Azərbaycan Mətbuat
Şurasının sədri
Rəşad Museyib oğlu Məcidov (Məcid) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
ZiM.Az xəbər verir ki,
bununla bağlı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, R.Məcid Azərbaycanda media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən ordenlə təltif olunub.
Qeyd edək ki, avqustun 21-də Rəşad Məcidin 60 yaşı tamam olur.
REDAKSİYADAN:
Biz də Turan.İnfo.Az-ın
yaradıcı heyəti adından
Azərbaycan Mətbuat Şurasının sədri
Rəşad Məcidi
Azərbaycan Respublikasınin Prezidenti
İlham Əliyev tərəfindən
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması və
eyni zamanda, fürsətdən istifadə edərək,
həm də, anadan olmasının 60 illik yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, şərəfli fəaliyyətində
daha böyük uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
AYB-nin və AZB-nin üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü
Turan.İnfo.Az
.