TƏBRİK EDİRİK!..Azərbaycan toy ənənələrinin ən vacib hissələrindən biri olan xına gecəsi zamanla həm klassik - ənənəvi, həm də müasir formatlarda keçirilən tədbirə çevrilib. Son illərdə Azərbaycanda xına gecələri təkcə ailəvi mərasim deyil, həm də böyük event sənayesinin bir hissəsi kimi şöhrət qazanıb. Bu sahədə aparıcı və təşkilatçılar arasında fərqli üslublar formalaşıb. Hər iki yanaşma öz auditoriyası üçün dəyərlidir: biri ənənəni qoruyur, digəri isə onu müasir tədbir sənətinə çevirir.
Klassik xına gecəsi Azərbaycan ənənəsinin sadə, ailəvi və təbii formasıdır.
Tanınmış xına aparıcılarından və sevilən simalarından olan Mirvari xanımın üslubu isə klassik xınayaxdı ənənəsini, müasir səhnə sənəti, şou və emosional təqdimatla birləşdirən daha geniş formatdır.
Bu günlərdə anadan olmasının 50 illik Yubileyini böyük sevinc hissləri ilə qeyd edən Mirvari xanımın xına aparıcılığı Azərbaycan toy mədəniyyətində klassik xınayaxdı ənənəsinin müasir formaya keçməsinin nümunələrindən biridir. O, xına gecələrini ənənəvi ruhu qorumaqla yanaşı, onu daha emosional şou və səhnə elementləri ilə zənginləşdirilmiş formada təqdim edir, teatrlaşdırılmış səhnəni təqdimatı, emosional qiraət, musiqi və şou proqramları ilə birləşdirir. Daha dəqiq desək, Mirvari xanım ənənəvi xınayaxdı ritualını (xına yaxılması, şamlar, xonça) saxlayır, amma müasir tədbir formatına uyğunlaşdırır.
Haşiyə: Mirvari Mirbaba qızı Miriyeva - 1976-cı il mayın 20-də Neftçala rayonunun Xıllı qəsəbəsində ziyalı ailəsində dünyaya göz açıb.
2002-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını müvəffəqiyyətlə bitirib.
20 il Neftçala rayonunda pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 2022-ci ildə ailə vəziyyətilə əlaqədar olaraq Bakıya köçüb.
Hazırda Heydər Əliyev adına Hərbi İnstitutda çalışır.
Eyni zamanda, o, ictimai əsaslarla, “NUR” və “DOSTLUQ” İnformasiya Agentliklərinin mədəniyyət şöbəsinin müdiri vəzifəsini icra edir.
Ailəlidir, 2 evladı var.
Mirvari xanım həm də el məclislərində aparıcı kimi yaxından iştirak edir.
O, əvvəlcə ədəbi və qiraət fəaliyyəti ilə tanınsa da, sonrlar zamanla toy və xına məclislərində də aktiv fəaliyyət göstərməyə başlayıb.
Xüsusilə, xına gecələrində aparıcılıq onun ən çox tələb olunan xidmətlərindən birinə çevrilib.
Mirvari xanımın apardığı xına gecələri adətən standart mərasimdən daha geniş proqramla fərqlənir.
O, mərasimi sadəcə aparmır, həm də gəlin üçün xüsusi “vida hekayəsi” qurur.
Bu hissədə şeirlər oxuyur, ana- qız münasibətlərini vurğulayır, kövrək emosional anlar yaradır.
Mirvari xanımın təşkil etdiyi xına gecələrində rəqs qrupları, musiqi ansamblları, xüsusi səhnə çıxışları tez-tez yer alır.
Onun apardığı və ya iştirak etdiyi xına gecələri kiçik büdcə ilə daha yüksək büdcəli event formatında təqdim olunur.
Bu tədbirlərdə - dekorasiya, səhnə quruluşu, musiqi proqramı, peşəkar çəkiliş komandası kompleks şəkildə hazırlanır.
Bəzi hallarda belə tədbirlər geniş miqyaslı şou proqram kimi təqdim edilir və yüksək təşkilat xərcləri ilə seçilir.
Mirvari xanımın xına aparıcılığı sosial şəbəkələrdə geniş izləyici kütləsi qazanıb, toy və xına bazarında tanınan brend simaya çevrilib, xüsusilə emosional təqdimat tərzinə görə seçilir.
Onun üslubu bəziləri tərəfindən “şou xarakterli xına gecələri” kimi qiymətləndirilsə də, bir çox ailələr tərəfindən böyük maraqla qarşılanır.
Biz də tanınmış xına aparıcılarından və sevilən simalarından olan çox hörmətli Mirvari xanımı bir daha Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, əmək fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq!..
MİRVARİ Xına təşkili haqqında BU linkdən tanış ola bilərsiniz...
MÜŞFİQ BORÇALI,
ZiM.Az
ZiA.Az
.






