Din dedikdə, mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur. Dinləri səmavi və qeyri-səmavi olmaqla iki qrupa ayırırlar. Səmavi dinlər, adından bəlli olduğu kimi Allah tərəfindən mələklər vasitəsilə peyğəmbərlərə göndərilən vəhy mənbəyidir. Bunlara haqq dinlər də deyilir. Bir sözlə, xristianlıq, yəhudilik və İslam dini haqq dinləridir. İslam dininə görə ilk insan Həzrəti Adəm eyni zamanda, ilk peyğəmbərdir. Hz. Adəmdən Hz. İsaya qədər bütün peyğəmbərlər insanlara Allahın birliyini və ona necə ibadət ediləcəyini təbliğ etmişlər.
Hazırda dünya əhalisinin təqribən 1,2 milyardı islam dininə etiqad edir. İslam dini səmavi dinlərin sonuncusu hesab olunur və Allah tərəfindən göndərilən peyğəmbərləri və kitabları təsdiq edir. İslam sülh, barışıq, bərabərlik və yardımlaşma dinidir.
İSLAM dini barış, bağışlama, sülh və əmin-amanlıq dinidir. İslam dininin mənəvi əxlaqi dəyərləri olduqca yüksəkdir.
İslam mənəviyyatımızın qidası, ruhumuzun xilaskarıdır.
İslamı dərk edən hər bir kəs mənən tərbiyələnir, aliləşir, saflaşır. İslam dininin özünəməxsus gözəl adətləri və vəzifələri vardır. O vəzifələri biz insanlar yerinə yetirdikcə aliləşir, aqilləşirik.
İslamın gözəl və ali adətləri saymaqla bitməz.
Mən bunlardan biri ilə – EHSAN haqqında sizləri məlumatlandırmaq istərdim.
Ehsan məclislərində verilən ehsanlar, daha doğrusu israfa yol verən ehsanlar sözün doğrusu, böyük çoxluğu olduğu kimi, məni də narahat edir. Biz bəzən fərqində olmadan ehsan adı ilə israfçılığa da yol vermiş oluruq.
Belə ki, yas mərasimlərinin mənəvi – etik normaları müqəddəs kitabımız olan QURANİ KƏRİMDƏ incəliyinə qədər öz əksini tapmışdır. Burada nəinki bol - bol ehsan verilməsindən söhbət getmir, əksinə mərasim sahibini əlavə qayğılardan azad etmək üçün, yas günlərində onun ailəsinin zəruri ərzaqla təminatına yaxın qohum– qonşuları və ya müəyyən insanlar tərəfindən köməklik göstərilməsi tövsiyyə olunur.
Bu öz rəhmətə getmiş qohumu ilə daha yaxından maraqlanmaq imkanı yaratmaqla birgə, onu maddi əziyyətdən də azat etmək deməkdir.
Son illərə dək yas mərasimlərində müşahidə etdiyimiz arzuolunmaz və xoşagəlməz mənzərə onu sübut edir ki, bizdə İslamın bu dəyərləri xeyli təhrif olunmuş və hətta mən deyərdim ki, bəlkə də qismən unudulmuşdur.
Çox təsirli və acınacaqlı haldır ki, kimsə ehsan süfrələrində düzdüyü nemətlərlə öz imkanını numayiş etdirdiyi halda, digər ehsan sahibini də pis vəziyyətdə qoyur. Belə ki, digər şəxs də, "qonşudan qalma dala" idrakı və düşüncəsi ilə və ya "adıma layiq olsun" ideyası ilə ehsan süfrələrində israfa yol verərək özünü maddi–mənəvi olaraq pis vəziyyətə salmasına səbəb olur.
Bu da onun digər kədərlərinə mübtəla edir, hətta öz ölüsünü unutduracaq şəkildə maddi zərərlərə yol açır, bəzən onu borca girməyə sövq edir.
Dəfələrlə təkrarlanan belə xoşagəlməz vəziyyətlər
cəmiyyətdə israfçılığa qarşı yaranan mənfi münasibət son nəticədə yas mərasimlərinin keçirilməsində ümumi bir fikrə gəlməyə imkan verdi.
Ümumi bir fikrə gəlibdi və bu qısa müddətdə icra olunmağa başlandı.
Sosial vəziyyətindən asılı olmayaraq, hər kəs ehsan verərkən mərasimə uyğun ərzaqları – çay, limon, xurma ilə kifayətlənməli və bu təşəbbüslə israfçılığın qarşısını almalıdır. Belə ki, məclis sahibinin dərdinə şərik olmağa gələn qonaqlar bilmədən ev sahibinə Maddi ziyan vurulmasının da qarşısı alındı .
Əminəm ki, bu addım cəmiyyət tərəfindən də birmənalı qarşılanacağı mütləqdir.
Dövlət və dini qurumların və bütövlükdə insanların mövqeyi belədir.
Beləliklə, məclislərdə bu təşəbbüs adət halını almağa başladı.
Sevindirici haldır ki, son vaxtlar bu prinsipə riayət olunur və bu da cəmiyyət tərəfindən müsbət qarşılanır.
İnanıram ki, bu prinsip getdikcə adət halını alacaq.
Unutmayaq ki, israf və islamla doyduraq, süfrədə "bolluq" adı altında olan israfla yox.
Axı, yüksək əxlaq sahibi olan insan Allahın yaratdığı bütün qanunları sevir, əməl edir.
Mövlananın dediyi kimi, "Yarananı sevək, Yaradandan ötrü". Allahın qanunlarını sevək ki, əxlaqımız da kamilləşsin.
Zaur Eyvazov,
Hacı Ağamirzə Məscidinin Dini İcmasının Sədri
turan.info.az
.