“Binəqədi məhkəməsinin ədalətli qərar çıxaracağına inanırıq!”

“Binəqədi məhkəməsinin ədalətli qərar çıxaracağına inanırıq!”
Bir qrup Azərbaycan vətəndaşı zərərçəkmiş qismində redaksiyamız müraciət ünvanlayaraq bildirirlər ki,
“dünən - may ayının 22-də Baş Prokurorluğun vəsadəti əsasında 30-a yaxın Azərbaycan vətəndaşının milyonlarla pul vəsaitini cinayətkar üsullarla ələ keçirən məşhur dələduz Qədim Ədilov Binəqədi Məhkəməsində həbs edilib. Qədim Ədilovun məhkəməyə gətirildiyini eşidən zərərçəkənlərdən 10 nəfəri məhkəmənin önünə gələrək “Binəqədi məhkəməsinin ədalətli qərar çıxaracağına inanırıq!”, “Dələduz Qədim həbs edilsin!” kimi pankartlar qaldırıb və şüarlar səslədiriblər.

“Binəqədi məhkəməsinin ədalətli qərar çıxaracağına inanırıq!”

Zərəçəkənlər iddia edirlər ki, dələduz Qədim Ədilova birbaşa Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov himayədarlıq edir. Şirvanda məhkəmə icraçıları şöbə rəisi işləyən qardaşı Yasin Ədilov vasitəsi ilə Mübariz Əkbərovla yaxın əlaqələr quran Qədim Ədilov hətta barəsində Baş Prokurorluqda istintaq aparıldığı müddətdə belə güclü hakim himayədarlarına arxalanaraq yeni dələduzluq əməlləri törədib. 2021-ci ildə artıq 17 rəsmi zərərçəkənlə bağlı cinayət işi davam etdiyi vaxt Gəncə şəhər sakini Nəzərov Nəsrulla Cəfər oğlunun etibarından sui-istifadə edərək Qədim sonuncuya məxsus milyonlarla dəyəri olan asfalt zavodunu satacağına söz verərək etibarnamə alıb. Sonra isə ondan xəbərsiz zavodu 175000$ a sataraq aradan çıxıb. Əlavə olaraq həmin şəxsin 10 minlərlə nəğd pulunu da dələduzluq yolu ilə mənimsəyib.

“Binəqədi məhkəməsinin ədalətli qərar çıxaracağına inanırıq!”

2022-ci ildə İnterpol vasitəsi ilə axtarışa verilməmişdən cəmi 1-2 ay əvvəl isə Məmmədov Anar Akif oğlu və partnyorlarının 612000 azn pulunu da dələduzluq yolu ilə ələ keçirən Qədim Ədilov əvvəl Türkiyəyə qaçıb. Sonra isə Rusiyaya keçib. İnterpol xətti ilə Rusiyada həbs olunan Qədim 2024 cü ilin oktyabrında Azərbaycana təhvil verilib. Lakin Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun göstərişi ilə hakim Cavid Hüseyn onu məhkəmə zalından açıb buraxıb.

“Binəqədi məhkəməsinin ədalətli qərar çıxaracağına inanırıq!”

Zərərçəkənlərdən Xaləddin Yusibov, Natiq Hümbətov, Nəsrulla Nəzərov və Sadiq Cəfərov iddia edirlər ki, dələduz Qədim Ədilov və onun qardaşı Yasin Ədilov dələduzluq yolu ilə ələ keçirdikləri vəsaitdən rüşvətxor hakimlərə yaxşı “pay” ayırırlar. Yoxsa İnterpolun güclə tapıb gətirdiyi dələduzu necə zaldan buraxmaq olar? Yaxşı ki, Baş Prokurorluğun İstintaq İdarəsi ədalətli mövqe sərgiləyərək dələduzu ifşa etdi. Yoxsa daha nə qədər günahsız adam dələduz Qədim Ədilovun qurbanı olacaqdı?”

“Binəqədi məhkəməsinin ədalətli qərar çıxaracağına inanırıq!” Zərərçəkənlər onu da qeyd ediblər ki, “Hətta vətəndaşların pullarını dələduzluqla ələ keçirən cinayətkar bununla doymayıb sosial şəbəkələrdən Prezidentə mütaciət edirmiş ki, neft pullarından mənə də çatmalıdır.”


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Baş Prokuror cənab Kamran Əliyevə müraciət

Baş Prokuror cənab Kamran Əliyevə müraciət

Hüquq
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin cəzalandırılması tələb olundu

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin cəzalandırılması tələb olundu

Hüquq
İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

Bakı, Gürcüstan, Başkeçid, Hüquq, Təbriklər
Ağ Şəhərdə ev aldılar, qara günləri başladı: “Era Tower” heç kimi saymır

Ağ Şəhərdə ev aldılar, qara günləri başladı: “Era Tower” heç kimi saymır

İqtisadiyyat
Eldar Sultanova  general-mayor rütbəsi verilib

Eldar Sultanova general-mayor rütbəsi verilib

Borçalı, Hüquq, Təbriklər
Təşəkkürnamə

Təşəkkürnamə

Bakı
Moskvada xüsusi saxlanma məntəqəsində saxlanılan FUAD ABBASOVla müsahibə

Moskvada xüsusi saxlanma məntəqəsində saxlanılan FUAD ABBASOVla müsahibə

Rusiya, Diaspora
Güllələnən ilk azərbaycanlı pianoçu xanım... O, əslən TİFLİSLİ idi...

Güllələnən ilk azərbaycanlı pianoçu xanım... O, əslən TİFLİSLİ idi...

Mədəniyyət, Tiflis, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
AMEA Polimer Materialları İnstitutu tərəfindən     AÇIQLAMA

AMEA Polimer Materialları İnstitutu tərəfindən AÇIQLAMA

Digər bölmələr
GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONGRESİNİN SƏDRİ HÜSEYN YUSUBOVUN XALQA MÜRACİƏ ...

GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONGRESİNİN SƏDRİ HÜSEYN YUSUBOVUN XALQA MÜRACİƏ ...

Borçalı
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Rusiya, Diaspora
Azərbaycanlı Dünya çempionuna Rusiya türməsində erməninin əli ilə işgəncə v ...

Azərbaycanlı Dünya çempionuna Rusiya türməsində erməninin əli ilə işgəncə v ...

Bolus, İdman, Kriminal, Rusiya
Separatçı ermənilərə dəstək verən yazılarla çıxış edən, Azərbaycanın ərazi  ...

Separatçı ermənilərə dəstək verən yazılarla çıxış edən, Azərbaycanın ərazi ...

Kriminal
Akif Çovdarovun oğlu: “Kişi kişinin üzünə durmaz”

Akif Çovdarovun oğlu: “Kişi kişinin üzünə durmaz”

Kriminal, Köşə yazılar
Gürcüstanda parlament seçkiləri zamanı saxlanılan azərbaycanlı gənclər sərb ...

Gürcüstanda parlament seçkiləri zamanı saxlanılan azərbaycanlı gənclər sərb ...

Borçalı
Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ  ...

Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ ...

Tarix
Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Darvaz, Hüquq
Güllələnən ilk azərbaycanlı pianoçu xanım... O, əslən TİFLİSLİ idi...

Güllələnən ilk azərbaycanlı pianoçu xanım... O, əslən TİFLİSLİ idi...

---
DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

Azərbaycan
Təbrik edirik,

Təbrik edirik, "TƏZADLAR"!

Azərbaycan, Təbriklər
Rəy yazın: