İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub

İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olubAMEA-nın Mərkəzi Elmi Kitabxanasında İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub. İzzəddin Həsənoğlunun “Kitab-ı Siretün-nebi” kitabını və Mirzə Ələkbər Sabirin “Hophopnamə”sini Seyfəddin Altaylı çapa hazırlayıb.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Avrasiya Yazarlar Birliyinin başqanı Ufuk Tuzman, Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Akademiyanın müxtəlif institutlarının əməkdaşları, media mənsubları və digərləri iştirak ediblər.


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma ZiM.Az-a bildirib ki, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli Türkiyə və Azərbaycanın dostluq-qardaşlıq münasibətlərinin elm və mədəniyyət sahəsində də günü-gündən inkişaf etdiyini vurğulayıb. Ədəbi əlaqələrin nəticəsi olaraq Türkiyədə işıq üzü görən bu kitabların tarixi və elmi əhəmiyyətindən bəhs edib. İki ölkə arasındakı mədəni səviyyədə nəzərə çarpan uğurların digər türk dövlətlərində də geniş vüsət aldığını vurğulayıb. Son vaxtlar tərcümə sahəsində işlərin xeyli genişləndiyini də qeyd edib. Əlavə edib ki, Sabirin kitabını Türkiyədə 1950-ci illərdə çap ediblər. Seyfəddin Altaylının “Hophopnamə”ni orada yenidən nəşr etdirməsini “Molla Nəsrəddin” ədəbi məktəbinə böyük töhfə kimi xarakterizə edib.
Akademik İsa Həbibbəyli hər iki kitabı böyük əziyyət və şövqlə ərsəyə gətirdiyi üçün Seyfəddin Altaylıya təşəkkürlərini bildirib. Avrasiya Yazarlar Birliyininə uzun illər rəhbərlik etmiş, Türk dünyası aşiqi, Azərbaycan sevdalısı Yaqub Öməroğlunu qədirşünalıqla xatırlayıb. Yeni başqana da işlərində uğurlar arzulayıb, əçəkdaşlıq sahəsinə təkliflər səsləndirib.
Avrasiya Yazarlar Birliyinin başqanı Ufuk Tuzman çıxışında yeni başqan olaraq ilk dəfə AMEA-nın kürsüsündə olmaqdan qürur duyduğunu bildirib. Birlik tərəfindən həyata keçirilən işlər haqqında məlumat verərək bildirib ki, rəhbərlik etdiyi qurumun 29 Cümhuriyyət və Muxtar Respublikalarla əlaqələri qurulub. “Hophopnamə”nin mahiyyətini yüksək qiymətləndirən başqan əlavə edib ki, bu kitab Yaqub Öməroğlu üçün “Bengü” yayınlarının 500-cü nəşri idi.
Natiq vurğulayıb ki, Azərbaycana səfəri zamanı Sabirin yurdu Şamaxını da gəzib, oranın çoxlu sayda ziyalı yetişdirməsindən məmnun qalıb. Bildirib ki, Avrasiya Yazarlar Birliyinin 540 kitabı çap olunub, onun da əllisi Azərbaycan ədəbiyyatına aiddir. Özünün başqanlıq etdiyi müddətdə isə 40 kitabın işıq üzü gördüyünü vurğulayıb. Eyni zamanda Birlik tərəfindən türk toplumları arasında aparılan maarifləndirmə işləri haqında da məlumat verib.

İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub Qonaqlardan Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışlarında nəşrlərin milli və elmi əhəmiyyətinə xüsusi nəzər salıblar.

Ədəbiyyat İnstitutunun əməkdaşlarından Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev, elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı nəşrlərin əhəmiyyətindən söz açıblar.

Həmçinin Bakı Avrasiya Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Altaylı da nəşrlərin xarakterik xüsusiyyətləri, kitabların özəllikləri, hazırlanma prosesin incəlikləri haqqında ətraflı məlumat verib.

Sonda Bakı Avrasiya Universitetinin kafedra müdiri filologiya elmləri doktoru Elmira Məmmədova-Kekeç tədbirin təşkili üçün təşəkkürlərini bildirib, kitabların tərtibçisi Seyfəddin Altaylıya hədiyyə tədqim edib.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Humanitar elmlər
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçiri ...

“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçiri ...

Humanitar elmlər
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

Gəncə, Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzu ...

Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzu ...

Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Humanitar elmlər
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
VÜQAR ƏHMƏD

VÜQAR ƏHMƏD "İLİN ALİMİ" OLDU

Təbriklər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

"Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

Elm
Rəy yazın: