ƏLİ RƏŞTBƏR QAYIB (1980)

ƏLİ RƏŞTBƏR QAYIB (1980) Əli Rəştbər Qayıb

Doğum tarixi 1980, Qaradağın Gal kəndi, ancaq 1990'da Atası məhəmməd bəyin o kəndi tərk edib və köçməsi ilə bərabər Urmiya'ya daşınmalı olur.
İbtidai təhsilini doğulduğu Gal kəndində, orta məktəb və liseyi Urmiyə şəhərində tamamlamış və nəhayət Urmiya Universitetinin təbii sərvətlər fakültəsinində təhsilni bitirmişdir.

Şeir və yaxud ədəbiyyat sahəsinə gəlişi körpəlik'dən ata ocağında dinlədiyi Bakı radiosundan gedən ədəbi verlişələr, Azərbaycan musiqisi , həddindən artıq ana dilinə olduğu sevgisindən başlnır. İranda öz doğma dilində təhsil alabilmədiyi üçün Urmiya'da çap olunan nəşriyyatın türkcə səhifələrini, Azerbaycan dilində yayımlanan müxtəlif kitabların mütaliəsi ilə öyrənir.
Əli Rəştbər -Qayıb öz yaradıcılığını 14 yaşından başlayır. Və əsərlərinin çoxu ardıcıl olaraq 1998 bəri müxtəlif mətbuatlarda, o cümlədən Urmiya, Təbriz, Tehran, Bakı, Kərkük, və Ankara' da çap olunur.

Əli Rəştbər - Qayıb şeir və hekayədən əlavə, bir mütərcim kimi də fəaliyyət göstərir və bu gündə qədər, Azərbaycan dilində 9 cild kitabı işıq üzü görüb.
1-Yol ağlasın 2015(şeirlər)
2-Susqun fəryadıyam mən bu torpağın2017 (şeirlər)
3-Salam olsun ozanlara 2020 (şeirlər)
4-Allahın hökmü ilə yaranmışam mən 2021 (Ərəb əlifbasına köcürmə, Ayşə Səyyadqızı'nın şeirləri)
5-Getmək istəyənlər arxaya baxmaz-2022 (şeirlər)
6-Yoxluğunu tüstüləyirəm-2022(Farscadan Azərbaycan dilinə tərcümə, Soheyla Parsaimehr'in şeirləri)
7-Ayaz duyğular-2022 (qısa hekayələr)
8-Daşın bağrında bir daş -2023 (Ərəb əlifbasına köçürmə, Gülnarə İsrafilin şeirləri)
9-Böyük nənə faytonçu-2024 (Farscadn Azərbaycan dilinə tərcümə, Rza Təqizadə'nin yazdığı roman)


Vətən

Gəldiyim yollardır şahdim mənim,
Səni sevə sevə gəlmişəm Vətən.
Sənin qəm günündə kövrək olmuşam,
Güldüyün zamanlar gülmüşəm Vətən,
Səni sevə sevə gəlmişəm Vətən.

Adımı tarixdə yazsalarda pan,
Sevgin urəyimdə qiymətlı mərcan.
Duymuşam səsini səslənən zaman,
Səni öz canımdan bilmişəm Vətən,
Səni sevə sevə gəlmişəm Vətən.

Sevdim ocağını sevdim odunu,
Yaşadım sevginin şirin dadını,
İkiyə böləndən tarıx adını,
Məndə ürəyimi bölmüşəm Vətən,
Səni sevə sevə gəlmişəm Vətən.

Bakın ya Təbrizin birdirlər mənə,
Ömürlük hayatda bağlıyam sənə,
Xocalı dərdindən neçə min dönə,
Donmuşam ،yanmışam , ölmüşəm Vətən,
Səni sevə sevə gəlmişəm Vətən.

Qoy aləm eşitsin "Qayıb"ın hayın,
Üsyanlı ruhunda susan harayın.
Şeir xəritəmdən araz tək çayın,
Adını çoxdandır silmişəm vətən,
Səni sevə sevə gəlmişəm vətən.


Ana yurd

Salam! məni torpağında bəsləyən,
Ana torpaq،ana Vətən ana yurd.
Qulağımda məni hər an səsləyən,
Azərbaycan ،gözəl vətən sona yurd!
Aa torpaq ana vətən ana yurd!

Sənsən mənim beşiyimin laylası,
Sənsən mənim laylayımın səfası,
Sənsən mənim şənliyimin dünyası,
Yaraşırsan canana yurd cana yurd!
Ana torpaq ana vətən ana yurd!

Sən həsrətsən ، sən heyrətsən ،sən dilək,
Sən orucsan ،sən namazsan ،sən gərək,
Sən İsmətsən ،sən qeyrətsən ،sən ləçək,
Gərək oğlun bü sözləri qana yurd!
Ana torpaq ana vətən ana yurd!

Sənədə gəzib böyük _böyük insanlar,
Qılınc çəkib nər igidlər aslanlar,
Sənədn yazib "Qayıb"kimi oğlanlar,
O da gərək səni candan ، sana yurd!
Ana torpaq ana vətən ana yurd!


Bu qar da bir bəhanə

Bir an sənsiz deyiləm,
Nə gərəyim? daha nə?
Səni xatırlamağa,
Bu qar da bir bəhanə.

onun hər bir dənəsi,
Dən dən edir ruhumu.
Basır isti bağrına,
Buza dönəmüş duyğumu.

Kaşki ilin yarısı,
Qar gələ yağış ola.
Gecələrin xalçası ,
sən bəzəkli naxış ola.

Xoşu gəlir bu qardan,
Quşun da adamın da.
Hardan gəlir bilmirəm,
Ancaq sənin tamında.

Quşun dedim yenə də,
Quşum uçdu o günə.
Vurulmuşdum xəbərsiz,
Gözəlrinin nəminə.

Onda, düzdür yay idi_
Günəş isti baxırdı_
Ama sənin gözündən,
Payız şehi axırdı.

Kirpiklərin dolmuşdu,
Talehinin qışına.
islanmışdı mənim tək,
Bir kədərin yaşına.

Madam ki qar yağınca,
Çox gəlirsən bu yana,
Qar açmasın deyh rək,
Yalvaracam Allaha.

Bax gör necə axşamdı?!
Hər bir anı şahanə.
Səni xatırlamağa
Bu qar da bir bəhanə..


Ay Allah...

Özün imkan yarat nə qədər varam,
Həyət nəğməsini yazım ay Allah.
Qismət et xalqımın sevincin görüm,
Qalmasın gözümdə arzum ay Allah.

Zaman ağır keçir hər ildən ilə,
Bu Əşrəf məxluqun düşüb müşkülə.
Özün nəzərini iltifat eylə,
Kiriməsin oğlum qızım ay Allah.

Bir buğda adəmi eylədi qaçaq,
Cənnətdən hüzurdan bu qədər uzaq.
Bir belə günahdan bəs nə olacaq,
Halımız günümüz bizim ay Allah?!

Bir belə peyğəmbər bir belə imam,
Bir belə bəstəkar bir belə rəssam,
Şeytanlıq köküm edir yenə də müdam,
Anasın tanımır quzum ay Allah.

Bağışla dərdimi gətirdim dilə,
Həmd olsun verdiyin tikana gülə.
Özün tonqalıma bir nəfəs çilə,
Qayıbam sönmemiş Közüm ay Allah.


Hörmətlə,
Əli Rəştbər Qayıb
Urmiya




ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: