Füzuli rayonunun Horadiz qəsəbəsində dünyaya gəlib.
1978-ci ildə doğulduğu Horadiz qəsəbəsindəki orta məktəbə daxil olub, 1988-ci ildə həmin orta məktəbi bitirib.
Sonra təhsilini Bakı Maliyyə-Kredit texnikumunda davam etdirib.
Elə həmin vaxtdan da bədii yaradıcılığa başlayıb.
Şeirləri və məqalələri bir sıra müxtəlif mətbuat orqanlarında dərc olunub.
1996-cı ildə əmək fəaliyyətinə başlayıb.
Müxtəlif idarə və müəssisələrdə işləyib.
AMEA-nin Milli Münasibətlər İnstitutunun iqtisadiyyat şöbəsində əməkdaşlıq edib.
Bir müddət "Azad qələm" qəzetində xüsusi müxbir kimi çalışıb.
"Ədalət məşəli" qəzetinin müxbiri və redaktoru olub.
Hazırda "Zəngəzurun səsi" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərir.
Üç kitab müəllifidir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
"Xalqın nüfuzlu ziyalısı" və "Qızıl qələm" mükafatlarına layiq görülüb.
Biz də şair-publisist, yazıçı-jurnalist Fərqanə xanıma yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Məlahət SAHİBQIZI,
"Borçalı" nəşriyyatının redaktoru,
"Abdulla Şaiq", "Zirvə" və "Qızıl qələm"
mükafatları laureatı
turan.info.az
Bilmirəm
Qocaldım, paltomu saldım çiynimə,
Daha qocalmışam, yaza bilmirəm.
Ürəyim cavandı, sözlərim iti,
Çiynimin ağırlığın çəkə bilmirəm.
Ürək kökdən düşdü, bel də büküldü,
Qəm yükü çiynimi yamanca bükdü.
Şeirlərim qəlbimdə əbədi yükdü,
Daha qocalmışam, yaza bilmirəm.
Qələmim itidi, sözüm kəsərli,
Deməyə boxçamda hələ sözüm var.
Nə qədər yazsam da, qurtaran deyil,
Ürək qocalsa da, hələ sözüm var.
Kitablar ömürdə çalınan simdi,
Kitablar ömürün cavanlığıdı.
Sözüm köksündədi, qələm əlimdə,
Qocalıq yaşı da çiynimdədi.
Hələ ürəyimdə sözlərim çoxdu,
Qocalıq belimi yamanca bükdü.
Nə qədər yazsam da söz bitən deyil,
Ürək qocalsa da, hələ sözüm var.
Ömür bitəsidi, söz bitən deyil,
Qocaldım, kürkünü saldım çiynimə.
Əlvida deyirəm mən gəncliyimə,
Qələmim əlimdən titrədi düşdü.
Ürək kökdən düşdü, söz kökdən düşdü,
Qocalıq gözümdən yamanca düşdü.
Elə bildim ki, hələ cavanam,
Demə ki, ürəyim kökündən düşübdü.
Zəlimxan Yaqubam, ömür yaşadım,
Kitablar yazdım, dastan yaratdım.
Elə bildim ki, hələ cavanam,
Demə qocalmışam, dərdlərə yaram!
*
Məni məndən alıb, sən eyləmisən,
Dərdli ürəyimi sən eyləmisən.
Gözümün içinə baxıb gizlicə,
Ürəyimi alıb qan eyləmisən.
Nə deyim səndəki vicdana, səsə,
Səni kimdən alım söylə gizlicə.
Ürəyimi açım sənə gizlicə,
Qəlbini oxşayım axı mən necə?
De necə könül verim axı mən sənə,
Gizli ürəyinə necə yol tapım?
Axtarım, arayım səni gizlicə,
Səni tapanda da mən kimdən alım?
Deyə bilmirəm ürək sözümü,
De necə könül verim, axı mən sənə?
Dözə bilmirəm sənsiz mən niyə,
De nə tez unutdun axı sən məni.
Gözləyə bilmədin de niyə məni,
Səni kimdən alım səni gizlicə.
Götürüm mən gedim, axı mən necə,
De nə tez unutdun axı sən məni.
*
Düşdükcə yadıma sənli illərim,
Ağlayır ürəyim, sənli günlərim.
Səni xatırlayır nəvən, nəticən,
Ay mənim ürəyi dərdlu illərim.
Ömrümə yazılan xoş arzu -diləyim,
Mənim nənəki qayğıkeşli illərim.
Cəfakeşli, dərdli, qəmli illərim, ,
Ay mənim həyatıma iz salan illərim .
Uşaqlıq illərim, arzu-diləyim,
Ömrümə yazılan qayğılı illərim.
Uşaqlıqdan dərd çəkən nazlı ürəyim,
Ay mənim qayğıkeş nənəli illərim.
Lalələr
Gördüm sizi dağ döşündə mən səhər,
Seyrək -seyrək bitmisiniz lalələr.
Gözümdəki yaş kimi hey nəmlisiz,
Mənim kimi kövrəlmisiz lalələr.
Elə bil ki, baxçada bir bəzəksiz,
Sinəmdəki dərdlərimə çələngsiz.
Ürəklərdə ağrıyan bir diləksiz,
Haldan -hala düşmüsünüz lalələr.
Qarabağdan salam verdim sizlərə,
Dəstə-dəstə yayılmısız düzlərə.
Siz də şərik olmusunuz bizlərə,
Qəlbinizdə üşümüsünüz lalələr.
Bənzəməyən o dağdakı güllərə,
Tuş gələrsiz dağdan axan sellərə.
Düşərsiniz Sara kimi dillərə,
Dildən-dilə gəzərsiniz lalələr.
Açılırsız, siz solursuz lalələr,
Nə gözəlsiz, mənzərəsiz lalələr.
Məzarlıqda dönmüsüz bir bəzəyə,
Gözlərə siz yaş tək dolduz lalələr.
*
Yaşıllaşlb yenə də gözəl yamaclar,
Gözəl dağlar verib yenə baş-başa.
Çayların suları axıb dupduru,
Yenə də yaz gəlib, hər yan tamaşa.
Yazın gəlişi ilə ellər, obalar,
Bəzənib, düzənib, verib baş-başa.
Dağların zirvəsi yenə də viran,
Durub bulaqların tamaşasına.
Yazın gəlişi ilə qızlar-gəlinlər,
Bəzənib-düzənib eldə obalar.
Yaşıl çəmənlərin, düzlərin düzü,
Durub dağların tamaşasına.
Dağların, dərələrin daşı, suları,
Qarışıb dərələrin saf sularına.
Axıb şırım-şırım gedən çayların,
Qarışıb bulaqların saf sularına.
Dağların, yamacların gülü-çiçəyi,
Düzülüb yollara bir xəyal kimi,
Laləli düzlərin, gülün çiçəyin,
Qarışıq səsinə gələn quşların.
Baharın gəlişi ilə ellər-obalar,
Bəzənib-düzənib durub yan-yana.
Qızların, gəlinlərin səsləri viran,
Götürüb obanı, kəndləri yenə.
Fərqanə ARIŞLI
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.