GEOSİYASİ REALLIQLAR VƏ ƏMƏKDAŞLIĞIN GÜCLƏNNMƏSİ

GEOSİYASİ REALLIQLAR VƏ ƏMƏKDAŞLIĞIN GÜCLƏNNMƏSİ Məlum olduğu kimi, 2026-cı iI fevral ayının 3-4-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Pakistana rəsmi səfəri olmuşdur.
Pakistan rəhbərliyi tərəfindən Tokayevin yüksək səviyyədə ehtiramla qarşılanması - iki ölkə arasındakı strateji tərəfdaşlığın dərinləşdiyini göstərən mühüm diplomatik hadisədir.
Kasım-Jomart Tokayevin Pakistana səfəri Mərkəzi Asiya ilə Cənubi Asiya arasında siyasi dialoqun yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Qazaxıstan regionun aparıcı dövlətlərindən biri kimi; beynəlxalq arenada balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdür.
Pakistan isə geosiyasi baxımdan mühüm mövqeyə malik olmaqla yanaşı, müsəlman dünyasının nüfuzlu ölkələrindən biri hesab olunur.
Səfər zamanı keçirilən yüksək səviyyəli görüşlər dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə xidmət edir. Bu əməkdaşlıq həm regional təhlükəsizlik, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi gücləndirir.
Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda ortaq mövqelərin formalaşdırılması perspektivləri genişlənir. Tokayevin Pakistana səfəri iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm nəticələr vəd edir.
Qazaxıstan zəngin enerji ehtiyatlarına, kənd təsərrüfatı potensialına və geniş tranzit imkanlarına malikdir. Pakistan isə böyük bazar, inkişaf edən sənaye sektoru və strateji liman infrastrukturu ilə fərqlənir.
İkitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri də nəqliyyat-logistika sahəsidir.
Qazaxıstanın Pakistan limanlarına çıxış əldə etməsi; Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına inteqrasiyasını sürətləndirə bilər. Xüsusilə Gvadar və Kəraçi limanları vasitəsilə yeni ticarət marşrutlarının formalaşması - regional iqtisadi əlaqələrin inkişafına mühüm təkan verə bilər.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Qazaxıstanın enerji resurslarının Pakistan bazarına çıxışı, eyni zamanda alternativ enerji və sənaye investisiyaları üzrə ortaq layihələr; hər iki ölkənin iqtisadi dayanıqlığını artırmağa xidmət edə bilər.

GEOSİYASİ REALLIQLAR VƏ ƏMƏKDAŞLIĞIN GÜCLƏNNMƏSİ Bu proseslər Azərbaycan üçün də əlavə iqtisadi imkanlar yaradır. Xəzər hövzəsi vasitəsilə tranzit marşrutların genişləndirilməsi Azərbaycanı Avrasiya nəqliyyat və enerji layihələrinin əsas iştirakçılarından birinə çevirə bilər.
Qazaxıstan ilə Pakistan arasında əməkdaşlığın güclənməsi Avrasiya məkanında yeni regional əməkdaşlıq platformasının formalaşmasına töhfə verə bilər.
Mərkəzi və Cənubi Asiya ölkələrinin inteqrasiyası - terrorizm, ekstremizm və transmilli cinayətkarlıq kimi təhlükələrə qarşı birgə mübarizə imkanlarını artırır.
Bu yaxınlaşma Avrasiya nəqliyyat dəhlizlərinin inkişafına müsbət təsir göstərir. “Şimal-Cənub” və “Orta Dəhliz” layihələrinin perspektivləri genişlənir.
Bu layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi sabitliyin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycanın təşəbbüskarı olduğu regional nəqliyyat və enerji layihələri bu proseslərin ayrılmaz hissəsinə çevrilə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər nəqliyyat marşrutu və digər beynəlxalq layihələr; Qazaxıstan-Pakistan əməkdaşlığının genişlənməsi fonunda daha böyük əhəmiyyət qazanır.
Azərbaycan dövləti Qazaxıstanı qardaş, Pakistanı isə etibarlı dost və strateji tərəfdaş kimi qiymətləndirir. Hər iki ölkə ilə mövcud olan siyasi, iqtisadi və humanitar əlaqələr -- Azərbaycanın xarici siyasətində mühüm yer tutur.
Qazaxıstan ilə Azərbaycan arasında ortaq türk dünyası dəyərləri, Pakistan ilə isə tarixi dostluq və siyasi həmrəylik münasibətləri mövcuddur.
Bu baxımdan Qazaxıstan və Pakistan arasında əməkdaşlığın genişlənməsi; Azərbaycan üçün regional əməkdaşlıq şəbəkəsinin möhkəmlənməsi deməkdir.
Azərbaycan xalqı bu iki dost ölkənin yaxınlaşmasını səmimi şəkildə dəstəkləyir və bu münasibətlərin Avrasiya məkanında sabitliyin və inkişafın güclənməsinə xidmət edəcəyinə inanır.
Kasım-Jomart Tokayevin Pakistana səfəri Mərkəzi və Cənubi Asiya arasında siyasi və iqtisadi inteqrasiyanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.
Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də geniş Avrasiya məkanında əməkdaşlıq və sabitliyin möhkəmlənməsinə töhfə verir.

Qəvami Sadıqbəyli,
Azərbaycan.
Telefon: + 994 51 980 23 66 ;
E-poçt : [email protected]
6 Fevral 2026-cı ii.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Adəm İsmayıl Bakuvi: “Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə keçidi ...

Adəm İsmayıl Bakuvi: “Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə keçidi ...

Siyasət
Vüqar Mustafayev Pakistanın ölkəmizdəki səfirini qəbul edib

Vüqar Mustafayev Pakistanın ölkəmizdəki səfirini qəbul edib

Dünya
Fatma Yıldırım: -

Fatma Yıldırım: - "Tokayevin Şuşaya səfəri tarixi hadisədir"

Milli Məclis, Orta Asiya
Fatma Yıldırım: -

Fatma Yıldırım: - "Kobaxidzenin Bakıya səfəri nə vəd edir?"

Milli Məclis, Gürcüstan
Vüqar Mustafayev Tacikistanın ölkəmizdəki səfirini qəbul edib

Vüqar Mustafayev Tacikistanın ölkəmizdəki səfirini qəbul edib

Dünya, Orta Asiya
Şuşa bəyannaməsi  Azərbaycan –Türkiyə qardaşlığını  sübut edən hüquqi sənəd ...

Şuşa bəyannaməsi Azərbaycan –Türkiyə qardaşlığını sübut edən hüquqi sənəd ...

Köşə yazılar
Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafı ...

Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafı ...

"Mən Şirvanın səsiyəm", Siyasət
Pakistanın Azərbaycandakı səfiri AzTU-da olub

Pakistanın Azərbaycandakı səfiri AzTU-da olub

AzTU
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Tiflis, Diaspora
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Əsas xəbər, Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialis ...

YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialis ...

YAP, Dünya
Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərba ...

Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərba ...

Gəncə, Gürcüstan
Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

MEDİA, Tiflis
QAFSAM-ın sədr müavini Nazim Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq tədb ...

QAFSAM-ın sədr müavini Nazim Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq tədb ...

QHT, Orta Asiya
AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

Humanitar elmlər
Gürcüstan XİN rəhbəri Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

Gürcüstan XİN rəhbəri Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

Gürcüstan, Tiflis, Diaspora
Professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edi ...

Professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edi ...

Elm
İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

Əsas xəbər, Azərbaycan
İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

Azərbaycan, Gürcüstan
Rəy yazın: