3 il Gəncə şəhərindəki 5 nömrəli məktəbdə müəllim işləyib. Doğma ana dilimizə və ədəbiyyatımıza olan sonsuz sevgisi onu yenidən ali təhsil almağa sövq edib və o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ikinci dəfə ali təhsil alıb və oranı ələ qiymətlərlə bitirib.
4 il vaxtı ilə təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Unversitetində) işlədikdən sonra, əmək fəaliyyətini AzMIU-nun əvvəlcə Azərbaycan və rus dili kafedrasında davam etdirib. Hazırda Əcnəbi dillər kafedrasının müəllimidir.
Eyni zamanda “F-5” kanalının təsisçisi və rəhbəridir.
Bir övladı var.
Şeirləri, elmi və publisistik məqalələri müxtəlif mətbuat orqanlarında və ədəbi-bədii, elmi-publisistik məcmuələrdə dərc olunub.
Biz də Fərqanə xanıma elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və aşağıda dəyərli oxucularımıza böyük məmnuniyyətlə onun bir məqaləsini təqdim edirik.
turan.info.az
Təlimdə şifahi nitq, bacarıq və vərdishlərin inkişaf etdirilməsi üçün
texniki təlim vasitələrindən istifadəsi
Müasir dövrdə cəmiyyətin inkişafı ilə əlagədər olaraq insanların fəallığı, öz həyat fəaliyyətini təşkil etmək bacarığı artır. Bununla bağlı olaraq kommunikativ bacarıqların inkişafı problemi üzə çıxır. Belə ki, bu problemin yüksək səviyyədə olması onun təhsildə, professional, incəsənət və digər iş fəaliyyətlərində uğur qazanacağına təminat verməsə də, əsasını qoymağa imkan verir.
Şifahi nitqin təlimi haqqinda suali nəzərdən keçirərkən, nəzərə almaq lazımdır ki, şifahi nitq özündə ikitərəfli prosesi cəmləşdirir: ingilis dilində danışmaq bacarığı nəzərindən (nitqin ekspressiv tərəfi) və başqa insanları anlamaq bacarığı (reseptiv şifahi nitq).
Şifahi nitq müəyyən şərtlər ona təsir edərək davam edir. Bu şərtlər (ekstralinqvistik) dildən xaricdir. Bunlara situasiya,nitq fəaliyyəti, danışanın yaşı və inkişaf səviyyəsi,söhbətin mövzusu, dinləyənin nitqi qəbul etmə hazırlığı,mimika, jestlər aiddir. Bütün bu faktorlar iki və ya daha artıq həmsöhbət arasında mümkündür. Həmsöhbətlər replikalar deyir, biri o birinin dediklərinə rəy söyləyir.
Monoloq - daha açıq formada öz fikirlərini deyən, niyyətini, hadisələri qiymətləndirən və s. bir nəfərin nitqidir. Monoloji nitqdə ardıcıllıq, səliqəlilik, rəvanlıq daha çoxdur. Dialoqda isə bir sualdan digər suala, bir mövzudan digər mövzuya keçid, həmsöhbətin dediyi replikalara cavab vermək əvvəl deyilənlərə qayıdış çoxdur.
Dialoji nitq monoloji nitqdən fərqli olaraq əvvəldən hazırlanmır. Monoloji nitq (məlumat, hesabat) adətən əvvəldən hazırlanır. Həmçinin hazirlanmamış monoloji nitq də mümkündür.
Təbii şərtlərdə bəzən monoloji nitqi dialoji nitqdən ayirmaq çətin olur. Dialoji nitq hər an monoloji nitqə çevrilə bilir, həmsöhbətin biri sual verir, digəri isə ona geniş şəkildə cavab verir. Təlim zamanı belə bölgü mümkündür. Tələbələrə şifahi nitqi öyrədərkən,nəzərə almaq lazımdır ki,monoloji nitq kimi dialoji nitq də özünəməxsus spesifikası, özünəuyğun çalışmalar sistemi və təlim metodu var.
Dialoji nitq monoloji nitqə nisbətən bir sıra əlavə çətinlikləri olduğu üçün monoloji şifahi nitq dialoji şifahi nitqin təlimini xeyli qabaqlamalıdır. Şifahi monoloji nitqin inkişafı üçün əsas materiallar kitabdakı mətnlər hesab olunur. Dialoji nitq üçün isə kiçik dialoqlar (4-5 fraza) kifayət edər. Belə dialoqları öyrəndikdən sonra tələbələr onların elementlərini (salamlama, nəzakət qaydaları, nidalar) ekpressiv şifahi nitqdə istifadə edə biləcəklər.
Xarici dilin tədrisi zamanı müasir təhsil sistemində müxtəlif texniki vasitələrdən istifadə olunur: videomaqnitafonlar, multimedia proyektorları, kompyuterlər, bunların vasitəsilə müxtəlif informasiyalar təqdim olunur və bir sıra funksiyalar reallaşır: motivasiya, tədris, tərbiyə, inkişaf, estetika və s.
Səsli texniki avadanlığı (maqnitafon) xarici dilin tədrisində çoxdan istifadə olunur, onlar tələffüzün tədrisində bütün səs növlərinin səsləndirilməsinə imkan verir, eşitmə və danışmanın tədrisi zamanı tədris prosesinin intensifıkasiyasına imkan yaradır.
Ekranlı texniki avadanlıqlar (televizorlar, videomaqnitafonlar, DVD) səslə bərabər hərəkətli şəkillər, verilən materialın daha yaxşı mənimsəməsinə didaktikanın əyanilik prinsipinin tamamilə realizə olunmasına kömək edir.Bu texniki vasitələr (daha əyləncəli formada) xarici dili mənimsəyənlərə ölkəşünaslığa aid geniş materialı öyrənməyə imkan verir.
Təlimdə texniki vasitələrin istifadəsinin müasir mərhələsində kompüter əsasında hazirlanan avadanlıqlar göstərilir. Onların yaranması ilə müxtəlif hadisə və prosesləri modelləşdirmək mümkün olub.Ən əsas üstünlüklərdən biri isə bunlar vasitəsilə eyni zamanda şox saylı tələbələrlə təlim keşməsindən ibarətdir. Texniki təlim vasitələrinin köməyi ilə müəllim iştirakçıları lazımi tədrisə aid informasiya jüə təmin edir,alınan bilikləri mənimsəmə və yadda saxlama prosesini yaxşılaşdırır,təcrübədə onu istifadə etmək,təhsilin nəticələrini idarə etmək imkanı əldə edir.Təlimin texniki vasitələri xüsusi texniki bloklarla təchiz olunmuşdur. Bu bloklar informasiya ilə təmin olunan xüsusi proqramları yadda saxlamaq və işə salmaq imkanı yaradir.
İnformasiyanı ötürmək üçün hal-hazırda texniki və audiovizual təlim vasitələri mövcuddur.
1. Multimedia proyektorları;
2. Diaproyektorlar;
3. Epiproyektorlar;
4. Qrafoproyektorlar;
5. Kinoproyektorlar;
6. Multimedia lövhələri;
7. Audiosistemlər (maqnitafonlar);
8. Televizorlar,videomaqnitafonlar;
9. Kompyuterlər.
Bu texniki avadanlıqlar informasiyana daha aydın, rahat şəkildə anlaşılmasına imkan yaradır.
Texniki təlim vasitələrinin istifadəsi zamanı müəyyən bilik mənbəyi kimi psixoloji proseslər durur. Dərs zamanı bu vasitələrdən birindən istifadə edərkən tələbənin hissiyyat orqanlarına güclü təsir edir,onların psixoloji funksiyaları dəyişir. Görmə və eşitmə analizatorlarh tələbələrə öyrənilən dərs haqqinda aydın və tam təsəvvür əldə etmək imkanı verir.
Texniki vasitələri daha yaxşı mənimsəmək üçün eşitmə deyil, daha çox görmə analizatoru yüksək keçirtmə bacarığına malikdir. Lakin əsas informasiyanı tələbələr siqnallar vasitəsilə alirlar. Burada belə nəticə çıxarmaq olar ki, görmə analizatorlar daha böyük potensial ehtiyata malikdir. Onun köməyi ilə verilən mövzunu mənimsəmə effekti daha yüksək olur.
Təlim zamanı müəllimin sözləri ilə tələbənin təqdim etdiyi təsvir arasında yaranan vasitəsiz uzlaşma yüksək keyfiyyət əldə etməyə imkan verir. Bu əvvəlki mərhələdə-bilik və bacarığın qəbulu tədrisin ilkin mərhələsində - hissetmə və mənimsəməyə böyük təsir göstərir.Hissiyyat orqanları tərəfindən qəbul olunan siqnallar məntiqi təkmilləşməyə məruz qalır,abstrakt təxəyyül bölməsinə keçir. Nəticədə, hissedici obrazlar beyində müzakirəyə qoyulur və nəticə əldə olunur.Beləliklə,görmə və eşitmə analizatorunun tam istifadəsi növbəti mərhələyə keçmək üçün imkan yaradır.Bu proses başa düşmə anlamadır.
Ən inkişaf edən və daim təkmilləşən texniki vasitələrdən biri, xarici dilin tədrisində istifadə olunan videodur. Dərslərdə videonun nümayişi İngilis dilinin tədrisində əyani olaraq tələbələri, xüsusilə şifahi nitqi,dilin tipik modelləri, intonasiyalar və s. ilə tanış etməyə imkan yaradır.
”Bu və ya digər informasiyanı görmə vasitəsilə daha dəqiq və daha ekonomik üsulla ötürmək, nitq ünsiyyətinə aid situasiyanı, nitq kommunikasiyasının reallıqda analoqunu yaratmaq, onun effektiv mənimsəməsini təmin etməkdir. Müəyyən nitq situasiyası ilə dil materialının uyğunlaşması onun daha möhkəm yadda qalmasına imkan yaradır.”
Təlim videosu əlavə dil mühiti, dinləmə və eşitmə vasitəsilə nitq situasiyası yaradır və dərs zamanı əvvəlcədən hazırlanmamış nitq situasiyasını mənimsəməsi üçün əlavə şərait yaradır.
Auditoriyanı tərk etmədən,tələbələr xarici dilə dair biliklərini daha da genişləndirir və baş verən hadisələrin tamaşaçı kimi iştirakçısına çevrilirlər. Təlim filmi tələbələri dilini öyrəndikləri ölkə haqqinda yeni informasiya ilə tanış edir.
Başqa texniki təlim vasitələrini müqayisə edərkən videonun aydın üstünlükləri var:müəyyən vaxt anında tələbə daha çox informasiya ahr, belə ki,bu iki kanal vasitəsilə daxil olur:-eşitmə və görmə.
Xarici dilin təlimində əsas məqsəd - danışma bacarıqlarının inkişafidır. Bu bacarıqların mənimsənilməsi çox böyük çətinliklərlə bağhdır. Təlim prosesində xarici dildə ünsiyyət yaratmaq üçün situasiyadan istifadə etmək lazımdır.Danışamn düşdüyü şərait, onu danışmağa vadar edir. Dərs zamanı videofilmlərə xarici dildə baxmaq elə bir şərait yaradır ki, tələbə o dildə danışır, müzakirə edir. Bundan əlavə, onlar dildaşıyıcısının nitqini eşidir, ölkənin tarixi, mədəniyyəti, coğrafiyasını yaxından öyrənir. Bütün tələbələr eyni səviyyədə dili öyrənə bilmir,lakin buna baxmayaraq, bu fənnə marağı artırmaq, tələbələrin dünyagörüşünü genişləndirmək üçün videofilmlərə baxmaq çox faydalıdır.
Xarici dil tədrisinin orta mərhələsində ilk və orta səviyyənin əsası qoyulur. Bu da sonrakı mərhələlərdə tələbələr söz birləşmələrini daha tez öyrənir və mətnləri daha asan anlayıb danışa bilirlər. Çahşmalardan əlavə, bu mərhələdə müxtəlif mədəni və sosiomədəni hadisələri öyrənmək üçün videolardan istifadə etmək olar. Müxtəlif tematikalı filmlər,tarixi-mədəni dəyəri olan tikililər və heykəlləri anlamaq üçün müasir və keçmiş məhşur xadimlərin portretlərini, həmçinin bədii və sənədli filmlərdən hissələr, müxtəlif qeyri-verbal ünsiyyətin növlərinin interpretasiyası üçün - mimikajestlər, geyim formaları və s. əksər hallarda videokliplərin verbal hissəsi böyük rol oynayır.
Elmi-metodiki ədəbiyyatın bu mövzu üzrə öyrənilməsi belə nəticəyə gəlməyə imkan verir ki.texniki təlim vasitələri xarici dil dərslərində materialın əyani surətdə verilməsinə,tədris zamanı tələbələrin yorulmamasına və təlimin keyfiyyətinin yüksək olmasına imkan yaradır. Texniki təlim vasitələri materialın yüksək templə tələbələrə çatdırılmasına və onların suallanna cavab verməsinə müəllimə imkan yaradır.
Videomaterialların istifadəsi əyani olaraq informasiyanın mənimsəməsinə, xarici dil mühiti yaratmasına,öyrənilən dilin ölkəsində olmasına baxmayaraq xarici dildə kommunikativ kompetensiyanı mənimsəməsinə kömək edir.
Biz XXI əsrdə yaşayırıq. Müəllimlər video və audio materiallardan daha çox istifadə etməlidirlər. Bununla, onlar tədrisin keyfiyyətini daha da yüksəldəcək,söz ehtiyatını artiracaq və tələbələrin diqqətini inkişaf etdirəcək,həmçinin tələbələrdə fənnə qarşı maraq oyadacaq.
turan.info.az
.