“Rəqəmsal texnologiya: Qazax dilinin fənlərarası ekspressiv üslubi paradiqmalarının konsolidasiyası və sinergetik modellərə inteqrasiyalı təlim veb-platforması” (İRN AP23489363) elmi layihəsinin icrası çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Qonaqlar AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədovla görüşüblər.
Qonaqları salamlayan F. Məmmədov universitetin tarixi, ölkənin ali təhsil sistemində və beynəlxalq reytinqlərdə mövqeyi, tədqiqat istiqamətləri və kadr potensialı barədə məlumat verib.
Görüşdə universitetlərarası əməkdaşlıq, akademik mübadilə və birgə elmi layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qonaqlar həmçinin AzTU-nun Humanitar fənlər kafedrasında olub və kafedra müdiri Həbib Mirzəyevlə keçirilən görüş zamanı əməkdaşlığın əsas istiqamətləri, qazax və Azərbaycan dilinin müxtəlif sahələrinə aid birgə müqayisəli tədqiqatların aparılması, ortaq elmi məqalələrin hazırlanması və rəqəmsal türkologiya məsələləri müzakirə olunub.
Daha sonra qonaqlar universitetin kitabxanası, tədris və tədqiqat infrastrukturu, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları və innovasiya mərkəzləri ilə tanış olublar.
MÜŞFİQ BORÇALI,
ZiM.Az
.













