GÜNEL AZƏRSOY (2002)

GÜNEL AZƏRSOY (2002) Günel Tofiq qızı Abbasova (Azərsoy) - 22 mart 2002-ci ildə Bərdə şəhərində dünyaya göz açıb. Əslən Kəlbəcər rayonunun Keşdək kəndindəndir. 2008-ci ildə Bərdə şəhər Alı Mustafayev adına 5 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2020-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. Ədəbiyyata, şeiriyyata və aşıq yaradıcılığına uşaq yaşlarından böyük sevgisi və marağı olub. İlk şeirini 2017-ci ildə ata-baba yurdu Kəlbəcər rayonuna həsr edib.
Türk dilli xalqların bütövləşdiyi günü, səbirsizliklə gözləyənlər sırasındadır.



TURAN

Busat tutan igidlərin,
Düşmənləri ağladacaq.
Önümüzü kəsənlərin,
Yollarını bağladacaq.

Ərtoğrullar, Alparslanlar,
Məzarından qalxacaqlar.
Düşmənlərin başı üst,
Şimşək kimi çaxacaqlar.

Uca Tanrı Türk xalqına,
Səbr, dözüm, təpər verib.
Ərdoğanla, İlham kimi,
Ərən, ər oğlu, ər verib.

Haqq çaldığı qələbəyə,
Türk elləri şadlanacaq.
Ayrılıqlar son olacaq.
Tarix TURAN adlanacaq.


TÜRKƏM

Danmamışam mən soyumu,
Əslim Türkdü, nəslim Türkdü.
Cavanşirəm, Koroğluyam,
Düşmənimə, nə'rəm görkdü.

Əmir Teymur nəvəsiyəm,
Yaxşı baxın,yaxşı bilin.
Dünya üzük olsa türkü,
Parıldayan qaşı bilin.

Haqq yolunda savaşmağa,
Əvvəl gərək ürək olsun.
Qılınc çəkib cəng edənə,
Tanrı özü kömək olsun.


ULU ÖNDƏR

Yetişdin çətin anda,
Qovdun qara buludu.
Savaşdın sona qədər,
Heydər adın uludur.

Bu millətə,bu xalqa,
Qazandırdı zəfəri.
Azadlıqla yaşadıq,
Açılan hər səhəri.

Bütovləşdi, bir oldu,
Azərbaycan torpağı.
Ucaltdı zirvələrə,
O, üç rəngli bayrağı.

Bəzən daşdı sel kimi,
Çağladıda, axdıda.
Düşmənləri meydanda,
Yandırdıda, yaxdıda.

Cənnət olsun məkanı,
Ulu öndər Heydərin.
O saldıqı baxçada,
Rəngi solmaz güllərin.


BU TORPAQ

Mənfur düşmən əl çəkmədi yurdumdan,
Tarix boyu yağmalandı bu torpaq.
Şəhid qanı tökə-tökə ucaldı,
Ay, ulduzlu o, üç rəngli, al bayraq.

Nə etsələr bölünməzdi vətənim,
Neçə canlar fəda gedib bu yolda.
Çox balalar kimsəsizdir, yetimdir,
Çox analar saçın yolub bu yolda.

Həşimovlar çox görəcək bu cahan,
Muxtarların namı köy-köy gəzəcək.
Nadir şahlar, Mete xanlar nəvəsi,
Hələ neçə düşmən başı əzəcək.


ŞƏHİD ANASI

Hər oğul doğanın qisməti olmaz,
Ola bir millətin şəhid anası.
Vətən sevgisiylə övlad böyüdən,
Ola ər anası,igid anası.

Torpağın uğrunda eyləyib cihad,
Qazanıb Şəhid tək müqəddəs bir ad.
Vətənçün böyüdüb layiqli övlad,
Mübariz anası, Fərid anası.

Kimə baxırdınsa üzü solmuşdu,
Sanki səmanında gözü dolmuşdu.
Qarabağ qorunan namus olmuşdu,
Azərbaycanımın vahid anası.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: