/Bütün əsgər analarına ithaf edirəm.
Mən fəxr edirəm ki, əsgər anasıyam./
Bu gün yola saldım hərbi xidmətə
Vətən torpağını qorumaq üçün.
Başını uca tut, deyirəm sənə
Şərəfli, müqəddəs, əsgər anası!
Neçə gün darıxar, yemək də yeməz.
Gözləri yol çəkər, istər-istəməz.
Dərd yığar qəlbinə, bir kəlmə deməz.
Şərəfli, müqəddəs, əsgər anası!
Bulud tək həm dolar,həm boşalarsan,
Telefon zənglərini hey gözləyərsən.
Qapının səsinə lap diksinərsən.
Şərəfli, müqəddəs, əsgər anası!
Yeri, göyü, kainatı yaradan.
Uca tanrım, səndən budur diləyim
Sevinc göz yaşları töksün hər zaman,
Şərəfli, müqəddəs, əsgər anası!!!
Nəzakət Cəfərova,
Bakı şəhəri Binəqədi rayonu
A.Məmmədov adına
115 №-li tam orta məktəbin
Azərbaycan dili və
Ədəbiyyat fənni üzrə
metod birləşmə sədri
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.