ADPU-in məzunudur. Riyaziyyat, həm də “Pedaqogika və Kommunist tərbiyəsinin əsaslari” ixtisaslarına yiyələnib.
Pedaqoji fəaliyyətinə Qəbələ şəhərində başlamış və 1992-ci ildən Mingəçevir şəhəri Təbiət, Riyaziyyat və Humanitar Elmləri Təmayüllü Liseydə direktor müavini işləmişdir.
Hazırda "turan.info.az" saytının və "Şərqin səsi" qəzetinin Mingəçevir və Qəbələ bölgəsi üzrə xüsusi təmsilçisidir.
O, eyni zamanda, “Ziyalı” və “Mən Azərbaycanlıyam” jurnallarının əməkdaşıdir. Yazdığı oçerk və şeirləri həmin qəzet və jurnallarda, həmçinin “Həkəri” qəzetində dərc olunur. “Qəbələnin səsi” şairlər birliyinin və “Mənim vətənim”, “Dünya yalan dünya”, “Zirvəyə doğru”, “Sevənlərin dünyası”, ”Qarabağ həsrəti”, “Dolub boşaldı dünya” kitablarının yaradıcı heyətinin üzvüdür.
Amalı - “Dahiləri yaşadaq, gəncləri tanıdaq”dır.
Biz də hörmətli həmkarımız Ənvər Durucalıya yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..
turan.info.az
Dözə bilmirəm
Dözə bilmirəm bu dərdə mən, Tanrı!
Kəlbəcər, Laçın, gözəl Şuşam hanı?
Üzür məni bu ayrılıq, bu həsrət,
Gül-çiçək ətirli yaylaqlar hanı?!
*
Doğma yolları qalxmaq istərəm,
Şuşaya, Laçına baxmaq istərəm.
Zəngilanın dağlarını istərəm,
Yollarım bağlıdır, dözə bilmirəm.
*
İstərəm açılsın mənim yollarım,
Həsrət qaldığım o dağlara qalxım.
Rahat nəfəs alım, bir az dincəlim,
Yollarım bağlıdır dözə bilmirəm.
*
Laçın dağlarına bir nəzər salım,
Həsrət qaldığım “İstisu”dan içim.
“İsa bulağı”ndan bir qurtum içim,
Yollarım bağlıdır dözə bilmirəm.
*
Yadıma düsdü Laçının kəndləri,
Malıbıyli, Minkənd, Əhmədli,
Gedə bilmirəm hey çağırır bizi,
Yollarım bağlıdır dözə bilmirəm...
Qarabağın şəhidləri
Dizdə təpər,canda dözüm,
Bu acıya necə dözüm?
İlmə-ilmə sapa düzüm,
Aşdınız nəhəng sədləri,
Qarabağın şəhidləri.
*
Tarixlərin qan yaddaşı,
Qayaların məhək daşı.
Məğrur dayan yurd yurddaşı,
Ağlama ana gözləri,
Qarabağın şəhidləri.
*
Torpaqların alınacaq,
Minarələr salınacaq.
Gur yanacaq daim ocaq,
Əyilməz igid mərdləri,
Qarabağın şəhidləri.
*
Biz dönməzik dünya bilsin,
Şəhidlərin ruhu dinsin.
Vətənimin üzü gülsün,
Qanla salınan izləri,
Qarabağın şəhidləri.
*
Ənvər deyər dönmək yoxdur,
Ümüdümüz hələ çoxdur.
Hər qələbə özü oxdur,
Allah Məhəmməd ya Əli,
Qarabağın şəhidləri...
Nərminim
Azəri yurdumun bir övladıyam,
Nələr çəkdiyimi hardan biləsən?
Odlu-alovluyam, indi yanıram,
Tüstüm dumanlanır göyə sovrulur.
*Ocağım sönübdür közə dönmüşəm,
Səni gözləməkdən külə dönmüşəm.
Tüstüm dumanlanıb göyə sovrulur,
Ümüdüm, pənahım harda qalmısan?
*Bir ömür sürmədim qoca dünyada,
İtirdim hər şeyi tənha qalmışam.
Səni gözləməkdən çöpə dönmüşəm,
Ocağım sönübdür külə dönmüşəm.
*Nərminim, hardasan, səslədim səni,
Unutma ilqarı, gəl yad et məni.
Közüm külə dönür, ocağım sönür,
Səni sevən Ənvər səslədi səni.
Qardaş unutmasın bacını
Qardaş unutmasın heç vaxt bacını,
Bacıya arxadı, ata-anası.
Ata dayağıdır, ana baş tacı,
Qardaş unutmasın heç vaxt bacını.
*
Bacıdır dərdinə yanan, odlanan,
Qardaş qeydinə də bacıdır qalan.
Xeyirdə-şərində bacı yanında,
Bacıya da qayğı lazımdır, qardaş!
*
Bacı sirdaşdır qardaşa hər an,
Bacılar qardaşı çox sevər, inan.
Hər şeydən üstündür bacıya qardaş,
Qardaş unutmasın heç vaxt bacını.
*
Bacılar bağlıdır qəlbən qardaşa,
Qardaş onun fəxri, döyünən qəlbi.
Ürəkdən bağlıdır Günel qardaşa,
Qardaş unutmasın heç vaxt bacını.
*
Ənvər də Günelə qardaşdır inan,
Hər zaman odlanan, hər zaman yanan.
Xeyirdə, şərində Günellə olan,
Qardaşdır Günelə hər zaman, inan!
Necə qıydın bu sevgiyə
Tükənməz arzularım bitdi artıq,
Sənə olan sevgim də itdi artıq.
Özün bilə-bilə uydun özgəyə,
Necə qıydın bu sevgiyə, ay Gilə?
*
Çox deyirdin əzizim, sən mənimsən,
Ürəyimsən, canımsan, həyatımsan.
Bu vədlər hara getdi, ay etibarsız?
Necə qiydın bu sevgiyə, ay Gilə?!
*
Əllərimi daraq etdiyim saçın,
Ətirli, parlaq, şəffaf yanaqların,
Busə verdiyin Qızılgül dodağın,
Nədən yoxdur...necə qıydın sevgiyə?!
*
Sinəni söykədin başqa birinə,
Gözüm görə-görə uydun özgəyə.
Yoxmuş etibarın, ay üzü dönmüş,
Necə qıydın bu sevgiyə, ay Gilə?!
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.