AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, eyni zamanda, "TURAN" İnformasiya Mərkəzinin və “Turan.İnfo.Az” saytının rəhbəri, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, 997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Turan Yazarlar Birliyinin, 2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, 2024-cü ildən PREZİDENT TƏQAÜDÇÜSÜ, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi olan çox hörmətli MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) "AMEA-nın Döş nişanı" ilə təltif olunmuşdur.
* * *
2026-cı il iyulun 22-də
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA-nın) Rəyasət Heyətində
Azərbaycan milli mətbuatının yaranmasının
151-ci ildönümünə həsr olunmuş
tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.
Akademik İsa Həbibbəyli Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatının 151 il ərzində şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olduğunu söyləyib.
AMEA rəhbəri qeyd edib ki, milli mətbuat Azərbaycan dilinin saflığının qorunması, xalqın milli-mənəvi dəyərlərinin yaşadılması, ictimai fikrin formalaşdırılması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb. O, Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı tarixi qərarının ölkədə azad mətbuatın və demokratik mühitin inkişafına güclü təkan verdiyini söyləyib.
Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuata dövlət dəstəyi və diqqətin ardıcıl şəkildə davam etdirildiyini bildirib, bu baxımdan Şuşada keçirilən IV Qlobal Media Forumunun əhəmiyyətini xüsusi qeyd edib. O, həmçinin Akademiyada və ali təhsil müəssisələrində fəaliyyət göstərən çoxsaylı elmi jurnalların elmi fikrin, maarifçiliyin və elmi nəticələrin cəmiyyətə çatdırılmasında mühüm rol oynadığını deyib. Vurğulayıb ki, müstəqillik illərində elmi, dövlət, maarifçi, uşaq və digər ixtisaslaşmış media orqanlarının formalaşması ölkəmizdə mətbuatın inkişaf etdiyini və demokratik cəmiyyət quruculuğunun mühüm göstəricilərindən biri olduğunu təsdiqləyir.
Akademik İsa Həbibbəyli bu gün milli mətbuatın elmin təbliğinə, cəmiyyətin maariflənməsinə və Azərbaycanın inkişafının işıqlandırılmasına mühüm töhfələr verməkdə olduğunu diqqətə çatdırıb.
Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu , “525-ci qəzet”in baş redaktorunun müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynli və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev çıxış edərək müasir dövrdə medianın qarşısında duran vəzifələrdən, peşəkar jurnalistikanın inkişafının, eləcə də elm və media əməkdaşlığının əhəmiyyətindən danışıblar, milli mətbuat ənənələrinin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulayıblar.
Daha sonra AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov çıxış edib. o, Azərbaycan milli mətbuatının 151 illik zəngin ənənələrinin bu gün də uğurla davam etdirildiyini bildirib.
Sonda bir qrup media nümayəndəsi mükafatlandırılıb.
Mükafatlandırılanar arasında dəyərli həmkarımız - AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, eyni zamanda, "TURAN" İnformasiya Mərkəzinin və “Turan.İnfo.Az” saytının rəhbəri, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, 997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Turan Yazarlar Birliyinin, 2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, 2024-cü ildən PREZİDENT TƏQAÜDÇÜSÜ, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi olan çox hörmətli MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) da olmuşdur.
O, "AMEA-nın Döş nişanı" ilə təltif olunmuşdur.
"AMEA-nın Döş nişanı"nı Müşfiq Borçalıya AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev təqdim etmişdir.
***
Bir gün öncə - iyulun 21-də isə, AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, eyni zamanda, "TURAN" İnformasiya Mərkəzinin və “Turan.İnfo.Az” saytının rəhbəri, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi olan çox hörmətli MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) – Milli Mətbuatımızın 151 illiyi münasibətilə daha iki fəxri mükafata layiq görülmüşdür.
O, Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması, dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi naminə göstərdiyi böyük xidmətlərə görə "YENİ SƏS" Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqı və "ƏMİR TEYMUR" Beynəlxalq İctimai Xeyriyyə Fondu tərəfindən təsis olunmuş "TURAN BİRLİYİ" - "USTAD YAZIÇI" MEDALI ilə təltif olunmuş və “ZÜMRÜD – M Production” tərəfindən Milli Mətbuatımızın 151 illiyi münasibətilə təsis edilmiş “MƏTBUATI YAŞADANLAR” naminasiyası üzrə “ZƏRDABİ İRSİ” Mükafatına layiq görülmüşdür.
İlqar Türkoğlu öz adından, eləcə də, "YENİ SƏS" Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqı və "ƏMİR TEYMUR" Beynəlxalq İctimai Xeyriyyə Fondunun rəhbəri cənab J.A.Monoldorovun adından Azərbaycan Milli Mətbuatının 151 illiyi, həmçinin, "TURAN BİRLİYİ" - "USTAD YAZIÇI" MEDALI ilə təltif olunması münasibətilə, Zümrüd Güləliqızı isə “ZƏRDABİ İRSİ” Mükafatına layiq görülməsi münasibətilə Müşfiq Borçalını ürəkdən təbrik etmiş, ona uzun ömür, möhkəm cansağlığı, elmi axtarışlarında, ədəbi-bədii yaradıcılığında, həmçinin, ictimai və jurnalistlik fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.
Bu dəyərli təltifə, yüksək səviyyədə təqdimata və xoş arzulara görə çox hörmətli İlqar Türkoğluna, "YENİ SƏS" Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqının və "ƏMİR TEYMUR" Beynəlxalq İctimai Xeyriyyə Fondunun rəhbərliyinə, həmçinin, “ZÜMRÜD – M Production”un rəhbəri Zümrüd Güləliqızına öz minnətdarığını və dərin təşəkkürünü bildirən Müşfiq Borçalı sonda öz fikrini belə tamamlamışdır:
"Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması, dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi bu gün böyük əhəmiyyət kəsb edir, bu yolda şərəflə xidmət etmək isə mənim üçün böyük fəxrdir və olduqca qürurvericidir! Elə buna görə də, bundan sonra da Türk xalqlarının birliyini naminə var gücümlə çalışacağam!..”
Onu da qeyd edək ki,1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin,
1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin,
2015-ci ildən Turan Yazarlar Birliyinin,
2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü,
2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, həmçinin,
"Abdulla Şaiq", "Həsənbəy Zərdabi",
"Nəriman Nərimanov", "Ömər Faiq Nemanzadə",
"Zirvə", "Zəfər", "Qafqaz", "Ustad", "Qızıl Qələm",
"Peşəkar jurnalist", "Cəsarətli qələm sahibi",
"Kamil sənətkar" və s. mükafatların laureatı olan
Müşfiq Borçalı (Müşviq Mədəd oğlu Çobanov)
Azərbaycan Respublikası Milli Məclisinin
Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan
işçi qruplarının üzvü olmuş və qanunların
hazırlanmasında yaxından iştirak etmiş,
dəfələrlə Fəxri Fərman, Fəxri diplom və
müxtəlif mükafatlarla, o cümlədən,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin,
Mədəniyyət və Turizm Nazirliyinin,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Diplom və sertifikatlarına,
2024-cü ildə AYB-nin təqdimatı əsasında
PREZİDENT TƏQAÜDÜnə layiq görülmüş,
2025-ci ildə isə anadan olmasının 55 və
Azərbaycan Milli Mətbuatının
150 illik Yubileyi münasibətilə
Türk Dünyası və türk xalqları arasında
ədəbi-mədəni əlaqələrin qurulması,
dostluq və qardaşlıq əlaqələrinin daha da
inkişaf etdirilməsi naminə göstərdiyi
böyük xidmətlərə görə,
qardaş Türkiyə Cumhuriyyətinin
Çukurova Ədəbiyyatçılar Dərnəyinin təsis etdiyi
"MUSTAFA KEMAL ATATÜRK"
Qızıl medalı ilə,
cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)”
Azərbaycan Respublikasının Yubiley medalı ilə
təltif olunmuşdur. Həmin medal -
Müşfiq müəllim üçün olduqca əziz və
əlamətdar olan bir gündə, 35 ildir ki,
şərəf və ləyaqətlə çalışdığı, dəfələrlə
Fəxri Fərman və mükafatlarla təltif olunduğu
Azərbaycan Texniki Universitetinin
75 illik yubiley günündə
Medianın İnkişafı Agentliyində təqdim edilmişdir.
Müşfiq Borçalı Jurnalistlərimizə, ümumilikdə mediamıza verdiyi dəyərə, göstərdiyi diqqətə və etimada görə möhtərəm Prezidentimiz - cənab İlham Əliyevə, Prezidentin sərəncamı ilə Medalı təltif etmək səlahiyyətinə malik olan Medianın İnkişafı Agentliyinin rəhbərliyinə, Agentliyn icraçı direktoru Əhməd İsmayılova, Azərbaycan Texniki Universitetin rektoru, Əməkdar Elm xadimi, professor Vilayət Vəliyevə və Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar Mədəniyyət işçisi Rəşad Məcidə təşəkkür etmiş, bundan sonra da mətbuatımızın, elmimizin və təhsilimizin inkişafı naminə var qüvvəsi ilə çalışacağını bildirmişdir.
Biz də fürsətdən istifadə edərək,
Redaksiya Heyətimiz və
bütün Yaradıcı kollektivimiz adından
əziz və sevimli həmkarımız, dəyərli ziyalımız,
bacarıqlı qələm dostumuz çox hörmətli
Müşfiq müəllimi bir daha
Azərbaycan Milli Mətbuatının
151 illiyi münasibətilə,
eləcə də, onun elə bu günlərdə
“ZƏRDABİ İRSİ” Mükafatına layiq görülməsi,
"TURAN BİRLİYİ" - "USTAD YAZIÇI" MEDALI və
"AMEA-nın Döş nişanı" ilə təltif olunması
münasibətilə ürəkdən təbrik edirik.
Ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, ədəbi-bədii yaradıcılığında,
eləcə də, şərəfli elmi-pedaqoji,
həmçinin, jurnalistlik və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
Böyük hörmət və ehtiramla,
“Ziya”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərinin,
“Elm”, “Ziya”, “Zirvə”, “Zəfər”, "Yurd" və
"Turan" İnformasiya Mərkəzlərinin,
“Ziya”, “Nur” və “Dostluq” İnformasiya Agentliklərinin,
“ZiM.Az”, “ZiA.Az”, “Elm.İnfo.Az”, “Zirve.info”,
“Ziya.İnfo.Az”, “Zirve.İnfo.Az”, “Zefer.İnfo.Az”, “
Yurd.İnfo.Az”, “Turan.İnfo.Az”, “Nur.İnfo.Az”,
“Dostluq.İnfo.Az”, “Bolnisi.Az” və
“Borcali.org” saytlarının
Redaksiya Heyətləri və
Yaradıcı kollektivləri
ZiM.Az
.









