TƏBRİK EDİRİK!..
Bu gün sevimli həmkarımız,
istedadlı qələm dostumuz,
"Şərqin səsi" qəzetinin redaktoru
Murtuz Fərhadoğlunun ad günüdür!..
Bu gün sevimli həmkarımız,
istedadlı qələm dostumuz,
"Şərqin səsi" qəzetinin redaktoru
Murtuz Fərhadoğlunun ad günüdür!..
Murtuz Fərhad oğlu Məmmədli 3 dekabr 1967-ci ildə
Ulu Borçalı mahalının qədim Başkeçid rayonundakı
Qızılkilsə kəndində dünyaya göz açıb.
1991-ci ildə S.S.Orbeliani adına
Tbilisi Dövlət Pedaqoji İnstitutunun
Azərbaycan dili və ədəbiyyatı bölməsini bitirib.
Doğma kəndlərində müəllim və
«Yurddaş» qəzetinin Gürcüstan üzrə
xüsusi müxbiri işləyib.
Bakıya köçdükdən sonra bir müddət
«Azərbaycan yolları» qəzetində çalışıb.
Hazırda “Şərqin səsi” qəzetinin redaktorudur.
Hələ tələbəykən şeirləri mətbuat səhifələrində
tez-tez görünən Murtuz Fərhadoğlunun
«Eloğlu, yurduna qayıt» adlı ilk şeirlər kitabı
1990-cı ildə Tbilisinin «Etrad» nəşriyyatında işıq üzü görüb.
Kitab iki hissədən ibarətdir. Birinci hissədə müxtəlif məzmunlu və bir-birindən maraqlı 112 bənd bayatı, ikinci hissədə isə şairin müxtəlif illərdə qələmə aldığı şeirləri verilmişdir. «Eloğlu, yurduna qayıt» şeiri ilə açılan bu bölmədə özünə yer tapmış şeirlərin əksəriyyyəti kökümüzə, ruhumuza, aşıq havalarımıza köklənmişdir.
Tərk eyləmə öz yuvanı,
Söndürmə gur çırağını,
Sevindirmə yad-yağını,
Eloğlu, yurduna qayıt!
Vətənimdir əzəl gündən
Doğulduğum Qızılkilsəm.
İnsaf eylə, köç etmə sən,
Eloğlu, yurduna qayıt!
Nə edibdir bu yurd sənə,
Tapşırırsan özgəsinə?
Gəl səs verək haqq səsinə,
Eloğlu, yurduna qayıt!
Doğmaların qəbirləri
Arxaya səsləyir səni,
Tək qoymayaq bu elləri,
Eloğlu, yurduna qayıt!
- deyən şair şeirlərində Vətən məhəbbəti, torpaq, yurd sevgisi, el-oba qayğısı xüsusilə diqqəti cəlb edir. «Vətən dərdi», «Dağlar», «Dəymir», «Dərdi ümman olan xalqım», «Dəyməz», «Dünya», «Ağlama, ana, ağlama» və s. şeirləri bu qəbildəndir.
Hələ orta məktəb illərindən ürəyinin çırpıntılarını poetik dildə söyləməyə çalışan gənc müəllif indiyədək qoşma, gəraylı və bayatılarından ibarət söz çələngi yaratmışdır. Onun şeirlərində, xüsusilə də «Hicran», «Səndən qeyrisini sevməyəcəyəm», «Bu gün sənin nişanındır», «Bilsəydim qarşımda ayrılıq durur», «Məhəbbət», «Yuxumda sən mənimsən» və s. kimi məhəbbət mövzusunda yazılmış şeirlərində, şair Rafiq Hümmətin qeyd etdiyi kimi, süjet və misraaltı melodiyalar sintetik şəkildə qovuşaraq, ürəyə və dilə yatımlı səslənir.
Murtuz Fərhadoğlunun diqqəti cəlb edən «Qorxuram» və «Dünya» şeirləri şair Rafiq Hümmətin təqdimatı ilə birgə «Gürcüstan» qəzetinin 16 iyul 1991-ci il tarixli sayında işıq üzü görmüşdür. «Dünya» şeirində oxuyuruq:
Qardaş, itib haqqın yolu,
Mərd olub namərdin qulu,
Dünya haqda ağız dolu,
Yüz də desən, inanmaram.
İnam yerimiz hac olub,
Kim tox olub, kim ac olub,
Başqasına möhtac olub
Sayəsində dolanmaram.
İl pis gəlir ili-ildən,
Vaxtsız düşdü saçıma dən,
Hər nə gördüm, dünya, səndən
Mən gizlədib dananmaram.
Murtuz Fərhadoğlunun «Ziya» (Bakı) qəzetinin 10 sentyabr 1992-ci il tarixli sayında işıq üzü görmüş «Türk övladıyam», «Gözləmə» və «Aman Allah!» sərlövhəli şeirləri də maraqlıdır:
Babək nəvəsiyəm, nənəmdi Həcər,
Düşmənin önündə sına bilmərəm.
Oğuz nəslindənəm, oğuz oğluyam,
Ulu əcdadımı dana bilmərəm…
Vəfalı dostuyam vəfalı dostun,
Doğmanın doğması, yadın yadıyam.
Qoy bilsin düşmənim, eşitsin yağı -
Borçalı oğluyam, türk övladıyam.
və yaxud:
Dağlar başı duman oldu,
Könül evim xırman oldu,
Dost dediyim düşmən oldu,
Aman Allah, aman Allah!
Başdan aşır dərd-sərimiz,
Yadın olur öz evimiz,
Nələr görür gözlərimiz,
Aman Allah, aman Allah!
Bəli, ustad demişkən, bu da həqiqətdir ki, şeir - istedad və elmdən savayı, həm də dözüm, mətanət, yanmaq-yaxılmaq sevir. Murtuza zərif sənətin sirli və dolanbac keçidlərindən məharətlə keçib, poeziyanın baş keçidinə çatması üçün bütün bu keyfiyyətləri arzu edirik. Şeirlərində məna yükünün, deyim tərzinin sadəliyinə və səmimiliyinə riayət edən gənc şairin söz kəhkəşanının sirlərinə bulunub vaqif olması üçün irəlidə hələ bütöv bir şair ömrü var. Bu ömrü yaşamaqda Murtuz qardaşımıza uğurlar diləyirik!..
P.S.:
Fürsətdən istifadə edərək,
Murtuz qardaşımızı
Ad günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayır
və aşağıda
onun bir neçə şeirini
oxucularımıza
ərmağan edirik!..
Murtuz qardaşımızı
Ad günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayır
və aşağıda
onun bir neçə şeirini
oxucularımıza
ərmağan edirik!..
Müşfiq BORÇALI.
(Bax: Müşfiq Borçalı.
Sazlı-Sözlü Başkeçid.
3-cü cild. Bakı, 2016.
səh.659-671.)
Sazlı-Sözlü Başkeçid.
3-cü cild. Bakı, 2016.
səh.659-671.)
Murtuz Fərhadoğlu BAŞKEÇİDLİ :
Gələndə arxamca ağladi Şindi...
Gələndə arxamca ağladi Şindi,
Elim haray cəkdi, toprağim dindi.
Nə vaxtdi cixmişam, yəqin ki, indi
O doğma obalar unudub məni.
Olmadi bu elin dərdini duyan,
Olmadi kimsəyə yurd dərdi əyan,
Meşələr qoynunda gur-gur cağlayan
Nəğməli bulaqlar unudub məni.
Yenə də xəyalim yurduma varmiş,
Yurdda kecən ömrüm nə bəxtiyarmiş...
Hər bir qarişinda izlərim qalmiş
Cicəkli yaylaqlar unudub məni.
Taleyin hökmünə qol cəkir zaman,
Bir yanda gün doğur,bir yanda duman,
Yaniqli-yaniqli boylanib baxan
Başi qarli dağlar unudub məni.
Həsrətin qilinctək bağrimi deşib,
Sənə məhəbbətim qanima kecib.
Qadasin aldiğim anam BAŞKECİD-
Demə Fərhadoğlu unudub məni...
BU DƏRDLƏRLƏ
ÖLMƏDİM...
Nələr çəkdim bu dünyada, ilahi,
Nələr gördüm, niyə gördüm, bilmədim.
İllər boyu yaş axitdim gözümdən,
İllər boyu sevinmədim, gülmədim.
Düşünürdüm, kədər hara,mən hara!
Dərdlər məni gətirəndə zinhara.
Nə yaxşi kİ, bildirmədim dostlara,
Nə yaxşi ki, dostlarimla bölmədim.
Ömrüm boyu zülüm çəkdim, çalişdim,
Yatanda da dərdlərimlə danişdim,
Şam olsaam da,axiracan alişdim,
Külək vurdu, tufan oldu, sönmədim.
Zalim mənim od qaladi belimdə,
Layla bitdi,aği bitdi dilimdə
Hər bir dərdi dəfn elədim qəlbimdə,
Qəribədi, bu dərdlərdən ölmədim.
Kimə qalar dünya-sənə,mənəmi?
Hər bir dərdə sipər etdim sinəmi,
Yalanamsa gəl dilimdən as məni,
Bu dünyada yaxşi heç nə görmədim,
Mətinəmmiş, bu dərdlərdən ölmədim....
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.