Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilib

Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilibAzərbaycan Yazıçılar Birliyinin üzvü, "Zim.Az" və "Dünya.az" saytlarının xüsusi muxbiri, istedadlı qələm dostumuz, tanınmış şair, çox hörmətli xanım Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü Mayın 3-də Türkiyənin İzmit şəhərində, Kocaeli Bələdiyyəsinin akt zalında baş tutub.

Tədbirdə Türkiyənin tanınmış yazar və şairləri, həmçinin ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbirin aparıcısı yazar ədəbiyyat araşdırmacısı Mehmet Asıf İşık sözün yükündən, şairin duyğulu baxış bucağından bəhs edib və tədbir boyunca müəllifin şeirlərini səsləndirib.

Çıxış edən qonaqlar Azərbaycanlı şairlə görüşdən məmnunluqlarını ifadə edərək, iki qardaş ölkənin ədəbiyyat sahəsindəki yaxın əlaqələrinin qürurverici olduğunu bildiriblər.

Kitabın nəşrini təmənnasız şəkildə həyata keçirən Dünya Sanatçılar Dərnəyinin başqanı və "Liz Yayınları"nın rəhbəri, şair Ramazan Seydaoğlu da çıxış edərək kitabın ərsəyə gəlmə prosesindən və sözün dəyərindən danışıb.

Leyla Mətin tədbirin sonunda təşkilatçılara və iştirakçılara təşəkkür edib, öz şeirlərindən nümunələr səsləndirib.

Ənənəyə uyğun olaraq, sonda kitablar imzalanıb və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki,
"Sevgi mövsümü" müəllifin sayca üçüncü kitabıdır.

Biz də redaksiya heyətimiz adından, dəyərli qələm dostumuz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair Leyla Mətini "Sevgi mövsümü" adlı yeni kitabının işıqüzü görməsi və Türkiyənin İzmit şəhərində imza günü keçirilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Eyni zamanda, bütün oxucular adından, Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının nəşrini təmənnasız şəkildə həyata keçirən Dünya Sanatçılar Dərnəyinin başqanı və "Liz Yayınları"nın rəhbəri, şair Ramazan Seydaoğluna təşəkkür edirik.


Müşfiq BORÇALI,
ZiM.Az


Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilib Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilib Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilib
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Yeni nəşrlər
“ZƏFƏR SƏDASI”nın İMZA GÜNÜ keçirilib

“ZƏFƏR SƏDASI”nın İMZA GÜNÜ keçirilib

Yeni nəşrlər, Təbriklər
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Yeni nəşrlər, Humanitar elmlər
“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

Məktəblər
Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Yeni nəşrlər, Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçi ...

Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçi ...

QHT
Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Yeni nəşrlər, Tiflis
Şair Ağaveyis Şirvaninin  yaradıcılığının 60 illiyi qeyd olunub

Şair Ağaveyis Şirvaninin yaradıcılığının 60 illiyi qeyd olunub

Yeni nəşrlər, Regionlar

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər
Marneulidə “Qaranlıqdan aydınlığa” adlı kitabın təqdimatı keçirlib

Marneulidə “Qaranlıqdan aydınlığa” adlı kitabın təqdimatı keçirlib

Borçalı, Təbriklər
Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi i ...

Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi i ...

QHT
Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının imza günü keçiriləcək

Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının imza günü keçiriləcək

Elanlar
Səadət Butanın AYB-nin Natavan klubunda

Səadət Butanın AYB-nin Natavan klubunda "Ürəyim bal pətəyidir" adlı kitab ...

Tv, Başkeçid
Yazıçılar Birliyində

Yazıçılar Birliyində "İçərişəhərin əbədi sakini" kitabının təqdimatı olmu ...

"Şərqin səsi"
Xəzangül xanımın “Özümü axtarıram

Xəzangül xanımın “Özümü axtarıram" şeirlər kitabının təqdimat mərasimi keç ...

"Şərqin səsi", Poeziya, Borçalı
Rustavidə əməkdaşımız GÜLLÜ TOMARLInın ilk kitabının təqdimatı

Rustavidə əməkdaşımız GÜLLÜ TOMARLInın ilk kitabının təqdimatı

Rustavi
Tiflisdə

Tiflisdə "Haqqa sarı" kitabının təqdimatı keçirilib

Borçalı, Tiflis

"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi

Borçalı, Əsas xəbər
Rəy yazın: