YENİ KİTAB: “BİZİM QƏHRƏMANLAR”

YENİ KİTAB: “BİZİM QƏHRƏMANLAR” Zəngin və keşməkeşli tarixə malik olan Borçalı mahalı lap qədim dövrlərdən özünün qaynar ictimai həyatı və ədəbi-bədii mühiti, sazı və sözü, qara zurnası və dəfi (nağarası), saz çalıb-söz deyən ustad aşıqları, istedadlı xanəndələri və müğənniləri, dünya şöhrətli alimləri, müəllimləri, ədibləri, şairləri, yazıçıları, mədəniyyət və incəsənət xadimləri, həkimləri və səhiyyə işçiləri, özünəməxsus adət-ən'ənələri, el ağsaqqalları və məsləhətçiləri, bol ne'mətli münbit torpaqları, qonaqlı-qaralı, sərin bulaqlı dağları, yayda yaylaqları, qışda qışlaqları ilə yanaşı, həm də daim at belində cövlan edən adlı-sanlı igid ərləri, mərd oğulları, dünyaca məşhur olan xalq qəhrəmanları və el qaçaqları ilə də şöhrət tapmışdır...
Təsadüfi deyil ki, borçalılılar XVIII-XİX əsrlərdə çarizm istibdadına, imperiya ədalətsizliyinə, yerli idarəetmə orqanlarının özbaşınalığına qarşı həmişə mübarizə apardıqları kimi, XX əsrdə də daima xalqın mənafeyi naminə çalışmışlar. Və nə yaxşı ki, həmişə fəxr etdiyimiz və qürur duyduğumuz bu gözəl ənənə XXI əsrdə də şərəf və ləyaqətlə davam edir. Məhz buna görə də, xalq öz qəhrəman oğullarının adlarını əbədiləşdirmək məqsədilə, onların şərəfinə nəğmələr, mahnılar, dastanlar qoşmuş, kitablar yazmış və bu gün də yazılmaqdadır. Hətta, onlardan bə'zilərini, demək olar ki, yenilməz qəhrəman kimi əfsanələşdirir, onların döyüş yolunu gəncliyimiz üçün örnək hesab edirik.


Hərb sərkərdələrimizdən – XIII əsrdə Misir və Suriya sultanı olmuş Baybars, xalq qəhrəmanlarımızdan - əslən Darvazdan olub, Osmanlıda yaşayan Mehralı bəy, Qaçaq Səməd, Halay Mursaqullu, Cöyrə oğlu Qara, Hacıxəlil ağa, Qaçaq İsgəndər, Xudu bəy Borçalı; onların ləyaqətli davamçıları general-leytenant Həsən bəy Ağalarov, general-mayor İsmayıl bəy, Həsən bəy, Davud bəy və Vəli bəy Yadigarovlar, Firudin bəy Vəzirov, Əbdülhəmid bəy Qaytabaşı, Yusif Ziya Talıbzadə, həmçinin, Rusiya imperiyasının azərbaycanlı hərbi xadimi, general-mayor, yazıçı və maarifçi Abdulla ağa Bakıxanov (1824-1879);
görkəmli dövlət və ictimai xadimlərimizdən - Gürcüstanın qədim dövlət xadimi, 1184-cü ildə Gürcüstanda ilk Qanunverici Məclisin (Parlamentin) banisi və ilk Başçısı, Çariça Tamaranın maliyyə naziri (meçurçuxucesi). Gürcüstanda dövlətin möhkəmləndirilməsində mühüm rol oynamış Kutlu Arslan;
məşhur siyasi xadim, diplomat, hüquqşünas, Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri (1918-1920) Əlimərdan bəy Topçubaşov (1862-1934),
Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik naziri Əhməd bəy Ömər oğlu Pepinov (11 sentyabr 1893, Axalsıx qəzası, Tiflis quberniyası - 3 iyul 1938, Al-matı, Almatı vilayəti, Qazaxıstan SSR),
Borçalı Qarapapaq Türk Cümhuriyyətinin sədri (1917-1918), Cənub-Qərbi Qafqaz Türk Res-publikasının Dövlət başçısı (1918-1919) Emin ağa Acalov (1868-1937),
Gürcüstanda və müsəlman dünyasında 1918-ci ildə demokratik yolla seçilmiş ilk müsəlman qadın deputat Pərixanım Sofiyeva (1884-1953), Gürcüstan Demokratik Cumhuriyyəti (1918-1991) Parlamentinin deputatları - Əbdürrəhim Haqverdiyev, Əbdüləziz Şərifov, Mirzə Hüseyn Həsənzadə, Əliheydər Qarayev,
görkəmlli ictimai-siyasi xadim, məşhur yazıçı-publisist, dramaturq və həkim, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in sədri (1922-1925) Nəriman Nərimanov (1870-1925),
böyük ictimai xadim və publisist, Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü, Gür-cüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci sədri Ömər Faiq Nemanzadə (1872-1937),
böyük ədib-pedaqoq, şair, yazıçı, dramaturq, publisist, ədəbiyyatşünas, tərcüməçi və ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin ilk üzvlərindən (1934) və Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, 1946, 1952-ci və 1956-cı illərdə Azərbaycandan SSRİ Ali Sovetinə deputat seçilmiş və ömrünün sonuna kimi SSRİ Ali Sovetinin deputatı olmuş Azərbaycan SSR Əməkdar incəsənət xadimi Abdulla Şaiq Talıbzadə (1881-1959);
tanınmış dövlət xadimlərindən - Azərbaycan SSR Nazirlər Sovetinin 9-cu sədri (1981-1988), Azərbaycan SSR Ali Sovetinin deputatı (1981), SSRİ Nazirlər Soveti Rəyasət Heyənin üzvü, SSRİ Ali Sovetinin deputatı Həsən Seyidov (1932-2004),
Azərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru (2006), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990-1992), Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992-1993), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993-1998), Macarıstan (2004-2010) və Polşada (2010-2021) fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov (1940),
müxtəlif illərdə yüksək vəzifələrdə şərəf və ləyaqətlə çalışmış dövlət xadimlərimizdən - Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin birinci katibi, Azərbaycan LKGİ Mərkəzi Komi-təsinin ikinci, sonra isə birinci katibi (1957-1964), Azərbaycan SSR maarif nazirinin müavini (1964-1971), Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971-1978), Azərbaycan Kommunist Partiyasının Oktyabr Rayon Komitəsinin (1968-1971) birinci katibi, Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1981-1983), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1983-1986), Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1988-1990), Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin "Azərbxariciticarət" Birliyinin baş direktoru vəzifələrndə çalışmış, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X, XI və XII çağırış deputatı olmuş Aydın Məmmədov (1932-2022),
1932-ci ildə qədim Borçalı mahalında, indiki Marneuli rayonun Quşçu kəndində doğulmuş, Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış, institutu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi (1958-1960), Bakı Şəhər Komsomol Komitəsinin II katibi (1960-1962), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində aparıcı mütəxəssis (1962-1964), Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi (1964), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinin müdir müavini (1965-1971), Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin I katibi (1971-1974), Azərbaycan SSR Mərkəzi Statistika Ko-mitəsinin sədri (1974-1979), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini - Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri (1979-1982) vəzifələrində çalışmış, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin seçilmiş, 1982-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuş Sabit Abbasəliyev (1932-1982),
görkəmli dövlət və ictimai-siyasi xadimi, 1988-1990-cı illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin katibi, 1976-1991-ci illərdə Azərbaycan SSR Maliyyə Nazirinin müavini, 1991-1992-ci illərdə isə Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Milli Məsələlər üzrə Dövlət Komisiyyasının üzvü olmuş, tanınmış iqtisadçı, iqtisadiyyatın idarə olunması üzrə mütəxəssis və elmi tədqiqatçı Tofiq Mürsəl oğlu Mirzəyev (1940-2016),
Gürcüstan SSR Ali Sovetinin deputatı (1970-1980), Gürcüstan SSR kənd təsərrüfatı nazirinin müavini (1975-1981), Gürcüstan SSR Marneuli Rayon İcraiyyə Komitəsinin Sədri (1989-1990) Ayvaz Həsənov (1929-1990),

