Gecənin rəngini duyan ahıskalı gənc şairə: Gözəl Paşaliyeva

Gecənin rəngini duyan ahıskalı gənc şairə: Gözəl Paşaliyeva Ahıska türklərinin sürgün dövrünün mənəvi-mədəni həyatında mühüm rol oynayan yazıçı və şairlər əsasən iki ədəbi mərkəzdə - Azərbaycanda Yaşayan Ahıska türk Yazarlar Birliyində və Bursada fəaliyyət göstərən ədib Mirçevat Ahıskalı ədəbi məktəbində cəmləşib. Bu yazarların əsərləri sürgün dövründə ondan çox ölkədə yaşayan Ahıska türklərinin milli birliyinin qorumasında, etnik mədəniyyətinin varlığında müstəsna rol oynayır. Son dövrlərdə ahıskalı gənclərin də ədəbi yaradıcılığa başlaması, bir çox gənc şair və nasirlərin milli mövzuda dəyərli əsərlər yazması Ahıska ədəbi ənənələrinin davamlı olacağına əminlik yaradır.
Belə gənc yazarlardan biri də sürgün olunmuş ahıskalı ailənin övladı olan Gözəl Əlisoy Paşaliyevadır.


Gözəl Paşaliyeva - 1998-ci ildə Azərbaycanın Hacıqabul rayonunda Ahıska türkləri ailəsində anadan olub. İbtidai, orta və lisey təhsilini həmin rayonda başa vurduqdan sonra 2015-ci ildə Türkiyədə Giresun Universitetinin Sağlamlıq Elmləri Fakültəsinin Mamalıq bölümünə qəbul olunub və müvəffəqiyyətlə bitirib.
Universitet illərində ailəsi Bursaya köçdükdən sonra Gözəl orada yaşamağa başlayıb. Təxminən eyni vaxtda Ahıska türklərinin xalq şairi, ədəbi aləmdə ona ilham və yol göstərəcək Mircevat Ahıskalı ilə tanış olub. Bu əlamətdar görüş onun ədəbi səyahətinin başlanğıcı olub. Müəllimi Mircevat Ahıskalının rəhbərliyi ilə gözəl romanlar yazmağa da başlayıb və 2022-ci ildə ilk əsəri “Son köç”ü nəşr etdirib.
İncəsənətin müxtəlif sahələrinə marağı və bu sahədə zehni, elmi inkişafını davam etdirən Gözəl Paşaliyeva hazırda Üsküdar Universitetində dissertasiya işi ilə magistr təhsilini davam etdirməkdədir. Həm ədəbiyyata, həm də musiqiyə böyük marağı olan Gözəl, violonçel və fortepiano üzrə fərdi təhsilini davam etdirir. Beləliklə, o, həm sözlərin, həm də notların dili ilə özünü ifadə etməyi xəyal edir.
Yaradıcılığa başlamasında ustadı Mircevat Ahıskalı ilə yanaşı, ailəsinin, xüsusən anasının fədakarlığını da xüsusi qeyd edir və bu duyğularını “Gecənin rəngi” adlı şeirlər kitabının ithafında belə ifadə edir:
“İthaf
Fədakarlıq
Sən mənim ən böyük dəstəkçim oldun, hər zaman yanımda oldun, məni sevgi və güvənlə əhatə etdin və yazdığım hər sözün arxasında varlığını hiss etdirdin.
Sənin varlığın, sevgin, hərarətin heç vaxt sönməyən, həmişə yolumu işıqlandıran günəş kimidir. Sonsuz təşəkkürlə bu kitabı sənə həsr edirəm, əziz anam...”
Ahıskalı gənc yazarın hələ tələbə olduğu dövrdəki belə zəngin, rəngarəng, mənalı həyatı, sənətin müxtəlif sahələrinə olan marağı, xüsusən ədəbi yaradıcılıqla ciddi məşğul olması Gözəl Paşaliyeva imzasının arxasında istedadlı, savadlı, ciddi, incəsənəti, ədəbiyyatı öz fərdi peşə fəaliyyəti ilə yanaşı, həyatının başlıca amalı hesab edən bir sənət adamı, incə duyğulu şairə, iti qələmli romançının durduğunu göstərir.
Gənc şairənin yeni kitabında məni xüsusi cəlb edən xüsusiyyət – gənc şairənin klassik şeirimizin aparıcı ölçüsü olan əruza müraciət etməsidir. Mürəkkəb quruluşa və janr sisteminə malik, ərəb dilinin ahənginə uyğun əruz vəznində yazmaq üçün klassik ədəbiyyatı dərindən bilmək, əruzu yalnız anlamaq deyil, həm də duymaq tələb olunur. Buna görə də modernist meyllərin geniş yayılmaqda olduğu müasir türk ədəbiyyatında, istər Azərbaycan, istər Türkiyədə, gənclər əruza geniş müraciət etmir, yeni, əsasən Qərb şeir vəzn və janrlarına üstünlük verirlər.
Lakin hər bir vəzn və janr sadəcə formal qəlib deyil, poetik intonasiya, ovqat və semantika daşıyıcısıdır və buna görə də klassik şeir, nəsr janrlarının, vəznlərin unudulub sıradan çıxması ənənəvi milli-mənəvi dəyərlərin sıradan çıxması deməkdir.
Gənc şairə Gözəl Paşaliyevanın əruz vəzninə müraciət edib şeir toplusu ortaya qoyması buna görə mənə çox cəsarətli və riskli addım kimi göründü. Lakin onu da anladım ki, gənc şairəyə bu cəsarəti verən də məhz onun ustadı, ədəbi müəllimi, kamil şair və mütəfəkkir ziyalı, vətən sevdalısı Mircevat Ahıskalı olmuşdur.
Klassik və çağdaş şeir janrlarının dərin bilicisi Mircevat Ahıskalı əruz vəzninin kamil bilicisi olmaqla yanaşı, həm də əruzda dəyərli şeirlər yazan şairdir. Onun öyrəncisinin də qələmini əruzda sınaması təqdirəlayiq haldır.
Gözəl Paşaliyeva əsl ziyalıya xas qədirbilənliklə müəllimi Mircevatın əməyini yüksək səviyyədə qeyd edir, ona səmimi minnətdarlığını kitabına olan “Ön söz”ündə ifadə edir:
“Elə hisslər var ki, onları qəlbində saxlamaq olmur, sözlə ifadə olunmağı tələb edir. Bu kitabda siz məhəbbətin ən saf formasından tutmuş vətənpərvərliyə, Vətən həsrətindən tutmuş milli şüura qədər misralarla ifadə olunmuş çoxlu duyğu və düşüncələrə rast gələcəksiniz.
Hər bir şeir ürəyimdə yığılan hisslərin əks-sədasıdır, müşahidələrin, hisslərin proyeksiyasıdır. Ümid edirəm ki, bu sətirləri oxuyan hər kəsin içində bir işıq alovlanacaq və hissləri cavab tapacaq. Şeir sadəcə söz deyil; bu bir ruhdur, hissdir, təcrübədir və nə qədər ki, insan ruhu hiss edir, şeir həmişə var olacaq...
Sənət həmişə mənim içimdə böyük bir arzu olub... Eşitmişəm ki, insan qəlbində bir həsrət daşıyırsa və onu kifayət qədər arzulayırsa, sonunda ona çatar. Mən də şeirə elə bir həsrətlə başladım. Yazmağa başlayanda hisslərimi sözlə ifadə etməyin sehrini hiss etdim, amma şeirin incəliklərini tam dərk etmədim. Hər sətir bir məna, hər söz bir ruh daşıyırdı və bu yolda özümü təkmilləşdirməyə can atırdım. Bu prosesdə hörmətli müəllimim Mircevət Ahıskalı ilə tanış oldum.
O, mənə öyrətdi ki, şeir təkcə sətirlərdən ibarət deyil; hər bir şeir növünün özünəməxsus qaydaları var ki, hər misrada harmoniya var, hər söz bir məna daşıyır. Şeirin ruhunu, duyğusunu, incəliklərini dərk etməkdə mənə yol göstərdi. Onun sayəsində sözlərimi formalaşdırdım, sətirlərimi dərinləşdirdim və bu kitabı yazmağa cəsarət tapdım.
Mircevatın Hocanın mənə verdiyi töhfə təkcə onun müəllimliyi ilə məhdudlaşmırdı; zaman keçdikcə, məni tanıdıqca o mənə bir təxəllüs də məqbul hesab etdi: “Tənbəl”. Müəllimimin dediyinə görə, mən öz içimdə çox gözəl bir istedada sahib idim, lakin bu istedad çox vaxt səbirsizlik və davamsızlıq kölgəsində qalırdı.
“Bu qədər istedadla bu qədər tənbəl olmaq olarmı?” deyə gileylənərkən, o, əslində potensialımın sərhədlərini gördü, bəlkə də hələ görmədiyim üfüqlərə işarə etdi. Əgər mən o tənbəlliyə boyun əyməsəydim, bədii məhsuldarlığım tamam başqa cür təzahür edə bilər, daha dərin intellektual aləmlərdə mövcud ola bilərdim.
Bu kitab bəlkə onun şirin məzəmmətlərinə səssiz cavabdır, bəlkə də içimdəki “Tənbəl”in söz qarşısında baş əydiyi bir xatirədir...
Əziz oxucularım, sizləri öz işimlə baş-başa buraxmazdan əvvəl, mənə verdiyi hər şeyə görə dəyərli müəllimim Mircevət Ahıskalıya sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Hörmət və minnətdarlıqla.
Gözəl Paşəliyeva”.
Kitaba yazdığı 12 səhifəlik Giriş hissəsində Şair, Araştırmacı Yazar Mircevat AHISKALI Gözəl Paşəliyevanın əsərləri, yaradıcılıq üsulu, fərdi üslubu, ümumən şeir, şairlik haqqında dəyərli düşüncələrini bölüşür. Şairliyin mənəvi gərginlik, daxili axtarış, mənalar aləminə varmaq, ali həqiqəti xalqa çatdırmaq kimi vəzifələrə yönəldiyini bildirir və bu kontekstdə Gözəl Paşaliyevanın əsərləri haqqında mülahizələrini oxucularla bölüşür.
Mircevat Hoca artıq 81 il ərzində sürgündə olan ahıskalıların həyat fəlsəfəsinin, yaşam tərzinin, düşüncələrinin və ədəbiyyatının başlıca amalının vətən həsrəti, qürbət acısı olduğunu bildirir. Hər bir ahıskalı ziyalı, şair, qələm adamı kimi, Gözəl Paşaliyeva də bu həqiqəti qəbul edərək “Kara Kasım” müxəmməsində yüksək poetikliklə, təbiət və insan arasında psixoloji paralellik və həssas duyğusallıqla bəyan edir:

Yine karardı dünyam, içim dert ile doldu,
Esti keder rüzgârı, sevinç güllerim soldu,
Bilir misin ey dünya, bu ayda neler oldu.
Neden bu ayda bizim, yüreğimiz yaradır?
Bilir misin ne için, kasım bize karadır?..

...Yaprak yaprak döküldü, neyim varsa savurdu?
Göstermedi gün yüzü, elem bizi kavurdu,
Koptu tufan fırtına, hasret karaya vurdu.
Vatana gitmeyen yol gurbetedir, daradır,
Bilir misin ne için, kasım bize karadır?..


...Durduramam kanıyor, yüreğimin yarası,
Dert, kederle bezeli, on bir ayın karası,
Mülazemet ediyor, acı, zulmet arası.
Etle tırnak birleşmez, birleşmeyen aradır?
Bilir misin ne için, kasım bize karadır?..

...Haykırırım derdimi işiten yok, duyan yok,
Adalet kâğıtlarda, icraat yok, uyan yok,
İnsan hakları sözde, insanları sayan yok.
Soran, sorgulayan yok, neden yürek paredir,
Bilir misin ne için, kasım bize karadır?

Azərbaycanda doğulub yaşamış, Azərbaycanı doğma vətən olaraq sevən, hazırda Türkiyədə yaşayıb fəaliyyət göstərən şairə Gözəl Paşalıyeva türklüyün ortaq acılarını, qəhrəmanlıq səhifələrini şəxsi faciə kimi yaşayır, bu milli hissləri “Çanakkale geçilmez”, “Şehidim”, “Hocalı Katliamı”, “Qürbet”, “Yeter dönmesin dünya” kimi müxəmməslərdə milli faciələr, Çanaqqala, Qarabağ şəhidləri xatırlanır, türk birliyi, milli qürur vəsf olunur. Ahıskalının qürbət dərdi, Azərbaycan türkünün Xocalı faciəsi ilə həmahənglik qazanır, Ahıska türklərinin də qətl edildiyi bu faciənin ortaqlığı, yağılara, düşmənə qarşı nifrin və qəzəb ifadə olunur:

GURBET
Dile gelir de durur, söylenemez bir sözdür,
Özümü aradığım, onca yabancı gözdür,
Benliğim sorulunca, cevap yarama közdür.
Her kelamda bedenim, bir kor gibi yanıyor,
Gurbet beni hasretle, yanan gözden tanıyor...

HOCALI KATLİAMI
Gece başka karaydı, başka sükûnet vardı,
Birden koptu kıyamet, şehri alevler sardı,
Masum biçarelere, dünya azaptı, nardı.
Yanarak küle döndü, küle döndü onca can,
Sızısı geçer mi hiç, unutulur mu bir an?

Kan ile kaplı şehri, baştan ayrı bedeni,
Unutur mu bu gözler, onca zulüm edeni,
Evladını anadan koparmanın nedeni.
Ne idi aldılar can, Hocalıda aktı kan?
Sızısı geçer mi hiç, unutulur mu bir an?

Şeirin növbəti sətrində Xocalı faciəsi insanlığa, bəşərə, mənəviyyata qarşı cinayət kimi təqdim edilir:

Hocalıda katliam, Hocalıda ahu zar,
Nice yuva yıkıldı, nice kalpte yara var,
Öz yurdunda millete, koca dünya oldu dar.
Gündüz zulmete döndü, artık açılmıyor tan,
Sızısı geçer mi hiç, unutulur mu bir an?

“Şehidim” müxəmməsində türklərin tarix boyu alnına yazılmış şəhidlik qədəri, vətən uğrunda, xalq uğrunda şəhadət dərin kədər və buna uyğun üslubi ağırlıq, bədii ifadə vasitələrinin faciəvi tonallığa uyğunluğu izlənir, bu poetik özəllik müxəmməsə elegiya səciyyəsi verir:

Bak nasıl da karanlık, nasıl habis bir gündür,
Bilirim herkes gibi, şehitlik yüce ündür,
Gel de anlat gönlüme, gel de ateşi söndür.
Yanıyor cayır cayır, dindirmiyor gözyaşı,
Sarar mı benim gibi, soğuk bir mezar taşı?

Şəhidlə xəyali dialoqa girən lirik qəhrəman canını vətənə fəda etmiş qəhrəmanın qətiyyəti, dönməzliyi, sarsılmaz vətən sevdası qarşısında milli qürur duyur:
Eskimiyor, eskimez, eksiltir her anımda,
Kabullenmiyor asla, istiyorum yanımda,
Dedin ki; feda olsun, bu canım da, kanım da!
Vatan sağ olsun, dedim, dağıttım acı aşı,
Sarar mı benim gibi, soğuk bir mezar taşı?

Rahat uyu şehidim, huzurla dolsun yerin,
Ama dayanamam ben, derin yaram, çok derin,
Dilim varmaz, diyemem, oğlumu geri verin.
Söyle dayanır mı kalp, kanlı gömleği, na'şı?
Sarar mı benim gibi, soğuk bir mezar taşı?

Şairə şəhid obrazını məcaziləşdirilən təbiət fonunda təfsir edir və bu anlayış şəhidlik motivinə qlobal kosmoqonik məzmun verir:

Bahar gelir mi yurda, güneş yine doğar mı?
Yazın açan çiçekler, bu kasveti boğar mı?
Bu hüzünlü gözlere, tatlı düşler sığar mı?
Nicesini yitirdik, nice kınalı başı.
Sarar mı benim gibi, soğuk bir mezar taşı?

Lakin topluda əhəmiyyətli yer tutan faciəvi notlarla yanaşı, müxəmməslər, qəzəllər, xalq şeiri janrlarında,sərbəst şeirlərdə, beyt və dördlüklərdə məhəbbət, sevinc, həyat eşqi kimi motivlər, fəlsəfi düşüncələr də var. Müəllif dünyanın düzənsiz axarına baxmayaraq, həyatın sonsuzluğunu, haqq və ədalətin, sevgi və məhəbbətin qalib olacağını təqdiqləyir və oxucusuna aşılayır:

Aşk oduna yanmayınca, bilmez bu hâl-i derûnu,
Can vermeyen hiç anmasın, cânâna cân-ü dîlini.

Aşk oduna sabreyleyen, deryâ-yı hicrânı geçer,
Mecnûn olan ki her zaman, aşk ile mihnâti seçer.

Görünce hüsnünü mest oldum ey, mâh-ı hayâl,
Lâkin erişmek ne mümkün, o nazlı bir visâl.
Aşkınla perişanım, dil-i zârım ben her dem,
Gülüşünde gizlidir, ahvalim ki ne ahvâl.

Mecnûn gibi düştüm, aşkın derdine,
İçinde aşk yoksa kalbin derdi ne?
Görmek ne hoş seni, dokunmak hayâl,
Bir sevda yazıldı, düştü derine.

Anne muhabbettir, vefalı bir yâr
Varlığı huzurdur, sevgiyle sarar.
Başımı yasladım, kalbine tekrar,
Her an görsem bile gözlerim arar.


DÜNYA KAPKARANLIK
BİR YER SAHİDEN
Gözlerim buğulu,
Yüreğim ağlar.

Almıyor,
Aklım almıyor.
Bu sessiz çığlığım dinmiyor neden?

Zor,
Gördüğüm gerçeği kabullenmek zor.
Bu ıssız gemide sürüklenemem.

Sisli gökyüzünden ağıt yağıyor,
Onca can bu katle boyun eğiyor.

İnsanlık kör, sağır, insanlık suskun,
İnsanlık bu suçu görmüyor neden?
Bu illet, gözyaşı dinmiyor neden?

Kimsenin kimseye bir faydası yok,
Hiçbir el bu yaşı silmiyor neden?

Neden sürüklendik bu kıyamete?
Neden izleniyor bu büyük kıyım?
Göğsümde ağırlık, nefesler kesen...

Yarayı saran yok, soran olmadı,
Mazlumun yüzüne gülen olmadı.

Zihnim karıştı, karmakarışık,
İnsanlar zulme olmuşlar âşık.

Karıştı sorular cevap bulamam,
Bu zalim düzene ortak olamam.

Kan kokusu var,
Aldığım solukta kan kokusu var.

Kan kokuyor,
İster gökyüzü, isterse zemin,
Doğanın rengi donuk, öldü ruhlar,
Bitti hayatlar.

Vahşetin sesi yok, duyan olmadı,
Canlar alındı da gören olmadı,
Dünyadan yardıma gelen olmadı.

