Qurban Təbiətoğlu (1975)
HARA GEDİRSƏN?! (Pul hərislərinə...) Daha xərcləməyə yer də qalmayıb, Pullana-pullana hara gedirsən?! Bağlanıb dünyanın bütün yolları, Tullana-tullana hara gedirsən?! Yığsa da sərvəti tamah zoruna, Hələ aparmayıb kimsə goruna. Düşüb “hörümçəyin” ölüm toruna, Sallana-sallana hara gedirsən?