Göz açdığım ilk beşiyim, heç zaman Çıxmaz xəyalımdan qərib Borçalım. Müqəddəs and yerim, səcdəgahımsan, Zəngəzur, Təbrizim, Göyçə, Borçalım. Daim qəlbimdəsən Azərbaycanım! Keçmişi şərəfli hər zaman xalqın, Bir dünya səadət arzu, amalı. Yer üzünün əşrəfi insanların Dili ana dilim, Türk, oğuz eli.