Azərbaycan Respublikasının sabiq Baş prokuroru, Ədliyyə generalı Zakir Qaralov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Azərbaycan Respublikası Fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyev, Rusiya Federasiyasının Daxili xidmət general-leytenantı Ramiz Almazov, polis general mayoru Cavanşir Məmmədov, Azərbaycan Milli Ordusunun general-mayoru Hacırəhim Məmmədov, general-mayor Ayvaz İsmayılov, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, Ədliyyə polkovniki Qasım Məmmədov;

Millət vəkillərimiz - Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuş professor Zahid Qaralov, professor Şamil Qurbanov, profesor Səlahəddin Xəlilov, Xalq şairi Zəlimxan Yaqub, Əməkdar incəsənət xadimi İsmayıl Ömərov, Əməkdar jurnalist Əflatun Amaşov, tanınmış iqtisadçı Azər Əmiraslanov və b.;
müstəqil Gürcüstan Parlamentinin deputatları – Allahverdi Hümbətov, Hidayət Hüseynov, İsaq Novruzov, Ramiz Bəkirov, Zümrüd Qurbanlı, Adil Cəfərov, Azər Süleymanov, Mahir Dərziyev, Məmməd Məmmədov, Savalan Mirzəyev, Zaur Darğallı və b.;

Dünya şöhrətli akademiklər Zahid Xəlilov, Kamal Talıbzadə, Maqsud Əliyev, Səlim Musayev, Ramiz Məmmədov, Mədəd Çobanov, Fərman Gülməmmədov, Səlahəddin Xəlilov, Əlişir Musayev, Abdulla Mehrabov, Fuad Əliyev, tanınmış professorlar - Abbas Hacıyev, Pənah Xəlilov, Şəmistan Mikayılov, Camal Mustafayev, Zahid Qaralov, Şamil Qurbanov, Dilarə Əliyeva, Əflatun Saraclı, Vəli Osmanlı, Məhəmmədəli və Murtuz Məmmədovlar, Valeh Hacıyev, Səlahəddin Xəlilov, Hamlet İsaxanlı, Asif Hacılı, Məmməd Əliyev, Bədirxan Əhmədov, Yaşar Naziyev, Hidayət Nuriyev, İsa Xəlilov, Şurəddin Məmmədli, Vidadi Orucov, Şahbaz Şamıoğlu, Gültəkin Əliyeva, Əflatun Həsənov, Salidə Şərifova və b. ilə fəxr etdiyimiz kimi,

Görkəmli maarif, səhiyyə, mədəniyyət və incəsənət xadimlərimizdən - ilk azərbaycanlı şəfqət bacısı, General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar xanım Şıxlinskaya (1878-1931),
Cənubi Qafqazın ilk qadın jurnalisti, AXC parlamentinin yeganə qadın əməkdaşı görkəmli maarif xadimi, yazıçı, publisist Şəfiqə xanım Əfəndizadə (1883-1959),
Azərbaycanda ilk qadın redaktor, Azərbaycan maarifpərvəri, tanınmış publisist, naşir Xədicə xanım Əlibəyova (1884-1961),
Bakıda müsəlman qızlar üçün olan ilk ali-ibtidai məktəbin müdiri, Azərbaycanın maarifpərvər qadınlarından biri Rəhilə xanım Hacıbababəyova (1891-1954),

ilk azərbaycanlı qadın pianoçulardan biri, məşhur incəsənət xadimi Xədicə xanım Qayıbova (1893-1938),
rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın Qeysər xanım Kaşıyeva (1893-1972),
ilk peşəkar azərbaycanlı qadın aktrisa Gövhər xanım Qazıyeva (1897-1960),
ilk peşəkar Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano), SSRİ xalq artisti (1938), Azərbaycan məşhur opera ifaçısı və müəllimi, Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 dəfə Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmiş Şövkət xanım Məmmədova (1897-1981),
görkəmli Azərbaycanlı dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, 2-dəfə Stalin mükafatı və 2-dəfə Lenin ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi (1912-1984),
görkəmli Azərbaycan müğənnisi, SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi Rəşid Behbudov (1915-1989),

görkəmli Xalq artistlərimizdən məşhur kino aktyoru Möh-süm Sənani (1900-1981), məşhur kino və teatr aktyoru Əli Qurbanov (1898-1962), məşhur teatr aktyoru İbrahim İsfa-hanlı (1897-1967), məşhur rejissor və aktyor Zülfüqar Abbasov (1940-2022), Naibə Allahverdiyeva (1963),
tanınmış Əməkdar artistlərdən - Əzizə Məmmədova (1892-1961), Reyhan Tağıyeva (1910-1973), Cəvahir İsgəndərova (1914-2003), Azərbaycan SSR-in əməkdar incəsənət xadimi Əsgər İsmayılov (1905-1983), Azərbaycanın Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu (1958) və başqaları ilə fəxr etmək bütün borçalılıların haqqıdır;

Yeri gəlmişkən, tanınmış Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru və ssenaristi, Azərbaycan Milli "Dastan" Teatrını yaradıcısı, onun ilk direktoru və bədii rəhbəri (1990), Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpa rəhbəri (1988-2000), C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru (2000-ci ildən), Azərbaycan Respublikasgngn Əməkdar mədəniyyət işçisi (2007), sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Fərhad oğlu Piriyevin (7 sentyabr 1960, Düzəyrəm, Qaraçöp) və başqalarının adlarını xüsusilə qeyd etmək istəyirik.

Saz-söz sənətimizin əvəzsiz korifeylərindən - Aşıq Əmrah, Aşıq Hüseyn Saraclı, Aşıq Xındı Məmməd, Aşıq Kamandar, eləcə də tanınmış aşıqlardan – Aşıq Əhməd və Məhəmməd Sadaxlılar, Aslan Kosalı, Aşıq Ziyəddin Borçalı, Aşıq Gülabı, Aşıq Tərmeyxan, Xəzər Universitetinin müəllimi, gənc yaşlarından ustadlıq zirvəsinə yüksəlmiş Aşıq Ramin, Aşıq Telli, Aşıq Nargilə, Aşıq Aidə Gülzar, Aşıq Fikrət Cəfəroğlu və başqaları,
eləcə də, tanınmış rəssam, memar və heykəltəraşlarımızdan - Cümşüd İbrahimli, Lətif İbrahimov Sabir Hüseynov Yusif Yusifov, Rasim Məmmədov Ədhəm Sultanov, Ömər Qoçulu, Hüseyn Artıkoğlu, Nazim Poluxov, Zahid Şəmirli (Hüsey-nov), Reyhanə Hüseynova və adlarını həmişə böyük fəxr və qürurla qeyd etdiyimiz yüzlərlə başqaları Borçalı adlanan qədim və ulu torpaqdan pərvazlanmışlar.

Tanınmış diplomatlarımız – Hacan Hacısoy (Hacıyev), Abbas Abdulla, Ramiz Həsənov, Elxan Poluxov, Şövqi Mehdizadə, Seymur İlyaslı, Fəxri Hacılar və b.,

həmçinin, Tiflisdə doğulmuş beynəlxalq dərəcəli müstəntiq, hüquq elmləri doktoru Cavanşir Süleymanov, polkovnik Adil Həsənov, Gürcüstan DİN-də çalışmış kaspili Tamazi Abbasov, başkeçidli polkovnik Nəriman Səmədov, Bakıda hərbi xidmət göstərmiş Başkeçidli polkovniklər Mehman Səlimov, Əlləz Ovçuyev, Məmməd Orucov, qarayazılı polkovniklər Hamlet Daşdəmirov, Elşad Həsənov, Darvazlı polkovniklər – Vaqif Bayramov, Elman Hacıyev, Nazir Əlləzov, Bakıda məsul vəsifədə çalışan Dağ Sarvanlı polis polkovniki Mehdi Təmrazov və b.;

eləcə də, müxtəlif illərdə müxtəlif dövlət vəzifələrində çalışmış - Camal və Kamal Məmmədovlar, Allahverdi Hümbətov, Dünyamalı Əmircanov, Məhərrəm Həsənov, Bədirxan İsmayılov, İsaq Novruzov, Hüseyn Yusubov, Məhəbbət Qarabağlı, Natiq Hümbətov, Munis Bayramov, Heydər Abbasov, Vidadi Səlimov, Güləhməd Qəribov, İslamxan Əliyev və başqaları ilə fəxr etdiyimiz kimi, onlarla igid və qəhrəman oğullarımızla da qürur duyuruq.

***

Dünya şöhrətli idmançılarımızdan - məşhur pəhləvan, atlet, klassik güləş və sirk ustası, 1980-ci ildə Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülmüş Rəşid Pəhləvan - Rəşid Əli-məmməd oğlu Yusifov (1 sentyabr 1900, Məscidli Gürarxı, Borçalı qəzası - 25 fevral 1982, Bakı), Azərbaycan boksunun banilərindən biri, Boks üzrə dəfələrlə Azərbaycan çempionu (1925-1941) olmuş, 1935-ci ildə ildə Zaqafqaziya Bədən Tərbiyəsi İnstitutunu bitirmiş, boks üzrə ilk azərbaycanlı idman ustası (1936), 1937-ci ildə SSRİ Çempionatlığında final pilləyə yüksəl-miş, "Dinamo"nun baş məşqçisi təyin olunmuş, SSRİ-nin Əməkdar idman ustası (1943), SSRİ-nin Əməkdar məşqçisi (1957), Beynəlxalq dərəcəli hakim (1958), Azərbaycan SSR-in Əməkdar bədən tərbiyəsi və idman xadimi (1964) fəxri adlarına layiq görülmüş, 18 il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda boks, güləş və ağır atletika kafedrasının müdiri işləmiş (1951-1969), Azərbaycan boksuna öz dəyərli töhvələrini vermiş, onlarla dünya və Avropa çempionları yetişdirmiş, o cümlədən, uzun müddət Boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi olmuş Rauf Cabbarovun müəllimi olmuş - Abbas Fərhad oğlu Ağalarov (15.7.1911, Tiflis - 5.3.1969, Bakı), Olimpiya çempionları Kamandar Məcidov (17 oktyabr 1961, Başkeçid, Hamamlı), Fərid Mansurov (10 may 1982, Başkeçid, Qızılkilsə), Bolnisinin Faxralı kndində doğulmuş, 7 dəfə dünya çempionu olmuş Canpolad Budaqov və başqaları adlarını idman tarixinə qızıl hərflərlə yazmışlar.

***

İkinci Dünya müharibəsi illərində (1941–1945) keçmiş Sovet Ordusu sıralarında Gürcüstandan təxminən 700 min nəfər, o cümlədən, 70 minə yaxın azərbaycanlı iştirak etmişdir.
Müharibəyə gedən Gürcüstan vətəndaşlarının təxminən yarısı, yəni 300 minə yaxın insan, o cümlədən, təxminən 30 min azərbaycanlı döyüşlərdə həlak olmuşdur.
Döyüşən və həlak olanlar o dövrdəki Gürcüstan əhalisinin təqribən 10 faizini təşkil etmişdir. Həmin şəxslər arasında müxtəlif millətlərin nümayəndələri, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlılar da olmuşdur. Azərbaycanlılar Gürcüstandan cəbhəyə getmiş ümumi əsgərlərin təxminən elə 10 faizini təşkil etmişdir. Belə ki, rəqəmlərdən də göründüyü kimi, 1941-1945-ci illərdə müharibəsi zamanı Gürcüstanda yaşayan azərbaycanlılardan müharibəyə getmiş 70 minə yaxın azərbaycanlının təxminən 30 min nəfəri qəhrəmancasına həlak olmuş, onlardan ən azı 100 nəfərdən çoxu keçmiş Sovetlər birliyinin ən yüksək fəxri adına - Sovet İttifaqı Qəhrəmanı adına layiq olsa da, çox təssüflər olsun ki, rəsmi olaraq cəmi 3 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir:

Sovet İttifaqı Qəhrəmanları Bəkir Dursun oğlu Mustafayev (1898-1978), İsmayıl Xəlil oğlu Bayramov (1910-1945), Məmməd Osman oğlu Osmanov (1910-1975), Böyük Vətən müharibəsinin qəhrəmanı, "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə, həmçinin bir sıra orden və medallarla təltif olunmuş Əmrah Qara oğlu Aslanov (1920-1982), Borçalının Sadaxlı kəndinin sakini, İkinci dünya müharibəsinin başlandığı gündən səngərləri özünə yurd seçən və müharibənin son atəşini səngərdə qarşılayan və döyüş xidmətlərinə görə "Şöhrət" ordeninin üçüncü dərəcəsi, "İgidliyə görə" medalı, Fəxri fərmanla təltif olunmuş Əlləz Məmməd oğlu Zeynalov (1920-1988), “Qırmızı ulduz” ordeni və onlarla medalla təltif olunmuş Nadir Rüstəm oğlu Əhmədov (1908-1986), Bolnisi rayonunun Zol-Güvəc kəndində dünyaya göz açmış ilk qırıcı təyyarəçi Eyvaz Sarıyev (1909-1945) və başqaları da həmin ada layiq olsalar da və hətta bu barədə təqdimatlar olsa da, sonradan ya sərəncamın verilməsi "unudulmuş", ya da həmin sərəncam haqqında mətbuata məlumat verilməmişdir.

Keçmiş SSRİ-də Böyük Vətən müharibəsi, xarici ölkələrdə isə İkinci Dünya müharibəsi adlandırılan 1941-1945-ci illər savaşında döyüşən Borçalı qəhrəmanları arasında indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı qədim Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndindən də onlarla soydaşımız olmuşdur.

YENİ KİTAB: “BİZİM QƏHRƏMANLAR” Kəpənəkçi Qadınlar birliyinin rəhbəri Amalya Əliyevanın təşəbbüsü ilə Mehriban Aslanqızı həmin döyüşcülər haqqında "BİZİM QƏHRƏMANLAR" adlı 508 səhifəlik tarixi, bədii-sənədli bir əsər – kitab yazmış və oxucuların ixtiyarına vermişdir.

***


Mehriban Aslanqızı Cəlilova (Mollayeva) - 1973-cü ildə qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı qədim Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetin qəbul olmuş və 1994-cü ildə ali məktəbi müvəffəqiyyətlə bitirmişdir. Bakı şəhəri İcra Hakimiyyətində aparıcı məsləhətçi işləmiş və 2-ci dərəcəli dövlət qulluqçusudur.
2020-ci ildə 15 saylı Yasamal birinci dairəsindən 6-сı çağırış Azərbaycan Respublikas Milli Məclisinə deputatlığa namizədliyi qeydə alınmışdır.
Mehriban Aslanqızı gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur. "Sevgi dastanı" adlı şeirlər kitabının müəllifidir. Ailəlidir, iki övladı var.

***

Yeri gəlmişkən, onu da qeyd edək ki, 1990-cı il qanlı 20 Yanvarda əslən Gürcüstandan - Borçalının Qızılhacılı kəndindən olan professor İsmayıl Həsən oğlu Mursaqulov (1939-1990), Kirəc-Muğanlıdan Vəfadar Osman oğlu Eminov (1966-1990), Bolnisnin Kəpənəkçi kəndindən Tenqiz Məmməd oğlu Turabov (1966-1990), Faxralı kəndindən - o zaman AzTU-nun tələbəsi olan İlqar Hümmət oğlu Əhmədov (1965-1990), Qarayazının Ağtəhlə kəndindən Rəşid İslam oğlu İsmayılov (1949-1990), Qaraçöpdən Ələsgər Yusif oğlu Qayıbov (1966-1990) və b. Şəhid olmuşlar; (Ətraflı bax: "20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları)

Borçalı övladları Qarabağ müharibəsində və Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə də qəhrəmancasına iştirak etmişlər. Həmin döyüşlərdə böyük şücaət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gürcüstan azərbaycanılarından dörd nəfəri - Eldar Əsgər oğlu Ağayev (1955-2013), Vəzir İsa oğlu Sədiyev (1961-1993), Cəlil Əziz oğlu Səfərov (1962-1992) İlqar Anzor oğlu Mirzəyev (1973-2020) Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Onu da qeyd edək ki, Qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlmiş - “Azərbaycan bayrağı” ordeni və bir çox yüksək medallarla təltif olunmuş mayor Təbriz Tariyel orlu Musazadə, mayor Vaqif Dursun oğlu Musayev, mayor Sahib Almaz orlu Məmmədov, hərbçi-həkim kapitan Musa Pənah oğlu Musayev, kapitan Elşən Vaqif oğlu Məmmədov, kapitan Əkbər Pənahov, kapitan Sahib Daşdəmirov, baş leytenant Mixail Həmidov, leytenant Elzar Yusubov, leytenant Fərid Məmmədov, eləcə də, Bilal Qənbərov, Alı Həsənli və başqaları ilə, həmçininmüharibə zamanı müxtəlif yüksək orden və medallarla təltif olunmuş yüzlərlə igid oğullarımızla da fəxr edirik.

Bəli, borçalılılar tarixən dünyanın elm, mədəniyyət və incəsənət xəzinəsinə bəxş etdiyi böyük dühaları ilə, diplomatları və dövlət xadimləri ilə yanaşı, həm də dünya şöhrətli qəhrəman, igid, mərd oğulları, məşhur sərkərdələri ilə də həmişə fəxr edir və qürur duyurlar.
Allah hamısına rəhmət eləsin... Ruhları şad olsun...


YENİ KİTAB: “BİZİM QƏHRƏMANLAR” Müşfiq BORÇALI,
Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Junalistlər Birliyinin və
Turan Yazarlar Birliyinin üzvü,
"Ziya" qəzetinin, ZiM.Az, Ziya.info.az,
Elm.info.az və Turan.info.az
saytlarının Baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor İSA XƏLİLOVun BACISI VƏFAT EDİB

Professor İSA XƏLİLOVun BACISI VƏFAT EDİB

AzTU, Bolus, Nekroloqlar
Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Borçalı, Darvaz, Nekroloqlar
33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

Nazirlik
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yeni nəşri işıqüzü görüb

Yeni nəşrlər, Borçalı, Darvaz, Haqqımızda, Müşfiq Borçalı
Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Əsas xəbər, "XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Tarix, UNUTSAQ, UNUDULARIQ!....

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitab təkrar nəşr olunacaq -- DİQQƏT, DİQQƏT!..

Əsas xəbər, ŞƏHİDLƏRİMİZ, Yeni nəşrlər, Gürcüstan, Borçalı, Elanlar, Müşfiq Borçalı
Sabit Qasım oğlu Abbasəliyev (1932-1982)

Sabit Qasım oğlu Abbasəliyev (1932-1982)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA

Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA

Gürcüstan
ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

ŞƏHİDLƏRİMİZ, Gürcüstan, Borçalı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
Kəndli ailəsindən Sovet Azərbaycanının Baş nazirliyinə uzanan yol – HƏSƏN S ...

Kəndli ailəsindən Sovet Azərbaycanının Baş nazirliyinə uzanan yol – HƏSƏN S ...

Azərbaycan, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin, fəxri adları ...

Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin, fəxri adları ...

Rəsmi Xəbərlər
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
Təbrik edirik, POLAD BÜLBÜLOĞLU!..

Təbrik edirik, POLAD BÜLBÜLOĞLU!..

Mədəniyyət, Təbriklər
GÖRKƏMLİ  PEDAQOQ  VƏ  İCTİMAİ-SİYASİ  XADİM - ZAHİD  İBRAHİM  OĞLU  QARALO ...

GÖRKƏMLİ PEDAQOQ VƏ İCTİMAİ-SİYASİ XADİM - ZAHİD İBRAHİM OĞLU QARALO ...

Azərbaycan, Başkeçid
TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

"XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

"XXI əsrin Ziyalıları", Borçalı
Ümummilli lider

Ümummilli lider

Prezident
Rəy yazın: