AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZİMİZ VALEH MİRZƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZİMİZ VALEH MİRZƏ!.. Valeh Mirzə 13 dekabr 1956-cı ildə
Cəlilabad rayonunda doğulub.
M.F.Axundov adına Azərbaycan Dövlət
Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu
(indiki Bakı Slavyan Universitetini) bitirib.
Düz 30 il peşəkar jurnalist fəaliyyəti ilə məşğul olub. 1984-cü ildən “Azərbaycan pioneri”,
indiki “Savalan” qəzetində fəaliyyətə başlayıb.
2001-2007-ci illərdə Təhsil Nazirliyinin təsisçisi olduğu “Azərbaycan müəllimi” qəzetinin
baş redaktoru vəzifəsində çalışıb.
2004-cü ildə Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamı ilə
“Tərəqqi” medalı ilə
təltif edilib.
9 kitabın, o cümlədən mərhum prezident
Heydər Əliyev haqda 2 kitabın müəllifidir.
“Azərbaycan dövlətçiliyinin qoşa qanadı” adlı kitabı 2004-cü ildə Beynəlxalq Heydər Əliyev Forumunun 1-ci diplomuna layiq görülüb.
Prezident Administrasiyasının kitabxanasında dövlətçiliklə bağlı yazı və kitabları yer alıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın yarandığı ilk günlərdən partiya sıralarına qoşulub. Bu barədə söhbət düşəndə: “Mənim YAP-a ərizəmi məşhur 91-lərdən olan Xeyrəddin Qoca Naxçıvana apararaq, mərhum prezident Heydər Əliyevə təqdim edib. Bu gün də fəal YAP-çı olaraq qalıram.” - söyləyir.

"Tanıyanlar yaxşı bilir,
Düzə əyri deməmişəm.
Haqq yazıram, yaltaqlıqla
Haram çörək yeməmişəm.
Uymamışam fitnə-felə,
Şərdən, böhtandan uzağam.
"Aşıq ğördüyünü çalar",
Gördüyümü yazacağam.
Bol büsatı,xoş ovqatı
Duymayana kor deyirəm,
Nahaqqa meydan verənə
Çor deyirəm- zor deyirəm
Bu meydanda rəqib olmur,
Bu meydanda çəki olur.
Bu meydanda düz olmasan,
Kölgən də çəpəki olur."


- deyən Valeh Mirzə özünün Fecebook səhifəsində dünən "SABAH MƏNİM AD GÜNÜMDÜR" sərlövhəli ürək sözlərində yazmışdır:

"Kim deyir ki 13 nəhs rəqəmdir?!. Həmin gün rəhmətlik anam məni dünyaya gətirib. Hələ bir qucağıma toppuş bir qız uşağı da vermişdi. Yəni ana bətnində də 9 ay tək qalmamışam. Əvvəlcə mən, sonrasa o, mənim arxamca gəldi bu işıqlı dünyaya. Süfrədə daim bir yerdə oturar, sinifdə bir parta arxasında əyləşər, elə yatanda da gözündən uzaq qoymazdı məni. Yaman dalaşqan idi uşaqlıqda. Mənimlə dalaşan zaman gücü çatmayanda üzümü uzun dırnaqlqrı ilə cırıq-cırıq edərdi. Bir sözlə, yola getmirdi mənimlə. Arabir həmin illəri yada salıb gülüşürük. Bu günün özündə də biz 4 bacı (bir bacım dünyasını dəyişib - Allah rəhmət eləsin!..) və 4 qardaş olsaq da mən əkiz bacım Gülnazı hamıdan çox istəyirəm. Amma açığını deyim ki, indinin özündə də o, həmişə mənimlə mübahisə edir və tez-tez də küsür. Demək olar ki, ilin yarısını biz onunla küsülü qalırıq. Bütün bunlara baxmayaraq mən 13 rəqəmini çox sevirəm. Çünki məhz həmin gün mən əziz bacım Gülnazla və sevimli əmim oğlu Elçinlə bu işıqlı və yaraşıqlı dünyaya gəlmisik. Hər ikisini bu mübarək günləri münasibətilə təbrik edirəm, bağrıma basıb öpürəm."

AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZİMİZ VALEH MİRZƏ!..
Biz də fürsətdən istifadə edib,
sözün əsl mənasında,
halallıq, düzlük,
dostluq simvolu olan
qələm dostumuz
Valeh Mirzəni
Ad Günü
münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayır
və aşağıda onun
bir neçə şeirini
oxucularımıza
ərmağan edirik!..

Müşfiq BORÇALI.



QƏLƏBƏ HİMNİ

Söz deyib, söz dinləməkçün indi meydan dövrüdür,
Sanmasınlar şarlatanlar, bəlkə şeytan dövrüdür.
Ağrılar baş qaldırar, millət düşərsə izhara,
Qaniçənlər üçün ancaq, bil, nahaq qan dövrüdür.
Şərəfin tutdu uca öz xalqının Heydər Ata,
Düşməni qan qusduran qüdrətli azman düvrüdür
İlhamı edibsə qismət tale hərgah bizlərə,
Həşaratlar bol olamməz, çünki insan dövrüdür
Gözlərə kül üfürən nankorlar aşkar oldular,
Mənliyi, şəxsiyyəti puçların talan dövrüdür.
Dəxi dərdi-sərimiz yox Qarabağdan savayı,
Savaşa az qalır, az, cəbhədə tufan dövrüdür...


* * *

Azərbaycanın 1-ci xanımı
Mehriban xanım Əliyevanı
seçicilərin yekdil səsilə
növbəti beşilliyə
Millət Vəkili seçilməsi münasibətilə
ürəkdən təbrik edirəm.
Tanrı onu qorusun!..


İlahi bir məkandır o,
O, sadəcə bir Fond deyil.
O, bir Tanrı töhfəsidir,
Bəhrəsi artır ilbəil.
Bu Fond qüdrət sahibidir,
Xoşdur məramı,niyyəti.
Bu Fond qaldırıb göylərə
Təhsili, mədəniyyəti.
Qapısı "ocaq"tək açıq-
Ümidsizin güman yeri,
Bu "ocağ"a üz tutanlar
Bu"ocaq"dan şəfa görür
Üzülsə hər yerdən əlin,
Olma naümid,bədgüman.
Bu "ocağ"a pənah gətir,
Sağalacaq hökmən"yaran"
.Fikir aydın, məqsəd birdir-
Xalqa arxa-dayaq olmaq.
Bu Fond ilə sabahlara
İşıq saçan mayak olmaq
O, sevilir" zər qədrini
Bilən mahir zərgər" kimi,
O, sevilir ən qiymətli
Zinət kimi, gövhər kimi
Paklıq, gözəllik, ülvilik
Rəmzi sayılır Mehriban.
Ana, bacı qayğısıyla
Seçilir bu xanım hər an.
O, gör kimlərin nəvəsi,
O, gör kimlərin qızıdır,
O gör kimin gəlinidir,
Gör kimin "Bəxt Ulduizu"dur.
İlham kimi El Oğlutək
Aldı El Qızı adını,
Yaratdı dövlətçiliyin
Sınmaz "Qoşa Qanad"ını.
Sevir ilahi sevgiylə
Mehriban öz millətini,
Azərbaycan yaxşı bilir
Ər qızının qiymətini.
İlhamı,Mehribanı var,
Bu xalq düçar olmaz qəmə,
Mən də bundan ilham alıb
Sarılıram hey qələmə.


ŞAİR ÖLMÜR, ANACAN!

Ay ana, bir məsəl var:
"Zamana,ay zamana..."
Üç sətrini yazmıram,
Kim qanmaya, kim qana.
Bir məsəl də var, ana:
"Qalsa da torpaq altda,
Qiymətini itirməz
Qızıl heç vaxt həyatda.
Zamanın süzgəcindən
Süzülür müdrik kəlam-
Zülmətə saçmaz işıq,
Yanıb əriməsə şam.
Zillətə,məşəqqətə
Dözəcəyəm sonacan,
Sən ki şair doğmusan,
Şair ölmür, anacan!
Dağdan da qüdrətliyəm,
Sudan təmizdir adım.
Şair doğmuşdun məni,
Şair ömrü yaşadım.


* * *

Düşüb yolun ağına
Kəndimizə gedirəm,
Bir niskili kökündən
Üzə-üzə gedirəm.
Enişli,yoxuşıudur,
Bu yollar dağa gedir
Tutub ayaqlarımdan
Yollar qabağa gedir.
Hörür əlçim buludlar
Meşələrin saçını-
Bu yerlərdə xumarlan,
tap ömrün əlacını.
Kölgəm özümdən qabaq
Cumurdu kəndə sarı
Birinci öpsün anam
O kölgə dodaqları.
Bələnmişdi evimiz
Gül anamın ətrinə-
Arxaya keçdi kölgəm
Ana,bala xətrinə...


Əzizim Saday Şəkərli

Səni dərdli gördüm, çoxaldı dərdim,
Dərdimiz başqasa,...birdir əlacı.
Əsil kişiləri mən dərdli gördüm,
Əsil kişilərin taleyi acı.
Gözümü sıxıram,dərd gilələnir,
Sinəmdə dərdlərin təlatümü var.
Haqsızlıq görəndə dərd şələlənir,
Dərdimi çoxaldır dərdsiz adamlar.
Məzarı üstünə gəlmə dərdlinin,
Daş ilə söhbətin tutan deyildir.
Baş daşın sən dərdsiz bilmə dərdlinin,
O, dərd keşiyində yatan deyildir...
Bir də ki qardaş,
Sən mənim üzümə ağ olmaz idin-
Sən orda, mən burda eyni gündəyik.
Tüstüsü gözləri ovan təndirin
Padoş divarında yanan kündəyik
Sığınaq Tanrının kəramətinə,
Qırmayaq söz üstə bir-birimizi.
Qaranlıq meşədir, ehtiyatlı ol,
Ayrılsaq, yeyəcək şir birimizi.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBRİK EDİRİK!.. Valeh Mirzə - 60

TƏBRİK EDİRİK!.. Valeh Mirzə - 60

MEDİA, Təbriklər
VALEH MİRZƏ: ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

VALEH MİRZƏ: ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

Müsabiqə
TƏBRİK EDİRİK!...

TƏBRİK EDİRİK!...

Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ RƏNA  MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ RƏNA MÜƏLLİMƏ!..

Kolleclər, Təbriklər
Ad GÜNÜN - YUBİLEYİN MÜBARƏK, ƏZİZ DOSTUMUZ HİKMƏT MƏLİKZADƏ!..

Ad GÜNÜN - YUBİLEYİN MÜBARƏK, ƏZİZ DOSTUMUZ HİKMƏT MƏLİKZADƏ!..

Təbriklər
ŞƏRQİYYƏ SEYİDOVA:

ŞƏRQİYYƏ SEYİDOVA: "VƏTƏNİMDİR, VƏTƏNİM"

Poeziya, Müsabiqə
Siyavuş Uyğuna Başsağlığı

Siyavuş Uyğuna Başsağlığı

"Şərqin səsi", Borçalı, Nekroloqlar
Valeh MİRZƏ: CAHANGİRİN ADIYLA QOŞADIR ABAZALLI

Valeh MİRZƏ: CAHANGİRİN ADIYLA QOŞADIR ABAZALLI

Regionlar
Ad Günün Mübarək, Tapdıq YOLÇU!..

Ad Günün Mübarək, Tapdıq YOLÇU!..

Poeziya, Qarayazı, Təbriklər
Yunileyiniz mübarək, hörmətli XANIM BİLALQZIZI!..

Yunileyiniz mübarək, hörmətli XANIM BİLALQZIZI!..

Təbriklər
MURAD ŞİRİNOV (1994)

MURAD ŞİRİNOV (1994)

Poeziya, Müsabiqə
XALİDƏ YAQUBQIZI (BAĞIROVA) (1955)

XALİDƏ YAQUBQIZI (BAĞIROVA) (1955)

Poeziya, Müsabiqə
Musa Ağalarov:

Musa Ağalarov: "Dərdimin dərmanı Zəngilandadır"

Müsabiqə
Salam SARVAN:

Salam SARVAN: "ATDI... ATDI MƏNİ DÜŞMƏNLƏRİM DƏ..."

Poeziya, Müsabiqə
Sədi YARADANQULU: -

Sədi YARADANQULU: - "ATA YURDDU, ANA OCAQ!..." "HAVALANIB YENƏ KÖNLÜM... ...

Poeziya, Müsabiqə, Başkeçid
Sürəyya NƏSİB:

Sürəyya NƏSİB: "Mən Zamanın darağında darandım..."

Naxçıvan, Müsabiqə
Əli Nağıyevdən SƏRT İTTİHAMLAR -

Əli Nağıyevdən SƏRT İTTİHAMLAR - "...nadandır, ləyaqətsizdir"

Siyasət
Sürayyə Nəsib:

Sürayyə Nəsib: "CANIM AZƏRBAYCANIM"

Müsabiqə
İradə KÖVRƏK (1978):

İradə KÖVRƏK (1978): "Sən məni unutdun niyə, ilahi?.."

"SAZLI-SÖZLÜ BORÇALI", Poeziya, Müsabiqə, Bolus
Ad gününüz mübarək, hörmətli Sona xanım!..

Ad gününüz mübarək, hörmətli Sona xanım!..

"Şərqin səsi", Poeziya, Müsabiqə, Təbriklər, Qərbi Azərbaycan
Rəy yazın: