KİÇİK QƏLBİN BÖYÜK HEKAYƏLƏRİ

KİÇİK QƏLBİN BÖYÜK HEKAYƏLƏRİ Naftalan şəhərində kiçik bir ailənin sevinc payı, arzu dünyasından qol-qanad açan kiçik bir mələyi kimi dünyaya gəldi Kubra. O, öz gəlişi ilə nənəsinin kövrək, duyğu dolu dünyasına bir işıq oldu,bir gözəllik gətirdi. Axı o, nənənin anasının adını daşıyırdı.

Beləcə illər keçdi. Bu kicik qız böyüdü və hal-hazırda Naftalan şəhəri Səməd Vurğun adına 2 saylı orta məktəbin 8-ci sinfində təhsil alır, dərs əlaçısıdır, idman sahəsində uğurlu nəticələr göstərib, nailiyyətləri ilə ailəsini sevindirir.


Kubra idmanın cido döyüş növü ilə məşğul olur. Hər kəs onu həvəskar idmançı kimi görsə də o, bu sahədə peşəkar nəticələr göstərib uğurlara imza atır.
Biz isə bu yazıda Kubranın duyğu dünyasından sizlərə geniş və əhatəli danışmaq istəyirik.

Bu balaca qızcığaz öz fikirlərini ağ vərəqə köçürməklə öz duyğu dünyasının qapılarını oxucularının üzünə açmağa çalışır.
Kubra daim öz üzərində çalışan və müşahidəçilik qabiliyyəti yüksək olan bir məktəblidir.
Məhz hər şeyi müşahidə edib araşdırmaq qabiliyyəti ona təhkiyə formasında hadisələri oxucularına aydın və səlis şəkildə çatdırmaq imkanları yaradır.

KİÇİK QƏLBİN BÖYÜK HEKAYƏLƏRİ KİÇİK QƏLBİN BÖYÜK HEKAYƏLƏRİ Kubranın yaradıcı dünyası xırda həcmli hekayələrdən və bir sıra bayatılardan ibarətdir. Hekayələr həcm baxımından kiçik olsa da, məna və məzmun cəhətdən geniş və əhatəlidir. O, öz hekayələrində vətənpərvərlik və yurdsevərlik hislərini tərənnüm edir, qəhrəman əsgərlərin şücaətindən, anaların ismət və ləyaqətindən, dünyamızda baş verən hadisələrin, müharibə və qalmaqalların acı həqiqətlərindən bəhs edir. "Murov qartalı", "Vətən sevgisi ", "Qayıt, Ata" adlı silsilə hekayələr Kubranın Vətən müharibəsi qəhrəmanlarımızın həyat və döyüş yollarına həsr olunmuş əsərlərindəndir. Bu məktəbli qız ürəyində böyük bir Vətən sevgisi daşıyır. Bu da onun atasının 44 günlük müharibə iştirakçısı olmasından, ailədə daima vətənpərvərlik mövzusunda söhbətlər aparılmasından və atanın öz döyüş xatirələrini ailə üzvləri ilə bölüşməsindən irəli gəlir.

KİÇİK QƏLBİN BÖYÜK HEKAYƏLƏRİ Kubranın mütəmadi olaraq dövrü mətbuatda hekayələri çap olunur, onun haqqında təqdirəlayiq fikirlər səslənir, düşüncələr paylaşılır. Kubranın hekayələri antologiyalarda və bir sıra ədəbi-bədii, elmi-publisistik jurnallarda işıq üzü görüb. “Borçalı” nəşriyyatının çap etdiyi "Nəğməli könüllər","Odlar Yurdu Azərbaycan", "Zəfər" və bir sıra başqa antologiyalarda, "Xəzan" ədəbi-bədii jurnalında, "Yurd" ədəbi-bədii, elmi-publisistik jurnalında, Kubra hekayə dünyasının müxtəlif məqamları ilə oxucuların qarşısına çıxır.
Eyni zamanda “Borçalı” nəşriyyatı tərəfindən hazırlanan və istedadlı uşaqlardan bəhs edən "Gənc istedadlar" kitabında da Kubra haqqında olan fikirlər işıq üzü görmüşdür.

Yaşından və mövqeyindən asılı olmayaraq bütün yaradıcı insanlara dost əlini uzadıb onlara dəstək olan dəyərli ziyalımız Müşfiq Borçalı mütəmadi olaraq Kubranın yazılarına “Borçalı” nəşriyyatında çıxan ədəbi-bədii məcmuələrdə yer verir və Kubranın "Vətən sevgisi" adlı ilk hekayələr kitabı da məhz "Borçalı "nəşriyyatında çap olunmuşdur.

KİÇİK QƏLBİN BÖYÜK HEKAYƏLƏRİ Kubra öz hekayələri ilə müxtəlif müsabiqələrdə də iştirak edib müxtəlif diplom və hədiyyələrə layiq görülmüşdür. Belə ki, Kubra Musayeva "Uşaq incəsənət festivalı"-nın peşəkar qalibidir və "İlin yazarı" diplomu, "Qızıl qələm" mükafatı və digər hədiyyələr ilə mükafatlandırılıb.

Yaradıcı fikirlər ilə zəngin olan Kubra artıq bayatılar da yazmağa başlayıb və dəyərli oxucularımıza onun bir sıra bayatılarını təqdim edirik:

O yana,
Odlandım yana-yana.
Vətən deyib çağırram
İgidlərim oyana…

Yada,
Sirr vermə heç bir yada,
Canım qurban edərəm,
Vətənimə, dünyada...

Dağdı,
Zirvəsi qarlı dağdı,
Yağı Vətən taladı,
Sinədə bu da dağdı…

Dağdı bu,
Arandı bu, dağdı bu,
Dərdimi tərpətməyin,
Çox göynədən dağdı bu.

Çəkən var,
El dərdini çəkən var,
Tez fırçamı gətirin,
Yurd rəsmini çəkən var...

Salandı,
Dərddən yuva salandı,
İgidləri haylayın,
Vətənimiz talandı...

Xəbər vermə o yada,
Gəlib bizi oyada,
Elimiz rahat olsun,
Yaşayaq bu dünyada...

Vətənimizin köksündə boy atan kiçik, zərif çiçəkdi Kubra. Özündə tarix yaşadan və tarix yaradanların zamanında yaşayan, yazıb-yaradan bu istedadlı qızımıza uğurlar diləyir, duyğu və düşüncələrini ruhunun dili və qəlbinin sevgisi ilə daim oxucularına çatdıra bilməsini arzu edirəm. Sonda nənəsi Sehran Süleymanovanın diliylə Kubraya ünvanladığım şeirimi sizlərə təqdim edirəm.

KUBRAMA SEVGİLƏRLƏ

Gözəl qızım, mələyim,
Saf arzum, xoş diləyim.
O şirin baxışına necə,
Qurban deməyim?

Sən anamın adaşı,
Sən könlümün sirdaşı.
Sənə olan dəyəri,
Hər an qürurla, daşı!

Kubram, qəlbin şad olsun,
Kədər sənə yad olsun.
Sevincin aşsın, daşsın,
Qoy, könlün abad olsun.

Səni uğura aparan yolda əzmin, iradən, sevgin heç vaxt tükənməsin, Kubra...

Ramilə ƏLİYEVA,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
"NUR OCAĞI" Ədəbi Məclisinin mətbuat katibi,
“Zirvə” və “Zəfər” mükafatları laureatı

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MƏKTƏBLİ QIZIN YARADICI DÜNYASI

MƏKTƏBLİ QIZIN YARADICI DÜNYASI

Gənc istedadlar

"NUR OCAĞI" Ədəbi-bədii Məclisi - dünənimiz, bu günümüz, sabahımız...

QHT, Köşə yazılar
VƏTƏNPƏRVƏR MƏKTƏBLİ - Zinyət Bağırova

VƏTƏNPƏRVƏR MƏKTƏBLİ - Zinyət Bağırova

Gənc istedadlar
Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!....
MEHRİBAN İBRAHİMOVA (1958)

MEHRİBAN İBRAHİMOVA (1958)

Müsabiqə
“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Humanitar elmlər
KÜBRA MUSAYEVA (2010)

KÜBRA MUSAYEVA (2010)

Nəsr, Müsabiqə
AYSEL NAZİMQIZI (1989)

AYSEL NAZİMQIZI (1989)

Müsabiqə
Nəhayət Şirinova (1981):

Nəhayət Şirinova (1981): "GİZLƏ MƏNİ ÜRƏYİNDƏ"

Müsabiqə
İsaxan  İlyazoğlu  (1960)

İsaxan İlyazoğlu (1960)

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb

“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

"SALDO", Təbriklər
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni nəşrlər, Humanitar elmlər, Nəsr
Gəncləri döyüşə, qələbəyə səsləyən kitab

Gəncləri döyüşə, qələbəyə səsləyən kitab

Yeni nəşrlər
Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan, Təbriklər
Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..

Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..

Başkeçid, Müşfiq Borçalı

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Rəy yazın: