Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub TƏBRİK EDİRİK!..

2025-ci il iyulun 10-da Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında Fondun aparat rəhbəri Fəxri Valehoğlu-Hacıyevin müəllifi olduğu “Azərbaycan–Gürcüstan münasibətləri (1918–1922-ci illər): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” adlı kitabın təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramına həsr olunan tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti. professor Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının Prezidenti, akademik Şahin Mustafayev, TÜRKPA-nın baş katibinin müavini Sakı Sadıqov, Milli Məclisinin üzvləri, Xarici İşlər, Təhsil, Müdafiə nazirliklərinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəsmiləri, Azərbaycanın bəzi xarici ölkələrdəki səfirləri və baş konsulları, eləcə də Türk ölkələrinin və Gürcüstanın Azərbaycandakı diplomatik təmsilçiliklərinin səfir və müşavirləri, görkəmli alimlər və ziyalılar iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

Tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Qazaxıstan Respublikasının dövlət xadimi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmləri doktoru, professor Aktotı Raimkulovanın açılış nitqi ilə başlayıb.

Professor Aktotı Raimkulova əvvəlcə qonaqları səmimi salamlayıb, sonra Fondun yaranma tarixi, son illərdə həyata keçirdiyi əsas layihələr, uğurlu beynəlxalq əməkdaşlıq proqramları və yeni təşəbbüslər barədə ətraflı məlumat verib. Qeyd edib ki, qurum 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə liderlərinin dəstəyi ilə yaradılıb və o vaxtdan bəri türk mədəni irsinin qlobal miqyasda təbliği istiqamətində fəal beynəlxalq fəaliyyət göstərir.

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

Həmçinin, xüsusilə də gənclərlə iş sahəsinə toxunan Fondun prezidenti Aktotı Raimkulova, bildirib ki, artıq Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərində Türk İrsi Mərkəzləri fəaliyyət göstərir, yaxın zamanlarda oxşar mərkəzlərin Azərbaycan, Türkiyə, Türkmənistan və hətta Polşada da açılması planlaşdırılır. Həmçinin söyləmişdir ki, yaxın gələcəkdə Fond tərəfindən rəqəmsal mədəniyyət və irs bazası yaradılacaq.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova daha sonra qeyd edib ki, təqdim olunan nəşr Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Demokratik Respublikası arasında qeyd olunmuş dövrdə diplomatik və siyasi münasibətlərin təhlilinə həsr olunub. Bu kitab yalnız tarixi araşdırma xarakteri daşımır, eyni zamanda xalqlar arasında mədəni körpülərin möhkəmləndirilməsinə xidmət edən dəyərli bir təşəbbüsün göstəricisidir.

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

“Azərbaycan və Gürcüstan əsrlər boyu qarşılıqlı hörmət və strateji əməkdaşlıq əsasında münasibətlər nümayiş etdirir”, – deyən professor Aktoti Raimkulova vurğulayıb ki, iki ölkə arasında diplomatik əlaqələrin araşdırılmasının regionun ortaq mədəni irsinin və tarixi ənənələrinin daha dərindən dərk olunmasına şərait yaratdığını bildirib.
Çıxışının sonunda professor Aktoti Raimkulova tədbirdə iştirak edən Azərbaycan diplomatlarını peşə bayramları münasibətilə təbrik edib.

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

Tədbirdə kitabın müəllifi Fəxri Hacıyev çıxış edib. O, qeyd edib ki, Gürcüstanın coğrafi mövqeyi əsrlər boyu türk xalqları arasında bir körpü rolu oynayıb və bu amil bu gün də öz aktuallığını qoruyur.
“Bizi birləşdirən çox sayda amil var. Gürcü xalqının mədəniyyəti, mənəvi dəyərləri, mətbəxi və daha bir çox sahələr türk xalqlarının ənənələri ilə sıx bağlıdır. Bu baxımdan kitabın məhz Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə çap olunması xüsusi əhəmiyyət daşıyır”, – deyən müəllif onu da vurğulayıb ki, bu gün Gürcüstan bütün türk dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurur və gələcəkdə türk əməkdaşlıq qurumlarında müşahidəçi statusu qazanmağa səmimi istək var.

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

“Bu kitab klassik mənada elmi tədqiqat işi deyil. Bu, dərin şəkildə yenidən nəzərdən keçirilmiş və faktiki olaraq yenidən yazılmış bir əsərdir”, – deyən F.Hacıyev həmçinin Tbilisidəki diplomatik fəaliyyəti zamanı şəxsi xatirələrini bölüşüb. Bildirib ki, səfirlikdə və baş konsulluqda çalışarkən tez-tez düşünürdü ki, yüz il əvvəl Azərbaycanın adından burada kimlər diplomatik missiya aparıb, onların qarşısında hansı vəzifələr olub, kimlərlə görüşüblər, harada yaşayıblar?
“Əldə olan mənbələrdə kifayət qədər məlumatın olmaması məni narahat edirdi. Hər dəfə düşünürdüm ki, münasib vaxt gələcək, vaxt ayırıb gürcü dilini öyrənəcəyəm və bu mövzunu daha dərindən araşdıracağam, amma hər dəfə təxirə salırdım”, – deyə o əlavə edib.

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

F.Hacıyev bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncam imzaladıqdan sonra bütün səfirliklərə göndərildi və konkret tapşırıqlar verildi: fəaliyyət göstərdikləri ölkələrdə Cümhuriyyət irsi ilə bağlı materialları toplamaq, araşdırmaq və toplanmış materialları mərkəzə - Bakıya göndərmək. Elə həmin sərəncamı rəhbər tutaraq, arxiv sənədləri və yeni tədqiqat materialları əsasında həmin bu kitabı hazırladım və oxuculara yeni tarixi baxış təqdim etdim.

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub
Təqdimat mərasimində Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev,

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

Azərbaycan Respublikası Milli Məclisin deputatı Rizvan Nəbiyev,

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

AMEA Tarix İnstitutunun direktoru, kitabın elmi redaktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov,

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov,

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub
Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov,

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub
Azərbaycan Respublikası Müdafiə nazirliyinin rəsmisi Elcan İmamverdiyev,

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub
tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Solmaz Tohidi-Rüstəmova,

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub
filologiya üzrə elmlər doktoru, professor, Bədirxan Əhmədli,

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub
filologiya üzrə elmlər doktoru, professor Asif Hacılı
və b. çıxış edərək təqdim olunan monoqrafiyanı yüksək dəyərləndiriblər, onun Azərbaycan və ümumilikdə Türk tarixşünaslığına mühüm töhfə olduğunu vurğulayıblar. Çıxışlarda bu istiqamətdə elmi fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

Eyni zamanda, Azərbaycan diplomatiya irsinə göstərdiyi diqqət və dəstəyə görə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovaya təşəkkürlərini ifadə ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

AYB-nin Gənclər Şurasının sədri, Prezident təqaüdçüsü Fərid Hüseynin aparıcılıq etdiyi tədbirdə görkəmli elm və mədəniyyət xadimləri, tanınmış alimlər, dövlət rəsmiləri, diplomatlar, ictimai-siyasi xadimlər, media təmsilçiləri, həmçinin, xarici ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirləri, diplomatik korpusların nümayəndələri və b. iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub
Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub
Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub
Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

Təqdimat mərasimində AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, eyni zamanda, "TURAN" İnformasiya Mərkəzinin və Turan.İnfo.Az saytının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü MÜŞFİQ BORÇALI da iştirak etmiş, redaksiya heyətimiz adından müəllifi yeni uğuru münasibətilə ürəkdən təbrik etmiş və ona yeni-yeni nailiyyətlər arzulamışdır.

Müşfiq BORÇALI,
ZiM.Az

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
DIPLOMATİYAMIZIN TARİXİNİN VƏ İRSİNİN ÖYRƏNILMƏSINƏ ƏHƏMİYYƏTLİ TÖHFƏ

Yeni nəşrlər
AMEA prezidenti Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb

Humanitar elmlər, "Zirvə", Turan
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablar ...

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", Turan
Beynəlxalq Türk Akademiyasının iclası keçirilib

Elm, "Zirvə", Turan
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU, Turan
AzTU-nun professoru Beynəlxalq Türk Mədəniyyəti (“Türksoy”) təşkilatının di ...

"Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müas ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Yeni nəşrlər, Elm, Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərba ...

Gəncə, Gürcüstan
QAFSAM-ın sədr müavini Nazim Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq tədb ...

QHT, Orta Asiya
Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

"Zirvə", Turan
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda  ...

Elm, "Zirvə"
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
“Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomunun təqdimatı k ...

Bakı, Humanitar elmlər, Turan
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Rəy yazın: