Yoldan keçərkən tez-tez qarşılaşıb, söhbət edirik.
Ətrafında, həmişə çoxlu qadınların toplaşdığını görürəm.
Hamıya məsləhətlər verir, yardım edir.
2024-cü il mart ayın 21-də Novruz bayramı münasibəti ilə Minayə xanımı qapısı önündə görüb, təbrik etdim. Bu anda, BMV maşının yanımızda saxladığının şahidi oldum.
Maşının salonundan 2 azyaşlı uşaqların “nənə, nənə” - deyə sevincək Minayə xanıma sarıldılar, qycaqlayıb, öpdülər.
Gənc oğlan isə, mənimlə salamlaşıb, uşaqların Minayə xanımdan aralanmasını gözlədi. Nəhayət, Elşən adlı bu gənc də Minayə xanımı bağrına basıb, qucaqladı, Novruz bayramı münasibəti ilə təbrik edərək, gətirdiyi hədiyyələri ilə Minayə xanımın evinə daxil oldular.
Bir neçə gündən sonra, növbəti dəfə yolda Minayə xanım söhbət zamanı Elşən barədə çox böyük həvəslə, sevgi və məhəbbətlə danışdı.
...Həmkəndlisi, Xudiyev Elşən, Minayə xanımdan imdad diləyir. Beyləqandan sevdiyi bir qızı evlənmək niyyəti ilə ata evinə gətirən Elşən, ailə üzvləri ilə üz-üzə qalır. Bu evliliyi heç kim dəstəkləmir. Minayə xanımın müdaxiləsi nəticəsində, bir ailəyə xoşbəxtlik bəxş edir. Bu illər ərzində gənc ailəni heç vaxt tək buraxmayıb, hər cür maddi və mənəvi analıq dəstəyini əsigəməyib.
Xeyirxahlığın bariz nümayəndəsi, nümunəsi mənim gözüm qarşısında idi.
Bu günə qədər doğma ANA kimi sevdiyi, NƏNƏ deyib sevdikləri uşaqları gördükdə iftixar hissi ilə, Minayə xanıma hörmətim daha da artdı. 1 oktyabr, 2012-ci il “Xalq qəzeti”nin 4-cü səhifəsindən oxuduğum məqalədən də bir neçə bəndi sizə yenidən xatırlatmaq istədim:
1. Qəmər xanımın anası çox erkən dünyasını dəyişmiş, o, atası Həsənlə birlikdə yaşamış, atası da dünyasını dəyişəndən sonra, doğma qardaşının ümüdünə qalmışdı. Lakin, bir müddətdən sonra, qardaşı Qəmər xanımı çölə atmışdır. Minayə xanım bu olaydan xəbər tutmuş, Qəmər xanımı evinə yerləşdirmişdir. İmişli rayon icra hakimiyyətindən xahiş edib, Qəmər xanıma ata yurdundan düşən torpağa çıxarış almış və öz maddi vəsaiti hesabına Qəmər xanıma bütün məişət tələbatı ilə tam təmirli ev tikdirmişdir.
2. İmişli rayon, Göbək tala kənd sakini Şövgü Zeynalovun uzun illər yataq xəstəsi olduğundan, kimsəsiz olduğundan heç bir dövlət qurumu maraqlanmamışdır. Bu durumu eşidən Minayə xanım öz xeyirxah əlini uzatmış, rayon icra nümayəndəliyindən işçi qrupunu Şövqü Zeynalovun evinə dəvət etmiş, ona sosial yardım almasına tam nail olmuşdur.
Xəstəxanaya yerləşdirərək, bütün müalicə xərclərini öz öhtəsinə götürmüşdür. Lakin, xəstəliyin müalicəsi çox keçdiyindən, xəstə vəfat etmişdir. Minayə xanım İmanova, Şövqü Zeynalovun yas mərasimini də özü təşkil etmiş, ona təyin olunan sosial yardımın nəvəsi Kənana yönəldilməsinə də nail olmuşdur.
3.İmişli rayon Göbəktala kəndində Elmira xanım ailə münaqişəsi nəzdində bir körpə uşağı ilə tənha qalmış, Minayə xanım İmanovaya pənah gətirərək, kömək istəmişdir.
Elin ağbirçəyi Minayə xanım hər iki tərəfi barışdıraraq xoşbəxtliyə qovuşdurmuşdur.
Bütün xeyirxah əməllərinə rəğmən, İmişli rayon Göbəktala kənd orta məktəbinin əsaslı tikinti-təmir işlərinin, elektrik və qazlaşdırma kimi böyük vəsaitə başa gələn xeyriyyəçilik missiyanı layiqincə, ləyaqətlə həyata keçirmişdir ki, bu münasibətlə İmişli rayon icra hakimiyyəti tərəfindən diplomlarla, döş nişanı ilə təltif olunmuşdur.
Cənnət, Anaların ayağı altındadır!- atalar məsəli, biləvasitə Azərbaycan anaları timsalında formalaşmışdır! Bütün bu qəhrəmanlığın önündə Minayə xanım İmanova da özünəməxsus yer alır.
4 övlad anası, el-obada hamısına mükəmməl təlim-tərbiyə verdiyi övladları ilə Vətənə layiqli vətəndaş yetişdirməsi ilə xoşbəxt nənə olması ilə fəxr edir. Həmkəndliləri ilə söhbət zamanı, hamı ürək dolu sevgi və məhəbbətini Minayə xanımın ünvanına eşidəndə, Minayə xanım haqqında çox xoş təəsüratlar yaratdı.
Minayə xanım İmanova dövlət qurumları tərəfindən müxtəlif diplomlarla təltif olunduğunu görəndə, çox sevindim. Nə yaxşı ki, xeyirxah bir xanımın xeyrəçi əməllərini dəyərləndirməyi bacarmışlar.
Mən də, öz növbəmdə, fəxr edirəm ki, Azərbaycanda belə böyük ürək sahibləri, xeyixah, xeyriyyəçi xanımlar var!
Vətənini, bayrağını, millətini sonsuz coşqu, məhəbbətlə sevən Minayə İmanovaya səmimi ürəkdən can sağlığı, şərəfli həyatında müvəffəqiyyətlər arzulayıram.
Ramazan RZA,
AYB-nin və AJB-nin üzvü
turan.info.az
.