FİRİDUN BƏY KÖÇƏRLİ YARADICILIĞINDA “ƏKİNÇİ” QƏZETİNİN ROLU

FİRİDUN BƏY KÖÇƏRLİ YARADICILIĞINDA “ƏKİNÇİ” QƏZETİNİN ROLU Bildiyimiz kimi “Əkinçi” qəzeti Azərbaycan dilində yayımlanan ilk milli qəzet olubdur.
Qəzetin meydana çıxmasında naşir və redaktoru olmuş böyük mütəfəkkir, təbiətşünas alim, maarifçi ziyalı Həsən bəy Zərdabinin fədakar əməyi danılmazdır.
“Əkinçi”nin ilk nömrəsi 1875-ci il 22 iyulda işıq üzü görmüşdür.
Müasir Azərbaycanda ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi bərpa edildikdən sonra bu tarix hər il 22 iyulda Milli Mətbuat Günü kimi qeyd olunmaqdadır.
“Əkinçi” qəzetinin bir çox ədiblərin yaradıcılığında böyük təsiri və rolu olub.
Maarifpərvər mütəfəkkirlər zamanın ən çətin dövründə meydana çıxan bu qəzetin nə qədər vacib olduğunu qeyd edirdilər.
Belə ziyalı ədiblərdən biri də Azərbaycan ədəbiyyatı tarixinin banisi, görkəmli pedaqoq, ədəbiyyatşünas və folklorşünas alim Firidun bəy Köçərli idi.


Firidun bəy Köçərlinin yaradıcılığına nəzər saldıqda ədibin bir çox məqamlarda “Əkinçi” qəzetinin mahiyyətindən faydalandığı görünür.
Firidun bəy Köçərli millətin savadlanması yolunda həyata keçirmək istədiyi arzularını sanki Həsən bəy Zərdabi yaradıcılığında tapmışdır. Həsən bəy kimi o da Azərbaycan dilinin sadəliyini qorumağı, ədəbi dilin inkşaf etdirilməsini öz müasirlərinə məsləhət görürdü. Hətta dilimizə ziyan vuran ibarə və sözlərin işlədilməsinin həmin yazıçıların məhz öz yaradıcılıqlarına mənfi təsir göstərdiyini qeyd edirdi. Köçərli bəzi dostlarına yazdığı məktublarında: “öz dilimizdə olan sadə sözləri atıb, əvəzinə əcnəbi dillərin qəliz ibarələrini dilimizə yapışdırmışıq və naqabil pinəçilər kimi əlimizə nə düşübsə paltarımıza yamamışıq. Bizim qəzetlərdə çap olunan məqalələr, teleqram və elanlar o qədər dolaşıq və çətin dildə yazılır ki, oxuyanlar başa düşməyir və başa düşmədikləri halda oxumaqdan rəğbətləri kəsilir. Dilin şivəsini itirmək və üslubunu pozmaq böyük fəsaddır... Mərhum Həsənbəy Məlikovun “Əkinçi” qəzetinin nömrələri əlinizə düşsə oxuyub bu mətləbin barəsində bir az fikir eləyin”, - deyə söyləyirdi. Bütün bunlar Firidun bəy Köçərlinin “Əkinçi” qəzetinə olan marağından və rəğbətindən irəli gəlirdi.
Çoxşaxəli yaradıcılıq yolu keçmiş Firidun bəy Köçərlinin yüksək mədəniyyəti, gözəl dil qabiliyyəti var idi. Ədəbi dilin ədəbiyyatımıza gəlməsində Firidun bəyin böyük zəhməti və gözəl fikirləri olub. Bu cəhətdən onun Həsən bəy Zərdabi ilə fikirləri və düşüncələri üst-üstə düşürdü.
Firidun bəy Köçərli əsl vətənpəvər, maarifpərvər ziyalı idi və onun publisistikasında özünüdərk meyli güclü olubdur.
F.b.Köçərli yaşadığı dövrdə Azərbaycan mədəniyyət xadimlərinin, yazıçı və şairlərinin bəzi məqalə və bədii əsərlərində çarizmin yürütdüyü müstəmləkəçilik siyasəinin qərəzli mövqeyinin gizlin motivlərinə toxunulduğunu görürdü. Bu inqilabi-demokratik fikirlərin əsərlərdə nəzərə çatdırılması hər şeydən əvvəl dünyaya hayqırtı, həyata çağırış, fəaliyyət və azadlıq mübarizəsinə bir dəvət idi. O, Zərdabinin də bu cür fikirlərinin olduğunu və fikirlərinin gizlin eyhamla diqqətə çatdırdığını başa düşürdü.
Firidun bəy Köçərli yazılarında əsasən ictimai-siyasi həyat baxışlarındakı mövqeyinin oxucular tərəfindən asan başa düşülməsi yolunda çalışırdı. Bu cəhətdən o, böyük alim, milli mətbuatımızın güzgüsü hesab etdiyi Həsən bəy Zərdabinin yaradıcılığına xüsusi diqqət yetirirdi. Bəzi tədqiqatçılar Firidun bəyi Füzuli yaradıcılığından bəhrələndiyini, M.F.Axundovun davamçısı, H.b.Zərdabinin isə ideyalarının təbliğatçısı kimi də görürlər. Bu Firidun bəy Köçərlinin dahi klassiklərə olan yaradıcı münasibətindən irəli gəlir.
XIX əsrin II yarısı Azərbaycanda milli mətbuatın meydana çıxması kimi böyük bir hadisənin təməli qoyulması əsri hesab edilir. Maarifçi demokrat Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti nəinki Azərbaycanda, eləcə də qonşu dövlətlərdə və Yaxın Şərqdə böyük əks-səda doğurmuşdu.
Firidun bəy Köçərlinin Həsən bəy Zərdabi yaradıcılığında ən çox diqqətini çəkən onun elmi, savadı, maarifpərvər ideyaları idi ki, bu da Firidun bəy Köçərlinin ürəyindəki istəyindən xəbər verirdi. Görkəmli ədəbiyyatşünas Köçərli, millətin nadanlığının əsas səbəbini cəmiyyətin təhsilsiz olmağında görürdü. Eyni fikirləri Həsən bəyin yaradıcılığında da görmək mümkündür. Firidun bəy həyatın çətinliklərini qələmi ilə gözəl izah edən H. b. Zərdabinin yaradıcılığını bu xüsusiyyətinə görə təqdirəlayiq hesab edirdi. Hər iki mütəfəkkir alim eyni dövrdə yaşasalar da, aralarındakı yaş fərqinin olmasına rəğmən düşüncələri, fikirləri, arzuları eyni idi. Firidun bəy Köçərli Zərdabi ilə birlikdə çalışmasa da onun həyat və yaradıcılığında “Əkinçi” qəzetinin böyük rolu olduğu görünür.
F.b.Köçərli “Əkinçi” qəzetində ədəbi əsərlərə, mövzu və janr cəhətdən böyük əhəmiyyət verildiyini, mədəniyyətlə bağlı məqalələrin dərc edildiyini bilirdi. Zərdabi bu qəzetdə folklor nümunələrindən olan mahnı janrına da xüsusi yer verirdi.
“Əkinçi”nin ənənələrini yaşatmaq və inkişaf etdirmək yolunda F.b.Köçərli daha ardıcıllıqla çalışırdı.
Əziz Mirəhmədovun “Azərbaycan ədəbiyyatına dair tədqiqlər” əsərində Zərdabini və onun “Əkinçi” qəzetini dönə-dönə yad edən F.b.Köçərlinin 1906-cı ildə belə bir maraqlı fikir irəli sürdüyünü oxuyuruq: “Əkinçi” nin gözəl sözləri və nəfli məlumatı indi də öz əhəmiyyətini itirməmişdir, onlar müəyyən bir sistem halına salınıb Azərbaycan dilində nəşr edilən dövrü jurnallarda çap olunarsa, çox faydalı olar”. Bu sözlər Firidun bəy Köçərlinin “Əkinçi” qəzetinin nə qədər önəm daşıdığına bir işarə idi.
Mütərəqqi ziyalılar əksər hallarda Firidun bəyin mətbuat, ədəbiyyat haqqında söylədiklərini əsas gətirərək, fikirlərindəki məna dərinliyini, uzaqgörənliyini bəyənərək onunla həmfikir olduqlarını söyləyirdilər.
Həqiqətən araşdırmalar zamanı o dövrün mətbuat orqanları ilə əməkdaşlıq edən, nəşr olunan qəzet və jurnallardan bəhs edən maarifpərvər ziyalılarımızın yaradıcılığında bu fikirlərin qorunub saxlandığı görünür. Zamanında söylənilən fikirlərin əksəriyyəti bu gün də mövzu aktuallığını qorumaqdadır.
Uzun illər doğma ana dilində milli qəzetin yaranması ideyası ətrafında düşünən Həsən bəy Zərdabinin 1875-ci il iyul ayının 22-də nəhayət ki, arzusu gerçəkləşir. Bununla da Azərbaycan milli mətbuatının əsası qoyulur. Çəmi 56 nömrəsi çap olunan bu qəzet Bakıda iki həftədə bir dəfə nəşr olunsa da Azərbaycan jurnalistikasının başlanğıcı, ilk və parlaq nümunəsi oldu. Qəzet az zaman içərisində nəinki ziyalılar, eyni zamanda sadə fəhlə auditoriyasının da marağına səbəb olmuşdu. Hər kəs qəzeti əldə etməyə, oradakı yazılardan xəbərdar olmağa can atırdı. Lakin qəzetə olan bu qədər maraq, çar üsul-idarəsinin şübhələrinə səbəb oldu. İki il sonra hökumət qəzetin nəşrini qadağan edir. Beləliklə, 1877-ci il sentyabrın 29-da “Əkinçi” qəzetinin son nömrəsi çapdan çıxır.
XX əsrin əvvəllərinədək Azərbaycan dilində heç bir jurnal və qəzetin nəşrinə təsadüf edilmədiyini Firidun bəy Köçərli çox gözəl bilirdi. 1880-ci ildə “Ziya” (“Ziyayi-Qafqaziyyə”) və “Kəşkül”ün də aqibəti “Əkinçi” kimi olmuşdur. Bütün bunları nəzərə alan Firidun bəy Köçərli ürək ağrısı ilə haqlı olaraq “Axırıncı qəzetənin ki, “Kəşkül” dən ibarət ola, zavalından on il gəlib keçdi və bu müddətin ərzində biz ruznaməsiz qaldıq”, - deyə qeyd edirdi.
“Əkinçi” qəzeti dövrün tələbi idi. Bir tərəfdən cəmiyyətin savadsızlığı, nadanlığı, cəhalətin, dini fanatizmin və mövhumatın geniş vüsət alması, digər tərəfdən çarizmin qeyri millətlərdən fərqli olaraq müsəlmanlara, xüsusilə də türklərə qarşı qərəzli münasibəti, onları sıxışdırması, nəzarətdə saxlaması, sayca azlıq təşkil edən ziyalı təbəqənin heysiyyatına toxunurdu. Onlar milləti bu çətin vəziyyətdən çıxarmağın yolunu arayıb-axtarır, bu yolda birlikdə mübarizəyə qoşulurdular. Bu mübarizədə isə milli mətbuatın işıq üzü görməsi olduqca böyük əhəmiyyət kəsb edirdi. “Əkinçi” qəzetinin ana dilində nəşr edilməsi ziyalılar üçün əsl bayram olmuşdu.
Həsən bəy Zərdabinin yaradıcılığının ona xas olan məqamlarını, xüsusiyyətlərini dəyərləndirən Firidun bəy, millət yolunda arzularının Zərdabi ilə eyni olduğunu görürdü. Zərdabi kimi onun da ən çox diqqət yetirdiyi məsələlərdən biri ana dilimizin səlis, saf dil kimi qorunub saxlanması idi. Firidun bəy Köçərli gənc yazıçı Yüsif Vəzir Çəmənzəminliyə yazdığı məktubunda məsləhət görürdü ki, dilin sadəliyinə daha çox fikir versin, “Molla Nəsrəddin” jurnalının yolu ilə getmək və dilimizi saxlamaq üçün isə “Əkinçi” kimi ruznamə çıxarmaq lazımdır.
F.b.Köçərliyə görə, M.F.Axundzadə ilə yanaşı, millətinə ən böyük töhfə verən aydınlarımızdan biri də məhz H.b. Zərdabidir.
Maarifçilər, ana dilimizə həqarətlə baxan, onu “çoban dili” adlandıran hakim siniflərin ideoloqlarına və çarizmin milli müstəmləkə siyasətinə qarşı mübarizə aparmaq, millətin birliyi üçün milli mətbuatın olmasının vacibliyini çox gözəl anlayırdılar. Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Ö.F.Nemanzadə, Cəlil Məmmədquluzadə və dilimizin qorunması yolunda mübarizə aparan digər ədiblərlə bərabər Firidun bəy Köçərli də milli dilin millətin və milli mədəniyyətin inkişafı üçün nə qədər gərəkli və mühüm vasitə olduğunu qeyd edirdi. Çünki o, dilin ünsiyyət vasitəsi olmaqdan əlavə həm də mədəniyyətin bir forması olduğunu bilirdi.
Həsən bəy Zərdabi də öz növbəsində “istəyirsinizsə Azərbaycan milləti yaşasın, qabağa getsin, elmi və maarifi olsun, ona ana dili verin... onlar yazsın qabağa getsin, məktəblər bina etsin, öz dillərində elm təhsil etsin” deyə söyləyirdi.
Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin 1875-ci il № 8 - də qeyd etdiyi “milləti islam, ayıl bu qəflət yuxusundan” sözləri, Firidun bəy Köçərlinin söylədiyi “Ümmətdən millətə keçid” sözləri ilə eynilik təşkil edirdi. Firidun bəy Köçərli də Həsən bəy kimi millətin qəflət yuxusundan oyanmasını arzulayır, ümmətdən-millətə keçid zamanının yetişdiyini söyləyirdi. Oxucuların nəzərinə onu çatdırmaq istərdim ki, tədqiqatçısı olduğum F.b.Köçərlinin həyat və yaradıcılığına həsr etdiyim 490 səhifəlik “Ümmətdən millətə doğru” monoqrafiyada bütün bu mövzular geniş şəkildə şərh edilmişdi.
“Əkinçi” qəzetinin nəşrini yüksək dəyərləndirən Firidun bəy milli mətbuatın sadə xalq dilində olmasını alqışlayırdı. “Əkinçi” həqiqətən də anlaşıqlı xalq dilində nəşr olunurdu.
Bu səbəbdən qəzetin nəşrinin dayandırılması maarifçi ziyalılar üçün üzücü xəbər idi. Onlar nə olursa olsun ana dilində qəzet, jurnal çıxarılması yollarını axtarıb tapmağa çalışırdılar.
1903-cü ildə nəşrə başlayan “Şərqi-Rus” qəzetini alqışlayan ədib və şairlərimizin içərisində görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli də var idi. Qəzetin nəşrə başlaması Firidun bəyi çox sevindirmişdi. O, qəzetin vəzifəsini vaxtilə “Əkinçi” qəzetində olduğu kimi xalqa xidmətdə, geriliyə səbəb olan cəhətləri açıb göstərməkdə görürdü. Bir vaxtlar “Əkinçi”yə, onun redaktoru Həsən bəy Zərdabiyə həcvlər yazıldığı halda, indi ziyalıların “Şərqi-Rus” u təqdir etməsi Firidun bəyi fərəhləndirirdi.
Firidun bəy də Həsən bəy Zərdabi kimi millət fədaisi idi. Bu millət məhəbbəti sonunda Firidun bəyin düşmənlərinin dəyirmanına su tökdü və onun “millətçi” damğası adı ilə qətlə yetirilməsinə səbəb oldu.
Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan Həsən bəy Zərdabi, Firidun bəy Köçərli və digər mütərəqqi fikirli ziyalılarımızın hər biri Vətən üçün, millət üçün canlarını əsirgəmədilər.

Firidun bəy Köçərliyə ölüm hökmünün kəsilməsində onun tək bir günahı var idi: millətinə, vətəninə və dilinə bağlılığı.
Bu birlik yolunda mübarizə aparan ədiblər həm daxili, həm də xarici qüvvələr tərəfindən tənqid hədəfi idilər.
Onlar bu yolda canlarını qurban versələr də, yaratdığı əsərləri, irəli sürdüyü fikirləri, düşüncələri Azərbaycan mədəniyyətində əbədi yaşayamaqdadır.


FİRİDUN BƏY KÖÇƏRLİ YARADICILIĞINDA “ƏKİNÇİ” QƏZETİNİN ROLUPƏRİXANIM MİKAYILQIZI
“Şərqin səsi” və “Elm və Təhsil” qəzetlərinin baş
redaktoru, F.b.Köçərlinin tədqiqatçısı, şair, nasir,
publisist, AJB-nin üzvü, dövlət qulluğunun baş
müşaviri,“Xarıbülbül”,“X.b.Natəvan”,“Zirvə”
medalı və bir çox media mükafatları laureatı


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Pərixanım Mikayılqızı:

Pərixanım Mikayılqızı: "AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ DİL MƏSƏLƏSİ"

"Elm və Təhsil", Köşə yazılar
“ŞUŞA İLİ” nin                   MƏDƏNİYYƏTİMİZDƏKİ  ROLU

“ŞUŞA İLİ” nin MƏDƏNİYYƏTİMİZDƏKİ ROLU

Qarabağ, "Elm və Təhsil"
Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində rolu

Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində rolu

Elmi Məqalələr, "Elm və Təhsil"
Kamal CAMALOV: “ƏKİNÇİ” QƏZETİ DEMOKRATİK İDEYALAR DAŞIYICISIDIR

Kamal CAMALOV: “ƏKİNÇİ” QƏZETİ DEMOKRATİK İDEYALAR DAŞIYICISIDIR"

Naxçıvan, MEDİA
Şərəfli ömür yolu keçən ədib - Firidun bəy Köçərli

Şərəfli ömür yolu keçən ədib - Firidun bəy Köçərli

"Elm və Təhsil"
HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI

HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI

"Elm və Təhsil", Müşfiq Borçalı, Köşə yazılar
Köçərlişünaslığa yeni baxış

Köçərlişünaslığa yeni baxış

Elmi Məqalələr, ADPU, "Elm və Təhsil"
GÖRKƏMLİ  PEDAQOQ  FİRİDUN BƏY  KÖÇƏRLİNİN İZİ İLƏ QAZAX MÜƏLLİMLƏR SEMİNAR ...

GÖRKƏMLİ PEDAQOQ FİRİDUN BƏY KÖÇƏRLİNİN İZİ İLƏ QAZAX MÜƏLLİMLƏR SEMİNAR ...

Regionlar, "Şərqin səsi"
Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə ...

Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə ...

MEDİA, Müşfiq Borçalı
Mirzə Həsən Əfəndi  Əlqədari və Azərbaycan

Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan

Ədəbi əlaqələr, Tiflis, Tarix, Turan
MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib

MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib

Yeni nəşrlər, Digər bölmələr
“Azərbaycan” qəzetinin  yenidən fəaliyyətə başlamasının  25 illik Yubiley t ...

“Azərbaycan” qəzetinin yenidən fəaliyyətə başlamasının 25 illik Yubiley t ...

MEDİA, "Şərqin səsi", Müşfiq Borçalı, Köşə yazılar
Bağlarla dostluq. Azərbaycan botanikləri beynəlxalq kooperasiyanı genişlənd ...

Bağlarla dostluq. Azərbaycan botanikləri beynəlxalq kooperasiyanı genişlənd ...

Biologiya və tibb elmləri
MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ

MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ

"Gürcüstan", MEDİA, Təbriklər
KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

Yeni nəşrlər, MEDİA, Gürcüstan, Darvaz, Müşfiq Borçalı

"Ziyayi-Qafqaziyyə" qəzetində milli-mənəvi dəyərlərimizə münasibət

MEDİA
S.Ə.Şirvaninin bir şeirinin bədii və tarixi məqamları

S.Ə.Şirvaninin bir şeirinin bədii və tarixi məqamları

Köşə yazılar
“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - II MƏQALƏ

“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - II MƏQALƏ

Ədəbiyyatşunaslıq
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
PƏRİXANIMın Mənalı Ömür YOLU

PƏRİXANIMın Mənalı Ömür YOLU

Mədəniyyət, Tv
Rəy yazın: