
2023-cü ildə “Altun qələm” mükafatına layiq görülüb.
Hazırda Gəncə şəhərində yaşayır, ailəlidir, iki övladı var.
QURBANAM
Mən bu elin bu obanın hər zaman,
Doğma isti qucağına qurbanam.
Bu torpağa keşik çəkən əsgərin,
Silahına yarağına qurbanam.
Azərbaycan torpağına qurbanam.
Gecə-gündüz həsrət çəkib üzülən,
Dərd köksündə cərgə-cərgə düzülən,
Ata deyib qəhərlənib büzülən,
Körpələrin dodağına qurbanam.
Azərbaycan torpağına qurbanam.
Qara geyib qara yaylıq bağlayan,
Nalə çəkib, sinəsini dağlayan,
Anaların hönkür-hönkür ağlayan,
Gözlərinə, yanağına qurbanam.
Azərbaycan torpağına qurbanam.
Canım fəda bu Vətənin yoluna.
Fərqi yoxdu ya sağına-soluna.
Qazilərin kəsilən əl-qoluna,
İtirdiyi ayağına qurbanam.
Azərbaycan torpağına qurbanam.
Neçə oğul şəhid olub tökdü qan.
Yenə düşmənlərə vermədi aman.
Bu sözləri deyir ürəkdən Ruslan.
Azərbaycan torpağına qurbanam.
Azərbaycan torpağına qurbanam.
16.11.2022
ZƏFƏRİMİZ MÜBARƏK
Düşmənin dizini qıran ordumuz,
Dəmir yumruğunu vuran ordumuz,
Vətən keşiyində duran ordumuz,
Bu Zəfər günümüz mübarək olsun.
Atasız ağlayan şirin balalar,
Sizdən uzaq olsun dərdlər, bəlalar.
Sinəsi yaralı gözəl analar,
Bu Zəfər günümüz mübarək olsun.
Şəhidlər canını elədi qurban.
Unutmaz bu dərdi unutmaz Ruslan.
Sən ey Şanlı Vətən, can Azərbaycan
Bu Zəfər günümüz mübarək olsun.
20/10/2022
ŞƏHİDLƏR
Qorxmadı ölümdən, girdi döyüşə,
Qorudu topağı, yurdu Şəhidlər.
Keçib canlarından mərdi-mərdanə,
Düşmən qarşısında durdu, Şəhidlər.
Qurduğu sədləri pozdu ordumuz.
Düşmənin qəbrini qazdı ordumuz.
Silinməz tarixi yazdı ordumuz,
Qanıyla möhürü vurdu, Şəhidlər.
Nə qədər ağlasaq sağalmaz yara.
Bu dərd sinəmizdə gedər məzara,
Neçə ana-bacı geyindi qara,
Neçə qardaş boynu burdu Şəhidlər?!
Yazılan bu qanlı tarix silinməz.
Sizi Ana Vətən unuda bilməz.
Birlikdə dediniz Vətən bölünməz,
Qurdunuz böyük bir ordu Şəhidlər.
Ruslanam doludur söz ürəyimdə.
Sizi yaşadıram öz ürəyimdə.
Alışıb sönməyir köz ürəyimdə,
Sinəmi yandıran qordu Şəhidlər.
21.08.2022
AMİN
İlahi, kədərdən, qəmdən uzaq et,
Sevinsin, şad olsun ürəklər, amin.
Gözlərdə qalmasın, gözəl arzular,
Çin olsun dualar, diləklər amin.
Bulaqlar suyunu göndərsin çaya.
Günəş öz nurundan, pay versin aya.
Arzularım budur elə, obaya,
Əsəndə xoş əssin küləklər amin.
Qorusun, müqəddəs Quran əsgəri.
Dəmir yumruğunu vuran əsgəri.
Düşmənlə üz-üzə duran əsgəri,
Hifz etsin İlahi, mələklər amin.
ŞƏHİD QIZI
Mezarliqda gördüm körpe bir qızı,
Göz yaşıyla ürəyimi dağladı.
Atasinin qebri üste uzanıb,
Ay ata dur gedek deyib ağladı.
Qıydı yağı düşmən bu qeder cana.
Oğul dərdi çəkir gör neçə ana?!
Gelinler əlinə həsrətdir xına,
Cavan yaşlarında qara bağladı.
Fələk sərt oynadi yenə nərdini,
Apardı bu elin neçə mərdini?!
Yazıb Sərkaroğlu dedi dərdini,
Ürəyi qəhərdən coşdu çağladı.
YADIMA DÜŞÜR
Bir kədərli mahnı eşidən kimi,
Analı günlərim yadıma düşür.
Xəyalım keçmişə aparır məni,
Analı günlərim yadıma düşür.
Heç kimin qəlbinə dəyməsin sözüm,
Yaxşı analara qurbanam özüm.
Analı bir uşaq görəndə gözüm,
Analı günlərim yadıma düşür.
Bağrıma daş basıb, bağlayıram mən.
Dərdimi gizlincə saxlayıram mən.
Gecələr xəlvəti ağlayıram mən.
Analı günlərim yadıma düşür.
Çoxdur üstümüzdə ana əməyi,
Ananız yetimin yoxdur köməyi.
Balda versən, zəhər dadır yeməyi,
Analı günlərim yadıma düşür.
Ruslanam, çəkirəm qüssə, qəm, kədər.
Anamsız günlərim, hədərdir, hədər.
Mənim sevincimdən, qəmimdən betər,
Analı günlərim yadıma düşür.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.