“Eyni vaqon 5 nəfərə satılıb, eyni mənzil də…” - 2 milyonluq dələduzluq işində şok ifadələr

“Eyni vaqon 5 nəfərə satılıb, eyni mənzil də…” - 2 milyonluq dələduzluq işində şok ifadələr Bakı Ağır Cinayətlər Məhkəməsində 30-a yaxın vətəndaşın əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Qədim Ədilovun cinayət işi üzrə növbəti proses keçirilib. Musavat.com-un məlumatına görə, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi – xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə mühakimə olunur. İşə hakim Vüqar Seyidovun sədrliyi ilə baxılır.

2 milyonluq sxem: vaqon, mənzil və yoxa çıxan pullar

İttihama görə, Qədim Ədilov 30-a yaxın vətəndaşın ümumilikdə 2 milyon manatdan artıq vəsaitini müxtəlif üsullarla ələ keçirib. Onlardan 14-ü təqdim etdikləri sənədlər və səs yazıları əsasında rəsmi zərərçəkmiş kimi tanınıb. Məhkəmədə ifadə verən zərərçəkmiş Xaləddin Yusubov bildirib ki, Qədim Ədilov 2014-cü ilin avqustunda ona sərfəli qiymətə taxta vəd edərək 126 min 700 dollar pulunu alıb. O, vəsaiti “Rabitəbank”dakı hesabından çıxararaq təqsirləndirilən şəxsə verdiyini və bunu təsdiqləyən sənədləri istintaqa təqdim etdiyini deyib. Xaləddin Yusubovun sözlərinə görə, sonradan məlum olub ki, Keşlə yük stansiyasına gətirilən eyni taxta vaqonları Qədim Ədilov 4-5 nəfərə eyni vaxtda satıb: “Bir vaqon da ala bilmədim. Sonra dedi ki, pulunun yerinə Yeni Yasamalda mənzil verim. Araşdıranda məlum oldu ki, həmin mənzil də bir neçə nəfərə satılıb”.

“İt də getdi, ip də…”

Zərərçəkmiş əlavə edib ki, Qədim Ədilov onun vasitəsilə qohumu Etibar Kazımovun da 50 min dollarını “daşınma xərcləri” adı ilə mənimsəyib: “Nəticədə nə pul qaldı, nə mal! İt də getdi, ip də...”

Məhkəmə zalında digər zərərçəkmiş İradə Əsədova da emosional şəkildə etiraz edib: “Mən öz əlimlə 41 min 500 dollar vermişəm. Onu da danır”.

Hakimlər Qədim Ədilova irad bildirərək mövzudan yayınmamağı, konkret epizod üzrə danışmağı tələb ediblər. Xaləddin Yusubov bildirib ki, təqsirləndirilən şəxslə danışıqlara dair çoxsaylı səs yazılarını istintaqa təqdim edib. Ekspertiza həmin səslərin Qədim Ədilova məxsus olduğunu təsdiqləyib.
İş materiallarına görə, Qədim Ədilov cinayət işi davam etdiyi dövrdə də fəaliyyətini dayandırmayıb. Belə ki, Gəncə sakini Nəsrulla Nəzərovun etibarını qazanaraq ona məxsus asfalt zavodunu satmaq adı ilə etibarnamə alıb və müəssisəni 1 milyon 750 min dollara sataraq aradan çıxıb. Bundan başqa, zərərçəkənlər onun Nəsrulla Nəzərovdan əlavə onların on minlərlə manat nağd vəsaiti də mənimsədiyini bildirirlər.

Qaçış, İnterpol xətti ilə axtarış və Rusiyada həbs

2022-ci ildə daha bir epizodda Anar Məmmədov və tərəfdaşlarından 612 min manat alan Qədim Ədilov ölkədən qaçaraq əvvəl Türkiyəyə, sonra Rusiyaya gedib. Barəsində beynəlxalq axtarış elan olunan Qədim Ədilov 2024-cü ilin fevralında Rusiyanın Kaluqa vilayətində saxlanılıb. Zərərçəkmişlərin Rusiya hüquq-mühafizə orqanlarına müraciətlərindən cəmi 5 gün sonra onun yeri müəyyən edilərək həbs olunub. Həmin ilin oktyabrında o, Azərbaycana ekstradisiya edilib və istintaqa təhvil verilib. Növbəti iclas 14 may saat 16:00-a təyin olunub.

E.Məmmədəliyev,
Musavat.com


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dələduz Qədim Ədilovdan zərərçəkmişlər ədalətli mövqeyə ğörə Baş Prokurora  ...

Dələduz Qədim Ədilovdan zərərçəkmişlər ədalətli mövqeyə ğörə Baş Prokurora ...

Hüquq
Bakı Apelyasiya Məhkəməsi Binəqədi Məhkəməsinin çıxartdığı qərarı qüvvədə s ...

Bakı Apelyasiya Məhkəməsi Binəqədi Məhkəməsinin çıxartdığı qərarı qüvvədə s ...

Hüquq
“Binəqədi məhkəməsinin ədalətli qərar çıxaracağına inanırıq!”

“Binəqədi məhkəməsinin ədalətli qərar çıxaracağına inanırıq!”

Hüquq
Baş Prokuror cənab Kamran Əliyevə müraciət

Baş Prokuror cənab Kamran Əliyevə müraciət

Hüquq
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin cəzalandırılması tələb olundu

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin cəzalandırılması tələb olundu

Hüquq
Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Başkeçid, Hüquq
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarılıb

AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarılıb

AzTU
Cinayət prosesində dindirmə

Cinayət prosesində dindirmə

Elmi Məqalələr, Digər ali məktəblər, Hüquq
Cinayət prosesində dindirmə

Cinayət prosesində dindirmə

Elmi Məqalələr, Hüquq
Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Borçalı, Təbriklər
Nazir sosial müavinətlərin artımla veriləcəyi vaxtı açıqlayıb

Nazir sosial müavinətlərin artımla veriləcəyi vaxtı açıqlayıb

Sosial
Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Qarabağ
Marneuli meri Temur Abazov və başqa 4 nəfər soydaşımız saxlanılıb

Marneuli meri Temur Abazov və başqa 4 nəfər soydaşımız saxlanılıb

Borçalı, Hüquq
AMEA Polimer Materialları İnstitutu tərəfindən     AÇIQLAMA

AMEA Polimer Materialları İnstitutu tərəfindən AÇIQLAMA

Digər bölmələr
GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONGRESİNİN SƏDRİ HÜSEYN YUSUBOVUN XALQA MÜRACİƏ ...

GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONGRESİNİN SƏDRİ HÜSEYN YUSUBOVUN XALQA MÜRACİƏ ...

Borçalı
Azərbaycanlı Dünya çempionuna Rusiya türməsində erməninin əli ilə işgəncə v ...

Azərbaycanlı Dünya çempionuna Rusiya türməsində erməninin əli ilə işgəncə v ...

Bolus, İdman, Kriminal, Rusiya
Separatçı ermənilərə dəstək verən yazılarla çıxış edən, Azərbaycanın ərazi  ...

Separatçı ermənilərə dəstək verən yazılarla çıxış edən, Azərbaycanın ərazi ...

Kriminal
Gürcüstanda parlament seçkiləri zamanı saxlanılan azərbaycanlı gənclər sərb ...

Gürcüstanda parlament seçkiləri zamanı saxlanılan azərbaycanlı gənclər sərb ...

Borçalı
Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

MEDİA
DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

Azərbaycan
Rəy yazın: