ƏZİZ VƏ DƏYƏRLİ DOSTLAR!.. Azərbaycanımızın azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda canlarından keçmiş Gürcüstan əsilli qəhrəman oğullarımız haqqında hələ 1996-2000-ci illərdə nəşr etdirdiyim "BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabımın yeni təkrar və həm də daha geniş nəşrini çapa hazırlayıram. Odur ki,
Məlumat üçün deyim ki, 1941-1945-ci illər müharibəsi zamanı Gürcüstanda yaşayan azərbaycanlılardan təxminən 10 min nəfəri qəhrəmancasına həlak olmuş, onlardan 100 nəfərdən çoxu Sovet İttifaqı Qəhrəmanı adına layiq olsa da, cəmi 3 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir: Bəkir Dursun oğlu
ÖTƏRXAN ELTAC: DƏMİR MAYOR KARVANI NECƏ MƏHV ETDİ... Borçalı... Əcdadlarımızın külüng çaldığı, əkib-becərdiyi, pirinə, ocağına səcdə etdiyi ulu yurd. Möhtəşəm qalaları, bənzərsiz abidələri ilə tarixin dərin qatlarına işıq tutan müqəddəs məkan. Kişnərtili dağların sinəsindən dünyaya boylanan,
UNUTSAQ, UNUDULARIQ!... Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Cəlil Səfərov 28 yanvar 1962-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Lejbəddin kəndində dünyaya göz açmışdı. Sonralar ailəliklə Sumqayıt şəhərinə köçmüşlər.
Eldar Ağayev 1955-ci il 29 sentyabrda Gürcüstan SSR Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir. O, 6 yaşı olanda atasının hərbi xidmətinin başa çatması ilə əlaqədar ailəsi ilə birlikdə Bakıya köçür. 1962-ci ildə Eldar burada 20 saylı orta məktəbə getmiş, sonra təhsilini 134 saylı məktəbdə
Beş ildən bəri Azərbaycan torpağında davam edən müharibənin ağrı-acısı onun hüdudlarından kənarlarda da qəlbləri göynətməkdədir. İndi qədim Borçalı torpağında elə bir Azərbaycan ailəsi tapmaq çətindir ki, müharibə ovqatı ilə yaşamasın. Bu ulu yurdun neçə-neçə igid oğlu cəbhə bölgələrində vuruşur,
DARVAZDAN BAŞLANAN YOL... Raim Ənvər oğlu Məmmədov 1972-ci ildə Gürcüstanın Bolnisi ra-yonunun Darvaz kəndində doğulub, 1989-cu ildə Rustavi şəhərindəki 7 nömrəli orta məktəbi bitirib. Elə həmin il Tümen şəhərindəki ali hərbi məktəbə daxil olub. Bədxah qonşular tərəfindən başlanan müharibəni
15 sentyabr 1968-ci ildə Ulu Borçalımızın Bolnisi rayonundakı qədim Saraclı kəndində göz açmış Binəli Həsrət oğlu Musayev (Daşdəmirli) Qarabağ uğrunda döyüşlərdə 1994-cü il iyunun 14-də Ağdamın Güllücə kəndində qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin!..
Məmmədov Elşən Vaqif oğlu 3 iyul 1992-ci ildə Gürcüstanın Bolinisi rayonunda doğulub. Bakı şəhər 115 saylı orta məktəbi bitirib. 2010-cu ildə 459 balla UNEC-in Kommersiya fakültəsinə daxil olub. 2014-cü ildə ali təhsilini başa vurub hərbi xidmətə yollanıb. 25 sentyabr 2015-ci ildə cəbhənin Tərtər
Ömrün çiçək çağında əbədiyyətə qovuşan igid... Müharibənin qanlı-qadalı günləri bir-birini əvəz edir. Günlər də ötdükcə Vətən uğurunda canlarını fəda edən şəhidlərimizin sayı artır. Müqəddəs Ana Torpağımız öz igid, qəhrəman oğullarını qoynuna alır. Şəhidlər Xiyabanları böyüyür və böyüdükcə
Sahib Almaz oğlu Məmmədov 1972-ci il oktyabr ayının 28-də Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. O, 1989-cu ildə Darvaz orta məktəbini bitirmiş, hərbçi olmaq arzusu onu Rusiyanın Tümen vilayətinə gətirib çıxarmış və buradakı Ali Hərbi Məktəbə daxil olmuşdur. 1992-ci ildə Azərbaycan
Musayev Vaqif Dursun oğlu 1961-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Kürtlər (Qurdlar) kəndində anadan olub. 1967-ci ildə birinci sinifə gedib. IV sinifdən sonra təhsilini Bakı şəhərindəki 32 saylı orta məktəbdə davam etdirib. Daha sonra Cəmşid Naxcıvanski adına
Unutsaq, unudularıq!.. Əliyev Ramiz Sayad oglu.(25.08.1968-15.01.1993) - Bolnisi, Saraclı kəndi - Ağdərədə şəhid olub. Saraclı kənd qəbirsanlığında dəfin olunub.
UNUTSAQ, UNUDULARIQ!.. Ədalət Gülməmmədov 1970-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olub. 1971-ci ildə “Xəzərdənizneftdonanma”sının “Çalqan” gəmisində şagird kimi işə qəbul olunub. Bir neçə aydan sonra ikinci və birinci dərəcəli mühərrikçi işləyib. Orda sıralarına könüllü gedib.
Əliyev Nadir Səməd oğlu 1958-ci ilin iyulun 17-də Gürcüstan Respublikasının Dmanisi Rayonunun Ormeşən kəndində anadan olmuşdur. 1975-ci ildə Ormeşən kənd orta məktəbini bitirmiş, 1976-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnil İnstitutuna daxil olmuş və 1981-ci ildə həmin institutun
Əhmədov Ramiz Ümid oğlu 1960-cı il aprelin 15-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. 1967-ci ildə Kirovisi kənd orta məktəbinə gedib. 1977-ci ildə orta məktəbi bitirib. 1978-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutuna daxil olub.
Fuad Mürvət oğlu Mirzəyev 1974-cü il sentyabrın 11-də qədim Borçalı mahalında – indiki Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olub. Bakı şəhəri Səbail rayonu hərbi komissarlığından 777 saylı xüsusi təyinatlı polka göndərilib. Çavuş qismində tağım komandirinin köməkçisi vəzifəsində
QƏHRƏMAN ŞƏHİDLƏRİMİZİ TANIYAQ və TANIDAQ!.. UNUTSAQ, UNUDULARIQ!... Baş leytenant Yaşar Vahid oğlu Bədəlov - 1966-cı ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonudakı Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi doğma kənd məktəbində başa vurduqdan sonra, 1983-cü
Borçalı elinin mərd oğullarından biri də Daxili Qoşunların şəhid döyüşçüsü sıravi Elşad Məcid oğlu Budaqovdur. Sıravi E.Budaqov da 1973-cü ildə Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. O, 1990-cı ildə orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Bakıya gəlib və Kooperativ
ƏBƏDİYYƏTƏ QOVUŞAN ÖMÜR Ana Vətənimizin - Azərbaycanın müqəddəs torpaqlarına yağı düşmən dikildiyi vaxtdan düz altı il keçir. Neçə-neçə ana fəryadı, ata qübarı, bacı naləsi, qardaş harayı göyərdi bu altı ildə. Payız leysanlarına qarışıb axar göz yaşlarımız qəlbimizə hopub neçə-neçə dərd