
“Kollu Koxa” povestində, nəinki, ayrı-ayrı perso-naj­la­rın ləqəblərinə, hətta, bir neçə əvvəlcədən ləqəbi olan per­so­najların sonrakı ləqəblərinə da rast gəlirik. Məsələn: “Daha Cəfalı Cavanşir deyilsən, Dimbuz Cavanşir!..
-İnnən belə Qılınc Qurban yox, sən dönüb oldun Podrat Qur­ban!” .
Bədii əsərlərdə təsvir olunan hadisəni və əhvalatı, per­so­najların daxili aləmini və xarakterini bütün incəlik­lərinə qədər vermək məqsədilə yazıçılar ləqəblərdən geniş şəkil­də istifadə edirlər. Məsələn, Girdik Həsən, Yalançı Səb­zəli, Kefli İsgəndər (Cəlil Məmmədquluzadənin əsərlərində); Pardon Qurbanəli (M. İbrahimovun əsərində); Fərə Cəfər, Süpürgəsaqqal Rəhim, Çürük Mehdi, Yetim Dadaş, Cır-cır Fərzəli (Ə.Haqverdiyevin əsərlərində) və s.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, ləqəblər bir qayda olaraq, xüsusi, şəxs adlarının əvvəlinə gəlir. Məsə-lən, Yekə Xıdır, Balaca Vəzir, Qres Səməd və s.
İstər bədii ədəbiyyatda, istərsə də şivələrdə müşahidə etdiyimiz ləqəblər öz mahiyyəti etbarilə müxtəlif olur. On­lar həm ədəbi dil, həm də şivə sözləri əsasında əmələ gələ bilər. Ədəbi dil sözləri əsasında düzələn ləqəblər, əsasən, ailəvi və məhəlli; şivə sözləri əsasında düzələn lə­qəblər isə fərdi-şəxsi xarakter daşıyır. Yəni, bir ləqəb bə­zən bir şəxsə, bəzən bir nəslə və bəzən də bir məhəlləyə ve­rilir. Bunları nə­zərə alaraq, ləqəbləri üç qrupa bölmək olar:
I. Fərdi-şəxsi ləqəb.
II. Ailəvi-nəsli ləqəb.
III. Məhəlli-kollektiv ləqəb.

I. Fərdi-şəxsi ləqəb. Ş
əxs adları nəsildən-nəslə keçib əsr­­lərlə yaşadığı halda, fərdi-şəxsi ləqəblər uzun müddət ya­şaya bilmir, nəsildən-nəslə keçmir və tezliklə unudulur. Ləqəblərin ömrü onu daşıyan şəxsin ömründən də az olur. Təxəllüslər əsli-şəxsi adlara çevrilib əsrlər boyu geniş yayıldığı halda, ləqəblər belə xüsusiyyətlərdən məhrumdur.
Fərdi-şəxsi ləqəblər yalnız ayrı-ayrı adamlara aid olur. Belə olduqda onun mənşəyini də izah etmək asan olur. Ailəvi-nəsli ləqəb ayrı-ayrı adamlara onların ictimai mən­şəyi, vəziyyəti, sənəti, peşəsi, xarakteri, mənəvi keyfiyyəti, zahiri görünüşü və əxlaqi kamilliyi ilə əlaqədar olaraq xalq tərəfindən verilir.
Türkologiyada fərdi ləqəblərin tədqiqinə bu nöqteyi-nə­zərdən yanaşanlar ləqəbləri yeddi qrupa bölmüşdür: 1) Mənşələrinə görə - milliyəti və ərazini əks etdirənlər; 2) Əla­mətlərinə görə - şəxsin saç və gözlərinin rəngini, şəx­sin görünüşü və yerişini, şəxsin cismani nöqsanlarını əks etdirənlər; 3) Şəxsin xarakter xüsusiyyəti və meylini əks et­dirənlər; 4) Şəxsin peşəsi və atasının məşğuliyyətini əks et­dirənlər; 5) Şəxsin məşğuliyyəti, yaxud vəzifəsini əks et­dirənlər; 6) Şəxsin ictimai vəziyyətini əks tdirənlər; 7) Ta­ri­xi ləqəblər.
Bəzi tədqiqatçılar isə, təxəllüslə ləqəbin antroponimik xüsusiyyətlərini qarışıq salırlar. “Müasir dilimizdə işlənən Qırxlarov, Hacızadə, Əfəndizadə, Mollazadə, Dəmirçizadə, Tütünçüyeva, Çərkəzov, Dibirova, Kəmərli, Balışov, Ta-lışlı, Ləmbəranski, Qafqazlı və s. familiyalar ləqəb­lər­dən for­malaşmışdır”. Burada müəllifin fikri ilə razılaşmaq çə­­tindir. Çünki Azərbaycan antroponimiysında titul və ya rütbə bildirən Hacı, Əfəndi, Molla, Dəmirçi, Tütünçü; mə­kan və keçmiş xanlığın adını bildirən Talış (keçmiş xanlıq və etnik qrup nəzərdə tutulur), Ləmbəran (toponim) və Qaf­­­qaz (toponim) toponimləri heç bir vaxt ləqəb funk­si­yası daşımamışdır. Ona görə ki, ləqəblər, əsasən, mənfi xa­rakterli olur. Həmin sözlərin ifadə etdiyi məzmunda isə heç bir mənfi məzmun yoxdur. Əksinə, titul və rütbə bil­di­rən sözlər, həmçinin toponimlər tarixən Azərbaycan ant­ro­ponimiyasında şəxs adı və təxəllüs funksiyasında işlədil­mişlər.
Heç kim istəmir ki, onun adının üstünə əlavə və həm də, komik xarakter daşıyan bir ad qoyulsun. Belə xüsusiy­yət-lərə Cəlil Məmmədquluzadənin əsərlərində personajla­rın nitqində də rast gəlirik: “Söz yox ki, mənim adımın qə­zetçi olmasına bais yoldaşım olubdur, necə özünüz də gö­rür­sünüz və söz yox ki, mənə xoş gəlmir ki, atam-anam qoy­duqları adın yanında bir özgə ad qondaralar; amma mən yenə ürəyimi sıxmıram”.
Bu və ya digər şəxsə verilən ləqəblər, həmin şəxsin hə­yatının müxtəlif dövrlərində ya müvəqqəti, ya daimi, ya da dəyişkən xarakter daşıya bilir.
Müvəqqəti ləqəblər bu və ya digər şəxsə uşaqlıq dövrü verilir, o böyüyüb boya-başa çatdıqdan sonra isə istifadə­dən qalır. Məsələn, sinif yoldaşları onu “Napoleon” adlan­dırırdılar. Tələbə həyatında: Əhməd “əsil” marksistdir.
Daimi ləqəblər hər hansı bir şəxsə verildiyi gündən öm­rünün sonuna kimi qalır. Məsələn, Dəli Xıdır, Səy Mə­həm­məd və s.
Fərdi-şəxsi ləqəblər həm kişilərə, həm də qadınlara ve­rilir. Kişi ləqəbləri: Doşan Əli, Niçevo Əhməd, Rabot Əh­məd, Düzələr Əli, Qorxaq Həsən, Xaşal Hümbət; Qadın lə­qəbləri: Molla Yasəmən, Toyuxçu Gülpəri, Alverçi Telli, Ki­şi Gövhər, Lal Sənəm və s. Kişi və qadın ləqəblərindən bədii əsərlərdə də geniş şəkildə istifadə olunur. Məsələn, C.Cabbarlı adlardan bəhs edərkən, ondan çox kişi (Saldat Bayram, Niçevo Nəcəf, Kakoy Abutalıb, Naqan Məmməd və s.) və otuzdan çox qadın ləqəbindən (Dimdik Güllü, Cin Zöhrə, Keçəl Gülsüm, Koxa Leyla, Qoçu Fatmanisə, Diş Qızxanım, At, Balaxanım və s.) istifadə etmişdir.
Fərdi-şəxsi ləqəblər etimoloji-semantik cəhətdən də ma­raqlıdır. Yəni bir qrup ləqəblər ünsiyyət zamanı müsbət, di­gər qrup isə mənfi mənada işlədilir. Müsbət mənada iş­lədilən ləqəblər: Qaçaq Nəbi, Qoç Koroğlu, Qəhrəman Bəs­­ti, Çoban Qara, Neftçi Qurban , Tankçı Həzi, Dənizçi Fa­ris Səfərov və s. Mənfi mənalı ləqəblər: Çolaq Həsən, Ço­pur Alı, Balaca Əhməd, Qurd Məhəmməd, Cindar Mə­cid və s.
Fərdi-şəxsi ləqəbin bir qrupu isə dəyişkən xarakter daşı­yır, yəni eyni şəxsə bir neçə ləqəb verilir: İsgəndər Zül­qərneyi, İsgəndər Rumi, İsgəndər Kəbir, Makedoniyalı İs­gəndər, Buynuzlu İsgəndər və s. Bu nöqteyi-nəzərdən müşa­hi­də etdiyimiz fərdi-şəxsi ləqəbləri aşağıdakı qrup­la­ra böl­mək olar:

