MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 1
- Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis, Cənubi Azərbaycan
- 19 мая
Tiflisin D. Çonkadze küçəsinin 11 saylı ünvanında (keçmişdə İ.Qudoviç küçəsində) kiçik, qəşəng bir ev yerləşir. «İran konsulunun evi», «Almaz sarayı» adlanan bu ev, göründüyü kimi, artıq ev deyildir, ondan nəsə qalmışdır. Buna baxmayaraq o, yaddaşda İran konsulu Rza xanın adı ilə bağlıdır.