AYNURƏ MƏHƏMMƏDOVA: "AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN TƏNTƏNƏSİ ÖNÜNDƏ ERMƏNİSTAN CƏMİYYƏTİNİN MƏDƏNİ İRS MANİPULYASİYASI VƏ İNFORMASİYA İSTERİYASI"

AYNURƏ MƏHƏMMƏDOVA: "AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN TƏNTƏNƏSİ ÖNÜNDƏ ERMƏNİSTAN CƏMİYYƏTİNİN MƏDƏNİ İRS MANİPULYASİYASI VƏ İNFORMASİYA İSTERİYASI" Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin sərgilədiyi qəbuledilməz reaksiya, diplomatlara və beynəlxalq birliyə qarşı hücumlar təəssüf doğurur. Səfərdə ABŞ, Fransa, Almaniya və Avropa İttifaqı da daxil olmaqla, 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150-yə yaxın diplomatın iştirak etməsi erməni revanşistlərində ciddi qıcıq və səbəbləri gizlin olmayan narahatlıq yaradıb.

Ermənistan cəmiyyətindəki revanşist qüvvələrin kəskin reaksiyasını Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik və ölkənin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirmək olar. İrəvanın rəsmi olaraq sülh ritorikası nümayiş etdirdiyi bir vaxtda revanşist qüvvələrin və medianın bu cür destruktiv addımları regionda normallaşma prosesinə zərbə vurur və Ermənistan cəmiyyətinin sülhə tam hazır olmadığını açıq şəkildə göstərir.
Azərbaycan və Ermənistan arasında sülh prosesi və cəmiyyətlərin bu prosesə reaksiyası müasir dövrün ən həssas və mürəkkəb mövzularından biridir. Azərbaycan cəmiyyətinin postmünaqişə dövründə ən böyük gözləntisi Ermənistan ilə imzalanacaq yekun sülh sazişidir. Bu saziş Cənubi Qafqaz regionunda davamlı sülhün, təhlükəsizliyin və iqtisadi sabitliyin bərqərar olması üçün əsas hüquqi və siyasi təməldir. Bu sazişin imzalanması təkcə iki ölkə arasında deyil, bütün regionda uzunmüddətli düşmənçiliyə son qoyaraq genişmiqyaslı iqtisadi layihələrin həyata keçirilməsinə və xalqların dinc yanaşı yaşamasına şərait yaradacaqdır.
Regionda davamlı sülhün və etimad mühitinin qurulması həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından strateji əhəmiyyət kəsb edir. Əldə olunan razılaşmaların kağız üzərində qalmamağı ən vacib şərtlərdən biridir. Bunun üçün cəmiyyətlər arası səmimiyyət, tərəflər arasında qarşılıqlı etimadın qazanılması çox böyük önəm daşıyır. Suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət münasibətlərin normal qonşuluq müstəvisinə keçməsinin təməl daşıdır.
Humanitar addımların atılması və ictimaiyyətlər arasında keçmiş stereotiplərdən uzaqlaşaraq sağlam dialoqun və səmimi etimad mühitinin formalaşması sülhün davamlılığını mümkün edə bilər.
Azərbaycan və Ermənistan arasında birbaşa və tranzit logistika xətləri artıq aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycan Ermənistana dizel yanacağı və benzin kimi neft məhsulları ixrac edir. Azərbaycan üzərindən tranzit vasitəsilə Rusiyadan birbaşa Ermənistana buğda, tikinti materialları çatdırılır.Ölkəmiz sərhəd avtomobil yollarında gələcəkdə Naxçıvan və Türkiyə istiqamətinə (Zəngəzur dəhlizi layihəsi çərçivəsində) birbaşa keçid yaratmağa imkan verəcək geniş infrastruktur layihələr həyata keçirir.
Otuz ilə yaxın davam edən münaqişədən və ağır insan itkilərindən sonra revanşist bəyanatlar, sülh danışıqlarına qarşı çıxışlar və radikal reaksiyalar regionun gələcəyini təhlükə altına qoyur. Bu baxımdan, davamlı sülhə mane olan Ermənistan cəmiyyəti tərəfindən səsləndirilən isterik və aqressiv ritorika yolverilməzdir.
Xarici diplomatların Gəncəsər və Xudavəng monastırlarına səfər etməsi və bu abidələrin qədim Qafqaz Albaniyasına aid xristian irsi kimi təqdim olunması Ermənistan mediasında böyük narazılıq doğurub. Revanşist qüvvələr bu reallığı həzm edə bilməyərək, tarixi faktların saxtalaşdırıldığını iddia edən kampaniyalar başladıblar. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki qədim Qafqaz Albaniyasına məxsus xristian məbədlərinin divar yazıları, memarlıq elementləri və xaçları dəyişdirilərək erməni abidəsi kimi qələmə verilmişdir.
Ermənistan KİV-ləri xarici diplomatların səfər zamanı çəkilən görüntüləri, xüsusilə onların Şuşadakı bərpa işlərini izləməsini böyük narahatlıqla qarşılayıblar. Çünki artıq burda tam aydın olur: quran və yaradan kim, dağıdan və talayan kimdir. Qarabağ münaqişəsi nəticəsində Azərbaycana milyardlarla dollar həcmində maddi ziyan dəymiş, nəhəng infrastruktur dağıdılmışdır,ölkənin insan resurslarına, iqtisadiyyatına, mədəni irsinə və ekologiyasına ağır zərbə vurulmuşdur.
Dünyanın ən böyük həqiqətləri çox vaxt sözlərlə deyil, rəqəmlərin dili ilə danışır. Dünya həqiqətlərə rəqəmlərin dili ilə baxır, çünki bəzən rəqəmlər bizim inanmaq istədiyimiz deyil, mövcud olan real mənzərəni üzə çıxarır, həmçinin dəqiq, ölçüləbilən və təkzibolunmaz faktlar ortaya qoyur.
Ermənistanın Azərbaycan torpaqlarına və infrastrukturuna vurduğu hərbi-maddi ziyan təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Qarabağ münaqişəsi və onun iqtisadi-sosial fəsadları kontekstində, Ermənistanın onilliklər boyu apardığı siyasət təkcə hərbi təcavüzlə məhdudlaşmamış, həm də beynəlxalq hüququn manipulyasiyası, faktların təhrif edilməsi və mədəni-tarixi saxtakarlıq mühüm rol oynamışdır.
Ermənistan diplomatiyası və diasporu real faktları təhrif etmək üçün uzun illər güclü propaqanda maşınından istifadə etməkdədir. Dünyanın gözü qarşısında törətdikləri ən ağır hərbi cinayətləri və Xocalı soyqırımını inkar etmək, yaxud məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq üçün saxta sənədli materiallar və bəyanatlar yaymaqda davam edir.
Lakin xarici diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri zamanı gördükləri və özləri ilə apardığı təəsüratlar erməni yalanlarını bir daha dünya ictimaiyyəti qarşısında ifşa edir.

Bu gün Qarabağ və Şərqi Zəngəzur nəhəng bir tikinti meydanını xatırladır.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə tənzimlənən proqram çərçivəsində, dağıdılmış şəhər və kəndlər fundamental şəkildə yenidən qurulur və regionda genişmiqyaslı dirçəliş prosesi gedir.
Qarabağa və Şərqi Zəngəzura xarici diplomatların səfəri ölkəmizin haqq səsinin, tarixi həqiqətlərinin, mədəniyyətinin, eləcə də Vətən müharibəsində əldə etdiyi qələbənin və qlobal təşəbbüslərin beynəlxalq aləmdə qəbul edilməsi prosesidir.


AYNURƏ EYVAZ QIZI MƏHƏMMƏDOVA
Qərbi Azərbaycan
Çəmbərək rayon icması
sədrinin birinci müavini,
Qadınlarla iş üzrə məsul şəxs


ZiM.Az



.

--
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
GEOSİYASİ REALLIQLAR VƏ ƏMƏKDAŞLIĞIN GÜCLƏNNMƏSİ

GEOSİYASİ REALLIQLAR VƏ ƏMƏKDAŞLIĞIN GÜCLƏNNMƏSİ

Turan
Fatma Yıldırım: -

Fatma Yıldırım: - "Kobaxidzenin Bakıya səfəri nə vəd edir?"

Milli Məclis, Gürcüstan
Şuşa bəyannaməsi  Azərbaycan –Türkiyə qardaşlığını  sübut edən hüquqi sənəd ...

Şuşa bəyannaməsi Azərbaycan –Türkiyə qardaşlığını sübut edən hüquqi sənəd ...

Köşə yazılar
Çingiz Qənizadə:

Çingiz Qənizadə: "Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da olmalıdır!"

Siyasət
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Məktəblər, Siyasət
Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafı ...

Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafı ...

"Mən Şirvanın səsiyəm", Siyasət
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

Qarabağ, Biologiya və tibb elmləri
Pərvin Abdullayeva:

Pərvin Abdullayeva: "Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan"

Qarabağ, AzTU
Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin iri ...

Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin iri ...

Qarabağ, Tiflis
İLHAM ƏLİYEVİN BAYRAM TƏBRİKİ

İLHAM ƏLİYEVİN BAYRAM TƏBRİKİ

Rəsmi Xəbərlər

"Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və persp ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Avropa, Diaspora
Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

YAP
“Cabir Novruz” Məfəniyyət fondunun bəyanatı

“Cabir Novruz” Məfəniyyət fondunun bəyanatı

QHT
Azərbaycan Mətbuat Şurası Alxanlıda yaşanan faciə ilə bağlı bəyanat yayıb

Azərbaycan Mətbuat Şurası Alxanlıda yaşanan faciə ilə bağlı bəyanat yayıb

MEDİA, Dünya
Dağlıq Qarabağın azərbaycanlı icması dialoq axtarışında

Dağlıq Qarabağın azərbaycanlı icması dialoq axtarışında

Qarabağ
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Qarabağ, Gürcüstan, Borçalı
Deputat RÖVŞƏN RZAYEV:

Deputat RÖVŞƏN RZAYEV: "Dinc sakinlər arasında ölən və yaralananlar var"

Qarabağ
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
Rəy yazın: