 Balaca olanda deyirdim hərdən:
 Balaca olanda deyirdim hərdən:Yağış hardan gəlir? Göy ağlayırmı?
Mənə cavab verərdi atam bezmədən,
Yağan buludların göz yaşlarıdı.
Suallar atama maraqlı gəlir,
Səbrlə oturub sonra dillənir,
Gah gülümsəyir, gah da kükrəyir,
Gah da zarafata vurub azca kövrəlir.
Atama sorardım: Niyə var bu ay?
Günəş gecələr harda gizlənir?
Bu qədər sərt, məğrur görünən,
Bu adam axı necə kövrəlir?
Uşaqkən suallar dolardı dilə:
Göy niyə yüksəkdədir bu qədər söylə?
-Çünki o səmanı qoruyan çadır,
İçində arzular səssizcə yatır.
Bəs külək niyə qaçır hər yana?
-O təbiətin gəzən canıdır, bala.
Ulduzlar düşərmi yerə bir zaman?
-Onlar göy naxışı, toxunmaz insan.
Həyat maraqlıydı niyə uşaqkən?
Hər daşın altında bir sirr vardı.
Sual verməyi bizə sevdirən,
Bəlkə də, atamın cavablarıydı.
İllər keçdi böyümüşəm mən,
Cavablar tapışam suallarıma.
Nə qədər böyüsəm də sənin gözündə
Mən hələ də balaca uşağam, ata!
Uşaq olanda nə gözəldi dünya,
Nə dərdim vardı, nə də ki, sərim.
Böyüdükcə anladım sanki bir az da,
O sual dolu günlər qaldı arzuda!
NURAY NƏSİBOVA,
ADPU-nun tələbəsi
ZiM.Az
.




















