Dekabrın 28-si Tələbə Senatının iclasında tələbə-rektor seçkisinin sonuncu mərhələsi keçirilib.
Qaydalara görə, Senatın hər bir üzvünün özünə və digər namizədə (bir nəfər) səsvermə hüququ var. Səsvermənin nəticəsinə əsasən, Nurullayev Şamil Hikmət oğlu 4 səs, Allahyarlı Eltac Elşad oğlu 3 səs, Qurbanlı Günay Tahir qızı 2 səs, Gebekbəyov Emil Mahir oğlu 2 səs, digər üzvlər isə hər biri 1 səs toplayıb.
Beləliklə, Maşınqayırma və robototexnika fakültəsinin
3-cü kurs tələbəsi Nurullayev Şamil Hikmət oğlu
səs çoxluğu ilə 1 il müddətinə
AzTU-nun tələbə-rektoru seçilib.
Şamil Nurullayevi təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
.