Bu nasıl bir sızı, diyen yok neden?
Dünya kapkaranlık bir yer sahiden...

Beləliklə, Azərbaycanda doğulub məktəb təhsili almış, hazırda Türkiyədə yaşayan ahıskalı gənc şairə Ahıska türklərinin zəngin ədəbi ənənələrini davam etdirən, Bursada fəaliyyət göstərən Mircevat Ahıskalı ədəbi məktəbinin istedadlı nümayəndəsi olaraq, əruz, xalq şeiri, sərbəst şeir vəznlərində yazdığı orijinal şeirləri ilə qürbətdə yaşayan soydaşlarının və erməni işğalına məruz qalmış Azərbaycan türklərinin həyatına, çağdaş tarixinə aid hadisələrə poetik tərzdə reaksiya verməklə yanaşı, fəlsəfi, mənəvi-əxlaqi məzmunlu şeirləri ilə maarifçilik missiyasını yerinə yetirir. Gənc şairəyə yeni yaradıcılıq uğurları, doğma vətəndə yaradıcılıq fəaliyyətini davam etməyi arzulayırıq.


Gecənin rəngini duyan ahıskalı gənc şairə: Gözəl Paşaliyeva

Asif Hacılı,
Filologiya elmləri doktoru, professor

elm.info.az


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BANA DOKTORA DİPLOMU VEREN İNSAN!..

BANA DOKTORA DİPLOMU VEREN İNSAN!..

Humanitar elmlər, Turan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov

"NUR OCAĞI" Ədəbi-bədii Məclisi - dünənimiz, bu günümüz, sabahımız...

QHT, Köşə yazılar
RASİM KAVLAK ÇORUM (1961)

RASİM KAVLAK ÇORUM (1961)

Turan
ADNAN ASSAFOĞLU (1962)

ADNAN ASSAFOĞLU (1962)

Turan
Mehmet Çiftlikli

Mehmet Çiftlikli

Müsabiqə, Turan
YURDANUR GENÇ hanımın ŞİİRLERİ

YURDANUR GENÇ hanımın ŞİİRLERİ

Poeziya, Müsabiqə, Turan
Gülsüm GÜLMEZ:

Gülsüm GÜLMEZ: "AZERBAYCAN-TÜRKİYE"

Turan
Bitmədi fələyin ayrılıq dəmi... (Ahıskalı el şairi Məhəmməd Paşalioğlunun q ...

Bitmədi fələyin ayrılıq dəmi... (Ahıskalı el şairi Məhəmməd Paşalioğlunun q ...

Humanitar elmlər, Elmi Məqalələr, Turan
Leyla Koçak Oruc (1963):

Leyla Koçak Oruc (1963): "ÇALDI BENİ"

Müsabiqə, Turan
Leyla Koçak Oruc (1963)

Leyla Koçak Oruc (1963)

Müsabiqə, Turan
Husam Camal DABBAĞOĞLU (1964)

Husam Camal DABBAĞOĞLU (1964)

Müsabiqə, Turan, Cənubi Azərbaycan
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Beynəlxalq simpoziumda “Ahıska türkləri Azərbaycanda” mövzusunda məruzə din ...

Beynəlxalq simpoziumda “Ahıska türkləri Azərbaycanda” mövzusunda məruzə din ...

Turan
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Yeni nəşrlər, Digər ali məktəblər, "Elm və Təhsil", Turan
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
Yunis QARAXANOV:

Yunis QARAXANOV: "ÖLÜM UCUZLAŞIB YAMAN!.."

Qarayazı, Müsabiqə
İLTİMAS İSMAYIL: Son kez öpüyorum, git güle güle...

İLTİMAS İSMAYIL: Son kez öpüyorum, git güle güle...

Naxçıvan, Poeziya, Müsabiqə, Turan
İki Vətənin şair övladı

İki Vətənin şair övladı

"Varlıq", Bolus
Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Ədəbi tənqid, Köşə yazılar
Rəy yazın: