Yaman gileyliyəm Qoca dünyadan Bəzən insaflıdır, bəzən insafsız, Yaman gileyliyəm qoca dünyadan. İncidib xar edir o bizi hədsiz, Yaman gileyliyəm qoca dünyadan. Nə yaşa baxmaz o,nə dəki başa , həyatı çalışar tez vura başa, Bəzən bizi çırpar qayaya, daşa, Yaman gileyliyəm qoca dünyadan.