Azərbaycanın Milli Qəhrəmanı - Vəzir Sədiyev

Azərbaycanın Milli Qəhrəmanı - Vəzir SədiyevÖTƏRXAN ELTAC:

DƏMİR MAYOR KARVANI NECƏ MƏHV ETDİ...


Borçalı... Əcdadlarımızın külüng çaldığı, əkib-becərdiyi, pirinə, ocağına səcdə etdiyi ulu yurd. Möhtəşəm qalaları, bənzərsiz abidələri ilə tarixin dərin qatlarına işıq tutan müqəddəs məkan. Kişnərtili dağların sinəsindən dünyaya boylanan, daş heykəllərdə ruhu yaşayan, harayı- hayqırtısı, qılıncının səsi dağlarda əks-səda verən Qazan xan nərəli, Dədə Qorqud haraylı, Burla Xatun ismətli Oğuz eli. Ulularımızdan əmanət qalan və yetərincə qoruya bilmədiyimiz müqəddəs torpaq... Sən açılmayan sirlər beşiyisən. Çünki min illərin ağrılı-acılı, sevincli-nəşəli günlərinə şahidlik etmisən. O günün xatirəsini bu günümüzəcən daşıyan yeganə varlıqsan. Sən ata-babalarımızın ruhunu qamçılayan yadellilərin tapdağına çevrilsən də daşlaşmış izlər, tarixləşmiş nişanələr səni yox olmaqdan qoruyub. Sən nələrə şahidlik etməmisən ki...

Qarayazı meşəsi... Əsrarəngizliyi ilə ruh ovsunlayan çəmənlər, arıların vızıltısından məst olan çiçəklər, kəklik qaqqıltılı yamaclar, qurd ulartısından səksənən barlı-bərəkətli ağaclar sinənin bəzəyidi sənin. Min dərdə dərman olan bitkilər və loğman bulaqlar həmişə yaraların məlhəmi olub. Çoban bayatısı dərələrdə əks səda verəndə qaynar çeşmələr də vəcdə gəlib. Bəzən moruq, çiyələk dalınca ənginliklərə çəkilənləri azdırıb çəkmisən kamına. Bəzən də izsiz-cığırsız cəngəlliklərdə, dumanda-çiskində azanlara bələdçilik etmisən. Elə ona görə də dildən-dilə keçə-keçə şeirləşib, dastanlaşmısan.

Borçalı dediyimiz bu ulu yurd neçə-neçə söz xiridarına vəsiqə verib, elin yurdsevər oğulları yadelli işğalçılara qarşı amansız savaşlarda mübarizədən yorulmayıb. Ermənilərin yurdumuza təcavüzü zamanı bu yurdun oğulları da silaha sarılıb Qarabağa yollandı. Vəzir İsa oğlu Sədiyev kimi.

Vəzir Sədiyev Borçalı elinin Aşağı Qullar kəndində dünyaya göz açıb. İbtidai sinfə doğulduğu kənddə getsə də, orta təhsilini Qərbi Azərbaycanın Körpülü kəndində başa vurub. Dilli-dilavərliyi, bacarığı və çevikliyi ilə tay-tuşlarından seçilib həmişə. Elmə, təhsilə olan marağı, vətənpərvərliyi onu müəllim kollektivinə sevdirib. Bu sevgidən ruhlanan Vəzir hərbçi olacağına söz verib.

Vəzirin musiqiyə böyük marağı vardı. “Sarı gəlin”ə qulaq asmaqdan doymazdı heç vaxt.

Vəzir orta təhsilini başa vurandan sonra arzu və istəklərinin dalınca doğulduğu yurda qayıtdı. Elə həmin il də Tiflis Ali Hərbi Artilleriya Məktəbinin müdavimi olmağı bacardı. Elə sevinirdi ki... Təhsilini başa vuran kimi təyinatla Rusiyaya yola düşən Vəzir Qorki şəhərindəki hərbi məktəblərin birində müəllimlik fəaliyyətinə başladı. Yenə də sevildi, seçildi.

Sovet qoşunları Əfqanıstana girəndə baş leytenant Vəzir Sədiyev artilleriya taborunun komandiri idi.
Əfqanıstana gəldiyi gündən ən qaynar nöqtələrdə vuruşurdu. Sədiyevin uğurlu və itkisiz əməliyyatları komandanlığın gözündən yayınmırdı. O, iki il yarımlıq döyüş yolunda ən çətin sınaqlardan müvəffəqiyyətlə çıxmışdı. Ona görə də dəfələrlə pul mükafatı, orden, medal və SSRİ Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdi.

Döyüşlərin birində ölümcül yaralanan Sədiyev Moskvada müalicə aldıqdan sonra Zabaykal Hərbi Dairəsindəki hərbi hissələrin birində qərargah rəisinin müavini kimi faəliyyətə başladı. Əfqanıstandakı uğurlu əməliyyatlara görə ikinci dərəcəli “Peşəkar zabit” döz nişanı ilə təltif olunan Sədiyev artıq mayor rütbəsində idi. Yaraları qaysaq tutsa da, müharibənin ağrıları canından çıxmamışdı hələ.

Məkrli düşmən Qarabağda torpaq iddiası ilə ayağa qalxanda mayor Sədiyev Azərbaycanın Müdafiə Nazirliyinə müraciət etdi. Doğma yurdda baş verən hadisələr onu narahat etməyə bilməzdi. Qısa zamanda Vətənə dönən peşəkar hərbçi Artilleriya və Hərbi Hava Qüvvələri idarəsində döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsinə təyin edildi. Və həmin gündən Vəzir Sədiyevin səsi ən qaynar nöqtələrdən gəldi.

Laçının bir çox kəndləri düşmənin nəzarətində idi. Dəhliz vasitəsi ilə nəinki silah-sursat, hətta dağılmış imperiyadan ermənilərə miras qalmış ən ağır texnikalar Qarabağa daşınırdı. Cəsarətli soydaşımız mayor Sədiyev heç bir əmr-filan gözləmədən həmin karvanın qarşısını (84 silah dolu yük maşını və ağır texnika) almaq üçün əməliyyata keçdi. O gün dəhliz boyu göylərə yüksələn alov neçə-neçə düşmənin sonuna çıxdı.

Vəzirin bu addımı çoxlarını narahat etməyə başladı, hətta ozamankı müdafiə naziri Rəhim Qazıyev tərəfindən nazirliyə çağırıldı. Komanda verilmədiyi halda nəyə görə düşmənə zərbə endirdiyi soruşuldqda: “Bu ki, düşməndi, düşməni məhv etmək üçün əmr lazımdırmı?! Əgər mənə məxsus olan yolla düşmən arxa cəbhə üçün silah-sursat və ərzaq daşıyırsa susub durmalıyammmı, yoxsa haradansa əmr gözləməliyəm?!- deyə Vəzir qürur və qətiyyətlə bildirdi.
Müdafiə naziri üzünü Vəzirə tutub sərt və qəti şəkildə etira etdi: “Sən bizimlə işləyə bilməzsən”.

-Axı mən xalqıma silah qaldıranlara qarşı vuruşuram, o dəhliz vasitəsiylə Qarabağa ağır texnikanın daşındığından necə xəbərsiz ola bilərsiniz?
- Vəzir səsini ucaldı.
Qazıyev susmağa üstünlük verdi.

Vəzir çox narahat idi. Qulaqlarına inanmırdı. Düşmən ağır texnika ilə irəlilədiyi bir zamanda müdafiə nazirindən aldığı cavabı əsl satqınçılıq kimi qiymətləndirdi.
Amma olan olmuşdu.

Sədiyev həm də peşəkar kəşfiyyatçı idi. O, təkbaşına düşmənin arxasına keçərək lazımi məlumatları qərargaha ötürməklə yanaşı, strateji obyektlərin darmadağın edilməsində əhəmiyyətli rol oynayırdı. Hətta Gorus-Qafan istiqamətində düşməni pusquya salan Sədiyev silahdaşları ilə birlikdə bir erməni əsgərinin də salamat çıxmasına imkan verməmişdilər. Həmin gün yasa bələnmişdi bütün Ermənistan, hətta üç günlük matəm elan olunmuşdu.

Füzulidəki adsız yüksəkliyi
geri qaytarmaq üçün Vəzir qərargahdan əmr aldı. Kəşfiyyat xarakterli manevrdən sonra bölük zirvəyə doğru irəlilədi. Dağın zirvəsində lağım atmaqla düzəltdikləri mağarada saysız-hesabsız silah-sursatın və böyük bir dəstənin gizlənə biləcəyini təsəvvürə gətirmək mümkün deyildi. Amma yenə də Vəzir Sədiyev ehtiyatlı davranırdı. O gecə dan yeri ağarana qədər sürünə-sürünə dağa çıxdılar. Ocaq ətrafında cəmləşən quldurlar qaranlıqda nələrin baş verdiyindən xəbərsiz idi. İki nəfər gözətçidən başqa hamısı ocağın istisində xumarlanırdı. Bəlkə də bu yüksəkliyi fəth edə biləcək bir qüvvənin olacağına inana bilmirdilər. Ona görə də arın-arxayın ayaqlarını uzadıb özləri üçün xəyal qururdular. Vəzir Sədiyev ilk həmlədə keşikçiləri cəhənnəmə göndərib mağaraya gedən yolun təhlükəsizliyini təmin elədi. Sonra kimin üzərində nə qədər qumbara vardısa mağaraya atılmasına əmr verdi. Haray-qışqırıq tamam kəsiləndən sonra, sanki havanı “kabab qoxusu” bürümüşdü. Kimsə salamat çıxa bilməmişdi o mağaradan. Hər kəs yanıb külə dönmüşdü.

...Dan yeri ağaranda sərin meh o qoxunu dağın arxasına qovub apardı.

Mağaradakı silahlardan güc çatan qədər götürüb aşağı endilər, üstəlik bir-iki cəsəd də gətirmişdilər ki, əsirlikdə olan soydaşlarımızla dəyişdirsinlər.
Vəzir silahdaşlarının gözündə ən yüksək zirvədə idi, çünki onun uğursuz döyüşünü heç kim görməmişdi. Axı o, “dəmir mayor” idi. Əslində, bu adı ona ermənilər vermişdi.

Ağdərədə döyüşlər şiddətlənmişdi. Ümid yenə də Vəzirə idi. Həsənriz ətrafında cəmləşən erməni taborunu geri oturtmaq üçün növbəti əməliyyata da Vəzir rəhbərlik edəcəkdi. Vaxt itkisi digər ərazilərin də ələ keçməsinə səbəb ola bilərdi. Vəzir silahdaşları ilə birlikdə döyüşə atıldı. Neçə-neçə düşmən əsgərini yerə sərdi. Xof içərisində silahını atıb qaçan quldurların sayı artırdı. Xeyli ölən və yaralanan vardı. Həmin gün əsgərlərimiz erməni taborunu tutduğu mövqedən çıxara bildi. Hələ üstəlik, tank, PDM, yük maşını ələ keçirildi. Bu növbəti uğuru idi Vəzirin. Amma bu uğurun sevincini yaşamaq qəhrəman soydaşımıza nəsib olmadı.
Vəzir İsa oğlu Sədiyev qorxmazlığı, cəsarəti ilə Azərbaycanın hərb tarixinə öz adını yaza bildi. Qəhrəmanlıqla dolu döyüş yolu yetişməkdə olan nəslin qəlbindəki vətənpərvərlik toxumunu cücərtdi. Torpaqlarımızın bütövlüyü uğrunda ölümsüzlüyə qovuşan yurdsevər soydaşımız ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Biləcəri qəsəbəsindəki parkların birində şəhid soydaşımızın büstü qoyulub.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akşin Vəzir oğlu VƏLİYEV (1965)

Akşin Vəzir oğlu VƏLİYEV (1965)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

ŞƏHİDLƏRİMİZ, Gürcüstan, Borçalı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitab təkrar nəşr olunacaq -- DİQQƏT, DİQQƏT!..

Əsas xəbər, ŞƏHİDLƏRİMİZ, Yeni nəşrlər, Gürcüstan, Borçalı, Elanlar, Müşfiq Borçalı
SAĞ QALMAĞIM TANRININ LÜTFÜDÜR

SAĞ QALMAĞIM TANRININ LÜTFÜDÜR

Publisistika, Müsabiqə
ÖTƏRXAN  ELTAC: QAN RƏNGLİ GÜLLƏR...

ÖTƏRXAN ELTAC: QAN RƏNGLİ GÜLLƏR...

Köşə yazılar

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yeni nəşri işıqüzü görüb

Yeni nəşrlər, Borçalı, Darvaz, Haqqımızda, Müşfiq Borçalı
BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

"Elm və Təhsil", "Mən Şirvanın səsiyəm", UNUTSAQ, UNUDULARIQ!....
Cəbhədə vəziyyətlə bağlı SON MƏLUMAT

Cəbhədə vəziyyətlə bağlı SON MƏLUMAT

Əsas xəbər, Qarabağ
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
ELŞƏN QURBANOV (1982)

ELŞƏN QURBANOV (1982)

Başkeçid
Azərbaycanın Milli Qəhrəmanı - Borçalı balası Cəlil Səfərov

Azərbaycanın Milli Qəhrəmanı - Borçalı balası Cəlil Səfərov

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ailələri onlara göstərilən qayğını dəyərləndirirlər

Şəhid ailələri onlara göstərilən qayğını dəyərləndirirlər

Azərbaycan, Qarabağ, Başkeçid
VƏTƏN  HARAYINA CAN VERƏN QƏHRƏMAN - polkovnik-leyntenant Xeyrulla Mais oğl ...

VƏTƏN HARAYINA CAN VERƏN QƏHRƏMAN - polkovnik-leyntenant Xeyrulla Mais oğl ...

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
DÜNYAYA  SƏS SALAN  SƏRKƏRDƏ

DÜNYAYA SƏS SALAN SƏRKƏRDƏ

"Elm və Təhsil", Köşə yazılar
MTN-çi Şuşanın işğalındakı şok məqamları açdı - turan.info.az/Tv

MTN-çi Şuşanın işğalındakı şok məqamları açdı - turan.info.az/Tv

Qarabağ, Tv
Milli Qəhrəmanımız ELDAR AĞAYEV

Milli Qəhrəmanımız ELDAR AĞAYEV

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Tiflis, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Ürəklərdə əbədi yaşayan şəhid-qəhrəman Rasim Şahsuvarov

Ürəklərdə əbədi yaşayan şəhid-qəhrəman Rasim Şahsuvarov

Qarabağ
Ramiz Abdullayev:

Ramiz Abdullayev: "ZƏFƏR!"

Poeziya
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: