İSRAYIL BAXŞEŞ (1988)

İSRAYIL BAXŞEŞ (1988) İsrayıl Bəxşeş (İsrafilov İsrayıl Fərhad oglu) - 16 mart 1988 ci ildə dahilər yurdu, muğam ocağı olan sazlı-sözlü Şamaxı şəhərində anadan olmusdur. 1994-cü ildə Məmməd Veysov adına Şamaxı şəhər 6 saylı məktəbin 1-ci sinfina getmiş və həmin məktəbin 2005-2006-cı tədris ilində məzunu olmuşdur. 1998-ci ildə tarzən Hacı Məmmədov adına Şamaxı 2 saylı uşaq musiqi məktəbinin səs ixtisası üzrə muğam şöbəsinə qəbul olmuş, 2004-cü ildə oranı bitirmişdir. 2010-cu ildə ailə həyatı qurmuşdur, 2 qız, 1 oğul övladı var. Həmin ildə də, "Düşdüm məclislərə şair təbimlə, bu dogma yurdumda ellər sevindi" adlı ilk şeirlər kitabı işıq üzü görmüşdür. 2011-ci ildən Azərbaycan mətbuatında, bir çox qəzetlərdə şeirləri, məqalələri çap edilmişdir. 2012-ci ildə "Mən belə dünyaya necə inanım" adlı 2-ci şeirlər kitabı işıq üzü görmüşdür. Həmin ildən Raqif Nazimoğlunun rəhbərlik elədiyi "Real Press" qəzetinin Şamaxı şəhəri üzrə bölgə müxbiri olmuşdur. Daha sonralar isə "Ulu Məkan" qəzetində ştatdankənar müxbir kimi fəaliyyət göstərmişdi. Oxunaqlı şeirlərinə, mətbuat sahəsindəki uğurlarına görə "Əsrin ziyalısı", "İlin şairi" Fəxri diplomlarına layiq görülmüş, eyni adlı qəzetin almanax kitabında şeirləri dərc edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Azgündəm.az. İnformasiya agentliyi tərə-findən "Təşəkkürnamə" almışdır. 2021 ci ildə, Nizami Gəncəvinin 9 yüz illik yubileyi ilə əlaqədar olaraq Şamaxı mədəniyyət sarayında keçirilən tədbirdə iştirakına görə "Məhsəti Gəncəvi" Ədəbi İctimai Birliyinin fəxri diplomuna layiq görülmüşdü. 2022-ci ildən, "Agsu Yazarları" Ədəbi Birliyinin üzvüdür. İsrayıl Baxşeş birliyin tədbir və təqdimatlarında fəal iştirak etdiyinə görə birliyin sədri Raqif Nazimoglu tərəfindən Agsu Yazarları Ədəbi Birliynin Fəxri Diplomuna layiq görülmüş və birliyin üzvlük vəsiqəsini əldə etmişdir.
İsrayıl Baxşeş hazırda "Nur Ocağı" Ədəbi Poeziya Məclisinin də fəal üzvü olaraq fəaliyyət göstərir və ədəbi mühitə öz yaradıcılığından və eyni zamanda Azərbaycan ədəbiyyatının inciləri olan yazıçı və şairlərimizin yaradıcılığından nümunələr təqdim edir. 1500-ə yaxın şeirləri və qəzəlləri var. İsrayıl Baxşeş tək yaradıcılığı ilə deyil, həm də qiraətçiliyi ilə də öz sözünü demiş yaradıcı insanlardandır. Biz də İsrayıl Baxşeşə bol-bol yaradıcılıq uğurları arzu edir və onun duyğu dünyasından bir neçə şeirlərini siz dəyərli oxucularımızın diqqətinə çatdırırıq.
Ramilə Əliyeva (Zahitqızı),
ZiM.Az



ÇIXMAYACAQSAN

Ugurlu-ugursuz keçsədə illər,
Sən mənim yadımdan çıxmayacaqsan.
Həsrətdən agarsa o qara tellər,
Sən mənim yadımdan çıxmayacaqsan!

Məhəbbət dərdimin dəvası sənsən,
Bədəndə ruhumun cəfası sənsən,
Başımda gəncliyin havası sənsən,
Sən, mənim yadımdan çıxmayacaqsan.

Qəmli gözlərinə baxa bilsəm də,
Bir gün əllərini sıxa bilsəm də,
Mən sənin yadından çıxa bilsəm də,
Sən, mənim yadımdan çıxmayacaqsan!

Agrıyan ruhumsan, solan baxışım,
Od oldun qəlbimə, yağ, ol yagışım,
İlk dəfə sən oldun sevgi naxışım,
Sən, mənim yadımdan çıxmayacaqsan.


NEYLƏDİN

Ürəkdən sevdiyim, ay nazlı gözəl,
Sən bir gün qarşıma çıxdın... neylədin..?
İllərlə üzünə həsrət qaldığım,
Şair ürəyimi sıxdın, neylədin..?

Gördüm ki, düşmüsən bir qeyri-hala,
Görkəmin qəlbimdə çevrildi xala,
Sənə eşq adında tikmişdim qala,
Uçurtdun, dagıtdın, yıxdın neylədin..?

Eşqi, məhəbbəti, biz uca bildik,
Gənc idik, ürəkdən sevib sevildik.
Bir oglun, bir qızın üz-üzə gəldik,
Utana-utana baxdın neylədin..?


GEDƏN QIZ

Sənə qayıt dedim, sən qayıtmadın,
O görüş yerindən çıxıb gedən qız.
Deyirdik bir ömür xoşbəxt olarıq,
Məhəbbət bürcümü yıxıb gedən qız.

Bəlkə də ay gözəl, biz gözə gəldik,
Danışdıq, görüşdük, söz-sözə gəldik,
Bir toy məclisində üz-üzə gəldik,
Çevrilib arxamca baxıb gedən qız.

Həyatımı sanki etdin viranlıq,
Gündüzlərim oldu zülmət, qaranlıq,
İllər sonra qarşılaşdıq bir anlıq,
Ürəyimi belə sıxıb gedən qız...


BÖLÜB ATIRAM

İllərdi qəlbimdə gəzdirdiyim qız,
Adını qəlbimdən gülüb...atıram.
Mən sənin bivəfa yar oldugunu,
And olsun Allaha, bilib atıram.

Gördüm ki, üzümə baxırsan qeyri,
Duydum bu baxışın bir olmaz xeyri,
İllərdi adına yazdıgım şeirin,
Üstündən xətt çəkib, silib atıram!

Söyləmə Baxşeşə qaldığın yeri,
Sən fikrə, xəyala daldığın yeri
Bir vaxt ürəyimdə olduğun yeri,
Həkimsiz, cərrahsız bölüb atıram!


DAŞ GÖRÜNÜR DAŞ

Çox belə xəyala getmə, amandı,
Qəmli gözlərində yaş görünür, yaş
Qəlbimin qapısı açıqdır sənə,
Sənin ürəyində daş görünür, daş.

Eşitdim yenicə həyat qurubsan,
Şimşəktək yolunun üstdə çaxıram.
Bilmirəm sən niyə belə durubsan..,
Fikirlər içində sənə baxıram.

Yəqin taleyinin heç gülməyib üzü,
Bəlkə xatirəndə biri qalıbdır?
İsrayıl Baxşeşin bu üç bənd sözü,
Sənə keçmişini yada salıbdır.


VAXTINDA FİKİRLƏŞƏYDİN

Yadında qalıbdır o keçən anlar,
Birlikdə danışıb birgə gülərdik.
Səninlə sevilib-sevən zamanlar,
Məhəbbət dərdini şərik bölərdik.

Sanki o illərdən xatirə qalan,
Bizdə bir saf sevgi, məhəbbət idi.
Deyirdik bu sevgi olmasın viran,
Bəs kimlər bizlərə xəyanət idi?

Uydun nadanların sanki sözünə,
Gərəkdi son dəfə biz görüşərdik.
İndi günahkaram, deyib özünə,
Bunu sən vaxtında fikrləşəydin.

Sonuncu görüşdə mən gəldim sizə,
Sən ev də tək idin, heç kəs yox idi.
Mən namə uzatdım, sən isə üzə,
Sevmirəm söylədin, bu söz ox idi.


GEC OLACAQ GEC

Mənə beş-on günlük eşqini verib,
Sonradan nə oldu sevərək atdın?
Sevgi arasından sən kərpic hörüb,
Üstünə əlvida yazıb ucaltdın.

Mənə ürəyinin qapısın açan,
Eşqimin yolunda çoşub çağladın.
Əlimdən yapışan, önümə qaçan,
Bilərək üzümə qapı bağladın

Eybi yox, sonradan sevdiyin o kəs,
Səni, mənim kimi sevməyəcək heç.
Elə ki, eşitdin ayrılıq bir səs,
Məni axtarmağın gec olacaq, gec!

Sonradan peşiman olan gözəlim,
Sən sevgi bağımda barım olmadın.
Hardasa əbədi şeir, qəzəlim,
Olsan da ömürlük yarım olmadın.


DƏYMƏSİN

Arzum budur, zalım Fələk nə ola,
Ömürə dəyməsin, yaşa dəyməsin.
Təbiətin yazı, yayı gözəldi,
Payıza dəyməsin, qışa dəyməsin.

Ocaq da küsməsin köz taleyindən,
Şair ilham alsın söz taleyindən,
İnciyən olmasın öz taleyindən,
Heç kimin taleyi daşa dəyməsin.

Bülbülün, kəkliyin, susmasın səsi,
Yayılsın aləmə gözəl nəgməsi,
Balalı ceyrana ovcu gülləsi,
Ya Rəbbim yol alsın boşa.., dəyməsin.

Yetkinlik yaşına çatmayan qızlar,
Əlləri xınaya batmayan qızlar,
Subaylıq daşını atmayan qızlar,
Kipriyə dəyməsin, qaşa dəyməsin

Süfrələr üstündə mar olmasın aş,
Axmasın gözlərdən bir kədərli yaş,
İsrayıl Baxşeşə haqsız gələn daş,
ayaqa dəyməsin, başa dəyməsin.


DEMƏK OLMAZ

Hər agzı göyçəyin dediyi sözə,
Pünhan demək olmaz, sirr demək olmaz.
Tülkü şikarına tamah salana,
Çaqqal demək olar, şir demək olmaz.

Əl uzat yetimə, kömək et aca,
Aldanma həyatda şöhrətə taca,
Dərədə, təpədə bitən agaca,
Ocaq demək olmaz, pir demək olmaz.

Lənət olsun min bir ara qatana,
Özgə kölgəsində uyub yatana
Ay Baxşeş, mənliyin pula satana,
Kişi demək olmaz, ər demək olmaz!


İZƏ MƏN

Namərdlərin haqsızlığın görəndə,
Baglanıram qələmə mən, sözə mən.
Cəmiyyətin arsızını görəndə,
Alışıram, hey dönürəm közə mən.

Haqlı olan hər vaxt saxlar kimliyin,
Namərd olan qoruyar hakimliyin.
Bu dünyada kimin nə cür kimliyin,
Yaşadıqca hey vururam üzə mən.

Rüşvətxorla oturmuram, durmuram.
Oğru şair olub yad söz qurmuram,
Ağrımayan bu başımı yormuram,
Hər bir zaman yol alıram düzə mən.

Tanıyıram həm sağımı, solumu,
Zəiflərə göstərmirəm qolumu.
Baxşeş deyir, azmayıram yolumu,
Düşməyirəm haram yola, izə mən!


KAŞ İNDƏN BELƏ

Sevgi yollarımı baglayan gözəl,
Olma yollarımda daş indən belə.
Ay mənim qəlbimdə çaglayan gözəl,
Olasan hər yerdə baş, indən belə

Əzəldən özünə məni bagladın,
Sevərək sən yadı, qəlbi dagladın,
O, vəfasız çıxdı yenə agladın,
Olmasın gözlərin yaş indən belə.

Sevgini dövlətə, vara satan qız,
Eşqin sularında itib-batan batan qız
Baxşeşi ürəkdən sevib atan qız,
Dost kimi sevəsən, kaş indən belə.


****

Bir zaman sevgili yar, mən səni saldım ürəyə,
Aldanıb əğyara sən, Eşqimi verdin küləyə.

Uyub əğyar sözünə, gör kimə yar oldun elə,
Buna qismət demirəm, sən özün düşdün tələyə.

Belə bilsəydim əgər ki, mənə yar olmayacaqsan,
Aldanıb uymaz idim səndəki fitnə, kələyə.

İsrayıl Baxşeşin bu, sözlərini yar oxuya,
Deyə, şair, sənə əhsən, yenə də yaz mələyə.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: