DIPLOMATİYAMIZIN TARİXİNİN VƏ İRSİNİN ÖYRƏNILMƏSINƏ ƏHƏMİYYƏTLİ TÖHFƏ

DIPLOMATİYAMIZIN TARİXİNİN VƏ İRSİNİN ÖYRƏNILMƏSINƏ ƏHƏMİYYƏTLİ TÖHFƏ

TƏBRİK EDİRİK!...

Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valehoğlunun (Fəxri Valeh oğlu Hacıyevin) “Azərbaycan-Gürcüstan münasibətləri (1918-1922-ci illər): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” adlı irihəcmli kitabı nəfis tərtibatda çap olunmuşdur.


“Giriş”, 5 fəsil, 22 yarımfəsil, “Nəticə”, “Əlavələr”“Biblioqrafiya”dan ibarət monoqrafik tədqiqatın ilk fəslində 1917-1922-ci illərdə Güney Qafqazda hərbi-siyasi proseslər şərh edilir. Növbəti fəsillərdə 1918-1922-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan İctimai Şura Cümhuriyyətinin (Azərbaycan Sosialist Sovet Respublikası) Tiflis və Batum şəhərlərində, eləcə də Gürcüstan Demokratik Cümhuriyyətinin Azərbaycandakı diplomatik təmsilçiliklərinin siyasi-diplomatik fəaliyyəti, strukturu, kadr tərkibi, təsərrüfat və maliyyə təminatı məsələləri hərtərəfli araşdırılır.

Monoqrafiyanın yazılmasında, başlıca olaraq, ilkin mənbələrdən ‒ Azərbaycan və Gürcüstan arxivlərində saxlanılan rəsmi yazışmalar, təliqələr, təlimatlar və hesabatlar, tədqiqatın əhatə olunduğu dövrdə Bakı, Tiflis, Batum, Kutais və Axaltsixe şəhərlərində Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan mətbu orqanlarının materiallarından istifadə olunmuş, elmi dövriyyəyə çox sayda yeni mənbə və faktlar gətirilmişdir. Bununla da zəngin faktoloji materiallar əsasında, eləcə də mətbuat xəbərlərinə istinadən həm tədqiqat obyekti olan diplomatik missiyaların fəaliyyəti hərtərəfli araşdırılmış, həm də Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələrinə dair maraqlı faktlar üzə çıxarılmışdır.

Tədqiqatın müddəa və nəticələrindən 1917-1922-ci illər Qafqaz siyasi tarixinin, xüsusən Azərbaycan və Gürcüstanın xarici siyasət, beynəlxalq münasibətlər və diplomatiya tarixinin öyrənilməsində və tədrisində istifadə oluna bilər.

Qeyd olunmalıdır ki, Türk Mədəniyyəti və İrsi Fondu və AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun xətti ilə işıq üzü görmüş monoqrafiya adıçəkilən institutun Elmi Şurasının qərarı çapa məsləhət görülmüşdür.


***

A SIGNIFICANT CONTRIBUTION TO THE STUDY OF THE HISTORY AND HERITAGE OF OUR DIPLOMACY

The book “Azerbaijani-Georgian Relations (1918-1922): A View Through the Prism of the Activities of Diplomatic Missions” by Fakhri Valeh oglu Hajiyev (Fakhri Valehoglu), Head of Apparatus of the Turkic Culture and Heritage Foundation, Doctor of Historical Sciences, has been published.
The first chapter of the voluminous monographic study, consisting of an “Introduction”, 5 chapters, 22 subsections, “Conclusion”, “Appendices” and “Bibliography”, comments on the military-political processes in the South Caucasus in 1917-1922. The following chapters comprehensively examine the political and diplomatic activities, structure, personnel, economic and financial support of the diplomatic missions of the Azerbaijan Democratic Republic and the Azerbaijan Socialist Soviet Republic in Tiflis and Batumi, as well as the Georgian Democratic Republic in Azerbaijan in 1918-1922.
When writing the monograph, primary sources were used, primarily official correspondence, decrees, orders and reports stored in the archives of Azerbaijan and Georgia, as well as materials from print media published in Azerbaijani, Georgian, Russian and English in the cities of Baku, Tiflis, Batum, Kutaisi and Akhaltsikhe during the period covered by the study, thereby introducing a large number of new sources and facts into scientific circulation. Thus, on the basis of rich factual material, the activities of the diplomatic missions that are the object of the study were comprehensively studied, and interesting facts concerning various spheres of Azerbaijani-Georgian relations were revealed.
The findings and results of the study can be used in studying and teaching the political history of the Caucasus from 1917 to 1922, especially the history of foreign policy, international relations and diplomacy of Azerbaijan and Georgia.
It should be noted that the monograph, published by the Turkic Culture and Heritage Foundation and the A.A. Bakikhanov Institute of History and Ethnology of the National Academy of Sciences of Azerbaijan, was recommended for publication by the decision of the Academic Council of the said institute.

***

ВЕСОМЫЙ ВКЛАД В ИЗУЧЕНИЕ ИСТОРИИ И НАСЛЕДИЯ НАШЕЙ ДИПЛОМАТИИ

Вышла в свет книга «Азербайджано-грузинские отношения (1918-1922 гг.): взгляд сквозь призму деятельности дипломатических миссий» Фахри Валех оглу Гаджиева (Фахри Валехоглу), руководителя аппарата Фонда тюркской культуры и наследия, доктора исторических наук.
В первой главе объемного монографического исследования, состоящей из «Введения», 5 глав, 22 подразделов, «Заключения», «Приложений» и «Библиографии», комментируются военно-политические процессы на Южном Кавказе в 1917–1922 годах. В последующих главах всесторонне рассматривается политико-дипломатическая деятельность, структура, кадровое обеспечение, экономическое и финансовое обеспечение дипломатических представительств Азербайджанской Демократической Республики и Азербайджанской Социалистической Советской Республики в Тифлисе и Батуми, а также Грузинской Демократической Республики в Азербайджане в 1918-1922 годах.
При написании монографии были использованы первоисточники, в первую очередь официальная переписка, указы, распоряжения и отчеты, хранящиеся в архивах Азербайджана и Грузии, а также материалы органов печати, издававшиеся на азербайджанском, грузинском, русском и английском языках в городах Баку, Тифлис, Батум, Кутаиси и Ахалцихе в период, охватываемый исследованием, тем самым в научный оборот было введено большое количество новых источников и фактов. Таким образом, на основе богатого фактического материала была всесторонне изучена деятельность дипломатических представительств, являющихся объектом исследования, и выявлены интересные факты, касающиеся различных сфер азербайджано-грузинских отношений.
Выводы и результаты исследования могут быть использованы при изучении и преподавании политической истории Кавказа с 1917 по 1922 год, особенно истории внешней политики, международных отношений и дипломатии Азербайджана и Грузии.
Следует отметить, что монография, изданная Фондом тюркской культуры и наследия и Институтом истории и этнологии им. А.А.Бакиханова НАНА, рекомендована к публикации решением Ученого совета указанного института.


***

Biz də redaksiya heyətimiz adından, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, dəyərli ziyalımız, tanınmış alim, tarix elmləri doktoru Fəxri Valeh oğlu Hacıyevi “Azərbaycan-Gürcüstan münasibətləri (1918-1922-ci illər): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” adlı irihəcmli kitabının nəfis tərtibatda işıqüzü görməsi münasibətlə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
Azərbaycan Texniki Universiteti
“Ziya” qəzetinin baş redaktoru,
AYB-nin və AJB-nin üzvü,
Filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü,
"Abdulla Şaiq", "Nəriman Nərimanov",
"Qızıl qələm", Zirvə" və "Zəfər"
mükafatları laureatı


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Borçalı, Təbriklər

"Nəriman Nərimanov - milli təmayüllü kommunist"

Yeni nəşrlər
TAVAT  MURADLI (1991)

TAVAT MURADLI (1991)

Elmi Məqalələr
Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Асиф Гаджиев: Русскоязычие – один из важных компонентов национального образ ...

Асиф Гаджиев: Русскоязычие – один из важных компонентов национального образ ...

Digər ali məktəblər, Borçalı, Rusiya
Mirzə Rza Əlizadə (1875-1942)

Mirzə Rza Əlizadə (1875-1942)

Bolus, Qaracalar, UNUTSAQ, UNUDULARIQ!....
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü ...

Biologiya və tibb elmləri
Əziz Şərif

Əziz Şərif

Naxçıvan, Ədəbi əlaqələr, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Rusiya
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
РЕЦЕНЗИЯ НА КНИГУ: А.Э.МЕШАДИЕВА  «СИСТЕМА ДЕЕПРИ­ЧАС­Т­НЫХ ФОРМ ГЛАГОЛА  В ...

РЕЦЕНЗИЯ НА КНИГУ: А.Э.МЕШАДИЕВА «СИСТЕМА ДЕЕПРИ­ЧАС­Т­НЫХ ФОРМ ГЛАГОЛА В ...

Humanitar elmlər
Azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və də ...

Azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və də ...

Əsas xəbər, İctimai elmlər, UNUTSAQ, UNUDULARIQ!....
GÖRKƏMLİ BİOLOQ-ALİM və XEYİRXAH İNSAN

GÖRKƏMLİ BİOLOQ-ALİM və XEYİRXAH İNSAN

Biologiya və tibb elmləri
ПОЗДРАВЛЕНИЕ!

ПОЗДРАВЛЕНИЕ!

Təbriklər
“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbayca ...

“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbayca ...

Naxçıvan, Təbriklər
Xalq Cümhuriyyəti parlamentinin ən gənc deputatı

Xalq Cümhuriyyəti parlamentinin ən gənc deputatı

Gürcüstan, Tarix
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Əsas xəbər, "Zirvə"
Достойный последователь востоковедческих исследований в Азербайджане

Достойный последователь востоковедческих исследований в Азербайджане

"Zirvə"
AYORTA kəndi:

AYORTA kəndi:

Bolus
В парламенте Грузии азербайджанцы дали бой армянам - Видео

В парламенте Грузии азербайджанцы дали бой армянам - Видео

Tv, Tiflis
Ифтихар Пириев: К вниманию граждан Азербайджана проживающих на оккупированн ...

Ифтихар Пириев: К вниманию граждан Азербайджана проживающих на оккупированн ...

Dünya, Elanlar
Rəy yazın: