Prof.Dr. Tamella Aliyeva "TURAN" İnformasiya Mərkəzinin və turan.info.az saytının ELM şöbəsinin müdiri təyin olunub

Prof.Dr. Tamella Aliyeva "TURAN" İnformasiya Mərkəzinin və turan.info.az saytının ELM şöbəsinin müdiri təyin olunub TƏBRİK EDİRİK!..

Uzun illərdir ki, “TURAN” İnformasiya Mərkəzinin Baş məsləhətçisi olan Prof.Dr. Tamella Aliyeva elə bu günlərdə həm də "TURAN" İnformasiya Mərkəzinin və "turan.info.az" saytının ELM şöbəsinin müdiri təyin olunub.


Tamella Alıyeva - 1951-ci ildə Beyləqan şəhərində anadan olub.
Bakı Dövlət Universitetini bititib.
1976-c ildən 2009-cu ilə kimi düz 33 il həmin ali məktəbdə çalışıb.
Namizədlik və doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edib.
Filologiya elmləri doktoru, professordur.
1998-ci ildən elmi və pedaqoji fəaliyyətini qardaş Türkiyənin Eskişehir Osmanqazi Universitetində Türk dili və ədəbiyyatı bölümündə davam etdirib. Bir müddət ədəbiyyat fakültəsinin dekanı olub.
2008-ci ildə qardaş Türkiyənin Eskişehir valiliyi tərəfindən Türkiyə-Azərbaycan arasında qurduğu mədəni əlaqələrə görə mükafatlandırılıb.
2011-ci ildə nümunəvi fəaliyyətinə görə Azərbaycan Böyük Elçiliyi tərəfindən “İlin ən yaxşı müəllimi” seçilib.
Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına İnstitutu və Vektor Mərkəzi tərəfindən “Türk Dünyasına Xidmət”, 2014-cü ildə Eskişehir Sənət Dərnəyi tərəfindən “Yunis İmrə Araşdırma”, iki dəfə Azərbaycan Məhsəti Şairləri Dərnəyi tərəfindən “Türk mədəniyyətinə xidmət” mükafatları ilə mükafatlandırılıb.
Daha sonra isə Türkiyədə Muş Alparslan Universitetinin türk dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.

Görkəmli ədəbiyyatşünas alim olmaqla yanaşı, həm də istedadlı yazıçı-jurnalist kimi tanınan, hələ gənclik illərindən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Tamella xanım həmçinin Azərbaycanda çap olunan “Azərbaycan”, “Savalan” və “Şərqin səsi” qəzetlərinin, “Yada düşdü” jurnalının Türkiyə təmsilçisi olub.

Prod.Dr. Tamella Aliyeva 2026-cı ildə ailə vəziyyəti ilə əlaqədar olaraq doğma Vətənə - Azərbaycana qayıdıb.

“TURAN” İnformasiya Mərkəzi yarandığı gündən onun Baş məsləhətçisi olan Prof.Dr. Tamella Alıyeva elə bu günlərdə həm də "TURAN" İnformasiya Mərkəzinin və "turan.info.az" saytının ELM şöbəsinin müdiri təyin olunub.

Redaksiya Heyətimiz adından, bir daha - dəyərli ziyalımız, sevimli soydaşımız, görkəmli ədəbiyyatşünas alimimiz və tanınmış ictimai xadimimiz filologiya elmləri doktoru, professor Tamella Aliyevanı öz aramızda görməkdən məmnun olduğumuzu bildirir və onu ürəkdən təbrik edirik.
Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, çox hörmətli Tamella xanıma ona uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...


Müşfiq BORÇALI,
"TURAN" İnformasiya Mərkəzinin və
"turan.info.az" saytlarının Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü,
“Qızıl qələm” mükafatı laureatı


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dəyərli soydaşımız AĞABALI XEYİRXƏBƏROV

Dəyərli soydaşımız AĞABALI XEYİRXƏBƏROV "ZİRVƏ" MÜKAFATI ilə təltif olun ...

Fond, Qaraçöp, Təbriklər
Gülnar Səmanın “NAR” kitabı Türkiyədə çap olunub

Gülnar Səmanın “NAR” kitabı Türkiyədə çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
Azərbaycanlı alim Asif Hacılının elmi layihəsi beynəlxalq müsabiqənin qalib ...

Azərbaycanlı alim Asif Hacılının elmi layihəsi beynəlxalq müsabiqənin qalib ...

Turan, Borçalı
Professor Asif Hacılı “Türk Dünyasına xidmət” mükafatı ilə təltif olunub

Professor Asif Hacılı “Türk Dünyasına xidmət” mükafatı ilə təltif olunub

Turan, Bolus
Yeni medalınız mübarək, əziz eloğlumuz, çox hörmətli Müşfiq müəllim!..

Yeni medalınız mübarək, əziz eloğlumuz, çox hörmətli Müşfiq müəllim!..

Müşfiq Borçalı
Müşfiq Borçalı

Müşfiq Borçalı "MUSTAFA KEMAL ATATÜRK" Qızıl medalı ilə təltif olunub

Əsas xəbər, Humanitar elmlər, AzTU, "Şərqin səsi", Turan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı
BANA DOKTORA DİPLOMU VEREN İNSAN!..

BANA DOKTORA DİPLOMU VEREN İNSAN!..

Humanitar elmlər, Turan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
“turan.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“turan.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
SOYDAŞIMIZ HÜSEYN YUSUBOV “TÜRK DÜNYASINA XİDMƏT” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

SOYDAŞIMIZ HÜSEYN YUSUBOV “TÜRK DÜNYASINA XİDMƏT” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Turan, Borçalı, Təbriklər

"Həkim olmaq istəyirəm"

"Elm və Təhsil", Gənc istedadlar
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

Humanitar elmlər, Təbriklər
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Humanitar elmlər
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

Təbriklər
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
Rəy yazın: