TƏBRİK EDİRİK!..Dəyərli ziyalımız, sevimli soydaşımız, tanınmış el ağsaqqalı, görkəmli pedaqoq, istedadlı söz adamı, Akademik MƏDƏD ÇOBANOV adına BEYNƏLXALQ XEYRİYYƏ FONDUnun Qaraçöp bölgəsi üzrə nümayəndəliyinin rəhbəri, vətənpərvər, yurdsevər, humanist və xeyirxah insan, çox hörmətli AĞABALI XEYİRXƏBƏROV 5 il əvvəl 2021-ci ildə anadan olmasının 70 illik yubileyi münasibətilə Azərbaycan Respublikası "Təhsil" Mərkəzi tərəfindən "Abdulla Şaiq" Mükafatına, Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondu tərəfindən FƏXRİ DİPLOMa, Azərbaycan Respublikası "XXI Əsrin ziyalıları" Cəmiyyəti tərəfindən "İLIN ZYALISI" Fəxri adına layiq görülmüşdü.
Elə bu günlərdə isə Akademik MƏDƏD ÇOBANOV adına BEYNƏLXALQ XEYRİYYƏ FONDUnun Azərbaycan Respublikası "Təhsil" Mərkəzi, "Şərqin səsi" qəzetinin redaksiyası, "Ziya" və "Zirvə" İnformasiya Mərkəzləri, "ZiM.Az”, "Zirve.İnfo" və "Zirve.İnfo.Az" saytları ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən çox hörmətli AĞABALI XEYİRXƏBƏROV anadan olmasının 75 illik yubileyi münasibətilə və son illərdə göstərdiyi səmərəli ictimai fəaliyyətinə görə "ZİRVƏ" MÜKAFATI ilə təltif olunmuşdur.
Biz də Redaksiya Heyətimiz adından bir daha çox hörmətli Ağabalı müəllimi həm anadan olmasının 75 illik yubileyi münasibəti ilə, həm də "ZİRVƏ" MÜKAFATI ilə təltif olunması münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, yaradıcılıq işlərində və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...
Müşfiq BORÇALI,
Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Junalistlər Birliyinin və
Turan Yazarlar Birliyinin üzvü,
Azərbaycan Texniki Universitetinin
"Ziya" qəzetinin, ZiM.Az, Ziya.info.az,
Elm.info.az və Turan.info.az
saytlarının Baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü
ZiM.Az
.