1. Zahiri görünüşünə görə verilən ləqəblər. Bu qrup lə­qəblər Azərbaycan antroponimiyasında daha geniş ya­yıl­­mışdır. Onlarda, demək olar ki, insanların zahiri gö­rü­nü­­şü öz əksini tapır. Məsələn, Quyruqsaç Azamat, Ba­laca Zi­yəddin, Yekə Xıdır, Ağbaş Alı, Çopur Alı, Keçəl Həsən və s.
Bu qrup ləqəblərə bədii əsərlərdə də rast gəlirik. Mə­sələn, Ə. Hacızadənin “İtgin gəlin” romanında Cahan ar­vad xəstəlikdən sonra kənd camaatı arasında Keçəl Cahan adı ilə çağırılırdı.
2. Əxlaq və xarakter xüsusiyyətlərinə görə verilən lə­qəb­lər. Bu qrup ləqəblərə, demək olar ki, bütün Azər­bay­can kəndlərində rast gəlmək olar. Məsələn,Yalançı Abbas, Düzələr Əli, Qorxaq Murad, Tülkü İsmayıl, Gopçu Əbdül, Cığcığ Məhəmmədəli və s.
Xalq arasında bu qrup ləqəblərin daha maraqlı bir xü­su­siyyətinə də təsadüf edirik. Yəni arvadlara ləqəb ve­rilərkən “kişi”, kişilərə ləqəb verilərkən “arvad” nomen­klatur söz­lər­dən istifadə olunur. məsələn, Marneuli rayo­nunda Ar­vad Hüseyn, Kişi Pəri, Bolnisi rayonunda isə Ar­vad Əlləz, Arvad Hoqu, Kişi Gövhər və s.
3. Sənət, peşə və ictimai vəziyyətlə əlaqədar olaraq ve-rilən ləqəblər. Bu qrup ləqəblər Azərbaycan antroponi­mi­yasında geniş yayılmışdır. Məsələn, Dərzi Kamal, Də­mir­çi Mehralı, Dülgər Nurəddin, Çilingər Müqzər, Misgər Nəsib, Salyarka Xəlil və s.
4. Fiziki qüsurları olan adamlara verilən ləqəblər. Bu qrup ləqəblər az yayılmışdır. Məsələn, Top Musa, Kar Hə­mid, Kor Mutu, Çaşı Telli, Topal Teymur, Xır-xır İsmayıl, Çolaq Qulu, Qolsuz Vəli, Yanıq Bəkir, Lalman Qurban, Pəltək Müsəmbər, Lal Güllü və s.
Bu qrup ləqəblərə bədii əsərlərdə də rast gəlmək olar. Məsələn, İ.Hüseynovun “Saz” povestində oxuyuruq: “Kənd­­­­də Axsaq Hacı deyilən bir fel­dşer vardı. Ləqəbindən göründüyü kimi, axsayırdı...”
5.Yaşadığı (işlədiyi) yerə görə verilən ləqəblər. Məsələn, Gəlmə Məmməd, Gəlmə Əsəd, Gəlmə qızı, Ormeşən qızı, Dağ qızı, Kartof (kartof bitən yerdən gələn) qızı və s.
6. Ailəvi münasibətlərə görə verilən ləqəblər. Məsələn, İlk oğlan, Son beşik, Ortancıl oğlan, Böyük gəlin (böyük qardaşın arvadı), Kiçik Gəlin (kiçik qardaşın arvadı) və s.
7.Vəzifələrə görə verilən ləqəblər də azərbaycanlılar arasında yayılmışdır. Məsələn, Dəllal Dursun, Naxırçı Əhməd, Tükənçi Mehman və s.
Bəzi tədqiqatlarda isə fərdi-şəxsi ləqəb dörd qrupa bölünmüşdür.
Beləliklə, demək olar ki, canlı Azərbaycan danışıq di­lin­də, xüsusilə, şivələrdə təsviri xarakter daşıyan fərdi-şəxsi ləqəblər geniş yayılmışdır.

II. Ailəvi - nəsli ləqəb. Azərbaycanın hər bir guşəsində yaşayan sakinlərin müəyyən hissəsinin fərdi - şəxsi ləqəb-ləri ilə yanaşı, ailəvi - nəsli ləqəbi də vardır. Ailəvi - nəsli lə­qəb yalnız bir fərdə və ya bir şəxsə yox, bütövlükdə qo­humluq münasibətində olan bir neçə nəslə aid olur. Belə lə­qəb­lərə familiya - ləqəb də deyilir. Bu da əsas etibarilə hə­min nəslin məşğuliyyəti, sənəti və peşəsi ilə yaxından əla­qədar­dır. Məsələn, Quşqıranlar, Zurnaçılar, Palazdar, Də­mirçilər, Ustallar və s. Belə ləqəblər rəsmiləşdirilmir. Bu qrup ləqəblər nəsildən-nəslə keçərək işlənir və yalnız hər hansı bir şəxsi yox, onun hansı nəslə məxsusiliyini ifadə edir. Bu qrup ləqəblərin nəslin - xələflərə və ya gələ­cək nəs­­lə verilməsi sübut edir ki, həmin ləqəblər, demək olar ki, bir neçə əsirlik tarixə malik ola bilər. İndiki nəslin nü­mayəndələri, çox zaman, həmin ləqəbin mənşəyini izah edə bilmirlər. Ailəvi - nəsli ləqəb fərdi - şəxsi ləqəbə nis-bə­­­­tən uzun müddət yaşayır. Həmin ləqəbi daşıyanlar bəzən bir kəndin və ya qəsəbənin sakinləri olurlar. Ailəvi - nəsli ləqəb fərdi - şəxsi ləqəbə nisbətən daha çox işlək olur ki, be­­ləliklə də, familiya yerində işlənməyə yaxınlaşır. Hətta, bəzən rəsmiləşir. Başqa sözlə desək, antroponimlər sıra-sı­na daxil olub onu zənginləşdirir.

Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 184-219.


turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 5

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 7

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 2

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 17

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 10

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 3

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 4

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 8

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 11

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 12

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

TDPİ-nin Azərbaycan bölməsi, ADPU, Mədəd Çobanov
DƏMİRLİ KƏNDİ

DƏMİRLİ KƏNDİ

Bolus

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 1

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
Qədim SARVAN kəndi

Qədim SARVAN kəndi

Borçalı, Müşfiq Borçalı
BABAGİL (BOBOGİL) TÜRBƏSİ

BABAGİL (BOBOGİL) TÜRBƏSİ

Regionlar, Tarix
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 13

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 9

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ  NECƏ YARANMIŞDIR?...

Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ NECƏ YARANMIŞDIR?...

Borçalı, Bolus, Darvaz, Digər, Arxiv, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti, Köşə yazılar
Rəy yazın: