QALİBƏ CƏFƏROVA: "EY TÜRKOĞLU, AYAĞA QALX!.."

QALİBƏ CƏFƏROVA: "EY TÜRKOĞLU, AYAĞA QALX!.." Qalibə Cəfər qızı Cəfərova - Qax rayonunun
qədim İlisu kəndində anadan olub.
2012-ci ildən Stomotologiya ixtisası üzrə
Avrasiya Universitetində təhsil alıb.
2013-2015-ci illər arasında Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsini bitirib.
2014-cü ildən "Yurd" jurnalının müxbiridir.
9 kitabın müəllifidir.
2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Elə həmin il “Qızıl Qələm” mükafatına layiq görülüb.
Bakı şəhərində yaşayır. Ailəlidir.


Biz də hörmətli Qalibə xanıma
yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza ərmağan edirik.


turan.info.az



Bayraqlaşan Azərbaycan

Nə gözəldir sevgin bu an,
Bayraqlaşan Azərbaycan.
Canımız canına qurban,
Bayraqlaşan Azərbaycan.

Başımız üstə ucalan,
Yollarında dalğalan.
Dalğalansın hər bir zaman,
Bayraqlaşan Azərbaycan.

Al qırmızındır qanımız,
Yaşılın din-imanımız.
Ay-ulduzlu canımız,
Bayraqlaşan Azərbaycan.

İndi sənin şərəfinlə,
Zəfərliyik Azərbaycan.
Dünya heyran qələbənə,
Yaşa-yaşa Azərbaycan.


EY TÜRKOĞLU, AYAĞA QALX!..

Ey türkoğlu, ayağa qalx,
Tarixsən varaq-varaq.
Atatürk istiqlalın
Yolunda yanar ocaq.

Ey türkoğlu, ayağa qalx,
Düşmanlar olmuş ortaq.
Tapdalayıb millətin
Dağlamış qalaq-qalaq.

Ey türkoğlu, ayağa qalx
Silaha sarılaraq.
Al şəhidlər qanını
Yağını parçalayaraq.

Ey türkoğlu, ayağa qalx,
Müqəddəs vətən torpaq.
Müqəddəs qanımızla
Boyadığımız bayraq.

Ey türkoğlu, ayağa qalx,
Bozqurdsun düşmanına dağ,
Aş aş aş aşırımları
Turana yan duraraq.

Ey türkoğlu, ayağa qalx,
Bir birlik yumruq olaq,
Gəlsin türk ellərimiz
Soyuna dayanaraq.

Oxunsun mars himnimiz,
Dünya duysun səsimiz.
Ey türkoğlu ayağa qalx
Dünya bilsin kimik biz.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: