RUH, İLAHİNİN İnsanı cana gətirmək üçün üfürdüyü müqəddəs nəfəsdir. Nəfəsin tərkibindəki xassə xüsusiyyətləri BEYİN hüceyrələrinə paylanıb. Hər beyin hüceyrəsinin öz xassəsi var. Hər xassənin də öz xüsusiyyəti var/Hər xassənin tələbini, öz xüsusiyyəti ödəyir.
Məsələn, Ağıl xassəsinin tələbini öz DÜŞÜNCƏ xüsusiyyəti ödəyir. Zəka xassəsinin tələbini öz DƏRK EDİB QAVRAMA xüsusiyyəti ödəyir. Acmaq xassəsinin tələbini öz YEMƏK xüsusiyyəti ödəyir və s. i. a. Beləliklə aydındır ki, Ruhun xassə xüsusiyyətləri onun FƏALİYYƏT MEXANİZMDİR. Ruhdur yaşam dünyasında müqəddəs varlıq,
Onun qüdrətinin təzahürüdür, mövcud olan İNSANLIQ!
Olmasa Ruh məfhumları, fəaliyyətdə yaşadan olmaz insanı.
İnsansız həyat olar cansız sərvət, Ruhsuz insan olar canlı cəsəd! ALLAH insanları yaradıb, fəaliyyətdə yaşatmağı Ruha tapşırıb. Ruhdur insanı fəaliyyətdə yaşadan.
İSBAT: Beyin hüceyrələri iflic olan insan koma halında qalanda ruhun xassə xüsusiyyətləri və duyğu orqanları fəaliyyətini itirmiş olur. Gözü görmür, qulağı eşitmir yerimir, yazmır, oxumur, lal, kar, kor, yataqda qalır fəaliyyətsiz halda canlı cəsədə dönür. Ürəyin hesabına fiziki yaşayır, ölmür. Əyani sübut təsdiq edir ki, insanı fəaliyyətdə yaşadan, müqəddəs ideal varlıq RUHDUR.
Ancaq dünya yaranandan müasir zamanadək, Ruh haqqında elmi bilik nəzəriyyəsi məlum olmadığı üçün insanlar ruhunun İSTEDAD xassə xüsusiyyətinin fəaliyyəti ilə yox, hər kəs öz NƏFS istək xassə xüsusiyyətinin Fəaliyyəti ilə bəhrələnib məqsədinə çatmağa çalışır.
Yaşam dünyasını dözülməz işgəncələrə məruz QOYAN səbəbə son qoyulmasa, əbədi Yaşam Dünyasında insanların törətdiyi faciələrin davamı kulminasiya nöqtəsinə çatıb aşacaq.
İnsanlar ruh haqqında elmi biliklə təlim - tərbiyə olmadığı üçün, biliksizlik nəticəsində səhv edərək fəaliyyətlərində faciələr törədirlər. Törədilən faciələrə son qoymaq üçün yeganə çıxış yolu yeni yaranan NƏSLİ ruh haqqında ELMİ biliklə təlim – tərbiyə etmək ZƏRURİ məcburiyyətdir. . YAZIB bildirirəm ki, müasir zamanadək, sehrli, sirli qalan , RUH haqqındakı ELMİ BİLİK -
NƏZƏRİYYƏSİ AŞKARDIR artıq.
Aşkarlanan elmi bilik mövzusu , “HAMI ÜÇÜN” adlı dərslik kitabının birinci hissəsində dərc olunub.
Aşkarlanan “ELMİ BİLİK” mövzusu bildirir ki, “HAMI ÜÇÜN” adlı kitabda dərc olunan RUH haqqındakı elmi yeniliklə TƏLİM – TƏRBİYƏ olunan, inkişaf mərhələsində böyüyən YENİ NƏSİL, öz ruhunu dərk edib qavrayacaq . Biliksizlik, biliklə əvəz olacaq. Hər kəs bilikli olduğu üçün fəaliyyətində səhv etməyəcək.
ALLAHIN RUHA verdiyi İSTEDAD xassə xüsusiyyətinin TƏLƏBİNİ ÖDƏYƏCƏK .
İnsanlıq bərpa olub, törədilən faciələrə son qoyulacaq. Hər sahənin öz istedad mütəxəssisi olduğuna görə, Faydalı nailiyyətlər nəticəsində maddi və mənəvi tələbat ödənilib yaşam tərzi normallaşıb yüksələcək! Hər tərəfli bolluq hökm sürəcək!
Yaranan hər bir insan Allahın yazdığı bir ömrü öz əcəli ilə başa vurub dünyasını dəyişəcək. Biri gedib, o, biri gələcək. Gələn YENİ NƏSİL Dövlət tərəfindən təşkil olunmuş ədəb qaydaları və ruh haqqındakı yeni elmi biliklə təlim - tərbiyə olunub,
RUHUNU dərk edib qavrayacaq, özünü tanıyıb fəaliyyətində səhv etməyəcək. Beləliklə RUHUN QÜDRƏTLİ fəaliyyəti Yaşam həyatı əbədi cənnətə çevriləcək. Heç bir münaqişəli vəziyyət - faciə törəməyəcək.
ZƏRƏNGİZ ŞIXLI,
texnika elmləri namizədi,
şairə, nasir,
ZiM.Az və Elm.İnfo.Az saytlarının,
"ŞƏRQİN SƏSİ" və
"ELM və TƏHSİL" qəzetlərinin
Redaksiya Heyətinin üzvü
04.05.2026
ZiM.Az
.













