TƏBRİK EDİRİK!..Uzun illərdir ki, “TURAN” İnformasiya Mərkəzinin Baş məsləhətçisi olan Prof.Dr. Tamella Aliyeva elə bu günlərdə həm də "TURAN" İnformasiya Mərkəzinin və "turan.info.az" saytının ELM şöbəsinin müdiri təyin olunub.
Tamella Abbasxanlı (Alıyeva - Əliyeva) - 1951-ci il iyulun 20-də Beyləqan şəhərində dünyaya göz açıb.
1969-cu ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.
Ali təhsil almaq üçün sənədlərini Bakı Dövlət Universitetinə verib, qəbul imtahanlarında yüksək qiymətlər alıb və universitetin ən prestijli fakiltələrindən olan Jurnalistika fakultəsinin Radio-Televiziya şobəsinə daxil olubdur.
O, 5 illik tələbəlik dövründə Azərbaycan Dovlət Radiosunun Gənclik proqramında ştatdankənar muxbirlik edib.
1974-cü ildə universiteti müvəffəqiyyətlə bitirib və elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Üniversitetinin – BDU-nun) Filologiya fakültəsində əmək fəaliyyətinə başlayıb.
1974-cı ildən 2009-cu ilə kimi düz 35 il həmin ali məktəbdə şərəf və ləyaqətlə çalışıb.
1987-ci ildə BDU-nun Filologlya fakultəsinin Xarıcı ölkələr ədəbiyyatı kafedrasında Qərbi Avropa, Amerika, Avstraliya ədəbiyyatları üzrə - 10.03.05 ixtisası üzrə aspiranturaya qəbul olub, 1990-cı ildə aspiranturanı yüksək qiymətlərlə bitirib.
1992-ci ildə “Azərbaycan-Amerika ədəbi əlaqələri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib, SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona Filologiya elmləri namizədi alımlık dərəcəsi verilib.
1998-ci ildə “Ceyms Fenimor Kiperin həyat və yaradıcılığı” mövzusunda yazdığı əsərə görə ona Azərbaycan Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilib.
Elə həmin il, yəni 1998-ci ildə qardaş Türkiyənin Eskişehir Osmanqazi Üniversitetindən çalışmaq üçün dəvət alıb. Tamella xanım dəvəti qəbul edib və elə həmin ildən elmi-pedaqoji fəaliyyətini Eskişehir Osmanqazi Universitetinin Türk dili və ədəbiyyatı bölümündə davam etdirib.
Tamilla Abbasxanlı elmi-pedaqoji və ictimai fəaliyyətinə görə çoxlu sayda Fəxri fərman və mükafatlarla təltif olunub.
O, 2008-ci ildə qardaş Türkiyənin Eskişehir valiliyi tərəfindən Türkiyə-Azərbaycan arasında qurduğu mədəni əlaqələrə görə Fəxri Fərmanla mükafatlandırılıb.
2011-ci ildə nümunəvi fəaliyyətinə görə Azərbaycanın Ankara'dakı Böyük Elçiliyi tərəfindən “İlin ən yaxşı müəllimi” seçilib.
2013-cu ildə ona Professor elmi adı verilib.
2014-cü ildə Eskişehir Sənət Dərnəyi tərəfindən “Yunis İmrə Araşdırma” mükafatına layiq görülüb.
Tamella Abbasxanlı həmçinin, Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına İnstitutu və “Vektor” Elm Mərkəzi tərəfindən “Türk Dünyasına Xidmət”, Eskişehir ve Kayseri Şairler Derneyi tərəfindən “Şeirə Xidmət”, iki dəfə Azərbaycan “Məhsəti” Şairlər Dərnəyi tərəfindən “Türk mədəniyyətinə xidmət” mükafatları ilə də təltif olunub.
Tamella Abbasxanlı 2016-ci ildə Türkiyənin Muş Alparslan Üniversitetində çalısmaq ücün dəvət alıb. Dəvəti qəbul edən Tamella xanım həmin universitetdə ilk dəfə olaraq Jurnalistika fakültəsini yaradıb, 6 il həmin fakültənin dekanı və eyni zamanda, Türk Dili və ədəbiyyatı Bölümündə Kafedra müdiri olub, həmin bölümdə ilk dəfə olaraq magistratura təhsilini təşkil edib.
Daha sonra isə 4 il (ümumilikdə isə düz 10 il) Muş Alparslan Universitetinin türk dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.
Prof.Dr. Tamella Abbasxanlı görkəmli ədəbiyyatşünas alim olmaqla yanaşı, həm də istedadlı yazıçı-jurnalist kimi tanınır. Hələ gənclik illərindən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Tamella Abbasxanlı Türkiyədə çalışdığı illərdə həm də Azərbaycanda çap olunan “Azərbaycan”, “Savalan” və “Şərqin səsi” qəzetlərinin, “Məhsəti” və “Yada düşdü” jurnallarının Türkiyə təmsilçisi olub.
Bilim insanı olan Tamella Abbasxanlının istər elmi, istərsə də bədii-publisistik yaradıcılığı sahəsində çoxlu sayda əsərləri vardır. O, 200-dən cox elmi mövzularda məqalə hazırlayıb və çap etdirib. Azərbaycan, Türkiyə, Amerika, Almanya, Litva və Balkan ölkələrində keçirilmiş elmi sempozium, konfrans və konqreslərə qatılıb, cıxışlar edib. ERASMUS xətti ilə Estonyanın Tartu Universitesində rusca “Çağdaş Türkiyə-Azerbaycan şeirində Vətən, Sevgi, Təbiət mövzusu”nda dərs deyib.
Professor Tamilla Abbasxanlı həm də gözəl ana və mehriban nənədir. O, Əli bəylə evlidir, Elşən və Rövşən adlı iki oğulları və 4 nəvələri var. Oğullarının hər ikisi ali təhsillidir, ailəlidir və dövlət qulluqçusudur. Böyük nəvəsi Uğur Kastamonu Üniversitetinin Elektrik-elfjtonik fakültesini bitirib, hazırda əsgərlik vəzifəsini yerinə yetirir. Resul Aviasiya Üniversitetinin hüquq fakültəsində, sonuncu kursdadir. Aylin bu il orta məktəbi bitirib ali məktəbə qəbul imtahani verəcək, Raul isə orta məktəbdə təhsil alır...
Prof.Dr. Tamella Abbasxanlı 2026-cı ildə ailə vəziyyəti ilə əlaqədar olaraq doğma Vətənə - Azərbaycana qayıdıb.
“TURAN” İnformasiya Mərkəzi yarandığı gündən onun Baş məsləhətçisi olan Prof.Dr. Tamella Abbasxanlı elə bu günlərdə həm də "TURAN" İnformasiya Mərkəzinin və "turan.info.az" saytının ELM şöbəsinin müdiri təyin olunub.
Redaksiya Heyətimiz adından, bir daha - dəyərli ziyalımız, sevimli soydaşımız, görkəmli ədəbiyyatşünas alimimiz və tanınmış ictimai xadimimiz filologiya elmləri doktoru, professor Tamella Abbasxanlını öz aramızda görməkdən məmnun olduğumuzu bildirir və onu ürəkdən təbrik edirik.
Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, çox hörmətli Tamella xanıma ona uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...
Müşfiq BORÇALI,
"TURAN" İnformasiya Mərkəzinin və
"turan.info.az" saytlarının Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü,
“Qızıl qələm” mükafatı laureatı
ZiM.Az
.












