TƏBRİK EDİRİK!..Tanınmış şair-jurnalist Sayad Cavadzadə bu günlərdə “TURAN” İnformasiya Mərkəzinin və "turan.info.az" saytının Redaksiya Heyətinin üzvü seçilib və “TURAN”ın ABŞ-dakı nümayəndəsi təyin olunub.
Qeyd edək ki,
Sayad Cavadzadə 12 iyul 1960-cı ildə Şamaxıda dünyaya göz açıb.
Bakı Dövlət Universitetini bitirib.
1985-ci il iyunun 15-də tanınmış yazıçı-jurnalist, tarixi romanlar müəllifi Cəlal Bərgüşadla evlənib. Bu evlilikdən onların bir oğlu dünyaya gəlib. Həmin dövrdə “Cavanşir” adlı romanı üzərində çalışan Cəlal Bərgüşad həmin əsərdən ilhamlanaraq oğluna Cavanşir adını vermişdir. Hazırda Cavanşir ABŞ-da yaşayır.
Sayad Cavadzadə uzun illər Şamaxıda, Sumqayıtda və Bakıda müxtəlif dövlət qulluğu vəzifələrində çalışıb.
Son illərdə bir sıra ictimai işlərdə fəaliyyət göstərib, xeyirxah insan və ictimai xadim kimi tanınıb.
Eyni zamanda, mərhum ömür gün yoldaşı, tanınmış yazıçı-jurnalist, 1958-ci ildən ömrünün sonuna – 1996-cı ilə kimi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləyən, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü olan, bir-birindən maraqlı onlarla hekayənin və tarixi romanların müəllifi kimi məşhurlaşan, neçə-neçə orden və medallarla təltif olunan Cəlal Bərgüşadın bədii irsinin toplanması, qorunması, nəşri və təbliği sahəsində olduqca böyük xidmətlər göstərmiş və gün də bu sahədə fəaliyyətini yorulmadan gənclik eşqiylə davam etdirir.
Hazırda ABŞ-da yaşayır.
dəyərli ziyalımız, sevimli soydaşımız,
tanınmış şair-jurnalist, xeyriyyəçi xanım
və ictimai xadim – Sayad Cavadzadəni
bir daha öz aramızda görməkdən
məmnun olduğumuzu bildirir və onu
“TURAN” İnformasiya Mərkəzinin və
"turan.info.az" saytının
Redaksiya Heyətinin üzvü seçilməsi və
“TURAN”ın ABŞ-dakı nümayəndəsi
təyin olunması münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı və şərəfli fəaliyyətində
yeni-yeni uğurlar arzulayır və aşağıda
onun bir neçə şeirini dəyərli oxucularımızın
ixtiyarına veririk!...
Müşfiq BORÇALI,
"TURAN" İnformasiya Mərkəzinin və
"turan.info.az" saytının Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü,
“Abdulla Şaiq”, “Nəriman Nərimanov”,
“Həsən bəy Zərdabi”, “Zirvə”, “Zəfər”,
“Qızıl qələm” və s. mükafatlar laureatı
ZiM.Az
ANA
Sən mənim ətirli çiçəyim, gülüm,
Ürəyimdə coşan qanımsan, ana.
Sənsiz yaşamaram, danış, din bilim,
Həyatım, varlığım, canımsan, ana.
İstərəm quş olub uçam yanına,
Sığınam körpətək isti qoynuna
Nəzər et qızının qəmli halına,
Hər ilim ,hər günüm, anımsan ana.
Necə pərişanam, açılmır eynim,
Səngimir həsrətim, bitmir gileyim,
Gündüzüm zülmətdir, qaradır, neynim,
Səhərim, sübh çağım, danımsan , ana.
Səcdəmsən, pirimsən, qibləgahımsan,
Qürurum, təsəllim, umacağımsan
Mənə ümid yeri, tək pənahımsan,
Dik başım, adımsan, sanımsan, ana.
Susursan qəlbimi qüssə, qəm sarır
Baxışım gözümə dikilib qalır,
Sənin varlığından Sayad güc alır
Pərisən, mələksən, sonasan, ana.
BALIMSAN MƏNİM
Desəm ki, pətəkdə balımsan mənim,
Dil-dodağıma axıb yayılarmısan?
Desəm ki, səmada ayımsan mənim,
Tənha gecələrimə qoşularmısan?
İçimdə alışan atəşsən desəm,
Yanan atəş sənsən biləsən.
Yandırıb külümlə oynama desəm,
Mənimçün bir şeylər edərmisən?
Ürəyim bir körpə uşaq kimidir,
Hər şeyin gözəlin istərəm yarım.
Sevgi dəryasında gəmi kimidir,
Səninlə birlikdə üzərəm, yarım.
İncitmə sevgilim, incitmə məni,
Saralıb-solaram, incitsən məni.
Gərək biləydin kaş o gündən bəri,
Tək səni sevirəm, tək səni yarım.
SƏADƏTİM, GƏL!
Demə ömür-gün yalanmış,
Xoşbəxtlikdən cilalanmış,
Köksüm üstə məhəbbətdən od qalanmış,
Səadətim, gəl!
Səni ümid sanmadığım,
Həsrətinlə yanmadığım,
Hicranından donmadığım,
Gün olubsa –
Qoy ömrümə yazılmasın!
Sənə bağlı kədərim də,
Xatirimdən pozulmasın,
Səadətim, gəl!
Sən bir gecə mənimlə qal,
Bütün dünya mənim olsun,
Səadətim, gəl!
Gəl ki, çıxsın duyğularım
Açıqlığa, aydınlığa,
Sənlə birgə bir anlığa,
Bütün cahan mənim olsun,
Səadətim, gəl!
NƏ OLAR
Sənsiz ötən günüm zülmət gecədir,
Dərdim sətir-sətir, dərdim hecadır,
Həsrətin boy verib, məndən ucadır,
Gəl məni zülmətdən qurtar, nə olar.
Tuş oldum açılmaz qəmin sirrinə,
Bilmədim mənimlə olan qəsdi nə,
İllərdir düşmüşəm hicran qəsrinə.
Gəl məni zülmətdən qurtar, nə olar.
Yanıb könlüm evi olubdur köz-köz,
Nə ümid ovudur, nə də şirin söz,
Necə söyləyim ki, Sayad,bir az döz,
Gəl məni zülmətdən qurtar, nə olar.
SƏNDƏN XƏBƏRSİZ
Çiçəklər içində gəzirəm sənsiz,
Soruram eşqimizi səndən xəbərsiz.
Şəbnəmdən islanmış güllər-çiçəklər,
Səni xatırladır, səndən xəbərsiz.
Gözlərim yolunu gözləyir sənsiz,
Hər gün qoçalıram, səndən xəbərsiz.
Qaranlıq gecələrin Ay işiğında,
Mənə sirdaş olub, səndən xəbərsiz.
Odlu səhralarda donuram sənsiz,
Bir dəstə gül olub, soluram sənsiz.
Əbədi dünyaya göçmüsən mənsiz,
İndi mən neyləyim səndən xəbərsiz.
Gəzirəm gəzdiyin yerləri sənsiz,
Arayıram hər eli-obanı sənsiz.
Səninlə doludur, bu sənsiz həyat,
Mənə vüqar verir, səndən xəbərsiz.
YENƏ GÖZLƏYƏCƏM,
YENƏ BİR ÖMÜR
Düşüb çəmənlərə gəzirəm səni,
Soraq gözləyirəm güldən-çiçəkdən.
Şəbnəmdən islanmış ləkəklərə bax,
Hər biri xatirə daşıyır səndən.
Dolana bilmirəm kədərdən, qəmdən,
Hələ də sənsizlik içində varam.
Sən keçən yerlərdən keçirəm, sənin-
Ayaq izlərini tapdalamıram.
Səndən uzaqlarda keçir ömür-gün,
Sənsizlik sirdaşdır mənə bir ömür.
Bəlkə sənə çatmır səsim-sorağım,
Yenə gözləyəcəm, yenə bir ömür.
Mən gül dəstəsiyəm, soluram daha,
Səndən aralıda yaşamaq nədi?!.
Yenə də min şükür qadir Allaha,
Məndən həsrətini əsirgəmədi.
SƏNSİZ SƏNLƏ YAŞARAM
Sahildəyəm yenə də,
Sevinirəm, gülürəm.
Sənsiz sevincimi mən,
Sənin ilə bölürəm.
Uzaqda olsan belə,
Ruhum qədər yaxınsan.
Sən gündüzlər xəyalım,
Sən gecələr yuxumsan.
Qağayılar hər səhər,
Sənə nəğmə oxuyur.
Sən dəniz qoxuyurdun,
Dəniz də sən qoxuyur.
Eşitmir harayımı,
Qismət – qulaqları kar.
Qoşulub dalğalara,
Sənə gəlməyim də var…
Sənsizlik deyim necə,
Ürəyimin odu var…
Görürəm ki, eləcə,
Sənsilzyin adı var…
Sənsiz sənlə yaşaram,
Neyniyəcək qəm mənə…
İlahidən verilən,
Ərməğansan sən mənə.
YALANMIŞ
Şeirə mahnı bəstələnib və
Xalq artisti Niyaməddin Musayev tərəfindən
ifa edilib.
Nə üçün yaranmış həyatın özü,
Nə üçün yaranmış insanın özü,
İnana bilmirəm, mən hərdən düzü,
Yalanmış bu eşqin atəşi, özü.
Həyatın odunu, atəşini mən,
Sənin gözlərində anladım yenə,
Dedim bu oda da yana bilməsən,
Söylədin, qoymaram yanasan yenə.
Əl açıb Tanrıya söylədim yenə,
Bu həyat işığın bəxş etdin mənə.
Yenidən qaytardın səadətimi,
Günəş tək nur saçan məhəbbətimi.
SƏNİ İSTƏRƏM
Sənsiz mənim dünyam qaranlıq, zülmət,
Qaranlıq dünyamdan xilas et məni.
Açıb qollarını, sıxıb köksünə,
Qəm-qüssə, kədərdən azad et məni!
Şümşək tək çaxıban yansam da əgər,
Bir sənin köksündə yanmaq istərəm.
Bir sirli qalasan, əl çatmasa da,
Qalanın sirrini tapmaq istərəm.
Əlacsız sevgimin mənasın sənə,
Öz eşqimlə sənə açmaq istərəm.
Mələklərə qoşulub royalarında,
Sənsiz sevgimizə uçmaq istərəm.
Ömrüm tənhalıqda keçsə də mənim,
Röyamda hər zaman səni istərəm,
Mümkün deyil canım, səndən ayrılmaq,
İlahidən səni, səni istərəm.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.














