Uğurun açarını birgə fəaliyyətdə axtarmaq lazımdır

Uğurun açarını birgə fəaliyyətdə axtarmaq lazımdır Elm və Təhsil naziri cənab Emin Əmrullayev çıxışlarından birində qeyd edirdi ki, təhsildə gedən islahatların nəticəsi müəyyən zaman tələb edir. Başqa bir çıxışında isə cənab nazir qeyd etmişdir ki, təhsildə güzəşt Vətənə xəyanətə bərabərdir.

Ölkəmizdə təhsil sahəsində atılan addımlar uğurlu nəticələri kütləviləşməkdədir. Son illər istər təhsilverənlərin, istərsə də təhsilalanların kölgədən çıxaraq fərdi nailiyyətlər göstərməsi sevindirici haldır. Dövlətimizin təhsil sahəsindəki uğurlu addımlarından biri də təhsildə regionlaşmanın həyata keçirilməsidir. Dürüst olaraq qeyd etmək yerinə düşər ki, regionlarda bu sahədə görülən işlər konkret fərdlərlə bağlı olsa da, uğurlar gün kimi aydındır. Regionun ümumi uğurlarının arxasında gizlənmək yox, vaxtaşırı fərdi nailiyyətlərlə üzə çıxmaq və bu yolda əmək sərf etmək lazımdır. Hər zaman rəhbərliyin diqqət və qayğısını hiss etmək, problemləri səmimi ortamda müzakirə edərək çıxış yolları axtarmaq, bir sözlə, uğurlu nəticələr üçün mübahisə də etmək olar. Çalışdığım dövrdə hər zaman müsbət mənada seçilmək, nümunə olmaq təhsilimiz üçün nələrisə qazandırmaq istəmişik.Buna görə bəzən ətrafımızdan da zərbələr görmüşük, amma yenə də irəli baxmışıq.

Çalışdığım Sərvər Abdulkərimov adına Bala Qusar kənd tam orta məktəbi təkcə təhsil sahəsində yox, eyni zamanda Vətənpərvərlik işinin aparılması istiqamətində də seçilib. Bunun nəticəsidir ki, Vətən Müharibəsi Qəhrəmanı Rənat Şixnəbiyev bu məktəbin yetirməsi olub. Hər zaman məktəbimizin adını daşıyan şəhid Sərvər Abdulkərimovun adı və ruhu qarşısında məsuliyyətimi hiss etmişəm. Bütün bunlar, həm də pedaqoji kollektivimizdəki müsbət abu - hava bizi gələcəyə ruhlandırıb. 2019-cu ildə Heydər Əliyev haqında Ən yaxşı təqdimatın qalibinin bu məktəbin şagirdi olması, rayonda keçirilən bilik və idman yarışlarında şagirdlərimizin fərqlənməsi buna sübutdur.

Cari tədris ilində Respublikamızın ümumtəhsil məktəblərinin şagirdləri arasında Lütfi Zadə adına riyaziyyat və məntiq fənn olimpiadaları keçirilmişdir. Hələ noyabr ayından buna çalışırdıq. Birinci mərhələdə kənd məktəbi olaraq 4 şagirdimiz uğur qazanmışdı. İkinci yarımfinal turunda V sinif şagirdimiz Heydərli Türkanın Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasnda uğurlu nəticəsi hər birimizi sevindirmişdir.Və onu təltif etməyi özümə borc bildim. Türkan hələ IV sinifdə ikən bir neçə uğurlara imza atmışdı. Onun bir neçə gün əvvəl ümummilli lider Heydər Əliyevin 101 illiyi ilə əlaqədar keçirilən şahmat yarışlarında II yerə layiq görülməsi xüsusi istedadından xəbər verir. Qarşıdakı əsas məqsədimiz isə onu final mərhələsinə hazırlayaraq medal əldə etməkdir. İnşaAllah buna da nail olarıq.

Yuxarıda qeyd etdiyim kimi uğurun açarı birgə fəaliyyətdədir. Bəli, bu uğurun qazanılmasında məktəbimiz ilə yaxından çalışan, bütün potensialını əsirgəməyən Bəhruz müəllim Səlimxanov dur.Onun məntiq elmi sahəsində göstərdiyi nəticələr öyrənilməli və tətbiq edilməlidir. Eyni zamanda Türkana hazırda riyaziyyat fənnini tədris edən Yeganə Hacıyevanın zəhmətini qiymətləndirirəm, onun sinif müəllimi olmuş Ayəddin Kamilova xüsusi təşəkkürümüzü bildiririk.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin təhsildə əldə edilən uğurlara və bu sahədə istənilən təklifə açıq olduğunu hiss etməkdəyik. Bizim üçün uğura gedən yolda fərdiləşdirmək, şəxsi qərəz anlayışı yoxdur. Yaxşıya yaxşı, düzə düz demək vicdan borcumuzdur.Əvvəl də belə olub, bundan sonra da belə olacaq. Bu uğur üçün regional idarənin, təhsil sektorunun rəhbərlərini təbrik edirəm!

Babacan ZƏKİYEV,
Qusar rayonu
Balaqusar kənd tam orta məktəbinin direktoru


turan.info.az


.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
UĞURLARIN BOL OLSUN, İBRAHİM!..

UĞURLARIN BOL OLSUN, İBRAHİM!..

Məktəblər, Darvaz, İdman
Müəllim adını, müəllim şərəfini qorumaq hamımızın borcumuzdur!

Müəllim adını, müəllim şərəfini qorumaq hamımızın borcumuzdur!

Regionlar, Köşə yazılar
TƏLƏBƏ HƏYATI GÖZƏLDİR

TƏLƏBƏ HƏYATI GÖZƏLDİR

"Mən Şirvanın səsiyəm", "Elm və Təhsil"
YARIŞLAR BAŞA ÇATDI

YARIŞLAR BAŞA ÇATDI

"Mən Şirvanın səsiyəm", İdman
ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

Regionlar, Məktəblər, "Elm və Təhsil"
VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ilə unudulmaz görüş

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ilə unudulmaz görüş

Məktəblər
Şəhid Orxan İsmayılovu andıq

Şəhid Orxan İsmayılovu andıq

Regionlar
Balaqusar kənd məktəbinin şagirdlərinin yeni uğurları

Balaqusar kənd məktəbinin şagirdlərinin yeni uğurları

Məktəblər
Balaqusar kənd məktəbində şəhidin xatirəsi anılıb

Balaqusar kənd məktəbində şəhidin xatirəsi anılıb

UNUTSAQ, UNUDULARIQ!....
Balaqusar kənd məktəbi də

Balaqusar kənd məktəbi də "650 min ağac əkək!" təşəbbüsünə qoşlub

Regionlar, Məktəblər
MƏNALI MÜƏLLİM ÖMRÜ

MƏNALI MÜƏLLİM ÖMRÜ

Məktəblər, "Elm və Təhsil"
DİQQƏT, QAYĞI VƏ ALİ MƏQSƏDLƏRƏ DOĞRU

DİQQƏT, QAYĞI VƏ ALİ MƏQSƏDLƏRƏ DOĞRU

Regionlar, Məktəblər
Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil, Nazirlik
Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı görkəmli alim  ...

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı görkəmli alim ...

Azərbaycan, Dünya, Amerika
“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı təqdimat mərasim ...

“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı təqdimat mərasim ...

Əsas xəbər, Nazirlik, MEDİA, "Zirvə"
Nümunəvi şagird və bacarıqlı idmançı

Nümunəvi şagird və bacarıqlı idmançı

Regionlar, Məktəblər, İdman
Həmişə yetirmələrinin uğurlarına sevinəsən Həsən müəllim!..

Həmişə yetirmələrinin uğurlarına sevinəsən Həsən müəllim!..

Regionlar, Məktəblər
Təhsil naziri Mikayıl Cabbarovun 2 fevral - Gənclər Günü ilə bağlı təbriki

Təhsil naziri Mikayıl Cabbarovun 2 fevral - Gənclər Günü ilə bağlı təbriki

Əsas xəbər, Təhsil
Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Təhsil
Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olun ...

Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olun ...

Əsas xəbər, Təhsil, AzTU
Rəy yazın: