Əziz və dəyərli həmkarımız,
AzTU-nun əməkdaşı,
“ZİYA” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru,
eyni zamanda, "TURAN", "YURD", “ZİRVƏ” və “ZƏFƏR” İnformasiya Mərkəzlərinin,
"Turan.İnfo.Az", "Yurd.İnfo.Az", "Zirve.İnfo.Az" və "Zefer.İnfo.Az" saytlarının rəhbəri,
tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi olan
çox hörmətli MÜŞFİQ BORÇALI
(Müşviq Mədəd oğlu Çobanov)
- bu günlərdə daha bir fəxri mükafata layiq görülüb.
O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif olunub.
Medal - 2025-ci il dekabrın 19-da - Müşfiq müəllim üçün olduqca əziz və əlamətdar olan bir gündə, 35 ildir ki, şərəf və ləyaqətlə çalışdığı, dəfələrlə Fəxri Fərman və mükafatlarla təltif olunduğu Azərbaycan Texniki Universitetinin 75 illik yubiley günündə Medianın İnkişafı Agentliyində təqdim edilib.
Müşfiq Borçalı Jurnalistlərimizə, ümumilikdə mediamıza verdiyi dəyərə, göstərdiyi diqqətə və etimada görə möhtərəm Prezidentimiz - cənab İlham Əliyevə, Prezidentin sərəncamı ilə Medalı təltif etmək səlahiyyətinə malik olan Medianın İnkişafı Agentliyinin rəhbərliyinə, Agentliyn icraçı direktoru Əhməd İsmayılova, Azərbaycan Texniki Universitetin rektoru, Əməkdar Elm xadimi, professor Vilayət Vəliyevə və Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar Mədəniyyət işçisi Rəşad Məcidə təşəkkür edib, bundan sonra da mətbuatımızın, elmimizin və təhsilimizin inkişafı naminə var qüvvəsi ilə çalışacağını bildirib.
1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin,
1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin,
2015-ci ildən Turan Yazarlar Birliyinin,
2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü,
2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, həmçinin,
"Abulla Şaiq", "Həsənbəy Zərdabi",
"Nəriman Nərimanov", "Ömər Faiq Nemanzadə",
"Zirvə", "Zəfər", "Qafqaz", "Ustad", "Qızıl Qələm",
"Peşəkar jurnalist", "Cəsarətli qələm sahibi",
"Kamil sənətkar" və s. mükafatların laureatı olan
Müşfiq Borçalı (Müşviq Mədəd oğlu Çobanov)
Azərbaycan Respublikası Milli Məclisinin
Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan
işçi qruplarının üzvü olmuş və qanunların
hazırlanmasında yaxından iştirak etmiş,
dəfələrlə Fəxri Fərman, Fəxri diplom və
müxtəlif mükafatlarla, o cümlədən,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin,
Mədəniyyət və Turizm Nazirliyinin,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Diplom və sertifikatlarına,
2024-cü ildə PREZİDENT TƏQAÜDÜnə layiq görülmüş,
2025-ci ildə isə anadan olmasının 55 və
Azərbaycan Milli Mətbuatının
150 illik Yubileyi münasibətilə
Türk Dünyası və türk xalqları arasında
ədəbi-mədəni əlaqələrin qurulması,
dostluq və qardaşlıq əlaqələrinin daha da
inkişaf etdirilməsi naminə göstərdiyi
böyük xidmətlərə görə,
qardaş Türkiyə Cumhuriyyətinin
Çukurova Ədəbiyyatçılar Dərnəyinin təsis etdiyi
"MUSTAFA KEMAL ATATÜRK"
Qızıl medalı ilə təltif olunmuşdur.
REDAKSİYADAN:
Redaksiya Heyətimiz və
Yaradıcı kollektivimiz adından
əziz və sevimli həmkarımız,
dəyərli ziyalımız,
bacarıqlı qələm dostumuz
çox hörmətli
Müşfiq müəllimi bir daha
anadan olmasının 55,
35 ildir ki, şərəf və ləyaqətlə çalışdığı,
dəfələrlə Fəxri Fərman və
mükafatlarla təltif olunduğu
Azərbaycan Texniki
Universitetinin 75 və
Azərbaycan Milli Mətbuatının
150 illik Yubileyi, həmçinin
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin
Fərmanı ilə təsis edilmiş
“Azərbaycan milli mətbuatının
150 illiyi (1875–2025)”
Azərbaycan Respublikasının
Yubiley medalı ilə
təltif olunması münasibətilə
ürəkdən təbrik edirik.
Ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, ədəbi-bədii yaradıcılığında,
eləcə də, şərəfli elmi-pedaqoji, həmçinin,
jurnalistlik və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
Böyük hörmət və ehtiramla,
“Ziya” qəzetinin,
"Ziya", "Zirvə", "Zəfər",
"Yurd" və "Turan"
İnformasiya Mərkəzlərinin,
ZiM.Az, Ziya.İnfo.Az, Zirve.İnfo.Az,
Zefer.İnfo.Az, Yurd.İnfo.Az və
Turan.İnfo.Az saytlarının
Redaksiya Heyəti və
Yaradıcı kollektivi
.









