ƏFSANƏ NUR SAÇAN ZƏHRA ULDUZU-
XÜSUSİLƏ DƏ ƏN ÇOX SEVİLƏN ARİF SƏLİMOVUN MƏLƏK QIZI,
ZƏHRA XANIMIN AD GÜNÜNƏ HƏSR OLUNUB.
Yeri, göyü, asimanı yaradan Rəbbimə şükürlər olsun!
O uca Tanrım əvvəl odu, sonra suyu, torpağı yaratdı.
Torpağa sahib çıxsın deyə yaratdığı canlıların ən alisini, əşrəfi olan insanı yaratdı.
Uca Rəbbim dörd qanadlı mələkləri hüzuruna çağırır və deyir.
- Müqəddəs "Quranı Kərim" də Qələm surəsi vardır.
O müqəddəs surədə deyilir və yazılır.
- Allahın istədiyi şəxsə hikmət, elm, mərifət, müdriklik bəxş edər.
Kimə bəxş etmişsə, onun çoxlu xeyir (əbədi səadət) vermişdir.
Bunu ancaq ağıllı adamlar dərk edirlər.
Bu kitab dünya əhlinə öyüddən başqa bir şey deyil.
Indi dörd qanadlı mələklər yerə enməlidirlər!
Mənim əmrimi yerinə yetirməlidirlər.
- Çox pak, qəlbli dürüst, halal bir insan tapmalıdırlar.
Həmin insanın ən əlçatmaz arzusunu yerinə yetirməlidirlər.
-Dörd qanadlı mələk qorxa - qorxa dedi.:
- Hər şeyə qadir Allahım ! Biz həmin insanın bir arzusunu yerinə yetirəcəyik?
- Uca Rəbbim, bir an fikrə getdi və
Sonra dedi:
- Əgər o , insan zəkalı, arif insan olarsa, onun üç arzusunu yerinə yetirəcəksiniz.
- Oldu Uca Rəbbim.
- Biz mələklər elə bu an yerə enəcəyik.
-Yolunuz açıq, olsun, uğurlu olsun.
Amin səsləri arxalarıycan səsləndi.
Bir məmləkətdə Arif adlı, mərd bir gənc yaşayırdı.
- Onu izləməyə başladılar.
- Arif hər gün "Gülüstan "bağına gedər, çiçəkləri sulayar, tər tökər, əziyyət çəkər, quşların da ruzusunu kəsməzdi.
Hamıya əlindən gələn köməyi edərdi.
Arifi məhz bu sadəliyinə görə hamı da onu çox sevərdi.
- Arif axşam namazını qıldıqdan sonra yatar.
- Səhər oyananda üzərində mələk qanadına bənzər bir qələm görər.
- Heyrət içində yerindən qalxıb deyir;
- İlahi, sehirli qələmdir bu...
Qələmi sağa, sola çevirir..
Sanki mələk qanadına bənzəyir.
İçdən, dərindən bir nəfəs alır.
- Tanrım mənim dualarımı eşitmişdir.
Başını qaldırıb səmaya baxır, hey baxır..
- Səmada qızılıya çalan, ağ bir ulduz parlayırdı.
O, bütün günü Ana təbiətin seyrinə çıxar, bülbüllərin ecazkar səsinə qulaq asardı.
Arif təbiətin bu gözəlliyindən ilham alaraq, həzin nəğmələr oxumağa başlayardı.
Onun səsinə valeh olan uçan quşlar, bülbüllər, torağay ağacın budağına qonub, onu dinləyərdilər.
Mələklər o gündən onu izləməyə başladılar.
Bir gecə yarısı Arif namaz qılarkən əlini uca Rəbbimə uzadaraq dua edər.
- Ey, yerin, göyün sahibi, Mən qulunu da eşit.
Mənə elə istedad, əlimə elə bir qələm ver ki, könülləri riqqətə gətirə bilim.
Bir də məni övlad payı ilə mükafatlandırsan əbədi xoşbəxt olaram.
- Mələklərə çox maraqlı idi, görəsən, o necə qəlbə sahibdir?
- Bu zaman Arif başını göyə qaldırıb səmanı seyr etdi.
- Ayın ətrafında bir qızılı ulduz gur işıq saçırdı.
- Arif öz- özünə dedi;
- Bax bu mənim ulduzumdur "Zəhra" ulduzumdur .
Beləcə aylar keçdi. .
Arif bilməsə də, lakin bir Allah, bir mələklər bilirdi.
Tanrı ona istedad, bir də övlad payı bağışlamışdır.
Həmin övladının adını Arif ağ işıq ulduz, "Zəhra" qoymuşdur.
Zəhra öz adına məxsus zəkalı, kamallı bir qız idi.
O, qədər mərhəmətli qəlbə sahib idi ki, İlahi, deməklə qurtarmazdı.
Bütün insanlara, canlılara qarşı rəhimli və mərhəmətli davranırdı.
- Bir gün Zəhra atasından adının mənasını soruşur?
- Ata niyə məhz mənim adımı Zəhra qoydun?
- Gözəl qızım indi mənə diqqətlə qulaq as!
- "Zəhra " sözünün mənası "Parlaq " deməkdir.
Ərəb dilində qırmızıya çalan qızılı, ağ işığa "Zəhra "deyirlər.
Ulduzlar yer əhlinə işıq saçdığı, kimi mənim də arzum odur ki, sən də parlaq, zəkanla, qəlbinin nuru ilə kainata işıq saçamağını istəyirəm.
- Gözəl və mərhəmətli Ata!
Əmin ola bilərsən!
Mən Ədalətli vicdanlı, mərhəmətli, rəhimli qəlbə sahib olacam.
İnsanları sevəcəm, yalnız gözəllikləri yer üzünə səpəcəm.
- Gözəl qızım, insanın bəsirət gözləri açıq olduqca, kamilləşər, mələk cisminə yaxın olar.
Sən mənim ümidim, əbədi xoşbəxtliyimsən.
- Mələklər kənardan onu izləyirdilər.
Bəli biz Arifin hər üç arzusunu yerinə yetirdik.
Burda boynumuza düşən
vəzifəmizi, Rəbbimizin əmrini yerinə yetirmiş olduq.
- Indi Uca Rəbbimin hüzuruna yollanmalıyıq. Yeni əmrlərini yerinə yetirmək üçün...
Sonda mələklərin dilindən yer üzünə bu sözlər əbədi iz saldı.
Rəhman və Rəhim Allahın adı ilə Həmd olsun Allaha, göyləri və yeri yaradana, mələkləri elçi göndərənlərə.
Ona görə ki, Allah hər şeyə qadirdir.
Arzuma, kamıma, axırda çatdım.
Qızım səni parlaq bir ulduz sandım.
Hüsnün şöhrət versin sənə gün-gündən.
Nurun şölə saçın qoy yer üzünə.
Rəbbimə, əhdimə, mən sadiq qaldım.
Səni dan ulduzu, kainat sandım!
11 KİTABIN, 100-dən çox BƏDİİ ƏSƏRİN,
200-dən çox ƏFSANƏNİN MÜƏLLİFİ
və İCTİMAİ XADIM:
SEVİNC AĞAXƏLIL QIZI.
Turan.İnfo.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.



















