Görkəmli bilim adamı,
ünlü akademik
NİZAMI CƏFƏROVUN
mübarək mövludu günündə
dəyərli, əziz qardaşımı
sidq ürəkdən təbrik edir,
yeni elmi-yaradıcılıq uğurlari, hüzurlu,
cansağlıqlı uzun ömür
arzulamaqla, məqamı ğəlmişkən,
ona həsr etdiyim
"NİZAMİ DEMİŞ..." adlı poemamdan
bir neçə sətirlə sizləri
müjdələmək istəyirəm:
Nizami dedisə, söz yetər dada,
O, yaxın düşünüb, çox uzaq görər.
Elmin ağır "döyüş" meydanına da
Qalib pəhləvantək üzüağ girər.
Nizami dedisə, susar dil-dodaq,
Məqsəd bərəsində xoş niyyət olar.
Hikmət süfrəsində təamlar dadaq,
Anlatmaq əzmində qətiyyət olar.
İdrak civarında bitən bütövdü,
Haqqın haqq qələmi yazandı hər şey.
Böyük ürəyində Vətən bütövdü,
Nizami hökmündə nizamdı hər şey!..
O, dinsə, əriyər hər şübhə donu,
Ülfəti fəzilət, ünü mehrdi.
Hər elmi-ədəbi məclisdə onun
Fikri, qənaəti, sözü möhürdü.
Ürəksiz düşüncə sınıq qanaddır,
Ağlın da qəlbində titrər sarı tel.
İnsan, fikri yoxsa, quruca addır,
İstər Sokrat olsun, ya Aristotel.
Zəkanın işığı-çıraq yanması,
Düşüncə-buludun sis anasıdır.
Yazı-iç aləmin aşkarlanması,
Nitq-lal düşüncənin səs aynasıdır.
Doğma dil sehrinin sirdaşı olmaq
Rəbbin bir lütfüdür, ülvi niyyətdir.
Ulu Nizaminin adaşı olmaq
Nizami şeiritək məsuliyyətdir!..
Nizami təbiri təblər oyadıb...
O, hər cümləsini əzəmi demiş.
Nəyi deyəsən ki, axır qayıdıb
Bir də deməyəsən Nizami demiş?!.
YUSİF NƏĞMƏKAR,
21.09.2026.
REDAKSİYADAN:
Biz də Redaksiya Heyətimiz adından
xalqımızın dəyərli ziyalısı,
görkəmli türkoloq,
tanınmış alim və ictimai xadim,
Azərbaycanda Atatürk Mərkəzinin direktoru,
Bakı Dövlət Universitetinin
Ümumi dilçilik kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor,
AAK-ın Rəyasət Heyətinin üzvü,
Mədəniyyət Nazirliyi yanında
İctimai Şuranın sədri,
Əməkdar elm xadimi,
AMEA-nın həqiqi üzvü,
çox hörmətli
akademik Nizami Cəfərovu
doğum günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, eləcə də,
şərəfli elmi-pedaqoji və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
Azərbaycan Texniki Universiteti
“Ziya” qəzetinin baş redaktoru,
AYB-nin və AJB-nin üzvü,
Filologiya üzrə fəlsəfə doktoru,
"Abdulla Şaiq", "Nəriman Nərimanov",
"Qızıl qələm", Zirvə" və "Zəfər"
mükafatları laureatı,
Prezident təqaüdçüsü
ZiM.Az
.













