Xalq şairi Səməd Vurğunun xatirəsi qardaş Türkiyədə yad edilib

Xalq şairi Səməd Vurğunun xatirəsi qardaş Türkiyədə yad edilibXalq şairi Səməd Vurğunun xatirəsi qardaş Türkiyədə yad edilib
Xalq şairi Səməd Vurğunun xatirəsi qardaş Türkiyədə yad edilib Xalq şairi Səməd Vurğunun xatirəsi qardaş Türkiyədə yad edilib Xalq şairi Səməd Vurğunun xatirəsi qardaş Türkiyədə yad edilib Böyük Səməd Vurğun, sən həmişə bizimləsən!

2026-cı il noyabrın 9-dan 15-dək qardaş Türkiyəmizin Bodrum və Didim şəhərlərində Azərbaycanın dahi şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş Uluslararası “Səməd Vurğun-120” adlı I Bodrum Şeir, Musiqi, Ədəbiyyat və Sənət Festivalı keçirilib.

Bu möhtəşəm görüşlərin əsas təşkilatçıları Dünya Türk Yazarlar Birliyi Koordinasiya Mərkəzinin (DTYBKM) rəhbəri İlqar Türkoğlu, Qirğızıstanın “Yangi ovoz” Mərkəzi Asiya Yazarlar və Tarixçilər Birliyinin sədri Joldoşbek Monoldorov, moderatoru Gülmira Monoldorova, Türkiyənin Didim şəhərinin Aydın Yazarlar və Şairlər Dərnəyinin sədri Şükrü Öksüz, DTYBKM-nin Bodrum təmsilçiləri Miyase və Serdar Karlıova ailəsi və Savaş Sarıkaya olub.


Noyabrın 8-də Türk dünyasının müxtəlif ölkələrindən yola çıxan iştirakçılar noyabrın 9-da Bodrumda bir araya gəliblər.
Bodrumda keçirilən “Səməd Vurğun – 120” I Bodrum Şeir, Musiqi, Ədəbiyyat, və Sənət Festivalına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Güney Kıbrıs və Kərkükdən onlarla şair, yazıçı, ədəbiyyat, sənət və müsiqi xadimləri toplanıb.

Tədbiri giriş sözü ilə açan ev sahibi Sərdar və Miyase Karliovalar böyük Azərbaycan şairi Səməd Vurğunun120 illik yubiley tədbirini həm də anlaşma, paylaşma bayramı kimi qiymətləndiriblər.

Türkiyənin və Azərbaycan Respublikasının Dövlət Himnləri səsləndirilib. Şairin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər- Azərbaycanlı şairlr - İlqar Türkoğlu, Ayaz Arabaçı, Zərəngiz Dəmirçi Qayalı, Zahid Avşar, Qarabağ qaziləri, həkim-şairlər - Əkbər Məmmədov, Çingiz Tağıyev, Rusiyadan həkim-şairə Solmaz Həsənova, təkcə Türkiyədə deyil, Azərbaycanda da böyük tamaşaçı sevgisi qazanmış TRT kanalının əməkdaşı, tanınmış aparıcı Arzu Yılmaz Dağdemirin və tanınmış türk jurnalisti, ictimai fəal, şair Cahit Günay, jurnalist Fatma Özger Bilgicə, Mustafa və Nilgin Seçenlər, Savaş Sarıkaya, Zeki Çelik, Qırğızıstandan Sabira Şeşikova, Qazaxıstandan Güldana Cermaxan, Kərkükdən Mueyyet Boyaçı, Ahmed Abdullah Kərküklü, Nicat Kasab və başqaları ortaq mədəniyyəti paylaşan türk xalqlarının bir araya gəlməsinin uğurlu olduğunu, dili, dini, tarixi, ədəbiyyatı bir olan, tarixi köklərlə bir-birinə sıx şəkildə bağlı olan doğma xalqların sovet dönəmində düşünülmüş şəkildə ayrı salındığını bildiriblər. Bu gün türk dünyasının böyük öndərləri - Mustafa Kamal Atatürk və Heydər Əliyev ideyalarının çiçəklənməsi, türk qardaşlığının daha da inkişaf etməsi üçün belə festivalların, ədəbi-bədii tədbirlərlin daha da çox olmasını arzulamışlar.

İlk gündən tədbirlərə qatılan, Kərküklü şairlər Mueyyet Boyaçı, Ahmet Abdullah Kərküklü, şair-bəstəkar-müğənni Nicat Kasab hələ də qanlı savaşların davam etdiyini, Vətənlərində didərgin kimi yaşadıqlarını söyləyiblər.

Tədbirlərdə fərqli düşüncələrini eyni müstəvidə paylaşan sənət adamlarının oxuduğu şeirlər, musiqilər, məruzələr diqqətlə dinlənilib, böyük ruh yüksəkliyi ilə qarşılanıb. Səməd Vurğun dühasına dəyər verən, əsərlr həsr edən iştirakçılara diplom, priz və xatirə medallar təqdim olunub. Festival iştirakçılarının birlikdə keçirdikləri şeir və musiqi saatları, birlikdə keçirilən xoş anlar səfər proqramını daha da zənginləşdirib. Yaddaqalan məqamlardan biri də tarixi şəxslərin ziyarət edilməsi, muzey və məbədlərin, tarixi yerlərin ekskursiyası olub. Bu səfərin özəlliklərindən biri də ədəbi-musiqili məclislər, şeirlə musiqinin bir-birinə qovuşması, könüllərdən-könüllərə körpülər salınması ilə əlamətdar olub.

Xalq şairi Səməd Vurğunun xatirəsi qardaş Türkiyədə yad edilib Festivalın ən yaddaqalan məqamlarından biri, Türk ziyalıları, Azərbaycanda da böyük sevgi qazanmış TRT kanalının əməkdaşı, tanınmış aparıcı Arzu Yılmaz Dağdemirin və tanınmış türk jurnalisti, ictimai fəal, şair Cahit Günayın Səməd Vurğunun həyat və yaradıcılığına həsr etdikləri qısametrajlı “Samed Vurğun-120. Ayrılarmı könül candan…” filmi olub. Böyük şairimizin söz dünyasını, yaradıcılığını, könülləri fəth edən sənətinin qüdrətini və Türk dünyasındakı yerini əks etdirən bu ekran əsəri iştirakçılar tərəfindən böyük rəğbətlə, maraqla qarşılanıb.

Tədbirlər boyunca iştirakçılara hər zaman xüsusi diqqət və qayğı göstərən eləcə də iştirakçıların xeyli hissəsini öz evində böyük qonaqpərvərliklə qarşılayan Fatma Özger Bilgiçənin evi Bodrum və Didim sənət insanlarının isti yuvası, sənət ünvanı kimi yadda qalıb.

Xalq şairi Səməd Vurğunun xatirəsi qardaş Türkiyədə yad edilib Xalq şairi Səməd Vurğunun xatirəsi qardaş Türkiyədə yad edilib Sonda xatirə şəkilləri çəkilib.

Bir daha aydın oldu ki, könüldən könülə uzanan yollar, çox yaxın ola bilərmiş, əsl sözün, sənətin sərhəddi yoxmuş.
Poeziya-xəritələrlə sərhədlənməyən, dilindən, məkanından asılı olmayaraq insanları birləşdirən mənəvi körpü, sarsılmaz dostluq qaynağı imiş!..

Beləcə Azərbaycanın Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi Azərbaycandan yola çıxaraq, Bodrum və Didimdən keçib, İstanbula, Ankaraya, oradan Bişkekə, Almatıya, Astraxana, Rusiyaya, Bağdada, Kərkükə, sosial şəbəkələr və mətbuat yolu ilə bütün Türk dünyasına soraq salıb. Böyük şairimiz Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş bu görüş yaddaşlarda yalnız bir festival kimi deyil, Türk dünyasının söz adamlarını bir araya gətirən mənəvi birlik bayramı kimi əbədiləşib.

Birliyimiz əbədi olsun! Nə mutlu Türkəm deyənə!


ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI
"TURAN.İNFO.AZ" saytının redaktoru
şair-publisist


ZiM.Az


Xalq şairi Səməd Vurğunun xatirəsi qardaş Türkiyədə yad edilib Xalq şairi Səməd Vurğunun xatirəsi qardaş Türkiyədə yad edilib

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
XII BEYNƏLXALQ KİTAB SƏRGİSİND MÖHTƏŞƏM TƏQDİMAT

XII BEYNƏLXALQ KİTAB SƏRGİSİND MÖHTƏŞƏM TƏQDİMAT

Yeni nəşrlər, Mədəniyyət, Turan, Orta Asiya
“ZƏFƏR SƏDASI”nın İMZA GÜNÜ keçirilib

“ZƏFƏR SƏDASI”nın İMZA GÜNÜ keçirilib

Yeni nəşrlər, Təbriklər
Qürbətçi Türkmən yazarı Burhan Yaralı ilə yadda qalan görüş

Qürbətçi Türkmən yazarı Burhan Yaralı ilə yadda qalan görüş

Sumqayıt
Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Humanitar elmlər, Turan
AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünya ...

AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünya ...

AzTU, Turan
ADANA FESTİVALINDAN TƏƏSSÜRATLARIM

ADANA FESTİVALINDAN TƏƏSSÜRATLARIM

Turan
AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

AzTU
CƏFƏR CABBARLININ 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

CƏFƏR CABBARLININ 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

Məktəblər
AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin  300 illik yubileyi   ...

AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ...

AzTU
Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

Naxçıvan
Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Regionlar, Təbriklər
“Səməd Vurğun və ədəbi türk dünyası” adlı Respublika elmi konfransı keçiril ...

“Səməd Vurğun və ədəbi türk dünyası” adlı Respublika elmi konfransı keçiril ...

Humanitar elmlər

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər
AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU
AzTU-da Səməd Vurğunun 110 illik Yubileyi keçiriləcək

AzTU-da Səməd Vurğunun 110 illik Yubileyi keçiriləcək

AzTU, Elanlar
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

Arxiv
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

Mədəniyyət, Borçalı, Təbriklər
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Rəy yazın: