ASLAN ÇIRPANLI VƏFAT EDİB

ASLAN ÇIRPANLI VƏFAT EDİB
ALLAH RƏHMƏT ELƏSİN...

Başkeçid elinə, Borçalı mahalına,
Borçalı təhsilinə və Borçalı ictimaiyyətinə
ağır itgi üz vermişdir.
Əziz və dəyərli ziyalımız,
sevimli soydaşımız,
bacarıqlı təşkilatçı, tanınmış pedaqoq,
təcrübəli müəllim, uzun müddət
qədim Borçalı mahalının Başkeçid elində,
indiki Gürcüstanın
indiki Dmanisi rayonundakı
Yırğançay kənd orta məktəbinin
direktoru vəzifəsində
şərəf və ləyaqətlə çalışmış
çox hörmətli el ağsaqqalı,
istedadlı şair və ictimai xadim -
ASLAN İDRİS OĞLU ÇERPANOV
79 yaşında doğma kəndində
dünyasını dəyişmişdir.

ASLAN ÇIRPANLI VƏFAT EDİB Biz redaksiya heyətimiz adından,
həmçinin, A.S.Puşkin adına
Tbilisi Dövlət Pedaqoji Universitetinin
Filologiya fakültəsinin -
Azərbaycan bölməsinin
məzunları adından
Aslan müəllimin vəfatından
kədərləndiyimizi bildirir,
mərhumun ailəsinə,
bütün yaxınlarına və doğmalarına,
xüsusilə də, mərhumun qardaşı -
sevimli tələbə yoldaşımız,
dəyərli ziyalımız,
Gürcüstan Respublikasının
Başkeçid (indiki Dmanisi) rayonundakı
Yırğançay kənd orta məktəbinin direktoru,
Dmanisi Bələdiyyəsinin üzvü -
mojoritar deputatı,
tanınmış pedadoq və ictimai xadim,
vətənpərvər, yurdsevər və xeyirxan insan,
çox hörmətli
ŞAKİR ÇIRPANLIya,
dərin hüznlə başsağlığı verir,
Allahdan səbr diləyirik.

Allah Aslan müəllimə rəhmət eləsin!..
Məkanı cənnət, ruhu şad olsun.


***

Xatırladaq ki,
Aslan Çerpanlı (Çerpanov) - 1947-ci ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı ən ucqar və ən böyük ellərimizdən olan Yırğançay kəndində el ağsaqqalı, Gürcüstanın Əməkdar müəllimi İdris Çerpanovun ailəsində dünyaya göz açıb.
1969-cu ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib.
Elə həmin vaxtdan da doğulduğu kənddə müəllim işləyib.
O, uzun müddət Yırğançay kənd orta məktəbinin direktoru vəzifəsində şərəf və ləyaqətlə çalışıb.
Dəfələrlə Fəxri fərman və Təşəkkürnamələrlə təltif olunub.
Şerləri və məqalələri müntəzəm olaraq dövri mətbuatda və almanaxlarda işıqüzü görüb.
Ailəli idi, dörd övladı var.

Biz bir daha Ulu Tanrıdan Aslan müəllimə rəhmət diləyir və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.

Boyük hörmət və ehtiramla
Müşfiq BORÇALI,
ZiM.Az



ANA SEVGISI

Həyat başdan-başa sevgidir, ancaq,
Hər şeydən öncədir ana sevgisi.
Vətən də anadir halal insana,
Yaranandan keçir qana sevgisi.

Əlində var-dövlət ola, şirindir,
Dostlarin əbədi qala, şirindir,
Anadan olan tək bala şirindir,
Əbədi yeriyir cana sevgisi.

Aslan, ozan sazi mərdə çalibdir
Dünyani düşünmək mərdə qalibdir.
Məni bir çarəsiz dərdə salibdir,
Hələ ovlanmamiş sona sevgisi.


YARAŞMAZ

Zər qədrini zərgər bilər dünyada,
Qumar üçün zər, kişiyə yaraşmaz.
Arxadan danışmaq, quyruq bulamaq,
Papaq qoyan ər kişiyə yaraşmaz.

Mərd igidə arxa olar öz eli,
Saxlayaramı bünövrəsiz bənd seli?
Pələng nərildəsə titrədər kəli,
Nərə çəkmək boz pişiyə yaraşmaz.

Əzəlimiz sudu, sonumuz torpaq,
Bizdən hesab sorar bir quru yarpaq.
El-oba önündə dinib-danışmaq,
Aslan, bil, ki, hər kişiyə yaraşmaz.


YIRĞANÇAY

Zəmanənin dönüklüyü üzündən
Təklənib dağlarda qaldı Yırğançay.
Buradan başlayır ulu Borçalı,
Düşmənin gözündə dağdı Yırğançay.

Bir yanı Lorudu -yağıya verdik,
Bir yanı Əyriqar - zahıya verdik.
Bir yanı ormandı - barını dərdik,
Dağların qoynunda bardı Yırğançay.

Hər yandan görünür Noylunun dağı,
Köksündən qaynayır Orta bulağı,
Bakıdan, Gəncədən gəlir qonağı,
Eşidin, ay ellər, sağdı Yırğançay!

Aslana əzizdi torpağı, daşı,
Payızda küləyi, yazda yağışı,
Yayda cənnət olur dağların başı,
Uzun qışda bəyaz qardı Yırğançay.

«Şərqin səsi» qəzeti, 07 (203). Noyabr, 2007.


(Bax:Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid",
III cild, Bakı, 2015, səh.267-269)

ZiM.Az



.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalı, Nekroloqlar
ŞÖVQİ MEHDİZADƏyə  BAŞSAĞLIĞI

ŞÖVQİ MEHDİZADƏyə BAŞSAĞLIĞI

Nekroloqlar
ƏKBƏR QOŞALIya BAŞSAĞLIĞI

ƏKBƏR QOŞALIya BAŞSAĞLIĞI

Nekroloqlar
Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Başkeçid, Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, ƏZİZ VƏ DƏYƏRLİ DOST, ELİMİN-OBAMIN SEVİMLİ OĞLU, ÇOX  ...

ALLAH RƏHMƏT ELƏSİN, ƏZİZ VƏ DƏYƏRLİ DOST, ELİMİN-OBAMIN SEVİMLİ OĞLU, ÇOX ...

Borçalı, Darvaz, Nekroloqlar
MARAT DARVAZLIya BAŞSAĞLIĞI

MARAT DARVAZLIya BAŞSAĞLIĞI

Darvaz, Nekroloqlar
Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Nekroloqlar
El ağsaqqalı Marat Orucov (1946-2015)

El ağsaqqalı Marat Orucov (1946-2015)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994)

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI (1975-1994)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

Səhiyyə, Başkeçid, Nekroloqlar
Gürcüstan Parlamentinin azərbaycanlı deputatına ağır itki üz verib

Gürcüstan Parlamentinin azərbaycanlı deputatına ağır itki üz verib

Nekroloqlar
GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Şair Kazım Qaçağanlı vəfat edib

Şair Kazım Qaçağanlı vəfat edib

Borçalı, Nekroloqlar
Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..

Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..

Başkeçid, Müşfiq Borçalı
Allah rəhmət eləsin, Kamran Hacıməmməd oğlu!..

Allah rəhmət eləsin, Kamran Hacıməmməd oğlu!..

Darvaz, Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

Darvaz, Nekroloqlar
MURTUZ FƏRHADOĞLUna BAŞSAĞLIĞI

MURTUZ FƏRHADOĞLUna BAŞSAĞLIĞI

Başkeçid, Nekroloqlar
MƏDƏD COŞĞUNA Başsağlığı

MƏDƏD COŞĞUNA Başsağlığı

Borçalı, Nekroloqlar
Rəy yazın: