Sevimli həmkarımız,
dəyərli qələm dostumuz,
istedadlı şair, tanınmış jurnalist,
“Abdulla Şaiq”, “Zirvə” və
“Zəfər” mükafatları laureatı
TOFİQ HƏSRƏT bu günlərdə
"TURAN" İnformasiya Mərkəzinin
“Turan.İnfo.AZ” saytının redaktoru,
eyni zamanda,
"TURAN" Ədəbi Məclisinin və
eyniadlı Məcmuənin rəhbəri
təyin olunub.
Tofiq Həsrət - 24 oktyabr 1988-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonundakı Əzizli kəndində anadan olub.
Məlum səbəblərdən dolayı 1988-ci ildə öz ata-baba elindən ayrılaraq Göygöl rayonunun Çaykənd kəndində məskunlaşmışdır.
Hazırda Bakı şəhərində yaşayır.
Aşıq yaradıcılığına, poeziyaya olan böyük sevgisi və vətən həsrəti onu şair kimi formalaşmağında mühüm rol oynamışdır.
Şairin ən böyük arzusu yazılarındanda göründüyü kimi, Kərkükdən Uyğurlara, Sibiryadan Təbrizə qədər olan əraziləri bütöv, sonuncu TÜRK nəfərini xoşbəxt və azad görməkdir.
Şeirləri müxtəlif mətbuat orqanlarında, bir sıra antologiya və toplularda, o cümlədən, "Qəlbimin səsi" ədəbi məcmuəsində dərc olunub.
Biz də çox hörmətli Tofiq Həsrəti
yeni vəzifəyə təyin olunması münasibətlə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq
və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza təqdim edirik!..
AY ANA
Bir biləsən bu gün necə darıxdım,
Nələr ürəyimdən keçdi ay ana.
Heç bilmədim nə eləyəm, duruxdum,
Həyat puçdu ömür puçdu ay ana.
Bir an kəsmir, nə güzarım, gileyim,
Hökmü dəhşət imiş zalım taleyin.
Sirrimi, sözümü kimlərə deyim?
Məni qara günlər seçdi ay ana.
Kədər axır gözlərimdən hər səhər,
Sənsiz balda yesəm zəhərdir, zəhər.
Dözüb dayanıram dərdə birtəhər.
Ağrılar sinəmi deşdi ay ana.
Bilmirəm bitərmi bu qəm bu Həsrət?
Bizi ayrı salan dövrana lənət.
Allahıma eləyirəm əmanət,
Görməmiş ölarəm işdi ay ana.
BİZ QATİLİK
Duyursanmı ayrılığın dadını?
Xoşuna gəlirmi tənha yaşamaq?
Karıxanda çəkirsənmi adımı?
Heç, olurmu məni mənsiz oxşamaq?
Oyaq qalırsanmı gecələr səndə?
Göz yaşıyla islanırmı köynəyin?
Səndən nə gizlədim arabir məndə,
Darıxanda heç bilmirəm neyləyim.
Bəzən gəlir, soyuq evdə sobanı,
Yandırmamış pal paltarlı yatıram.
Köynək, şalvar çirk gəzirəm hər yanı,
Sevgi dilənirəm, arzu satıram.
Hərdən ac yatıram qırıq divanda,
Görürəm yuxumda isti xörəyi.
Durur əl izlərin qabda qazanda,
Oyanıb yeyirəm quru çörəyi.
Tənhalar nə yaman pis yaşayarmış,
Hər nə gəldi doldurarmış dibləri.
İnsan özü öz əliylə yıxarmış,
Allah yıxa bilmədiyi evləri.
BİR DARIXAN VAR
Məkkə Mədinəsən Allahsan nəsən?
Burda səndən ötrü bir darıxan var.
Yadına düşəndə əlləri əsən,
Dodağı titrəyib hey karıxan var.
Burda səndən ötrü bir darıxan var.
Sevinci Apardın saxladın qəmi,
Bu qədər imansız iymişsən yəni?
Gecələr qəm parçalayır sinəmi,
Öz əliylə öz evini yıxan var.
Burda səndən ötrü bir darıxan var.
Mürgüləyən xatirələr oyanır,
Nəfəs gəlir gedir ürək dayanır.
Aşkar, aşkar ağlamaga utanır,
Göz yaşları ürəyinə axan var.
Burda səndən ötrü bir darıxan var.
Şaxta sazaq yanan qəlbi soyutmaz,
Dərd çəkən adamı dərman uyutmaz.
Ağrısı çox əzabı çox ümid az.
Həsrət həsrət yollarına baxan var.
Burda səndən ötrü bir darıxan var.
ZiM.Az ,
Ziya.İnfo.Az ,
Zirve.İnfo,
Zirve.İnfo.Az ,
Zefer.İnfo.Az ,
Yurd.İnfo.Az ,
Turan.İnfo.Az ,
Vetenim.Az ,
Vetenim.info
Bolnisi.Az
Borcali.org
.